Blog

  • Hacı Zərifə NOVRUZOVA.Yeni şeir

    1239701_599972280059482_572359492_n

    Ulu Öndər, Atam mənim!

    Ayın nur saçdığı,
    Yollar ilə getmisən, ay Ata!
    Ulduzlara çatıb,
    Göyləri seyr etmisən, ay Ata!
    Aynan, ulduzlarnan
    birləşib göydə
    Qurub yaratdığın, Vətən torpağına
    Qayıt, ay Ata!

    Qayıt, Atam mənim,
    Ulu Öndərim.
    Dağda şəlaləm mənim,
    Düzlərdə laləm mənim.
    Qayıt, ayrılığa bir son qoylsun!
    Qayıt, içimdəki kədər yox olsun!
    Qayıt, bax, nur saçan Azərbaycana!
    Əhsən de, kəndləri şəhər edən
    İLHAMA!

    İstəyirəm qəlbindəki,
    Arzuların bircə – bircə çin olsun!
    İstəyirəm Azərbaycan,
    Böyük dövlət, Kainatda tək olsun!
    İstəyirəm İLHAMINLA fəxr eləyib,
    Qürur duyasan.
    İstəyirəm, bütün kənddə, şəhərdə
    Göylərə bərq vuran,
    Ulduza oxşayan, aya oxşayan
    Günəş kimi asimana nur saçan,
    Əzəmətli bir abidən ucalsın.

    Müqəddəs rəmzi kimi
    Qoy, əllərim, əllərinə toxunsun
    İllərlə darıxan, Ata – Oğul tək,
    Nəfəsim də, nəfəsinlə ovunsun!
    Qoy ürəyim, ürəyinlə çırpınsın!

    Hacı Zərifə Novruzova,
    “Respublika gəncləri” qəzetinin xüsusi müxbiri

  • Sumqayıt “Şəhər günü”nü qeyd edir

    7c707d14458dca7b12d9cf46b7083aaf

    64 yaşlı Sumqayıt Şəhər gününü qeyd edir.
    Bu gün xarici ölkələrdən və respublikanın bir sıra bölgələrindən Sumqayıta gələn saysız-hesabsız qonaqlar rəngarəng bayramın şahidi olub.
    Şəhər günü Sumqayıtın Corat qəssəbəsindən 2 min ildən çox yaşı olan qədim qaladan başlanıb. Tamaşa burada yaradılmış bazar meydanında göstərilib. Bayrama öz qladiatorları ilə birlikdə böyük Roma sərkərdəsi Pompey də gəlib. Bayramın iştirakçıları respublikanın xüsusi sərhəd qoşunları dəstəsinin nümunəvi çıxışlarını izləyib.Sonra bayram Sumqayıtın mərkəzində yerləşən Dövlət Bayrağı Meydanına keçib.
    “Şahin” respublika hərbi-idman oyununun qalibi olmuş şəhər məktəblilərinin, habelə şəhərin orta məktəb və məktəbəqədər tərbiyə müəssisələri yetirmələrinin dəstələri son dərəcə gözəl çıxışları ilə qonaqların zövqünü oxşayıblar.
    Tədbirə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov, Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları Komandanı, general-leytenant Elçin Quliyev, ARDNŞ-in “Azərkimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, millət vəkilləri Hacı Salayev, Leyla Abdullayeva, Pompey şəhərinin vitse-meri Emilio Sabonara, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Maliq İsaqov və ictimaiyyət nümayəndələri qatılıblar.
    Daha sonra idmançılar, motosikletçilər, habelə Sankt-Peterburqdan gəlmiş barabançı qızlar çıxışlar ediblər. Həmçinin qırıcı təyyarələrin möhtəşəm avia şousu olub.
    Bütöv bir günü əhatə edən “Şəhər günü” bayramı axşam saatlarında məşhur türk müğənnisi Rafet El Romanın konserti ilə davam edəcək və bayram tədbiri əsrarəngiz atəşfəşanlıqla yekunlaşacaq.

  • Rafiq ODAY.Yeni şeirlər

    Rafiq Oday foto

    GÖTÜRMÜR

    Əsmə hər bir yarpaq üstə,
    Bu ağac balta götürmür.
    Yük olanı torpaq üstə,
    Torpağın altı götürmür.

    Nə sızlarsan, viran könlüm,
    Öz içinə varan könlüm.
    Dərdə könül verən könlüm
    Başqa ovqatı götürmür.

    Bıçaq kürəyə yol tapır,
    Haram – çörəyə yol tapır.
    Çat hər ürəyə yol tapır,
    Ürək hər çatı götürmür.

    Ölümü almam eynimə,
    Əgər batmasa beynimə,
    Dar ağacı, çox öyünmə,
    Bu boğaz çatı götürmür.

    ARXA DAN GƏLİR

    Dərdi dərd edəndə dərdə çevrilir,
    Ürəkdə boy atır, sərdə çevrilir,
    Dərd var, öndə durur – mərdə çevrilir,
    Dərd var, namərd kimi arxadan gəlir.

    Haçandı bu çak-çak baş aparmayır,
    Zirvənin gözünü yaş aparmayır,
    Sel gəlib dərədən daş aparmayır,
    Daşlar kövşək vurur, çarxa qan gəlir.

    Qanqallar calanır yolumun üstə,
    Tonqallar qalanır yolumun üstə,
    Ümidim can verir qolumun üstə,
    Mən candan oluram, xalxa can gəlir.

    Tufandı, şimşəkdi, qasırğadı el,
    Firon qulağında bir sırğadı el,
    Buğdanın ətrinə yadırğadı el,
    Bəs bu nə tamdı ki, arpadan gəlir.

    Vaxtdı, qara ruhu odandan ayır,
    Bəxtdə uduzanı udandan ayır,
    Buyur bu şəfəqi o dandan ayır,
    Suya şəfəq düşür, arxa dan gəlir.

  • Hacı Zərifə NOVRUZOVA.Yeni şeir

    1239701_599972280059482_572359492_n

    Cəhrayı rəngli dünyam

    Dünyanı cəhrayı görmək istədim,
    Fələk əzəl başdan göynətdi məni.
    Qarşıma sədd çəkdi, qara pərdəni
    Talehimi daşa çırpdı, dağıtdı
    Məsum ikən ürəyimi,
    Kədər aldı, qəm aldı.

    O vaxtdan dünyanın rəngi dəyişdi
    Cəhrayı rəng görmək üçün dünyanı,
    Təzədən yıxılıb, qalxmaq istədim.
    İstədim dəryasında batam sevginin,
    Əlimdə bərk tutam, əlim sevginin.
    Gül ətrini duya – duya sevginin,
    Dünyanı cəhrayıya boyayanda gözlərim.
    Qaranlıq dünyadan, səsi gəldi sevgimin.

    Fələk istədiyin özü bilmədi,
    Onu da yolundan pislər çıxartdı.
    Bircə Orxanımı alıb apardı,
    Özü də bilmədi, niyə apardı?

    Aramızda qara pərdə dayandı,
    Dünya mənçün cəhrayı yox,
    Qara rəngə boyandı.
    Nə səsin duyuram,
    Nə qara gözlərin öpüb, oxşayıram mən!
    Balamın ruhu ilə bir yerdə yatan,
    İndi artıq diri – diri bir ölüyəm mən!

    16. 09. 2013
    Bu şeir Z. Qulievanın qəm dolu dünyasına həsr olunur
    Hacı Zərifə Novruzova
    “Respublika gəncləri” qəzetinin xüsusi müxbiri

  • Hacı Zərifə NOVRUZOVA.Yeni şeir

    601561_599969033393140_1478104889_n

    Qələm neyləsin!

    Qaradan yazıldı talehim mənim
    Ağ rəngin qaraya gücü çatmadı.
    Quranda yazılan “Qələm” surəsi
    Ağılar söyləyib, göz yaşı tökdü.

    Qələmdə nə günah? Qələm neyləsin?
    “Lövhi – məhfuz” u yazan bu qələm,
    Ağladı, sızladı, göynədi, yandı.
    Mənə taleh yazmadı!
    Yazmaq qüdrətində olsa da əgər,
    Fələkdən yazılan bu müsibətə
    Əfsus ki, qələmin gücü çatmadı.

    Bu şeir Z. Qulievanın qəm dolu dünyasına həsr olunur
    Hacı Zərifə Novruzova
    “Respublika gəncləri” qəzetinin xüsusi müxbiri
    24. 09. 2013

  • Vüqar ƏHMƏD.Həyatı və Yaradıcılığı

    1236670_469018896547356_2019245038_n

    Vüqar ƏHMƏD (Vüqar Mikayıl oğlu Əhməd) 1963-cü il aprel ayının 17-də Bakı şəhərində anadan olub.
    1984-87-ci illərdə Şamaxı rayonu Dərəkənd kəndində dil-ədəbiyyat müəllimi işləyib. Müxtəlif illərdə «Novruz» qəzeti və «Azərbaycan dünyası» nəşriyyatlarında baş redaktor, Azərbaycan Kütləvi İnformasiya Vasitələri həmkarlar komitəsinin sədr müavini vəzifəsində, 1987-ci ildən-2005-ci ilə kimi Azərbaycan Teleradiosunda məsul vəzifələrdə çalışıb. Eyni zamanda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycan Müəllimlər İnstitutunun professorudur.
    Azərbaycan Milli Dram Teatrının (Türk işçi teatrı) ilk direktoru və baş rejissoru Bilal Əhmədin qardaşı nəvəsi, bəstəkar, şair-dramaturq Mövsüm Əhmədin kiçik qardaşıdır.
    Ailəlidir, bir oğlu, bir qızı var.
    1980-ci ildə Bakıdakı M.Müşfiq adına 18 saylı orta məktəbi, 1984-cü ildə indiki ADPU-nu «Fərqlənmə» diplomu ilə, 1990-cı ildə Pedaqoji Universitetin aspiranturasını bitirib.
    1992-ci ildə filologiya elmləri namizədi, 2005-cü ildə isə filologiya elmləri doktoru elmi dərəcəsi almışdır.
    «Rus uşaq ədəbiyyatı və Azərbaycan» (Bakı, 1992), «Mircəfər Pişəvərinin həyat mühiti və yaradıcılığı» (Bakı, 1998), «Azərbaycan uşaq ədəbiyyatı» (Bakı, 2006), «Ədəbiyyatşünaslıq» (Bakı, 2007) və s. kimi 25 kitab və 300-dən çox elmi, publisistik məqalə müəllifidir.
    Əsərləri İran, Türkiyə, Yunanıstan, Almaniya və digər ölkələrdə çap olunub. Nəğməkar şair kimi 500-dən çox mahnının söz, eləcə də musiqi müəllifidir.
    Filologiya elmləri doktoru, professor, Nyu-York EA-nın həqiqi üzvü, eləcə də Azərbaycan Yazıçılar və Jurnalistlər birlikləri, «Muğam» assosiasiyasının, Bakı şəhəri icra hakimiyyəti ali mədəniyyət şurasının üzvüdür.
    «Araz» ali ədəbi, «Abdulla Şaiq», «Məmməd Araz», «İlin nəğməkar şairi», 2 dəfə «Zirvə», «İlin mahnısı» və s. mükafatlarla təltif olunub.

    SƏNƏ QURBAN OLSUN CANIM, AY ANA

    Ağaran saçların gümüşə çalır,
    Düşünən gözlərin xəyala dalır,
    Gecələr xəyalın özünlə qalır,
    Sənə qurban olsun canım, ay ana.

    Gecələr sübhədək qaldın sən oyaq,
    Böyütdün zəhmətlə gör neçə uşaq,
    Bütün arzulara sən oldun dayaq,
    Sənə qurban olsun canım, ay ana.

    Uşaqlığın düşüb müharibəyə,
    45-də sevindin yad qələbəyə,
    Qocalıq da düşdü müharibəyə,
    Gülüstanı verdik dığa, gədəyə.

    Xoş gün görməmisən, hər anın çətin,
    Analar vüqarlı, analar mətin,
    Sonunu gözləyin bu qiyamətin,
    Sənə qurban olsun canım, ay ana.

    Məktəbə gedəndə sevindin necə.
    Gözünə yuxu da getmədi belə,
    Dərsdən “2” alsam alardın vecə,
    Sənə qurban olsun canım, ay ana.

    Hər sözə,kəlməyə sən “can” deyərdin,
    Biz yeyib doyanda sən də yeyərdin,
    Əla geyinsəm də kasıb geyərdin,
    Sənə qurban olsun canım, ay ana.

    Namazda duanı bizə edərdin,
    Bazara, dükana özün gedərdin,
    Yıxılıb əzilsəm özün döyərdin,
    Sənə qurban olsun canım, ay ana.

    Heç bilmədim haçan, nə vaxt böyüdük,
    Əllə yox, sözünlə hərdən döyüldük,
    Sən olmasan bizdə indi veyildik,
    Sənə qurban olsun canım,ay ana.

    Şairlər, rəssamlar və bəstəkarlar,
    Ana tək bir dahi ola bilmədi,
    Südünü itirən qulaqlı karlar,
    Allah, ana qədri, niyə bilmədi?

    Hanı meydanlarda ana heykəli,
    Heykəltaraşların yoxdu əməli,
    Anadır dünyanın qiymətli ləli,
    Sənə qurban olsun canım, ay ana.

    Qızlar müdrikləşir ana olanadan,
    Qızlar müdrikləşir ana olanadan,
    Analar nigaran qalır baladan,
    Ananı müqəddəs edib Yaradan,
    Sənə qurban olsun canım, ay ana.

  • Məmməd ARAZ.Həyatı və Yaradıcılığı

    M Araz (2)

    İbrahimov Məmməd İnfil oğlu (Məmməd Araz) — şair, tərcüməçi, publisist, 1957-ci ildən AYİ-nın üzvü, Əməkdar mədəniyyət işçisi (1978), Əməkdar incəsənət xadimi (1984), Azərbaycan Dövlət mükafatı laureatı (1988), Azərbaycanın xalq şairi (1991)

    Həyatı

    Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyiinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən “Yanın, işıqlarım” şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur.
    1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına “Məmməd Araz” mükafatı təsis olunmuşdur (1993-cü ildən).
    2004-ci ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
    Məmməd Arazın adının əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti iki dəfə Sərəncam imzalayıb. Bakının “Gənclik” metro stansiyası yaxınlığında, Atatürk prospekti ilə kəsişən Teymur Əliyev küçəsi bundan sonra Məmməd Arazın adını daşıyacaq.
    Publisist İradə Tuncayın atasıdır.
    Yazıçı-jurnalist Aqil Abbasın qaynatasıdır.

    Əsərləri

    Sevgi nəğməsi. Bakı: Azərnəşr, 1959, 68 səh.
    Üç oğul atası. Bakı: Uşaqgəncnəşr, 1961, 63 səh.
    Araz axır. Bakı: Azərnəşr, 1964, 76 səh.
    Mən səni taparam. Bakı: Azərnəşr, 1963, 59 səh.
    Anamdan yadigar nəğmələr. Bakı: Azərnəşr, 1966, 152 səh.
    Ömür karvanı. Bakı: Azərnəşr, 1967, 136 səh.
    İllərdən bəri. Bakı: Gənclik, 1969, 114 səh.
    Qanadlı qayalar. Bakı: Azərnəşr, 1973, 190 səh.
    Atamın kitabı. Bakı: Gənclik, 1974, 168 səh.
    Həyatın və sözün rəngləri. Bakı: Gənclik, 1975, 135 səh.
    Oxucuya məktub. Bakı: Gənclik, 1978, 234 səh.
    Aylarım, illərim. Bakı: Yazıçı, 1979, 224 səh.
    Dünya sənin, dünya mənim. Bakı: Yazıçı, 1983, 310 səh.
    Seçilmiş əsərləri (bircildlik). Bakı: Azərnəşr, 1986,
    Dünya düzəlmir. Bakı: “Azərbaycan” nəşriyyatı, 1992, 81 səh.
    Daş harayı. Bakı: Yazıçı, 1993, 254 səh.
    Qayalara yazılan səs. Bakı: Azərnəşr, 1994,
    Yol ayrıcında söhbət. Bakı: “Azərbaycan” nəşriyyatı, 1997, 318 səh.
    Sənətdə son mənzil olmur. Bakı: “Adiloğlu” nəşriyyatı, 2001, 440 səh.
    Ağlayan qayalar. Bakı: “Araz” nəşriyyatı, 2002, 144 səh.
    Vətən deyin. Bakı: “Adiloğlu” nəşriyyatı, 2003, 149 səh.
    Əsgər andı. Bakı: “Araz” nəşriyyatı, 2003, 98 səh.
    Seçilmiş əsərləri (dörd cilddə). I c. Bakı: “Ozan” nəşriyyatı, 2003, 337 səh.
    Seçilmiş əsərləri (dörd cilddə). II c. Bakı: “Ozan nəşriyyatı, 2003, 360 səh.
    Seçilmiş əsərləri (dörd cilddə), III c. Bakı: “Ozan” nəşriyyatı, 2003, 376 səh.
    Seçilmiş əsərləri (dörd cilddə), IV c. Bakı: “Ozan” nəşriyyatı, 2003, 365 səh.

