Həyat ŞƏMİ.”AĞLAMA YAZMAQ”

Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QARABAĞ Bürosunun Rəhbəri 

Üzdürürəm gözlərimi – xallı balıq olub,
hamsini çox sevirəm…
Bəs sən hansını sevirsən,
gözümün ağı-qarası,
ya da kürüsü…

Ağlamaq – ömrü qaralamaq kimi bir şeydir.
Əksik olduğunu düşündüyün yer,
səni fərqli edən yer ola bilər,
ya da gileydir…

Yer hər gün fırlanır,
hər kəs yerinə oturacaq
tapanda…
Həyatındakı hansı gurultular
qopanda,
içindəki səsi susdurur, görəsən!

Bir az da baxsan, anlayacaqsan ki,
insanlar niyə görmür Onu…

Hansı rəngi çəkmək istəyirsən həyatına,
fırçan əlindəmi?

Əlimdə deyil səni unutmaq,
amma ağlımda var,
ağlıma yazmaq,
ağlama yazmaq…

18.05.2026

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir