1057881_584987098245357_844041490_n (1)

Səni unutmağı isdəsəmdə mən
unuda bilmirəm düşüncələrdən
yorulub bir anlıq duyub ürəkdən
hönkürüb ağlamaq isdəyir qəlbim
mən səni sevirəm axı neyləyim?

Sonunu bilirdim bitəcək bir gün
incidir qəlbimi hər gün bitən gün
indi əsərinə səndə bax öyün
hönkürüb ağlamaq isdəyir qəlbim
mən səni sevirəm axı neyləyim?

Tanıya bilmirəm artıq özümü
boğuram içimdə doğru sözümü
gülən gözlərimi solğun üzümü
gördükcə ağlamaq isdəyir qəlbim
mən səni sevirəm axı neyləyim?

Sanırdım məhəbbət bir dünya qurar
birisi gedərkən yıxıb uçurar
qəlbini özüylə alıb qaçırar
hönkürüb ağlamaq isdəyir qəlbim
mən səni sevirəm axı neyləyim?

Fidan sualların cavabı yoxdur
dünyada şeytanlar yaranıb çoxdur
sənin yaraların incidən oxdur
hönkürüb ağlamaq isdəyir qəlbim
mən səni sevirəm axı neyləyim?