    Tərcümələri

    (ruscadan)
    S.V.Mixalkov. Foma. Bakı: Azərnəşr, 1964, 16 səh.
    G.Ağacanyan. Narahat ürək. Bakı: Gənclik, 1974, 83 səh.
    M.Svetlov. Şeirlər. Bakı: Azərnəşr, 1975, 204 səh.
    N.A.Nekrasov. Rus qadınları. Bakı: Yazıçı, 1983, 124 səh.
    Ocaq başında (dünya şairlərinin şeirləri). Bakı: Yazıçı, 1988, 241 səh.

  • Xəlil Rza Ulutürk.Həyatı və Yaradıcılığı

    загруженное

    Həyatı

    Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ci ildə Azərbaycanda Salyan rayonunun Pirəbbə kəndində Rza kişinin ailəsində ilk körpə dünyaya göz açdı. Gəlişi ilə ailəyə sevinc bəxş edən uşağa babası Xəlil öz adını verdi. Körpə qayğı və nəvazişlə böyüdü. Onu yeddi yaşından məktəbə göndərdilər.
    İki saylı Salyan şəhər orta məktəbində təhsil aldığı ilk illərdən Xəlil öz çalışqanlığı, fərasəti və davranışı ilə müəllimlərin rəğbətini qazandı. O, Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin üzvü idi. 1939-1949-cu illərin məktəb həyatı Xəlilin bədii ədəbiyyat aləminə, necə deyərlər, poeziyanın əzablı, romantik yaradıcılıq meydanına çıxması üçün hazırlıq dövrü oldu. Onun şifahi xalq ədəbiyyatını, klassik ve müasir yazıçıların əsərlərini mütaliə etməsi, istər-istəməz onda yazıb-yaratmağa güclü həvəs oyatmışdı. Xəlil onu həyəcanlandıran, düşündürən hadisələri bəzən poetik dillə ifadə etməyə çalışırdı. Onun ilk mətbu şeri “Kitab” 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunmuşdur.
    1949-cu ildə Xəlilin Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olması, Bakı ədəbi mühiti onun yaradıcılıq imkanlarına geniş yol açdı: universitetdə ədəbiyyatşünas-alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, istərsə də Azərbaycan Yazıçılar Birliyində xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən “Gənclər günü” məşğələlərində fəal iştirak etməsi Xəlil Rzanın şair kimi püxtələşməsinə ciddi təsir göstərdi.
    1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalı redaksiyasında başlamışdır. O burada ədəbi işçi vəzifəsində çalışdığı iki ildə (1955-1957) dövri mətbuatda çap etdirdiyi məqalə və şerlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. 1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar ittifaqının üzvü seçilir. Onun ilk şerlər toplusu – “Bahar gəlir” (1957) kitabı da nəşr olunur. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı idi. Xəlil Rza Institutda rus ədəbiyyatının görkəmli sənətkarı Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə yaxından tanış olmuşdur. Moskvada təhsil illərində görkəmli rus şairi Samuil Marşakın evində və Yasnaya Polyanada dahi Lev Tolstoyun xatirə muzeyində olması, Leninqrada Ermitaj xəzinəsinə kollektiv səfəri, Nazim Hikmət və Mixail Şoloxovla görüşləri gənc şairin xatirəsində dərin izlər buraxmışdır.
    1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. O, 1963-cü ildə “Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)” mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə etmiş, fılologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Onu institutda müəllim kimi saxlamışlar. Tələbə auditoriyasına müəllim kimi daxil olduğu gündən Xəlil Rza dərs proqramı çərçivəsi ilə məhdudlaşmamış, vətənpərvərlik ruhlu mühazirələrində qədim milli bəşəri dəyərlərimizdən və doğma dilimizdən ürək yanğısı ilə söhbət açmışdır.
    Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəməxsus mübarizə yolu da seçmişdi. Harada olursa-olsun doğma dilində təmiz danışmayan müsahibindən eşitdiyi hər yabançı kəlmə üçün 5 qəpik cərimə tələb edər, “danışığından məmnun qaldığı soydaşlarını bir manat məbləğində mükafatlandırardı”. Beləliklə, o, müasirlərinin diqqətini ana dilinin safhğını qorumağa cəlb etməyə, digər tərəfdən ruslaşdırma siyasətinə qarşı mübarizə aparmağa çalışardı. Əlbəttə, bütün bunlar dövlətin hakim dairələrinin nəzər-diqqətindən yayınımr, çox çəkmir ki, onun ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırılır. “Bilik” cəmiyyəti yolu ilə Azərbaycan rayonlarına göndərilməsi qadağan olunur. Şair Sabir Rüstəmxanlı yazır:
    “Xəlil Rzanı başa düşməyənlər çox idi. Onun cəsarətli vətəndaşlıq şerlərini dinləməkdən belə qorxanların sayı min-min idi. O, kürsüyə qalxanda durub salonu tərk edirdilər. Xəlilin antisovet, antiimperiya çıxışlarına dəlilik kimi baxanlar, onun səsini kəsməyə çalışan, yüksək kürsülərə yolunu bağlayan, onu kiçiltmək istəyənlər Xəlil Rza istedadının Allah vergisi olduğunu, şairin Allah hökmü ilə danışdığını dərk edə bilmirdilər”.
    Xəlil Rza Azərbaycan Dövlət Pedaqoji İnstitutundan uzaqlaşdırır. Onu Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna dəvət edirlər. Burada Xəlil Rza bütün qüvvəsini elmi-tədqiqat işinə və bədii yaradıcılığa həsr edir. Azərbaycan-Özbək ədəbi əlaqələri, Maqsud Şeyxzadənin həyat və yaradıcılığı haqqında monoqrafık əsərlər üzərində çalışır. Buna baxmayaraq, Xəlil Rza yenə də “şübhəli şəxs” kimi təqib olunur, onun imkanlarını məhdudlaşdırır, “təhlükəli ictimai mübarizə” yolundan çəkindirməyə çalışırlar.

    Yaradıcılığı

    1984-cü ildə şairin “Ömürdən uzun gecələr” adlı kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət “Qardaşhq çələngi” toplusu ictimaiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, hakim dairələrin etinasızlığı ilə qarşılandı. Bu soyuq münasibət onu sarsıtmadı. Şairin ən böyük vəzifəsini yazıb yaratmaqda görən Xəlil Rza yorulmadan var qüvvəsi ilə çalışır; yeni şerləri, elmi araşdırmaları ilə təsəlli tapır. 1985-ci ildə “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-Özbək ədəbi əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona əməkdar incəsənət xadimi fəxri adı verilir.

    Xəlil Rzanın azadlıq səsi

    1980-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarında eşidilirdi. O, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu, hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi.

    Biz Türküstan elləriyik,
    Qeyrət, qüdrət selləriyik.
    Daşnakları qovan bizik,
    Dar gözləri ovan bizik.
    Yetər meydan suladılar,
    Yurdumuzu taladılar.
    Bakımızı əzizləyək.
    Əqrəblərdən təmizləyək!
    Şölə versin bu ləl, mərcan –
    Ermənisiz Azərbaycan!

    Son günlərini yaşayan sovet imperiyası ömrünü uzatmaq üçün 1990-cı ilin yanvarında Azərbaycanın paytaxtı Bakıda dinc əhaliyə vəhşicəsinə divan tutdu. Bu qətliam, soyqırım siyasəti Qorbaçovun və onun əlaltılarının iradəsi ilə icra edilirdi. Bütün dünyanın açıq fikirli adamları bu aksiyanı, bəşər tarixində misli görünməmiş qətliamı lənətlə qarşıladılar. Sovet ordusu tərkibində zirehli tanklarla, hərbi gəmilər və müasir silah növləri ilə yaraqlanıb xüsusi tapşırıqla Bakını gülləbaran edənlərin törətdiyi cinayətlər Xəlil Rzanı sarsıtmışdı. O, bütün qüvvəsi ilə gecə-gündüz dinclik bilmədən, ürəyini məşələ çevirib xalqı düşmənlərə qarşı mübarizəyə səsləyirdi: xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrdə 20 yanvar hadisələrini, Qorbaçovun və onun əlaltılarının qanlı əməllərini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı.
    1990-cı il yanvann 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşlan tərəfindən həbs edilib Moskvaya Lefortovo həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair odlu-alovlu qəlbinin işığında “Lefortovo gündəliyini, 200-dən çox, şer, poema və məktubunu qələmə alır. Bu əsərlər mübariz şairin ictimai-siyasi dünyagörüşünü əks etdirməklə yanaşı, öz siqləti, bədii dəyəri, məzmunu cəhətdən milli poetik fikri zənginləşdirən misilsiz abidədir. “Lefortovo gündəliyi” şairin qəbul etdiyi Ulutürk təxəllüsünün vəsiqəsidir.
    Xəlil Rza 1990-cı il yanvarın 29-dək – 40 illik ədəbi-bədii yaradıcılığı dövründə öz əsərlərini “Xəlil Xəlilov”, “Xəlil Xəlilbəyli”, “Xəlil Odsevər”, “Xəlil Rza” təxəllüsləri ilə çap etdirmişdi. “Xəlil Rza Ulutürk” təxəllüsü isə şairin keçdiyi mübarizə yolunun, ədəbi-mənəvi axtarışlarının məntiqi nəticəsi idi. Şair ömrünün son illərində, dörd il beş ay, 22 gün – 1994-cü il iyun ayının iyirmi ikisinədək, dünyasını dəyişən günədək yazdığı şerlərdə və nəşr etdirdiyi kitablarda Xəlil Rza Ulutürk imzasını qoymuşdur. Şairin vəfatından sonra, onun ömür-gün yoldaşı, vəfadar Firəngiz xanım XX əsrin axırlarından bu günədək Xəlil Rzanın şerlərini, gündəliklərini və tərcümələrini sahmana salıb sanballı kitab halında Xəlil Rza Ulutürk imzası ilə nəşr etdirməkdədir. O, Xəlil Rzanın yarımçıq işlərini – “işıq üzü görməyən küll halında qalmış əsərlərini” nəşr etdirməklə “onunla nəfəs alır”, onu yaşadır, onu ölməzliyə, əbədiyyətə qovuşdurur.
    Lefortovo həbsxanasında şəkər xəstəliyi olan Xəlil Rzanın səhhəti pozulmuşdu. 1990-cı il oktyabrın 9-da yatab qatarında Moskvadan Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxıldı.
    1991-ci il mayın 6-da Xəlil Rza “Türk milləti mükafatı laureatı” fəxri adına layiq görülür. Bir ildən sonra, 1992-ci ildə ona Azərbaycan Respublikasının Xalq şairi fəxri adı verilir. Süleyman Dəmirəlin tapşırığı ilə cərrah Paşa adına Şəfa evində onun şəkərini və gözlərini müalicə edirlər. May ayının 19-da Həsaki Qəlb xəstəxanasında Xəlil Rzanın ürəyində cərrahiyyə əməliyyatı aparılır. 1993-cü il fevral ayının 11-də Bakıya qayıdan Xəlil Rza ayağından çıxarılan şırımın yeri bitişmədiyindən müalicə komissiyasında həkimlərin nəzarəti altında saxlanılır. Lakin çox çəkmir ki, həkimlərin məsləhətinə görə, şairi Almaniyaya göndərirlər. 1993-cü il avqust ayının 23-də Xəlil Rza Firəngiz xanımla Bakı-İstanbul-Köln təyyarə marşurutu ilə Almaniyaya gedir, Zolenger şəhər klinikasında müalicəsini davam etdirir. Bakıya qayıdan Xəlil Rzanın bir müddətdən sonra yenə vəziyyəti ağırlaşır, onu Kardiologiya İnstitutunda müalicə edirlər.
    Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransaya rəsmi səfəri zamanı Xəlil Rza və Firəngiz xanım da nümayəndə heyətinin tərkibinə daxil edilmişdi. Bu tarixi səfər Xəlil Rzanın son səfəri oldu. Fransa səfərindən sonra tez-tez ön cəbhə bölgələrində, məktəb və mədəniyyət ocaqlarında, görüşlərdə çıxışlar edib şerlər oxuması, narahat həyat tərzi, yaradıcılıqla ciddi məşğul olması onu haldan salıb vəziyyətini ağırlaşdırdı. Sonrakı müalicə nəticə vermədi. 1994-cü il iyunun 22-də bədii yaradıcılığının barlı-bəhərli çağında şairin vətən eşqi, xalq məhəbbəti ilə çırpınan ürəyi döyünməkdən qaldı.
    Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn olundu, onun məzari üstündə şairin əzəmətli heykəli yüksəldildi.
    Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif edildi.

    Əsərləri

    Bahar gəlir. Bakı: Uşaqgəncnəşr, 1957, 40 səh.
    Sevən gözlər. Bakı: Azərnəşr, 1959, 84 səh.
    Məhəbbət dastanı. Bakı: Uşaqgəncnəşr, 1961, 92 səh.
    Mənim günəşim. Bakı: Azərnəşr, 1963, 52 səh.
    Qollarını geniş aç. Bakı: Azərnəşr, 1965, 115 səh.
    Krasnodon qartalları. Bakı: Gənclik, 1967, 128 səh.
    Yeni zirvələrə. Bakı: Azərnəşr, 1971, 180 səh.
    Ucalıq. Bakı: Gənclik, 1973, 168 səh.
    Doğmalıq. Bakı: Azərnəşr, 1977, 184 səh.
    Məqsud Şeyxzadə. Bakı: Bilik cəmiyyəti, 1978, 67 səh.
    Taparam səni. Bakı: Yazıçı, 1980, 268 səh.
    Məqsud Şeyxzadənin bədii yaradıcılığı. Bakı: Elm, 1981, 233 səh.
    Marallar da duz yeyərmiş. Bakı: Gənclik, 1981, 155 səh.
    Ömürdən uzun gecələr. Bakı: Gənclik, 1982, 152 səh.
    Hara gedir bu dünya. Bakı: Yazıçı, 1983, 280 səh.
    Daşdan çıxan bulaq. Bakı: Gənclik, 1986, 190 səh.
    Məndən başlanır vətənim. Bakı: Yazıçı, 1988, 338 səh.
    Davam edir 37. Bakı: Gənclik, 1992, 528 səh.
    Ayla günəş arasında. Bakı: Yazıçı, 1992, 548 səh.
    Qəhrəman Təbrizim. Bakı: Gənclik, 1994, 348 səh.
    Uzun sürən gənclik. Bakı: Azərnəşr, 1994, 435 səh.
    Türkün dünyası. Bakı: “Qorqud” nəşriyyatı, 1994, 351 səh.
    Mən Şərqəm. Bakı: Elm, 1994, 766 səh.
    Bağışla, ey vətən. Bakı: “Qorqud” nəşriyyatı, 1996, 146 səh.
    Uzun sürən gənclik. Bakı: Kitab cəmiyyəti, 1997, 127 səh.
    Ömür kitabını yazan şairə. Bakı: “Mütərcim” nəşriyyatı, 1998, 110 səh.
    Lefortovo zindanında. Bakı: “Azərbaycan” nəşriyyatı, 1998, 240 səh.

    Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin atasıdır.

    İstinadlar

    ↑ “X. R. Xəlilova (Xəlil Rza Ulutürkə) “Azərbaycan Respublikasının xalq şairi” fəxri adının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 aprel 1992-ci il tarixli, 699 nömrəli Fərmanı (azərb.)
    ↑ X.Rza. “Ömür kitabı”nı yazan şairə. Bakı, 1998, səh. 5.

  • Elşən KAMİLOĞLU.Yeni şeirlər

    QƏZƏL

    Ömrün sonrasını çərxi-fələkdən soruşun,
    Allahın buyruğunu, gəlsə mələkdən soruşun.

    Quşların nəğməsini duysa buludlar dayanar.
    Bağbanın söhbətini bağda çiçəkdən soruşun.

    Fərhadın dağ aşıran qəlbini dağlar bürüyüb,
    Məcnunun ahlarını çöldə küləkdən soruşun.

    Nədir tənhalıq onu hər kəsə sormaq nə üçün?
    Çəkiniz təkliyə tənhalığı təkdən soruşun.

    Dünənin haqlısı haqsız olur heyrət eləmə,
    Bu günün haqlısı kimdir, gələcəkdən soruşun.

    Elşəni çox güləyən görüncə, arsız deməyin.
    Çəkdiyi qəmləri köksündə ürəkdən soruşun.

    * * *

    Tək qalmaq istəyirəm.
    Ağlamaq istəyirəm,
    Hardadır göz yaşlarım?
    Mən özümdə deyiləm,
    Siz allah,bağışlayın.
    Çığırmaq istəyirəm
    İçimdə batır səsim.
    Meylə dolu piyaləm,
    İçməyə yox həvəsim.
    Göylərə yetmir əlim
    Yerdə canım üzülür.
    Qələmə yatmır əlim
    Ürəyimdə söz ölür.
    Gün olur bir kəlmə də
    Dinib danışmıram mən.
    Məni inandırın ki,
    Bu dünyada varam mən.
    Tək qalmaq istəyirəm,
    Bəzən tamam tək-tənha.
    Tənhalıq mümküm deyil,
    Qismət olub Allaha.

  • Elşən KAMİLOĞLU.Yeni şeirlər

    * * *

    Heç biri sən deyildi…
    Üç qız gördüm yuxuda
    Biri arıq, biri kök, biri də ki ortabab.
    Birinin əlində gül, birinin əlində çətir, birinin əlində şərab.
    Biri uzun geyimli, biri başında örpək, biri də yarıçılpaq.
    Biri evli, biri dul, biri subay, utancaq.
    Oxuyurdu üçü də bir ağızdan;
    “Göydən üç alma düşməz,
    Mənim baxtıma düşməz.
    Hanı ağ atlı oğlan,
    O yel qanadlı oğlan.
    Qeybə çəkildi yoxsa?
    Dəryada batdı oğlan?”
    Birinin gözü nəmli,
    Birininki sürməli.
    Birinin gözündə eynək.
    Bu gözlərdə yağışlar,
    Bu gözlərdə şaxta-qar.
    Bu gözləri aldatdılar, ağlatdılar, alçaltdılar, yandırdılar, yaxdılar.
    Üç qız gördüm yuxuda,
    Könlüm adınla dindi.
    Gəldim bir az yaxına
    Sənə oxşayırdılar.
    Heç biri sən deyildi…

    * * *

    Səhərə lap az qalıb, yat yuxun şirin olsun.
    əgər xoşuna gələn yuxun varsa, çin olsun.
    bu ulduzlar hər gecə mənə sarı baxışın.
    bir azdan duracaqsan, çox da baxma güzgüyə.
    qorxuram gözlərindən, bir gün sənə göz dəyə.
    üzün üzümdən uzaq, əllərin əllərimdən.
    yaduna sal nə vaxtdır yadına düşmürəm mən.
    geyin- keçin yenə də saçlarını sığalla
    indi onu arzula, indi onunçun ağla.

  • Elşən KAMİLOĞLU.Yeni şeirlər

    * * *

    Həsrət öldürəcək…
    Ağlıma gəlməzdi yağış yağacaq,
    Düzü istəmirdim yağmağını da.
    Pəncərə önündə dayanıb bu vaxt
    Yollara kədərlə baxmağımı da.
    Indi nə fərqi var, hansı fəsildir,
    Dolaşar içimdə ümüdlər ancaq.
    Mənə arzuların odu bəs idi
    Hardan biləydim ki, yağış yaşacaq.
    Dörd divar içində ürək darıxır,
    Yer tapa bilmirəm evin içində.
    Səninçün nə qədər gərək darıxım,
    Səni mən nə qədər sevim içimdə.
    Çəkir sənə çəkir bu gecə məni
    Həsrət öldürəcək indicə məni.

    * * *

    Məni apar anamı yox…

    Get-gedə səbrim tükənir,
    Öz əlimdən yoruluram.
    Evdə otura bilmirəm,
    Qonaq getdim çətin qalam.

    Küçələrdə adam dolu
    Sanki hamı yaddır mənə.
    Yarpaq olub qarışaydım
    Bu şəhərin yellərinə.

    Buludların kölgəsi dar,
    Yağışların aramı yox.
    Ölüm, gəlsəm məni apar,
    Məni apar anamı yox…

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    48000_129777903874457_1650907077_n3

    ***

    Hörüyün elə bil qara ilandır,
    Gah sinənə düşür, gah boynuna, qız.
    Elə yandırmısan bu əyyamı ki,
    Vəzir sənə baxır, şah boynuna, qız.

    Mənim də canıma od ələmisən,
    Gözüm səni görür, özümü görmür.
    Yüz ildi yanıram, bir su atan yox,
    Kölgən içimdəki dözümü görmür.

    Fələk aramıza sədd atsın deyə,
    Sənə qucaq-qucaq güd verib, hayıf.
    Sənin süd əmdiyin zavalı qadın,
    Hayıf ki, mənə də süd verib, hayıf…

    ***

    Göz kimi qaralıb elçi daşları,
    Nədən saç ağardır burda elçilər?
    Bir az rəhmin olsun, insafsız adam,
    Vallah, yem olacaq qurda, elçilər.

    Sən də, çox nazlanma, daşürək pəri,
    Hər köhnə daxmadan pir olmaz, vallah.
    Ayrı küçələrdə sakinik hələ,
    Bu il də ruhumuz bir olmaz, vallah.

    …Mən də çox çıxmışam günah dağına,
    Kölgəm çox əlləşir asdırsın məni.
    Balama demişəm, yer tapılmasa,
    O qızın gözündə basdırsın məni…

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    48000_129777903874457_1650907077_n3

    ***
    Sən,
    Ləçəkləri püstə gözəllərin
    sinələrinə toxunan
    sevda çiçəyisən.
    Sən həm də,
    ucqar təpələrdə
    sağlığına badə qaldırılan
    tale işığısan.
    Arabir,
    bakirə gözəlliyinə
    sərxoş baxışlar
    uzatmaq keçir içimdən.
    Arabir də
    Titrək barmaqlarımı
    Şüşə kimi hamar,
    lalə yarpağı qədər işvəli
    yanaqlarından asmaq istəyirəm
    qara kəhrəba kimi.
    Bəzən də
    son qərara gəlmək gücü olan
    günahkar adamtək
    bir kərə cəsarətlənib
    ruh ağlığındakı
    əllərindən yapışmaq istəyirəm.
    Necə ki, yazağzı nəm duman
    alagöz səhərin
    pöhrə soyuğundan üşüyən
    qayalara yapışır.
    Doğrusu,
    İçində həyat iksiri qaynayan
    eşq qədər odlu gözlərinə baxmaq
    gecə yarı çöldə üşəndiyin
    qara paltarlı ağ kölgələrin
    üzünə baxmaq qədər çətindi.
    Durub, düşünürəm indi:
    – Sən kimsən?
    Mələk, ya qadın?
    Yadıma düşmür adın,
    Səni sevmək olar?

    ***
    Qaytar nə vermişəm, köçümüz gedir,
    Çətin ki, bu ömrü bölüm səninlə.
    Həsrət də hicrantək sinəmə yükdür,
    Fikrimdən keçmir ki, ölüm səninlə.

    …Səni qınamıram, səhv məndədi, qız,
    Yenə ərşə qalxıb davası canın.
    Bir az ürək qızdır oduma, baxım
    Görüm necə çatır havası canın…

    Üzümə çəp baxma, ruhum darılır,
    Nolar həsrətimin butası olsam?!
    Mənə ərk edərsən bu yaşda canım,
    Bir gün əllərindən tutası olsam?!

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    48000_129777903874457_1650907077_n3

    ***

    Ömür tək adamın çəkmədiyi yük,
    Ruhum əzab çəkir, dözüm, uyusun.
    Gəl gör nə gündədir öpdüyün dodaq,
    Gəl, barı barmaq sürt, közüm uyusun.

    Min ildi Məcnun da, Leyli puçdu,
    Min ildi yuxuda darıxırlar, qız.
    Utana-utana qapı döyənlər,
    Ömür yollarında karıxırlar, qız.

    Gəl qoşa yeriyək bu qısa yolu,
    Təklik sərf etməyən fərmandı, vallah.
    Sənin gözlərindən qopan hər baxış,
    Mənim gözlərimçün dərmandı, vallah.

    ***

    Mən fikir çəkirəm, sən adam şəkli,
    Biz bəxtcə, talecə yaxın adamıq.
    Yadlar canımızdan kərpic çıxardır,
    Biz torpaq deyilik, baxın, adamıq!

    Ömrü mey camıydı Ömər Xəyyamın,
    Ruhu mey damırdı camın altından.
    Məni də bu dəhşət qorxudur, Allah,
    Çək məni bu uçuq damın altından…

    Yerin üç küncünə ağ tüstü dolub,
    Göy yerin üstündə pərdədi demə.
    Salam, yalqız küçə – təsəlli yerim:
    – O qız çoxdan köçüb, ərdədi demə.

  • Nemət HACIƏLİYEV.Yeni şeir

    1234565_164022843791194_755412179_n

    QƏZƏL

    Ömrümə gəlibdi qış, payız gedəndən sonra,
    Sındı qəlbim puç oldu, yalan biləndən sonra.

    Vaxt var idi sevirdim, şübhəsiz inanırdım,-
    Bunlar hamısı olubdu səni görəndən sonra.

    Gözlədim xoşbəxtliyi ömür qatarında mən,
    Xəyallarım çin oldu səni görəndən sonra.

    Qovuşub bu həyatım qaranlıq zülmətlərə,
    Soyuqluğu hiss edib çıxıb gedəndən sonra.

    Çilik-çilik olsa da, qəlbim döyünür hələ,
    Neynirəm mən sevgini tənha öləndən sonra?!

  • Nemət HACIƏLİYEV.Yeni şeir

    1234565_164022843791194_755412179_n

    GƏRAYLI

    Seçilmirdin sən mələkdən,
    Amma sevmirdin ürəkdən.
    Məni soruşsan, küləkdən,
    Deyər qəlbim nimcan olub.

    Leyli Məcnun dastandadır,
    Könül mülkün zindandadır.
    Görəsən indi hardadır,
    Yəqin çoxdan peşman olub?!

    Gedəni saxlamaz idim,
    Amma sənsiz qalmaz idim,
    Saralmayıb, solmaz idim,
    Qəlbim çoixdan saman olub.

    Həyat fani, ölüm ani,
    Tanrı yazmış bu fərmanı.
    Oxu müqəddəs “Quran”ı,-
    İnsan üçün dərman olub.

    İnsan, öncə Allahı sev,
    Sonra yerdə qalanı sev.
    Saf qəlbinlə ürəkdən sev,
    Deməsinlər şeytan olub.

  • Nemət HACIƏLİYEV.Yeni şeir

    1234565_164022843791194_755412179_n

    QİTƏ

    Həyat bir dənizdi üzəsən gərək,
    Dayansan, sən boğularsan, batarsan.

    Həyat bir ağacdı kölgəsində ol,
    Getsən, kənara istidən yanarsan.

    Həyat bir oyundu sınaqla dolu,
    Çalış diqqətli ol, yoxsa azarsan.

    Həyat bir imtahan əgər ki, bezsən,
    Açıb sən “Quran”ı varaqlayarsan.

    Həyat bir sevgidir, sevgi də həyat,
    Yadına salıb məni ağlayarsan.

    Həyat bir həyatdı yaradıb Allah,
    Düşünmə ki, dünya malı udarsan.

    Həyat bir nərdivan üstündə Nemət,
    Üzülmə, gah enib, gah da qalxarsan.

  • Sevinc HƏMZƏYEVA.Yeni şeirlər

    198978_130040980400368_2795681_n

    * * *

    Titrəşən yarpaqların səsi qədər
    kövrək, mülayim
    Öpüşən ləpənin busəsi qədər
    Şirin, tələsik
    Gülüşən çiçəyin xəndanı qədər
    şaqraq, sevimli
    dünyam!
    Payızım ol!
    Sevim səni
    Səhər – axşam
    Yağış damcısında
    eşq damcısında
    Xəzəl üstə, xəzan üstə
    Addım – addım
    Daban qoyum izin üstə
    Izim sevsin izini
    Üzüm sevsin üzünü
    Yağış altda
    Rəqsə dalaq
    Sarı – narınc yarpaqların
    palitrasında
    Bir simfoniya yaradaq:
    Əbədi payız simfoniyası
    Əbədi eşq simfoniyası…

    * * *

    Kipriyindən, baxışından od damır
    Dama – dama
    Ürəyimə, könlümə
    Nur etmisən təpə – dırnaq məni sən!
    əsir deyim, qul deyim?
    Kölə deyim? Yox!
    Qoy deyim
    Deyə – deyə
    Nağıl edib söz etmisən məni sən
    Bir cüt görən göz etmisən məni sən
    Axan çaysan
    Axa – axa durulan
    Uca dağsan
    Zirvələrdən boylanan
    Sən mənasan
    Məzmununda doğulan
    Ucalıban var etmisən məni sən
    Varlığına yar etmisən məni sən!
    Sən mənimsən! –
    Səma mənim, göy mənim.
    Sən mənimsən! –
    Dəniz mənim, göl mənim.
    Sən mənimsən! –
    Səda mənim, çöl mənim
    Bir döyünən qəlb etmisən məni sən!
    Tək özünə cəlb etmisən məni sən!
    Sənə günəş deyim?
    Yox, bu çox azdır!
    Sənə həyat deyim?
    Bu yarısıdır…
    Sənə dünya deyim?
    Bu harasıdır…
    Öz eşqinə şam etmisən məni sən!
    Ruhum olub tam etmisən məni sən!

  • Sevinc HƏMZƏYEVA.Yeni şeirlər

    198978_130040980400368_2795681_n

    * * *

    Sənə dəli dedilər
    Sərsəm dedilər
    Duyğulu dedilər
    Qorxunc dedilər
    Sərgərdan dedilər
    Yorğun dedilər
    İncidinmi bilmədik
    Bilsək də heç dinmədik
    Əziz dərviş küləklər!

    Yalın ayaq
    Çılpaq əyin
    Başı açıq
    Əlləri boş
    Aram – aram
    Qarış – qarış
    Döngələri dönən küləklər
    Ağsaqqal küləklər, müdrik küləklər.
    Dünya seyrəngahın
    Göylər məskənin
    Dağlar ucalığın
    Yer sükunətin
    Çöllər azadlığın
    Düz harayların
    Üsyankar küləklər,
    Qalib küləklər.
    Qandalsız küləklər,
    Məğrur küləklər.

    * * *

    Gözlərindən nur damır
    Üzündə istək, sevgi
    Ürəyin ovcumdaca
    Dodağında hənirti

    Eşqindən şərab süzüb
    Necə də meyxoş olmuşam
    Məhəbbətindən içib
    Dəli, sərxoş olmuşam.

    Sən ruhuma bayatı
    Sən ruhuma laylasan
    Yazılmamış əfsanə
    Görülməmiş röyasan.

  • Sevinc HƏMZƏYEVA.Yeni şeirlər

    198978_130040980400368_2795681_n

    * * *

    Qəlbimə süzülmüsən
    Gözlərimə dirənən əksinlə
    Sevimli röyam olmusan…
    Damla – damla qanıma işləmisən…
    Mən olmusan…
    “Mən”də yenilənib
    bir yeni “sən” olmuşam…
    Səndən ayrı
    xəyalınla
    baş – başayıq…
    Gecə – gündüz
    Dincliyimi məndən alan,
    Məni sevən
    Məni üzən
    ayrılığın qollarında
    Saman çöpünə döndü
    Özü zalım
    Xoş xəyalın–
    Həmdəm olub, həmdərd olub
    Sirdaşımdı,
    sədaqətli ömür yarım…
    Baş – başayıq…
    Səndən sadiq xatirənlə
    Illər ötür, ömür yarı
    Kipriklərimdə
    donmusan,
    Baxışımın ucuna
    Nəzərlərimə
    Həkk olmusan…
    Xatirə kimi
    Yaddaş kimi
    Unudulmaz…
    Vaz keçilməz…

    * * *

    Sarı yarpaq, ağ çiçək
    Çiçəklər ləçək – ləçək
    Çiçəklər göyçək – göyçək
    Sarı yarpaq ağ çiçək
    Payız gəlib otağıma
    Yarpaqlarla
    Sarı – sarı xəzəl olub
    Saçım üstə, köksüm üstə səpələnib.
    Saplaq – saplaq
    Sarı yarpaq otaıma dənlənib.
    Payız gəlib
    Qızıl olub ana torpaq
    Qızıl olub hər ot, ağac
    Saplaq – saplaq sarı yarpaq
    Qızıl payız mənə qonaq.
    İçim payız
    Çölüm payız
    Saralmaqdan kövrəkləşən saplaq kimi
    Yumşaqlaşan iç mənimin
    Yarı payız
    Bəzəyi, naxışı payız.
    Payız kimi düşüncəm də
    Sarı, narınc, qızıl kimi
    Payız kimi düşüncəm də
    Kövrəkləşib, incələnib saplaq olub.
    Qucağında bahar payız
    Dənə – dənə telə dönən yaşıl payız
    Ölə – ölə məcrasında yenidən dirilən payız
    Düşüncəm, vüqarım kimi
    Enməz- yenilməz payız…

  • Debüt: Nemət HACIƏLİYEV (Bakı şəhəri).Yeni şeir

    1234565_164022843791194_755412179_n

    Nemət HACIƏLİYEV (Hacıəliyev Nemət Natiq oğlu) 1990-cı il oktyabr ayının 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.1996-2007-ci illərdə Bakı şəhəri 89 saylı orta məktəbdə təhsil alıb.2008-2012-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2012-2013-cü ildə ordu sıralarında hərbi xidmətdə olub.
    2013-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının magistratura pilləsinə qəbul olub.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Şeirləri dövri mətbuat səhifələrində, xüsusilə də mədəniyyət və ədəbiyyat portallarında işıq üzü görüb.

    EY YAR

    Səni sevdim, qədrimi bilmədin, ey yar!
    Mən səni sevsəm də, sən sevmədin, ey yar!

    Həyat davam edir, öz işin görür,
    Amma sən öz işini görmədin, ey yar!

    Məni qoydun avarə fani dünyada,
    Mən həsrətdən ağlamadım, gəlmədin, ey yar!

    Bir busə istədim o bal dodağından,
    Mən soldum, saraldım, sən öpmədin, ey yar!

    Könül mülkün getdi rəhmətə yoxam mən,
    Qəbrimi yad etməyə gəlmədin, ey yar!

  • Nemət HACIƏLİYEV.Yeni şeir

    1234565_164022843791194_755412179_n

    BİL

    Düzgün yaşa, dolan sadə,
    Dostları salgınən yadə.
    Nə baş verirsə dünyadə,
    Sənin üçün sınaqdı bil.

    Valideynlər sənə doğma,
    Gül bir az, özüvü boğma.
    Mal, dövlət altına yığma,
    Bəşəriyyət qonaqdı bil.

    Vardır hələ cavan yaşın,
    Boş işə qarışıb başın.
    Qızıldan toplamaq maşın,
    Müvəqqəti maraqdı bil.

    Ata, ana əziz sənə,
    Can vermişlər, oğul sənə.
    Bu dünyada onlar sənə,
    Çətinlikdə dayaqdı bil.

    Yaxşılıq et çalış hər an,-
    Buyurmuş belə Yaradan.
    Oxu sən müqəddəs “Quran”,-
    Qaranlıqda çıraqdı bil.

    Heç kimi sən gəl aldatma,
    Çətin gündə dostu atma.
    Nemət yazıb çox yaratma,
    Düşmənin belə sağdı bil

  • Nemət HACIƏLİYEV.Yeni şeir

    1234565_164022843791194_755412179_n

    DOSTUM

    Könül mülkün əzab çəksə,
    Bir qız tapdalayıb keçsə,
    Səni yox, özgəni seçsə,
    Mən səni atmaram, dostum!

    Pis günündə yanındayam,
    Həm sağın, həm solundayam.
    Həyat adlı bazardayam,
    Mən səni satmaram, dostum!

    Çəkmə zəhərdi siqaret,
    Hər işini sən düzgün et.
    Naməhrəmə sən baxma get,-
    Bunlar sənə haram, dostum!

    Bir almanı iki bölək,
    Sənə ölüm dayaq, kürək.
    Nə qədər döyünür ürək,
    Səninləyəm, varam, dostum!

    Aylar və illər ötsə də,
    Cavanlıq gözdən istə sə,
    Hamı tərk edib getsə də,
    Səni axtararam, dostum!

  • Münevver DÜVER (Türkiye Cümhuriyyeti, Adana).Muhteşem şiirler

    1236562_722085574474022_177854009_n
    Toprağım Azerbaycan

    Hasretinle doluyum ben
    Azerbaycan Azerbaycan.
    Özlemlerin yoluyum ben
    Azerbaycan Azerbaycan.

    Her zaman seni anarım
    Hasretin ile yanarım
    Budur benim son kararım
    Azerbaycan Azerbaycan.

    Türk’ün ülküsü sen oldun
    Can oldun gönlüme doldun
    Özgürlüğü sonra buldun
    Azerbaycan Azerbaycan.

    Yol oldun gönül çarşıma
    Nur oldun ulu marşıma
    Sevgisin yüce arşıma
    Azerbaycan Azerbaycan.

    Sen yakında, ben uzakta
    Sensiz yüreğim tuzakta
    Bayrağın her an kucakta
    Azerbaycan Azerbaycan.

    Her zaman seni düşlerim
    Seni gönlümde süslerim
    Kalbimde seni beslerim
    Azerbaycan Azerbaycan.

    Toprağın kokusu gelir
    Kokusu bağrımı deler
    Gözyaşımı sele eler
    Azerbaycan Azerbaycan.

    Münevver, Güneyin Kızı
    Dinmez bağrımdaki sızı
    Mevlâ’m ayırmasın bizi
    Azerbaycan Azerbaycan.

    Münevver Düver

    Hür Kazakistan

    Türk birliği mücadelesi veren
    Yadı gibi Kazak mert Kazakistan
    Ulusları bölüp murada eren
    Adı gibi Kazak, hür Kazakistan

    Varlığın timsali gökteki güneş
    Bağımsızlığında yaktı bir ateş
    Nursultan Nazarbayev seçildi eş
    Adı gibi Kazak, hür Kazakistan

    Tatar, Nogay, Kumuk, Türk grubuyla
    Moğollar, Cengiz Han, Türk hamuruyla
    Avrupa’dan Asya’ya taburyla
    Adı gibi Kazak, hür Kazakistan

    Astana baş kenti ya da Akmola
    Etnik grup için baş koymuş yola
    Rus, Alman, Ukrain, Özbek, Tatar Dola
    Adı gibi Kazak, hür Kazakistan

    Münevver Düver
    11.12.2010-Adana

  • Münevver DÜVER (Türkiye Cümhuriyyeti, Adana).Muhteşem şiirler

    1236562_722085574474022_177854009_n

    Özbekistan

    Hilali severken on iki yıldız
    Ayları çağırdı can Özbekistan
    Kaynağı uranyum, mermer, altundur
    Doğal gaz yağdırdı can Özbekistan

    Dokuz yüz doksan bir “Müstaki Günü”
    Ramazanla kurban aynıdır dünü
    Sekiz martları kadınlar günü
    Türkü ağırladı can Özbekistan

    Türkiye’yle aynı şekli, iklimi
    Gelinlik kızları doku kilimi
    Seyhun’la Ceyhun’un diğer dilimi
    Coşarak çağladı can Özbekistan

    İnsanın kültürlü, okur-yazar’ın çok
    İhracatın servet, ithalatın yok
    Taşkent’in, Buhara’n sinemde bir ok
    Beni yaraladı can Özbekistan

    Münevver Düver
    15.12.2010-Adana

    Kardeş Kırgızistan

    SSBD’den doğan bir kızıl güneş
    Türk’ün şanı oldun yar Kırgızistan
    Kırk kabileyi temsil eden bir eş
    Türk’ün yanı oldun yar Kırgızistan

    Kurmanbek Bakiyev sen dostça yaşa
    Issık köl sıcak göl hep gelsin coşa
    Altay ile Tanrı Dağları aşa
    Türk’ün anı oldun yar Kırgızistan

    “Asya İsviçre’si” derler adına
    Manas Destanı’da gelir yâdına
    Doyulmaz mısırla pancar tadına
    Türk’ün tan’ı oldun yar Kırgızistan

    Güzel kentin Bişkek, Talas ve Batken
    Çanaç’la yarım bardak çay içerken
    Yarış atlarına kımız yüklerken
    Türk’ün hanı oldun yar Kırgızistan

    Münevver Düver
    17.12.2010-Adana

  • Münevver DÜVER (Türkiye Cümhuriyyeti, Adana).Muhteşem şiirler

    1236562_722085574474022_177854009_n

    Kuzey Kıbrıs Türk Cumhuriyeti

    Ay yıldız işlendi beyaz sayfaya
    Oldu kuzey Kıbrıs Türk Cumhuriyeti,
    Lefkoşe, Güzelyurt değer dünyaya
    Aldı Kuzey Kıbrıs Türk Cumhuriyeti

    Şanımız, kanımız, soyumuz birdir
    Atamın kanları dökülen yerdir
    Askerimiz kardeş subay ve erdir
    Aldı Kuzey Kıbrıs Türk Cumhuriyeti

    BM. Altmış dört’de barış yapmadı
    Rumlar, Türkler’de huzur bırakmadı
    Karaoğlan zulmü iyi saymadı
    Aldı Kuzey Kıbrıs Türk Cumhuriyeti

    Rauf Denktaş, Derviş Eroğlu geldi
    Kitabı, kanunu beline aldı
    Gönül kapısını halkıyla çaldı
    Aldı Kuzey Kıbrıs Türk Cumhuriyeti

    Münevver Düver
    20.12.2010-Adana

    Türkiye’m 2

    Gönülden gönüle geçen yol vardır
    Ay yıldız aşkıyla birsin Türkiye’m
    Dünyada her ırkla dost ile yardır
    Kahraman ordunla ersin Türkiye’m

    Asya, Avrupa’yı bölen cıvansın
    Osmanlı’dan kalan yadigâr hansın
    Avrupa Birliği senden utansın
    Denizlerle coşan yersin Türkiye’m

    Kültürün, Tarihin özün bellidir
    Dağın, gölün, ovan, düzün bellidir
    Ayda dört mevsimin, güzün bellidir
    Bütün dünyaya değersin Türkiye’m

    Yedi bölgen turistlerin yatağı
    Seksen bir ilin farklı sıcağı
    İnsanların kalbi sevgi otağı
    Gönül tahtına binersin Türkiye’m

    Atatürk kurdu bu cumhuriyeti
    Başına getirdi asil milleti
    Demokrasi verdi ve hürriyeti
    Gözlerimde hep seğersin Türkiye’m

    Münevver Düver
    21.12.2010-Adana

  • Hasan AKAR (Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiir

    Hasan AKAR

    SELLER YÜRÜR YAMAÇLARDAN BİR GÜN

    Biz alışığız, takma kafana koca reis, fırtınaya, boraya
    Savursunlar bizi, utanmadan bir oraya bir buraya

    Dalgalara boğsunlar, çıkarsınlar gemimizi karaya
    Tabip olsalar sürdürmem merhemlerini yaraya

    İsterse karlar yağsın ,yıldırımlar düşürsünler düşümüze
    Bilirken riyakârlıkları yaptıkları gitmesin asla gücümüze

    Kapılma yeise, bu ülkede mevsimler hep kış gitmez
    Sanma ki bu çirkin karanlıklar ebedidir bir gün bitmez

    Bahar gelir elbet yüce dağlara, buzlar çözülür gün be gün
    Rahmet yağar, karlar erir, seller yürür yamaçlardan bir gün

  • Hasan AKAR (Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiir

    Hasan AKAR

    KOKLAYIM DEDİ OLMADI

    Bir deniz kıyısında bırakmıştım onu öksüzce tek başına
    Damla damla su sızdı hayat verdi güneşle kururken toprağa
    Aldırmadı fırtınaya, eğmedi boynunu azgın dalgalara
    Dualar etti tutundu adını veremediği bir sevdaya

    Bilemedi bu denli sevişi, utandı tabiat kol kanat gerdi
    Duysa sesini kıyıda belki unutacaktı çektiği derdi
    Vefalıydı, bir gün ilk güzde sürgüne uzandı açtı lâle
    Koklayım dedi, olmadı kader nasıl koydu lâleyi bu hâle.

  • Hasan AKAR (Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiir

    Hasan AKAR

    MUHTEŞEM RÜaBAİ

    Sönmüş sandığın volkan saklıymış derinliğinde yüreğin meğer,
    Varsın patlamasın,görsen rüyası,hayali yaşamaya değer,
    “Ellerini ellerimden,gözlerini gözlerimden ayırma hiç”,
    Lavlar akar da belki bir gün deniz kıyısında buluşursak eğer.

  • Əlirza HƏSRƏT.Yeni şeir

    13314_src-300x207

    MÜƏLLİM

    O məktəb illəri qızıl taxt yerin,
    Gül açan arzular könül bağındır.
    Ömrünün ən gözəl səadət payı,
    Müəllim adıyla ucalmağındır.

    Gözəl uşaqlara,gül balalara,
    Yazıb-öyrətməkdir müqəddəs işin.
    Biz də zərrəsiyik bu Yer üzündə,
    Müəllim ömründən doğan Günəşin.

    Haçan öyrənirsən şagirdsən elə,
    Müəllim olursan öyrədəndə sən.
    Dünyanın əbədi cənnət yeridir,
    Müəllim nuruna boyanan Vətən!

  • Sevinc NOVRUZOVA.Məqalə

    1157574_203638903145684_242380115_n

    Əhali öz sağlamlığı naminə ekoloyi cəhətdən təmiz , keyfiyyətli məhsullardan istifadəyə – “ Azərsüd”-ə üstünlük verəcək

    Süd məişətdə ən çox işlətdiyimiz nemətlərdən biridir. Süd məhsullarının faydası çoxdan təsdiq olunmuş bir faktdır. Süd məhsulları mədə şirəsinin ifraz olunmasını stimullaşdırır, bağırsaqların fəaliyyətini və maddələr mübadiləsini yaxşılaşdırır, orqanizm tərəfindən çox tez və asan mənimsənilir.
    Bundan əlavə, insan orqanizminə düşdükdə südturşulu bakteriyalar S, B1, B2, B12, D vitaminlərini və hətta təbii antibiotikləri istehsal edir ki, onlar xəstəlikləri törədən mikrobların (o cümlədən, mədə-bağırsaq və vərəm xəstəlikləri törədən mikrobların) inkişafını dayandırır və ya onları məhv edir.
    Bu yaxınlarda “Azərsun Holdinq” şirkətinin təşkilatçılığı ilə bir qrup jurnalist və gənc həkim kontingentindən ibarət heyət Kürdəmir Süd Kompleksində oldular. Baxış zamanı qonaqlar burada hər işin yüksək səviyyədə olduğunu, ən müasir avadanlıqlarla təmin olunub və keyfiyyətli südün istehsalı üçün ən yüksək texnologiyaların quraşdırıldığını gördülər.
    Kürdəmir Süd Kompleksinin digər süd müəssisələrindən tam fərqli olduğunu gördülər. Yəni bu zavodun ən böyük fərqi ondadır ki, burada heyvanların bəslənməsi tam təbii şəraitdə həyata keçirilir. Sadəcə fermada heyvanların qida ilə bəslənərək süd emal olunmasına deyil, onların otlaqlara çıxarılmasına da şərait yaradılır. Daha dəqiq desək ferma əkin sahəsinin yaxınlığında yerləşdiyindən fermada şərait yaradılır ki, heyvan özü sərbəst şəkildə otlağa getsin, gəzsin, otlasın. Buna görə də ondan əldə olunan süd kifayət qədər keyfiyyətli və digərlərindən daha üstün olur.
    “Azərsun Holdinq” şirkətinin əməkdaşı Afiq Səfərov bildirdi ki, Bildiyimiz kimi “Azərsun – Holdinq” ə məxsus Kürdəmir Süd Kompleksinin istifadəyə verilməsində əsas məqsəd yüksək keyfiyyətli məhsulla ölkəni təmin etməkdir.
    Kürdəmir Azərbaycanın Mərkəzi Aran rayonudur. Süd sağılandan bir neçə saat sonra, istehsalatdan çıxan kimi artıq Azərbaycanın bütün satış nöqtələrində qısa müddətdə istehlakçılarımıza təqdim olunur. Kompleksin qurulması zamanı yerli mütəxəssislərin əməyindən istifadə olunub. Yüksək səviyyədə qurulan süd istehsalı xətti Azərbaycanda yeganə bu kompleksdədir. Günlük süd istehsalının əsas başlıca şərtlərindən biri günlük istehsal olunması ilə yanaşı, operativ şəkildə satışının təşkil olunmasıdır.
    Bu da “Azərsun Holdinq” in malik olduğu çox güclü ticarət – dağıtım, satış potensialının hesabına mümkün olur.
    Bizim yerli mütəxəssislərimizin təcrübəsi heç də Avropa, Amerika mütəxəssislərindən geri qalmır, əksinə daha üstündür.
    Tədbirdə İnvestisiya bölməsinin layihə mühəndisi Çingiz Abbasov bəzi layihələr haqqında bizi məlumatlandırdı və bildirdi ki,
    bəslənən heyvanların iqlimə uyğunlaşması istiqamətində işlər aparılır. Əsasən Almaniyadan, Fransadan və s. ölkələrdən limuzin, şarolin, honştayn cinsli inəklər fermaya gətirilib. Həmin heyvanların məhsuldarlıq göstəriciləri bu gün dünyada yüksək göstəricilərə malikdir. Ətlik, südlük cinslər də vardır. Südlük cinslərimizdən günlük 25 – 35 litr arasında süd əldə etmək imkanımız var. Ətlik cinslərimizdə 1 heyvan 1 ton 200 – 1 ton 300 kq – a qədər ətlik verir. Zavodumuz gələcəkdə qatılaşdırılmış süd ixrac edəcək. Zavodumuz qurulmaq ərəfəsindədir. Bizim zavodumuzda yüksək keyfiyyətli avadanlıqlardan, paslanmaz metallardan istifadə olunur. Kompleks ümumilikdə inkişaf edir.
    Gələcəkdə bizim keçi və 3000 heyvan bəsləmə ilə bağlı planlarımız var. Hal – hazırda bu zavodda 200 heyvan bəsləyirik. Eyni zamanda toplama məntəqələrimiz də vardır.
    Kompleksdə buzovların ayrıca bəsləmə ferması vardır. Ümumiyyətlə, heyvanlar 3 nəslə bölünür və ayrılıqda bəslənilir. Buzovlar xüsusi vitaminli qida ilə qidalanırlar.
    Cənab Prezidentimiz bizim zavodun açılışında olarkən bizi dəstəklədi və təlimat verdi. 4000 ha Padarçöl – Şamaxı ərazisində heyvanların otlması üçün sahə ayrılıb. Kürdəmir süd emalı zavodunda Argentina mütəxəssislərinin heyvandarlıq təcrübəsində təsdiq etdikləri müasir tipli tövlə qurulub. Heyvanlar üçün tam təbii şərait yaradılıb. Damazlıq heyvan təsərrüfatını biz burada yarada bilmişik. Bu isə öz növbəsində çox çətindir. 3 böyük toplama məntəqəmiz var. Azərbaycanın 4 tərəfindən bizə təbii südlər toplanılır. Kürdəmir Süd Kompleksinin məhsuldarlığı günlük 120 ton təşkil edir. Hal – hazırda istehsal etdiyimiz 20 çeşidə yaxın məhsullarımız var. Məsələn: sterizlizə və bakterilizə olunmuş südlərimiz, ayranlarımız və qatıqlarımız var. Ayranın özünün müxtəlif çeşidləri vardır. Təbi nanəli, quru nanəli və sadə ayran. Qatıq növlərimiz – homogen olunmuş qatıq, üzərində qaymaq olan sadə qatıq və kənd qatığı . Qatığın məhsuldarlığı saatda 3 tondur. Maraqlı açıqlamalardan sonra biz zavodla və ferma ilə yaxıdan tanış olub və yeniliklərin əyani şahidi olduq.
    Biz inanırıq ki, əhali öz sağlamlığı naminə ekoloyi cəhətdən təmiz , keyfiyyətli məhsullardan istifadəyə – “ Azərsüd”-ə üstünlük verəcək.

    Sevinc Novruzova

  • Hacı Zərifə NOVRUZOVA.Məqalə

    1239035_204563266386581_211379483_n

    Avropa Azərbaycan Məktəbində yeni dərs ili başladı

    16 Sentyabr 2013 – cü il

    Bu gün Azərbaycanın bütün təhsil müəssisələrində yeni dərs ilinin başlandığı ilk gündür. Bütün tələbələr, şagirdlər kimi, valideynlərin də sevincinin həddi – hüdudu yoxdur.
    Çox hörmətli Prezidentimiz İlham Əliyev cənablarının və xanımı Mehriban Əliyevanın böyük səyi, təşəbbüsü nəticəsində fidan körpələrimizə göstərdikləri qayğı heç bir ölçü vahidi ilə ölçülə bilməz.
    Bunu Azərbaycanın bütün rayonlarında, ən ucqar kəndlərində tikilib istifadəyə verilən məktəb binalarının, idman komplekslərinin gəncliyə verdiyi böyük qiymət kimi yazmamaq qeyri – mümkündür.

    16 Sentyabr 2013 – cü il.

    Mən də bir valideyn kimi övladım Elşad Əzimzadənin yüksək balla qəbul olunduğu Avropa Azərbaycan məktəbinin qarşısında dayanmışam.
    Uşaqların ingilis, rus, azərbaycan dillərində hazırladığı bədii proqrama ;
    rəqslərə, çox maraqlı səhnələrə baxdıqca insan daxilən bu aləmdən ayrıla bilmir, körpə fidanların çıxışı adamı valeh edir. Məktəbin direktoru, çox sadə, olduqca mehriban, mehriban olduğu qədər də simasından nur yağan Amalya xanım Sezgin öz səmimi, dolğun və sevgi dolu çıxışında valideynlərə, məktəbin bütün şagirdlərinə ən böyük uğurlar, gələcək təhsildə yeni – yeni nailiyyətlər arzuladı.

    Bu gün 17. IX. 2013 – cü ildir.

    Yeni dərs ilinin 2 – ci günüdür. Yenidən məktəbdəyəm.
    Avropa Azərbaycan məktəbində.
    Üçüncü sinif məktəbin 2 – ci mərtəbəsindədir. Özüm qələm əhli olsam da, bir valideyn marağı ilə övladım Elşad Əzimzadənin dərsindəyəm.
    Müəlliməsi, həm də sinif rəhbəri
    2012 – ci ilin “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi;
    “Qabaqcıl təhsil işçisi”;
    “Metodik vəsait müəllifi”;
    25 il iş təcrübəsi olan Talıbova Pərvanə Niyazi qızı ilə söhbət edirəm. Çox səmimiyyətlə, uşaq dünyasının psixologiyasını dərindən bilən, elə ilk gündən onların sevgisini qazanan, həyatının ən şirin anlarını bu məsum körpələrə həsr edən, bu xanımla Azərbaycanın çox savadlı ziyalısı ilə, Pərvanə müəllimə ilə görüşüm sona yetir.
    Sonda körpələri şama, Pərvanə müəlliməni isə, adı kimi bir pərvanəyə bənzədirəm…
    Əzizim, Pərvanə müəllimə, arzu edirəm ki, şam kimi yanmağa başlayan bu fidanların başına fırlana – fırlana, gələcəyin alimlərin, həkimlərin, müəllimlərin, ən gözəl peşə sahiblərin yetişdirəsiniz.
    İndi isə 1 – ci mərtəbədə aşağıda yerləşən yeməkxanadayam. Səliqə – səhman, çox yüksək səviyyədə təşkil olunmuş təmizlik, işçilərin geyimləri, yeməklərin çox çeşidli olması, uşaqlara qayğı və mehribanlıq insanı valeh edir. Yeməklərin çox yüksək səviyyədə olması, bu qədər uşağa valideyn kimi göstərilən nəvaziş, böyük hörmət və izzətə layiqdir.
    Bütün bu gördüklərim üçün Nağıyev Aslana, Quliyeva Sunayə xanıma və bunların simasında bütün mətbəxt işçilərinə öz böyük minnətdarlığımı bildirirəm.

    Hacı Zərifə Novruzova,
    “Respublika gəncləri” qəzetinin xüsusi müxbiri
    Bakı şəhəri, 18.09.2013

  • Hacı Zərifə NOVRUZOVA.Məqalə

    1234743_204562886386619_1700612287_n

    Mənim Prezidentim, mənim qardaşım

    Siz oğlunuzu və yaxud qızınızı valideynlik fərəhi xatirinə həyata gətirib, tərbiyə etmirsiniz. Sizin ailənizdə, sizin başçılığınız altında gələcək vətəndaş, gələcək xadim və gələcək mübariz yetişir.
    S. Makarenko

    Bəli, Heydər ata, Zərifə ana, sizin dünyamıza, Azərbaycan adlı bir məmləkətə bəxş etdiyiniz bu ilahi varlıq da, eynən belədir. Həm gözəl vətəndaş, həm gözəl xadim, həm də ata yolunun mübariz davamçısı, bəşər tarixinə yeni səhifələr yazan, sadə, igid, mütləq qəlb gözəlliyi və qeyri – adi insani hisslərlə dolu olan bu oğula, bu varlığa…
    O, Balzakın bir kəlamını çatdırmaq istəyirəm:
    “Ata həmişə öz atalıq səadətindən feyz almalıdır”!
    Canım qardaşım, əziz Prezidentim, bax elə ulu öndərimiz, Heydər atamız da, ruhən öz atalıq səadətindən feyz alır.
    Çünki, siz onun istəklərindən də irəli getmisiniz!
    Onun ruhu bu gedişatından razı və gecə – gündüz sizə duaçıdır, ona görə ki, Azərbaycan məmləkəti və Azərbaycan xalqı onun vuran ürəyi, düşünən beyni və gözləri idi.
    Ərəblər deyir: “Atasına hörmət edən adamın ömrü uzun olar”.
    Siz də atanıza hörmət əlaməti olaraq əlinizə alovlu məşəl alıb, böyük Azərbaycanı nura, işığa qərq edirsiniz!
    Çox uzaq bir diyara, desəm ki, Savalan dağının ətəklərinə çox yaxın olan bir rayona, Yardımlı rayonuna, dağların başında qərib intizarlı, uzun bir yolu, gözdən uzaq, könüldən iraq diyara gəlmisiniz və gəlişinizlə o diyara nur və bərəkət gətirmisiniz.
    Azərbaycan tarixində ilk dəfədir ki, o yollara asfalt çəkdirəndə siz, o qərib yollar, o möcüzəli, əzablı yolları yuxarı qalxan da siz!
    Mən o yolları düz 35 ildir ki, ildə bir dəfə də olsa, qalxıram, amma təsəvvürümə belə gətirə bilməzdim ki, mənim Prezidentim, mənim qardaşım o narahat yolları, uzun yolları maşın karvanı ilə haçansa qalxacaq?
    Atanız kimi bütün çıxışınız bədahətən, diliniz, danışığınız sərbəst və səlist, xarici ölkələrdə, lap elə ABŞ – da ingilis dilində çıxışınız vaxtı televiziya ekranından əl çəkmirəm.
    Deyirəm, Tanrı sizi qorusun! Əziz Prezidentim, Əziz qardaşım!
    Hər yerdə, hər məclisdə boyunuz hamıdan uca olsun, canınız sağlam olsun, Azəri xalqının əbədiyaşar Prezidenti olasınız.
    Çünki, siz bütün türk dünyasının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, dünya şöhrətli siyasətçi, fenomenal şəxsiyyət olan Heydər Əliyevin oğlusunuz! Damarlarınızda ümummilli lider və xalqımızın müdrik rəhbərinin qanı axır.
    P. A. Holbax yazırdı:
    “Hakimiyyət yalnız o vaxt böyük nemət olur ki, onu əldə edən adama təbiət və tərbiyə alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, böyük təcrübə verilmişdir”.
    Tanrı bu gözəl xüsusiyyətlərin və keyfiyyətlərin hamısını yalnız sizə vermişdir.
    Çünki, sizin soykökünüz – babanız, atanız – ananız, dayınız, əminiz – bir sözlə, bütün sülalə, bütün nəsliniz, alim, akademik və dünya siyasətindən başı çıxan, daxili aləmləri xeyirxahlıqla dolu olan günəşdirlər.
    Günəşi örtsə də qara buludlar,
    Yenə günəş adlı bir qüdrəti var.
    Nizami

    Lakin hakimiyyət daxilində baş verən bəzi oliqarx məmurların çəkişmələri və həmişə olduğu kimi, seçki qabağı başlanan hərc – mərclik, narahatçılıq, söz – söhbət, sadə xalq kütləsini çaşdırmaq, sabitləşən abu – havanı pozmaq, hər kəsin öz funksiyasını yerinə yetirə bilməməsi və bəzi qurumların şəxsi söz – söhbətlərinin qəzetlərdə çap olunması, lazımsız yazıları, mənasız, məntiqsiz, yerində və vaxtında işlədilməməsi, insanların əsəbləri ilə oynayan böyük qalmaqal və dava – dalaşdan başqa bir şey deyil.
    Pifaqor demişkən:
    “Sənin haqqında nə düşünürlər, düşünsünlər. Ədalətli hesab etdiyin işi gör”.
    Mənim Prezidentim, mənim qardaşım oliqarx məmurların çəkişmələri qoy sizi darıxdırmasın, çünki siz “ədalət” deyilən, ədalətli hesab olunan işlərlə, xalqın rifah halının yüksəlməsi üçün lazım olan bütün əməllərlə məşğulsunuz!
    Siz xalqın ürəyi ilə yaşayan insan, xalqın ürəyinə çox yaxın bir rəhbərsiniz!
    K. Marks yazırdı:
    “Tarix o adamları böyük adamlar hesab edir ki, onlar ümumi məqsəd üçün çalışmış, özləri isə nəcib adamlar olmuşlar”.
    İndiki dövrdə K. Marksın bu tövsiyyəsini yerinə yetirməyə bilmərik.
    Bütün böyük vəzifəli insanlardan tutmuş, kiçik vəzifəli insanlara qədər, hamı, ümumi məqsəd üçün gündən – günə gözəlləşən, böyüyən, işığa, nura qərq olan, dövlətimiz, şöhrətimiz, canımız olan böyük Azərbaycanımız üçün çalışmalıyıq, qurmalıyıq, yaratmalıyıq!!!

    Hacı Zərifə Novruzova
    “Respublika gəncləri” qəzetinin xüsusi müxbiri
    Şirvan şəhəri

  • Ahmet DİVRİKLİOĞLU (Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiir

    294986_147984975329598_1905161564_n

    ULUORTALARDA. KALMASI

    Dun gece aradim seni her yerde
    Yagmurun altinda gece yarisi
    Sokaklar bosaldi herkes evinde
    Lanetledim boyle kaderi,sansi

    Neyime gerekti sevmesi seni
    Seven aci ceker degil ki yeni
    Unutmadim ama Asli,Kerem’i
    Derler ya benim ki bir kalp agrisi

    Kalp agrisi muzmin marazli yara
    Bir de sansin yoksa bahtinsa kara
    Dusmusse ki gonul sen gibi yare
    Ciledir bir derttir asik olmasi

    Sen mi? Ne asigi nedir ki sevgi
    Senin icin bos soz anlamsiz belki
    Ben yuregime soz dinletemem ki
    Bilemezsin ,zordur icten yanmasi

    Dun gece aradim seni her yerde
    Yanmiyordu lamban acikti perde
    Oksuz gibi idim bilesin bende
    Zormus ortalarda yanliz kalmasi

  • Ahmet DİVRİKLİOĞLU (Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiir

    294986_147984975329598_1905161564_n

    BIR. PARCA

    Canimi darlara cekersin yine
    Ne de bitmez hincin ,kinin var imis
    Gozumu acarim korkuyla gune
    Boylesi yasamak ne de zor imis

    Bilmiyorum derdin nedir benimle
    Cevirirsin benli entrika,hile
    Dusurmek istersin alem diline
    Bil ! Insani insan yapan ar imis

    Yirttin o perdeyi acirim sana
    Kasdedersin san ki benim canima
    Bil ki hak,hukuk var kalmaz yanina
    Yaradanin hukmu ates,nar imis

    Yanarsin yaktikca beni boylesi
    Ben Hak derim duyar sahibi sesi
    Yaslara koyarsin cumle,herkesi
    Demek bu halimiz sana kar imis

    Kar imis halimiz darda oldukca
    Unutulmaz adin dunya durdukca
    Ne olur adam ol gayri bir parca
    Densin akil basa uygun yar imis

  • Ahmet DİVRİKLİOĞLU (Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiir

    294986_147984975329598_1905161564_n

    KORKUYORUM

    Korkuyorum
    Can’a hasret var gibi
    Korkuyorum
    Onsuz olmak zor gibi

    Korkuyorum ;
    Ayaz caldi geceyi
    Boran aldi yuceyi
    Unuttum ben gulmeyi
    Korkuyorum

    Korkuyorum ;
    Kabus oturdu duse
    Bir el bastirdi dose
    Bir el uzatmaz kimse
    Korkuyorum

    Korkuyorum ;
    Alnimda soguk terler
    Dusumde zebaniler
    Beynimi kemirirler
    Korkuyorum

    Korkuyorum ;
    Acmiyor hava yine
    Dustum katran icine
    Gun inmez seherime
    Korkuyorum

    Korkuyorum ;
    Sensizim
    Korkuyorum ;
    Gel gayri Can ikizim

  • Bəxtiyar VAHABZADƏ.Həyatı və Yaradıcılığı

    240px-Bəxtiyar_Vahabzadə

    Vahabzadə Bəxtiyar Mahmud oğlu (16 avqust,1925 – 13 fevral, 2009)- şair, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycanın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət Mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın laureatı (1988), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000).

    Həyatı

    Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəliklə Bakıya köçmüşlər (1934). Burada orta məktəbi qurtarandan sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1942-1947). Universitetin aspiranturasında saxlanmış, “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şerini çap etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad” və “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1964). Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1950-1990). 1990-cı ildə təqaüdə çıxmışdır. Azərbaycan MEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilmişdir. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. 1976-cı ildə “Leninlə söhbət” və “Muğam” poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. “Qırmızı Əmək Bayrağı” və “İstiqlal” (1995) ordenləri ilə təltif olunmuşdur.
    Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.
    Bu poemaya görə 1962-ci ildə şair “millətçi” damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilmişdir. (Zəruri qeyd: Professor Şirməmməd Hüseynov Bəxtiyar Vahabzadənin işdən çıxarılmadığını bildirir: “Bəxtiyarı işdən çıxara bilməzdilər, çünki bu, ciddi ajiotaja səbəb ola bilərdi. Məcburən onu doktorluq müdafiəsi üçün elmi məzuniyyətə göndərdilər). Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra “Sandıqdan səslər” başlığı altında nəşr etdirmişdir.
    B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.
    2009-cu il fevral ayının 13-də, 84 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.

    Xatirəsi

    Türkiyənin Adana şəhərində Bəxtiyar Vahabzadə adına Sosial Elmlər Litseyi var.
    Əsərləri[redaktə]1. Mənim dostlarım. Bakı: Azərnəşr, 1949, 65 səh.
    2. Bahar. Bakı: Uşaqgəncnəşr, 1950, 49 səh.333666
    3. Ədəbi heykəl. Bakı: Azərnəşr, 1951, 60 səh.
    4. Dostluq nəğməsi. Bakı: Uşaqgəncnəşr, 1953, 63 səh.
    5. Çinar. Bakı: Uşaqgəncnəşr, 1956, 62 səh.
    6. Sadə adamlar (poema). Bakı: Azərnəşr, 1956, 124 səh.
    7. Xalq şairi Səməd Vurğun. Bakı: ADU-nun nəşriyyatı, 1956, 129 səh.
    8. Ceyran. Bakı: Uşaqgəncnəşr, 1957, 163 səh.
    9. Aylı gecə. Bakı: Azərnəşr, 1958, 127 səh.
    10.Şəbi hicran. Bakı: Uşaqgəncnəşr, 1959, 89 səh.
    11.Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1961, 273 səh.
    12.Etiraf; Şəbi hicran. Bakı: Uşaqgəncnəşr, 1962, 187 səh.
    13.İnsan və zaman. Bakı: Azərnəşr, 1964, 228 səh.
    14.Bir ürəkdə dörd fəsil. Bakı: Azərnəşr, 1966, 236 səh.
    15.Seçilmiş əsərləri. Bakı: Gənclik, 1967, 411 səh.
    16.Səməd Vurğun. Bakı: Azərnəşr, 1968, 346 səh.
    17.Köklər-budaqlar. Bakı: Gənclik, 1968, 134 səh.
    18.Dəniz-sahil. Bakı: Gənclik, 1969, 142 səh.
    19.Dörd yüz on altı. Bakı: Gənclik, 1970, 133 səh.
    20.Bir baharın qaranquşu. Bakı: Gənclik, 1971, 168 səh.
    21.Dan yeri. Bakı: Gənclik, 1973, 260 səh.
    22.Seçilmiş əsərləri (2 cilddə). I c. Bakı: Azərnəşr, 1974, 283 səh.
    23.Seçilmiş əsərləri (2 cilddə). II c. Bakı: Azərnəşr, 1975, 250 səh.
    24.Sənətkar və zaman. Bakı: Gənclik, 1976, 298 səh.
    25.Açıq söhbət. Bakı: Gənclik, 1977, 173 səh.
    26.Sadəlikdə böyüklük. Bakı: Yazıçı, 1978, 335 səh.
    27.Açılan səhərlərə salam. Bakı: Yazıçı, 1979, 230 səh.
    28.Pyeslər. Bakı: Gənclik, 1980, 355 səh.
    29.Payız düşüncələri. Bakı: Yazıçı, 1981, 365 səh.
    30.Muğam. Bakı: Yazıçı, 1982, 132 səh. (ərəb əlifbası ilə)
    31.Vətən ocağının istisi. Bakı: Gənclik, 1982, 181 səh.
    32.Seçilmiş əsərləri (2 cilddə). I c. Bakı: Yazıçı, 1983, 425 səh.
    33.Seçilmiş əsərləri (2 cilddə). II c. Bakı: Yazıçı, 1984, 448 səh.
    34.Səməd Vurğun. Bakı: Gənclik, 1984, 377 səh.
    35.Özümüzlə söhbət. Bakı: Azərnəşr, 1985, 264 səh.
    36.Dərin qatlara işıq (məqalələr). Bakı: Yazıçı, 1986, 318 səh.
    37.Axı dünya fırlanır. Bakı: Yazıçı, 1987, 204 səh.
    38.Gəlin açıq danışaq. Bakı: Azərnəşr, 1988, 210 səh.
    39.Lirika. Bakı: Azərnəşr, 1990, 214 səh.
    40.Ümidə heykəl qoyun. Bakı: Yazıçı, 1993, 124 səh.
    41.Vətəndaş. Bakı: Gənclik, 1994,
    42.Fəryad. Bakı: Azərbaycan, 1995,
    43.Körpü çaydan uzaq düşüb. Bakı: Azərbaycan, 1996,
    44.Bir ömür yuxu. Bakı: Azərbaycan, 1998,
    45.İstiqlal. Bakı: Gənclik, 1999,
    46.Ağıl başqa, ürək başqa. Bakı: Azərbaycan, 2000,
    47.Ağ atlı oğlan. Bakı: Təhsil, 2002,
    48.Əsərləri (I c.). Bakı: Azərbaycan, 2001, 544 səh.
    49.Əsərləri (II c.). Bakı: Azərbaycan, 2002, 576 səh.
    50.Əsərləri (III c.). Bakı: Azərbaycan, 2002,512 səh.
    51.Əsərləri (IV c.). Bakı: Çaşıoğlu, 2002, 608 səh.
    52.Əsərləri (V c.). Bakı: Çaşıoğlu, 2002, 504 səh.

    Filmoqrafiya[redaktə]1. Akademik Yusif Məmmədəliyev (film, 2005)
    2. Azərbaycan naminə (film, 2005)
    3. Bakı bağları. Buzovna (film, 2007)
    4. Bəxtiyar Vahabzadə (film, 1987)
    5. Bəxtiyar Vahabzadə (film, 2003)
    6. Bizim qəribə taleyimiz (film, 2005)
    7. Böyük ömrün anları (film, 2006)
    8. Dünya şöhrətli məzun (film, 2003)
    9. Habil Kaman (film, 1984)
    10.İstiqlal şairi (film, 1996)
    11.Kamil (film, 1997) 12.Qəmbər Hüseynli (film, 2007)
    13.Qisas (film, 1991)
    14.Qızlar (film, 2007)
    15.Liderlik missiyası. 1-ci hissə (film, 2008)
    16.Mətbuat fədaisi (film, 2007)
    17.Mirzə Babayev (film, 2001)
    18.Muğam (film, 1995)
    19.Muğamat var olan yerdə… (film, 2009)
    20.Toğrul Nərimanbəyov (film, 1966)
    21.Zirvəyə doğru (film, 2007)

    ATATÜRK

    Atatürkün atası! Adi cəfakeş bir ata,
    Öz kiçik külfətinin cövrünü çəkmiş bir ata,
    Bir böyük millətə ancaq ata əkmiş bir ata!
    Atatürkün anası! Adi bir insan, bir ana.
    Zaman ötdükcə nədən səcdə qılır hər kəs ona?
    Bir böyük millətə bir gün ata doğmuş o ana.
    Atatürkün sinəsi, yurdun almmaz qalası!
    Atatürk millətinin həm atası, həm balası!
    Nədir arzum, diləyim tanrıdan imanla bu gün?
    Talanan, bağrına dağlar çəkilən xalqım üçün:
    Yeni fikrin küləyindən qoca millət darana,
    Bizi birləşdirəcək bir Atatürküm yarana!

    1992-1998

    MƏN TÜRKƏM

    Sən bizi aldatdın illərdən bəri,
    Mən çərxi-fələkdən dərs götürmüşəm.
    Özgə anasından süd əmənləri,
    Özgə qulluğunda duran görmüşəm.

    Bəsdir dözdüyümüz ölümdən betər,
    Köhnə bazardakı o köhnə nırxa.
    Milləti yüz yerə caladın, yetər,
    Yüz arxın suyunu qatma bir arxa.

    Əslimi, nəslimi tanıyıram mən,
    Qarışıq deyiləm, özümdən hürkəm.
    Sən kimsən, sən nəsən, özün bilərsən,
    Mən ilk qaynağımdan türk oğlu türkəm!

    Sübutdur, dəlildir, ağlın qibləsi,
    Dəyişə bilərsən adımı ancaq.
    Canım çıxanadək qəlbimin səsi,
    “Türkəm” – gerçəyini pıçıldayacaq.

    Noyabr, 1995

  • Ədalət NİCAT.Yeni şeirlər

    217829_516458328381268_61900860_n

    Danışır sazın

    Aşıq Kəmalə Qubatlıya.
    Qubatlıda bitən bu zərif gülün,
    Adını tarixə yazın Kəmalə.
    Alının yazısı haqqdan yazıdı,
    Saza yazılıbdı yazın, Kəmalə

    Yuvasın qurubdu könlündə sözlər,
    Dərdin saza açır hamıdan gizlər,
    Dupduru dənizdi eşqili gözlər,
    Adamı öldürür nazın ,Kəmalə.

    Saz sənin , sən sözün oldun həyanı,
    Qorudun isməti abır-həyanı,
    Nağıllara bənzər könül dünyanı
    Dil açıb danışır sazın ,Kəmalə.

    Kalustoklular
    Ziyalı olmayıb özün ziyalı sayanlara
    Özü özündən bezir
    Pencək yazığı üzür
    İstidə necə dözür
    Yay bu kalustoklular
    Vay bu kalustoklular

    Sinəyə salır izi,
    Dalğası tutur dizi,
    Tamam bezdirib bizi,
    Tay bu kalustoklular.
    Vay bu kalustoklular.

    Düzgünə dodaq büzdü,
    Guya özləri düzdü,
    Əllidi yoxsa yüzdü,
    Say bu kalustoklular.
    Vay bu kalustoklular.

    Üz var üzə çıxırlar,
    Elmimizi yıxırlar,
    Ziyalını sıxırlar,
    Oy bu kalustoklular.
    Vay bu kalustoklular.

    Arxasızlara cumar,
    Arxalıya göz yumar,
    Yetim – yesirdən umar
    Pay bu kalustoklular.
    Vay bu kalustoklular.

  • Ədalət NİCAT.Yeni şeirlər

    217829_516458328381268_61900860_n

    Məşğulam.

    Ay İbrahim, sən sevməklə məşğul ol,
    Mənsə dərd-qəm çəkmək ilə məşğulam.
    Gecə-gündüz dayanmadan göz yaşın,
    İldır-ildır tökmək ilə məşğulam.

    Arif olan hər mətləbi incələr,
    Ruh göylərə pərvazlanıb dincələr,
    Ay çıxanda tək oturub gecələr
    Öz içimi sökmək ilə məşğulam.

    Hav götürən yaralarım simləyib,
    Dərdlərimi alaq basıb çimləyib,
    Pərən düşən xoş günləri cəmləyib,
    Yamaq edib tikmək ilə məşğulam.

    Sağollaşan necə-necə illəri,
    Yelə verdim şəvə kimi telləri,
    Söz bağından pöhrələnmiş gülləri
    Bu könlümdə əkmək ilə məşğulam.

    Arzularım zaman ilə daşlaşıb,
    Duyğularım daşa dönüb daşlaşıb,
    Ədalətəm ömür qalam yaşlaşıb
    Yavaş-yavaş çökmək ilə məşğulam.

    KÖÇÜM GƏLİM

    Bənzərsən yaz gəlişinə,
    Tamarzıyam gülüşünə,
    Gülüm sənin görüşünə
    Hansı yolu seçim gəlim?

    Səbrim çatmır daha canan,
    Mənəm eşq oduna yanan,
    Qapınızdan qoymur anan,
    Pəncərədən keçim gəlim.

    Ömrü ələyinlə ələ,
    Məni öz sevginlə bələ,
    Ədalətə bir yer elə
    Ürəyinə köçüm gəlim.

  • Ədalət NİCAT.Yeni şeirlər

    217829_516458328381268_61900860_n

    * * *

    Təbriz, Bakı doğma, əziz,
    Dərdləri də qoşa, Vətən.
    Göyçə,Dərbənd, İravan tək,
    Qan ağlayır Şuşa, Vətən.

    Yarımçıqdı çox işimiz,
    Həddən ləngdi yerişimiz,
    Hələ zəfər yürüşümüz,
    Çatmayıbdı başa, Vətən.

    Birləşməmək xalqa ləkə,
    Bölünməyək bölgə-bölgə,
    Üstündən çəkilsin kölgə,
    Daim azad yaşa, Vətən.

    Həsrətlə gözlədik danı,
    Qaranlığın sonu hanı?
    Şəhidlərin axan qanı,
    Gedəcək mi boşa, Vətən.

    Ədalət yurdun yurddaşı,
    Hopub qana qan yaddaşı,
    Lazımsa yurda baş daşı,
    Döndər onu daşa , Vətən.

    Qarabağ

    Bir tərəfin hündür dağlıq,
    Bir tərəf aran ,Qarabağ.
    Süküt əgər ölümdüsə,
    Bu deyil çarən, Qarabağ.

    Canımızdan ayrılıb can,
    Tapdaqlarda verirsən can,
    Qusdurmasaq düşmənə qan,
    Sağalmaz yaran, Qarabağ.

    Düşdüyümüz böyük tələ,
    Dərdlər yükdü şələ-şələ,
    Hamı verərsə əl-ələ,
    Çəkilər boran, Qarabağ.

    Heyif inandıq çatana,
    Qoşulduq ara qatana,
    Qənim olsun yurd satana,
    Müqəddəs Quran ,Qarabağ.

    Dünyaya,qoy, car olsun,car,
    Gəlməyənə ar olsun,ar,
    Arxa dursalar,arxan var,
    Bütöv bir Turan, Qarabağ.

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    48000_129777903874457_1650907077_n3

    ***

    Apar bu köpəyin qızını, bezdim,
    İncimə bu acı sözümdən, Tanrı.
    Canım kötük deyil baltalayalar,
    Nə qədər utanım özümdən, Tanrı?

    Yazığam, hər nəyəm, sonunda buyam,
    Mənim pulum yoxdur canımı alım.
    Cəllad da hazırdı, kötük də, ancaq
    Ürəyim qıymır ki, qanımı alım.

    Bir ana möhtacdır min paslı fikir,
    Ömür dağ çayıtək çağlayır gendə.
    Qalxım, bir söz deyim bu yalqız çağa,
    Kimsə adam kimi ağlayır gendə.

    Yollar köç aparır qara çöllərə,
    Qorx ki, yarı yolda kömür qurtarsın.
    Apar bu köpəyin qızını, Tanrı,
    Apar, mən də susum, ömür qurtarsın.

    ***

    Heç gözüm tutmadı bu sərt adamı,
    Tamah hərisidir, mərəzi artıb.
    Sənin bu adamla nə işin var, qız?
    Onun sənə qarşı qərəzi artıb.

    Daha baxışların yad kölgə salır,
    Daha əvvəlkitək qənim deyilsən.
    Sənə nə olub ki, zavalı qadın,
    Mənim ola-ola mənim deyilsən?

    Eh, nə çətin imiş vüsala dözmək…
    Məcbur eləməyin tapım sevgimi.
    Külüngüm əlimdə, ağlım başımda,
    Tanrı, ta imkan ver çapım sevgimi.

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    48000_129777903874457_1650907077_n3

    ***

    Ruhum yad malıdır, əlini burax,
    Sənə nə verirsə, təzə verir o.
    Əcələ sürtürsən başını tez-tez,
    Guya baxışına məzə verir o.

    Gözlərin adamı yüz səmtə çəkir,
    Sanki eşq yolusan hamımız üçün.
    Bəsdir göz oynatdın, hava soyuyur,
    Bir az qarğı göndər damımız üçün.

    Gəl, qurtar özünü bu ehtirasdan,
    Günahdan çatlayıb dan, bilmirsən, qız?!
    Sevgi də, yanğı da səninçün birdir,
    Hər şeyi özünə man bilmirsən, qız.

    ***

    Gəl, oda düşürəm, qapımı bağla,
    Kimsə cəhd eləyir çənəmi sıxa.
    Ruhum dua yazır ağ yuxulara,
    Qoymur sənin kimi sənəmi sıxa.

    Yüz ildi dən atır kölgəm boz düzə,
    Dənin bircəciyi bitmir, əzizim.
    Həsrət yara salar lal ürəyinə,
    Tək eşqin atəşi itmir, əzizim.

    Bəlkə çəpər çəkim fikrin dağılsın?!
    Qız, sənin nə qədər söz atanın var?
    Nədən narahatsan, qoy getsin o köç,

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    48000_129777903874457_1650907077_n3

    ***

    Ömür tək adamın çəkmədiyi yük,
    Ruhum əzab çəkir, dözüm, uyusun.
    Gəl gör nə gündədir öpdüyün dodaq,
    Gəl, barı barmaq sürt, közüm uyusun.

    Min ildi Məcnun da, Leyli puçdu,
    Min ildi yuxuda darıxırlar, qız.
    Utana-utana qapı döyənlər,
    Ömür yollarında karıxırlar, qız.

    Gəl qoşa yeriyək bu qısa yolu,
    Təklik sərf etməyən fərmandı, vallah.
    Sənin gözlərindən qopan hər baxış,
    Mənim gözlərimçün dərmandı, vallah.

    ***

    Kamına yetirik kal yuxuların,
    Quru çöl kimidi, balınca su at…
    Həsrət də adama güc verir bəzən,
    Qorxma, baxışının dalınca su at.

    Bir dəfə baxarlar geriyə, nazlım,
    Cahan bir anlığa taxtın olmur ki…
    Demə nə vaxt gedər uzağa bu köç,
    Bilirəm, sənin də vaxtın olmur ki.

    Çox da naz eləmə, iştahın artar,
    Yetən bu nisgili təzə bilər, qız.
    Ürək qapı deyil, on kərə açma,
    Kimsə eşq bağında gəzə bilər, qız.

  • Elşən KAMİLOĞLU.Yeni şeirlər

    * * *

    Mən ki, yanndayam
    Ən çətin günündə yada düşürəm.
    Gəlib axtarırsan, soraqlayırsan.
    Qəm tüğyan edəndə, yada düşürəm.
    Mən ki, yanndayam nə ağlayırsan.
    Ən çətin günündə özündən deyən,
    Arxalandıqların arxasız olur,
    Ən çətin günündə mən səninləyəm,
    Ürəyin toxtayır, kefin durulur,
    Yad oldu,üz çevir yaxının yadlaş.
    Ən uzaq bildiyin yaxın olarmış,
    Dost var ömür boyu ayaq altda daş,
    Su tək axıb gedən dostlar da varmış.
    Gec-tez xeyri-şəri qoyar yerinə
    Əbədi Allahdır, fani cahandır.
    Pərvanələr daim işığa gələn,
    Şamsa qaranlıqda xatırlayandı.

    * * *

    Pəncərə
    Baxdım, gözlərim yaşardı,
    Tərləmədi o pəncərəm.
    Dinmədi mən danışdıqca,
    Dinləmədi o pəncərəm.
    Göyərdi o dipcəkləri,
    Açılmadı o pəncərəm.
    Doydü şəhərin küləkləri,
    Açılmadı o pəncərəm.
    Daş atdım, çıxan olmadı,
    Boylanıb baxan olmadı.
    Görmədim kölgən görünə,
    Yandı, söndü o pəncərəm.
    Bitdi bizim faciəmiz,
    Pərdələndi o pəncərəm.

  • Elşən KAMİLOĞLU.Yeni şeirlər

    * * *

    Belə həyat istəmirəm.
    Bu pəncü-dü, bu şeş-cahar.
    At zərləri, xanalara düz daşları.
    Zər nə versə, nə göstərsə, oynayırıq biz daşları.
    Daşlar əgər yerbəyersə, yanbayansa daha yaxşı.
    Bu xanadan o xanaya daşıyırıq gah o daşı, gah bu daşı.
    Əl qol atıb yer tuturuq, baş xanada gözümüz var, zər tuturuq.
    Burda nə bir həyəcan var, nə bir fikir,
    zərin hökmü bizi ora-bura çəkir.
    Qalibiyyət zərdən asılı,
    məğlubiyyət zərdən asılı.
    Ovcundadır, amma hökmü səndə deyil.
    Kor-koranə zərləri at,
    qismətdən pay nədir görən?
    ….belə oyun istəmirəm,
    belə həyat istəmirəm.

    * * *

    Bir mənəm…
    Bir mənəm , bir şərab, bir də dörd divar.
    Divarda kölgəmdi, kölgəmdə qubar.
    Pəncərəmdə işıq, yollar qaranlıq.
    Gələn qocalıqdır, gedən cavanlıq.
    Bir ömür yaşadım yuxuya bənzər,
    Bir sevgi yaşadım qorxuya bənzər.
    Dağınıq aləmdə viranə dünyam
    Arzular məndən tez getdi dünyadan.
    Gözlərim yol çəkdi, yol gedə-gedə
    Nə yol verən oldu, nə yol öyrədən.
    Başımın üstündə sönən ulduzum,
    Göydə bu ulduza, bir qəbir qazın.
    Bir mənəm , bir şərab, bir də dörd divar.
    Nə zəng vuran, nə də gəlib gedən var.
    Dolur ürəyimə boşalır dərd-qəm,
    Boşalır piyaləm, dolur piyaləm.
    Bəxşiş kiminədi, qarğış kiminə,
    Dil dinmək istəmir əl boş olanda.
    Mən ayıq olanda sərxoş kimiyəm,
    Tamam ayılıram, sərxoş olanda.

  • Elşən KAMİLOĞLU.Yeni şeirlər

    * * *

    Bir ömür yaşadıq.
    Bu gün keçdi, üz tutub
    Hər sabaha yaşadıq.
    Ümüdimizi bağlayıb
    Bir Allaha yaşadıq.
    Bir daş atdı hər ötən,
    Lağa qoydu hər yetən.
    Bu sınıq pəncərədən
    Baxa-baxa yaşadıq.
    Ömür ötdü qayğıda,
    Min sualda sorğuda.
    Bizi qorxuda-qorxuda.

    * * *

    Məndən nigaran qalmayın.
    Məndən nigaran qalmayın,
    Ölsəm xəbər tutarsınız.
    Birdən birə yada salıb,
    Birdən də unudarsnız.
    Kimi bu dunyadan küsüb
    Kimi vətənindən qaçaq.
    Haqlıya olun bələdçi
    Haqsız özü yol tapacaq
    Ömür könüldə dəmbədəm
    Mərhum arzular yan-yana
    Nə çoxdur ağıl öyrədən
    Dəli oluram az qala.
    Gecələr uzun- uzadı
    Səhəri gözlə hər axşam
    Dişimi dişimə tutub
    Mən bax belə yaşamışam
    Baxır gözlərim güzgüyə
    Tanıya bilmir heç mən
    Məni sevənlər içində
    Sevdiklərimin heç biri

  • İbrahim İLYASLI.Yeni şeirlər

    Ibrahim-Ilyasli1-300x2253

    HARDASAN DÜNYANIN HALAL ADAMI

    Hardasan dünyanın halal Adamı,
    Hardasan, varmısan?–Səsimə səs ver.
    Məndən o tərəfə sən tükənirsən,
    Səndən bu tərəfə mənə nəfəs ver.

    Məndən o tərəfə, səndən bu yana,
    Nə kökdədi dünya, xəbərin varmı?
    Tapşırıb yellərə, büküb al-qana,
    Bir ürək yollasam sənə çatarmı?

    Bilərmisən hankı məmləkətdənəm,
    Hansı millətdənəm bilərmisən sən?
    Bu aciz halıma ucalığından,
    Baxıb acı-acı gülərmisən sən?

    Vurnuxub qalmışam dünya içində,
    Mənə bir yol salğa özünə doğru.
    Qurtulum bəşərin adiliyindən,
    Sürünüm mübarək izinə doğru.

    Hardasan dünyanın halal Adamı?–
    Sən haqsan, sən varsan!–Səsimə səs ver.
    Qapında ən sadiq nökərin ollam,
    Mənə bu Şahlığı, nolar, tələs ver.
    DƏVƏSI ÖLMÜŞ ƏRƏBIN DƏRDI
    Qalx, ərəb, qalx yeriyək
    Külək qalxacaq, külək.
    Səhra qum çadrasını
    Başımıza örtəcək.

    Nəriman Həsənzadə

    Nə ərəb tərpənir, nə külək kəsir,
    Sovurur səhranı belədən-belə.
    “Yenə bir həsirdi – bir məmmədnəsir””“,
    Bir də gözlərindən sellənən sudu –
    Yoğurur səhranı belədən-belə.

    Yerdən od püskürür, göydən qan yağır,
    Təbrizli, Bakılı “”ərəb”“in üstə.
    Min ildi yağanlar buracan yağır,
    Yağır Ərdəbilə, yağır Dərbəndə.
    Müsəlman gavurdan nicat gözləyir,
    Döşənib ağrıyan tərəfi üstə.

    Gah yadı qənimdi, gah da qardaşı,
    “”Ərəb“ ağlamasın – “ərəb”“ neyləsin?
    Şuşa qalasından, Qoşqar dağından
    Muğan düzlərinə atılıb daşı,
    Qara günə qalıb Qarabağları,
    Qara bağlamasın “ərəb”“ neyləsin?!

    Gah Moskovdan gəlir, gah Nyu-Yorkdan,
    “Qaxılıb yerində otur!“ – fərmanı.
    Bu millət görür də, bilmək istəmir:
    Onu yurd-yuvaya qaytaran deyil,
    Urusun “ Qırmızı papaq“ nağılı,
    İngilisin “Ötür-ötür“ fərmanı.

    Nazbalınc qoyulub başının altda,
    Layla çalanların çoxalıb sayı.
    “Qrant“ əmizdirib bihuşdarıynan,
    Sırımaq istəyir Azərbaycana,
    Avropa yeni bir “Gülüstan”“ payı.

    Səksən bayrağı var səkkiz milyonun,
    Qalıb umuduna səksən namərdin.
    Təkcə dəvə dərdi olsa nə vardı,
    Səkkiz milyon ruhu xəstə dərdidi,
    Mən dəvəsi ölmüş ərəbin dərdi,
    Sən dəvəsi ölmüş ərəbin dərdi!

  • İbrahim İLYASLI.Yeni şeirlər

    Ibrahim-Ilyasli1-300x2253

    YIXILIR

    Ürəklər eşqə atlanır,
    Ağıl nəfsindən yıxılır.
    Şair sözündən qatlanır,
    Aşıq səsindən yıxılır.

    Nuhun əyyamından bəri
    Sirri birdi bəndələrin;
    Kişi «yox»undan gəbərir,
    Zənən «hə»sindən yıxılır.

    Hərə qalxır öz ipinə,
    Kim düzünə, kim çəpinə.
    Hamı özünün dibinə,
    Öz zirvəsindən yıxılır.

    GÖZƏLLƏMƏ

    Gözəllik bəşərə görk olsun deyə,
    Qıydı Yer üzünə fələklər səni.
    Dayandı səcdənə ulduzlu Göylər,
    Qısqandı Allaha mələklər səni.

    Billah, belə sevda gəlməz hər başa–
    Od suya calandı, alğış qarğışa.
    Yanıb kül olunca qıldı tamaşa
    Şövqündən əriyən bəbəklər səni.

    Şimşəklər teyləndi qəfil üstümə,–
    Döndü qəflətxanam altı-üstünə.
    Susadı qanıma, durdu qəsdimə
    Öpüb oxşadıqca küləklər səni.

    Qüdrətim çatmadı vəsfi-halına,
    Pir deyib, əyildim gül camalına.
    Belə çoxmu gördü qul misalına,
    İblis yuvalanmış ürəklər səni?

    VARsansa – varımsan, YOXsansa yoxum,
    Ən halal zülmümsən, ən haram yuxum.
    Sağ qalınca cismim, ölüncə ruhum
    Müdam ayağına iməklər sənin.

  • İbrahim İLYASLI.Yeni şeirlər

    Ibrahim-Ilyasli1-300x2253

    * * *

    Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni,
    Bir dəm bəlayi-eşqdən etmə cüda məni.

    M.Füzuli

    Məni ömrüm boyu çək imtahana,
    Mənə ömrüm boyu zülm elə, nolar.
    Görüm nə çəkibdi dəli-divana,
    Görüm eşq əhlinə zülm ilə nolar.

    Təsəlli umduqca kəs umudumu,
    Görüm necə olur candan usanmaq.
    Tutuşub odlara, deyim – budumu
    Füzulidə yanmaq, Vaqifi qanmaq!

    Yaşıl ağac olam, qara daş olam
    Yolların üstündə bitməyə qoyma.
    Sərgərdan ruh olam, kəsik baş olam
    Qoyma vüsalına yetməyə, qoyma.

    Zülmət gecələrdə ağca şam kimi,
    Əriyim rəngində bu qara baxtın.
    Görüm aşiqliyin nədi tilsimi,
    Görüm şahı kimdi bu qannı taxtın.

    Məni ömrüm boyu çək imtahana,
    Mənə ömrüm boyu zülm elə, nolar.
    Görüm nə çəkibdi dəli-divana,
    Görüm eşq əhlinə zülm ilə nolar.

    SƏNDƏN ÖTƏRI

    Səni görən divanədi,
    Bilirəm, səndən ötəri.
    Göz yaşımla dağı-daşı,
    Dəlirəm səndən ötəri.

    Uydurmadım daha nələr?…
    Tükənibdi bəhanələr.
    Qonşunuza axşam-səhər,
    Gəlirəm səndən ötəri.

    İbrahiməm, için-için
    Göynəyirəm, gedir köçün.
    Ölmürəm yaşamaq üçün,
    Ölürəm səndən ötəri!

  • Esmira RƏHİMLİ.Yeni şeir

    Esmira-Rehimli4-222x300

    Günəşim
              
    Salam, xoş gəldin,
    Günəşim mənim.
    Güldün üzümə,
    Budaqlarım isindi,
    Tumurcuqlqrım cücərdi,
    Çiçəyim çırtladı!
    Gəlməsəydin,
    Qışın sərt üzü
    Öldürəcəkdi məni.
    Kəsib odun edəcəkdi
    Yeyənlər bəhərimi.
    Salam, xoş gəldin,
    Həyatımı mənə gətirdin,
    Əli dolu gələn qonağım mənim!
    Baxdım, səhərlər nə gözəlmiş,
    Buludlar yolum-yolum.
    Baxdım, gecələr nə gözəlmiş,
    Ulduzlarla qol-boyun.
    Oyatdın qış boyu yatmış ruhumu,
    Gətirdin baharımı.
    Meh əsib sığalladı
    Xumar-xumar hallarımda.
    Quşlar gəldi,
    Yuva qurdu qollarımda.
    Sənin sayəndə eşitdim nəğmələrini,
    Bilsən nə qədər sevindirdin məni!
    Salam, xoş gəldin,
    Günəşim mənim,
    Getmə daha!
    Mən çiçəkləyən ağacam,
    Vermə məni odunluğa,
    Atma məni tənhalığa!
    Getmə daha,
    Getmə daha!

  • Esmira RƏHİMLİ.Yeni şeir

    Sən gəldin

    Sən gəldin,
    Artıq səmalardan
    Güllü budaqlara qonmağa başladım.
    Sən gəldin,
    Həyatımı alt-üst eylədin,
    Hamar yuxularım əyişdi.
    Sən gəldin,
    Sənin zövqünlə ətirlənirəm,
    Çiçəkli qoxularım dəyişdi.
    Sən gəldin,
    Mənim sevdiklərim qaldı bir yana,
    Sənin sevdiklərinə
    Baxmağa başladım.
    Sən gəldin,
    Səndən ayrılmamaqçün
    Ölümdən qorxmağa başladım,
    Qorxmağa başladım…

  • Esmira RƏHİMLİ.Yeni şeir

    * * *

    Qəlbin kitab kimidir,
    Yazılar dolu.
    Gözlərinin pəncərəsindən
    Oxuyuram onu.

    Qəlbin səma kimidir!
    Sən heç gün çıxanda
    Səmanı gördünmü?
    Fırtınalardan xəbəsiz,
    Buludsuz, təmiz…
    Doğrunu gördünmü, doğrunu!
    Nə qədər ümüdsüz, aciz…
    Amma oğru hər zaman haqlı,
    Hər şey ona caiz!
    Gözləri qəmsiz, kədərsiz…

    Sən heç dənizin səsini
    Eşitmisənmi?
    Danışmır, heç nə demir,
    Onu anlayırsan…
    Danışma, heç nə demə,
    Səni anlayıram!

    Qəlbin zirvə kimidir,
    Ucalığına qısqanacaqlar səni.
    Nəfsin qapı kimidir,
    Böyüklüyünə qısqanacaqlar səni.
    Səninçün qadınlar bacı, kişilərlər qardaş,
    Səni sənin təmizliyinə qısqanacaqlar.
    Qısqanclar qaranlıq quyu kimidir,
    Səni sənin işığına qısqanacaqlar.
    Zalım, təkəbbürlü, qəddar adamlar
    Səni sənin mərhəmətinə qısqanacaqlar!

    Qorxma!
    Qorxdunsa bu zarafatdır…
    Əgər inandınsa,
    Qəlbləri oxumaq
    Çox asanddır…

  • Bu gün Üzeyir Hacıbəyovun doğum günüdür

    Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov (18 sentyabr 1885, Şuşa (Ağcabədi k.) – 23 noyabr 1948, Bakı) — dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Stalin Mükafatı laureatı (1941), “Lenin Ordeni” və “Qırmızı Əmək Bayrağı” ordeni laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948),

    Həyatı

    Vyanada Üzeyir Hacıbəyovun abidəsi (Müəllif: Ömər Eldarov)

    Üzeyir Hacıbəyov kənd mirzəsi ailəsində doğulub, ailədə üç qardaş, iki bacı olublar. Bircə Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş cəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Şuşaya gətirirlər. Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra ilk təhsilini buradakı iki sinifli rus-türk məktəbində almışdır. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olmuşdur.
    Bəstəkar Müslüm Maqomayevin bacanağı idi.
    Bəstəkar Niyazinin əmisi idi.
    Bəstəkar Nazim Əliverdibəyovun, skripkaçı Rasim Əliverdibəyovun, dirijor Kazım Əliverdibəyovun, pianoçu Nüşabə Əliverdibəyovanın xalası oğludur.
    Bəstəkar Əfrasiyab Bədəlbəylinin atasının xalası oğlu idi.

    Karyera və yaradıcılığı

    O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynamışdır. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. Seminariyanı bitirdikdən sonra Hacıbəyov 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilmişdir.
    Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlmiş, Bibiheybətdə, sonralar isə “Səadət” məktəbində dərs demiş, 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində “Hesab Məsələləri” və “Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti”ni nəşr etdirmişdir.[2]
    Hacıbəyov bədii yaradıcılığa publisistika ilə başlamışdır. O, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni İqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında “Ordan-burdan”, “O yan-bu yan” və s. başlıqlar altında “Ü”, “Filankəs”, “Behmankəs” və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir.
    Hacıbəyovun 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. Hacıbəyov operanın librettosunu Füzulinin eyni adlı poeması əsasında yazmışdır.
    Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşud banu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında yazmışdır. O, “Leyli və Məcnun”dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirmişdir.
    Xalq dastanı əsasında bəstələdiyi “Əsli və Kərəm” operasında Hacıbəyov muğamatla bərabər aşıq musiqisindən də istifadə etmişdir.
    O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır (komediyalarının mətnini də özü yazmışdır). Onun “Ər və arvad” (1909, ilk tamaşası: 1910), “O olmasın, bu olsun” (1910, ilk tamaşası: 1911), “Arşın mal alan” (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapmışdır. Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxumuşdur. Peterburq dövrü Hacıbəyovun yaradıcılığında mühüm rol oynamış, o, “Arşın mal alan” musiqili komediyasını məhz burada yaratmışdır.
    Hacıbəyov 1921-ci ildə Bakıda Azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini – Azərbaycan Dövlət Türk Musiqi Məktəbini (sonralar texnikum) təşkil etmişdir.
    1926-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərən Hacıbəyov burada nəzəriyyə, harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən dərs demiş, konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor kollektivi yaratmışdır.
    O, 1927-ci ildə Müslüm Maqomayevlə birgə ilk “Azərbaycan türk el nəğmələri” məcmuəsini nəşr etdirmişdir. Hacıbəyov 1931-ci ildə Azərbaycan Radio Komitəsi yanında ilk notlu xalq çalğı alətləri orkestri təşkil etmişdir.
    1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası (librettosu H.İsmayılov və Məmməd Səid Ordubadinindir) Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir. Azərbacan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır.
    O, “Koroğlu” operasında simfonik orkestrin tərkibinə Azərbaycan xalq musiqi alətlərini daxil edərək orkestrin rəngarəng səslənməsinə nail olmuşdur.
    Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, 19-cu əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirmiş, Azərbaycan və ümumiyyətlə Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirmişdir.
    Hacıbəyov həm də böyük musiqişunas alim idi. O, müasir Azərbaycan elmi musiqişunaslığının əsasını qoymuş, musiqiyə dair çoxlu məqalələr yazmış, tədqiqatlar aparmışdır.

    Üzeyir Hacıbəyovun qəbirüstü abidəsi

    Hacıbəyovun “Arşın mal alan” musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilmişdir.
    Üzeyir bəy Hacıbəyovun anadan olmasının 100 illik yubileyi dövründə böyük təntənə ilə keçirilmişdir.UNESKO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən Hacıbəyovun yubileyi beynəlxalq miqyasda da qeyd edilmişdir.
    2010-cu ildə Azərbaycanda və dünyada Üzeyir bəy Hacıbəyovun anadan olmasının 125 illik yubileyi təntənə ilə qeyd edildi. Bakıda 18-28 sentyabr ərəfəsində “Üzeyir Hacıbəyli – 125” Beynəlxalq Musiqi festivalı keçirildi.[3]
    Musiqili komediyaları[redaktə]
    1909 – “Ər və arvad”. 3 pərdədə. Librettosu Üzeyir Hacıbəyovundur. İlk tamaşa 1910-cu il mayın 24-də (iyunun 6-da) Bakıda, Nikitin qardaşlarının teatr-sirkində olmuşdur.
    1910 – “O olmasın, bu olsun”. 4 pərdədə, əvvəlcə 3 pərdədə idi (hamam səhnəsi 1915-ci ildə yazılmışdır). Librettosu Üzeyir Hacıbəyovundur. İlk tamaşa 1911-ci il aprelin 25-də (mayın 8-də) Bakıda, Mayılov qardaşlarının teatrında olmuşdur.
    1913 – “Arşın mal alan”. 4 pərdədə. Librettosu Üzeyir Hacıbəyovundur. İlk tamaşa 1913-cü il oktyabrın 25-də (noyabrın 7-də) Bakıda, Hacı Zeynalabdin Tağıyevin teatrında olmuşdur.
    İnstrumental müşayiətli xor əsərləri[redaktə]
    1919 – “Azərbaycan”. Xor və orkestr üçün. Sözləri Əhməd Cavadındır.
    “Milli marş”. Xor və orkestr üçün. Sözləri Üzeyir Hacıbəyovundur.
    1930 – “Himn”. Xor və simfonik orkestr üçün. Sözləri Üzeyir Hacıbəyovundur.
    1934 – “Kantata”. M. Firdovsinin 1000 illiyinə həsr olunub. Xor və simfonik orkestr üçün.
    “Qızıl əsgər marşı”. Solist, xor və fortepiano üçün. Sözləri Məmməd Səid Ordubadinindir.
    1936 – “Azərbaycan xalq mahnılarının xor üçün işləmələri”. Xalq çalğı alətləri ansamblı və ya fortepianonun müşayiəti ilə xor üçün (“Ay bəri bax”, “Gedək gəzək bağçada”, “Aman nənə”, “Nə gözəldir”, “Lolo”, “Sən gözəl”, “Ləlli”).
    “Süvari marşı”. Xor və fortepiano üçün.
    “Piyadalar marşı”. Xor və fortepiano üçün.
    1938 – “Kantata”. Solist, xor, simfonok orkestr və rəqs qrupu üçün. Sözləri Süleyman Rüstəmindir.
    “Ölməz sənətkar Mirzə Fətəli Axundovun anadan olmasının 125 illiyi münasibətilə”. Xor və fortepiano üçün. Sözləri H. Natiqindir.
    1939 – “Kantata”. Solist, xor, simfonik orkestr və rəqs qrupu üçün.
    1942 – “Vətən və cəbhə” kantatası. Solist, xor, simfonik orkestr və rəqs qrupu üçün. Sözləri Üzeyir Hacıbəyovundur.
    “Ey Vətən”. Xor və fortepiano üçün. Sözləri Səməd Vurğunundur.
    1945 – “Azərbaycan SSR Dövlət himni”. Xor və simfonik orkestr üçün. Sözləri Səməd Vurğun və Süleyman Rüstəmindir.
    “Qələbə himni” (“Zəfər himni”). Xor və simfonik orkestr üçün. Sözləri Səməd Vurğunundur.
    “Stalinə salam”. Xor və simfonik orkestr üçün. Sözləri Süleyman Rüstəmindir.
    1947 – “Kantata”. Nizami Gəncəvinin 800 illiyinə həsr olunmuşdur. Xor və simfonik orkestr üçün. Sözləri Süleyman Rüstəmindir.

    Orkestr əsərləri

    1928—1933
    “Kolxoz şöllərində”. Xalq çalğı alətləri orkestri üçün.
    “Arazbarı”. Simfonik orkestr üçün.
    “Təntənəli marş”. Azərbaycan Türk Teatrının 10 illiyinə həsr olunmuşdur. Simfonik orkestr üçün.
    “Fantaziya №1”. Xalq çalğı alətləri orkestri üçün.
    “Fantaziya №2”. Xalq çalğı alətləri orkestri üçün.
    1941
    “Cəngi”. Xalq çalğı alətləri orkestri üçün.
    Kamera-instrumental əsərləri[redaktə]
    1925—1945
    “Aşıqsayağı”. Skripka, violonçel və fortepiano üçün.
    “Uşaq albomu”. Fortepiano üçün.
    “Sonatina”. Fortepiano üçün.
    “Uşaq pyesləri”. Fortepiano üçün.
    Xoreoqrafik miniatürlər[redaktə]
    1919
    Azərbaycan. “Qaytağı” (Dağıstan).

    Romans-qəzəllər

    1941
    “Sənsiz”. Səs və fortepiano üçün. Sözləri Nizami Gəncəvinindir (Azərbaycan dilinə tərcüməsi Cəfər Xəndanındır).
    1943
    “Sevgili canan”. Səs və fortepiano üçün. Sözləri Nizami Gəncəvinindir (Azərbaycan dilinə tərcüməsi Mirvarid Dilbazinindir).

    Mahnılar

    1918
    “Çırpınırdı Qara dəniz”. Səs və fortepiano üçün. Sözləri Əhməd Cavadındır.
    1927
    “Yetim quzu”. Səs və fortepiano üçün. Sözlərinin müəllifi məlum deyil.
    “Bir quş düşdü havadan”. Səs və fortepiano üçün. Sözlərinin müəllifi məlum deyil.
    1930
    “Qaragöz”. Səs və xalq çalğı alətləri ansamblı üçün. Sözləri H. Natiqindir.
    1932
    “Komsomolçu qız”. Səs və fortepiano üçün. Sözləri Məmmədhüseyn Təhmasibindir.
    1933—1934
    “Süvari mahnısı”. Səs və fortepiano üçün. Sözləri H. Natiqindir.
    “Pilotlar”. Səs və fortepiano üçün. Sözləri M. Seyidzadənindir.
    “Bayram günü”. Səs və fortepiano üçün. Sözləri M. Seyidzadənindir.
    1941
    “Çağırış”. Səs və fortepiano üçün. Sözləri S. Əliyevanındır (İlk variantı “Mazut” adı ilə 30-cu illərdə yazılmışdır).
    “Şəfqət bacısı”. Səs və fortepiano üçün. Sözləri Səməd Vurğunundur.
    1942
    “Vətən ordusu”. Səs və fortepiano üçün. Sözləri Səməd Vurğunundur.
    “Yaxşı yol”. Səs və fortepiano üçün. Sözləri Süleyman Rüstəmindir.
    “Ananın oğluna nəsihəti. Səs və fortepiano üçün. Sözləri aşıq M. Bayramovundur.
    “Döyüşçülər marşı”. Səs və fortepiano üçün. Sözləri Səməd Vurğunundur.

    Filmoqrafiya

    Arşın mal alan (film, 1917)
    Arşın mal alan (film, 1945)
    Doğma xalqıma (film, 1954)
    Bəxtiyar (film, 1955)
    O olmasın, bu olsun (film, 1956)
    Arşın mal alan (film, 1965)
    Üzeyir Hacıbəyov (film, 1965)
    Üzeyir Hacıbəyov (film, 1976)
    Üzeyir ömrü (film, 1981)
    Nəğməkar torpaq (film, 1981)
    Nizami (film, 1982)
    Salam, Zeynəb! (film, 1982)
    Üzeyir Hacıbəyov (film, 1986)
    Prima (film, 1992)
    Əliyevin əli (film, 2000)
    Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)
    80 kilometr yerin altı ilə (film, 2002)
    Bəxtiyar Vahabzadə (film, 2003)
    Azərbaycan naminə! (film, 2004)
    Məşədi İbad-94 (film, 2005)
    Unudulmuş qəhrəman (film, 2005)
    Böyük ömrün anları (film, 2006)
    Bakı bağları. Mərdəkan (film, 2007)
    Qəmbər Hüseynli (film, 2007)
    Qızlar (film, 2007)
    Maestro Niyazi (film, 2007)
    Mənim atam Əliövsət Sadıqov (film, 2007)
    Mətbuat fədaisi (film, 2007)
    Cümhuriyyətə doğru üç addım (film, 2008)
    Bir ovuc torpaq (film, 2009)

  • Bu gün Məhəmmədhüseyn Şəhriyarın anım günüdür

    Seyid Məhəmmədhüseyn Behcət Təbrizi (Məhəmmədhüseyn Şəhriyar) (1906 – 18 sentyabr 1988) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan böyük Azərbaycan – İran şairi. Şeirlərini Azərbaycan və fars dillərində yazmışdır.

    Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. Məhkəmədə vəkillik etməklə ailəsini dolandıran atası şeiri və musiqini çox sevən bir ziyalı idi. Anası Kövkəb xanım da şifahi xalq yaradıcılığından, klassik irsimizdən, xüsusən, Seyid Əzim Şirvaninin qəzəllərindən bəzi nümunələri tez-tez oğlu Şəhriyar üçün oxuyardı. Şəhriyar Təbrizdə orta təhsil alıb, Tehran Universitetinin tibb fakültəsini bitirsə də 19-20-ci illərin ortalarından etibarən artıq istedadlı bir şair kimi tanınmağa başlamışdı. Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və Füzulinin qəzəlləri ilə müqayisəyə qadir olan sevgi şeirləri, dünyanın, həyatın mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələr, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifi olan sənətkarı Azərbaycan şeirinin ən yüksək zirvələri sırasına ucaldan, ilk növbədə onun vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyasını təbliğ edən əsərləri olmuşdur. Şəhriyar klassik şeirin bütün şəkillərində yazmış, ədəbiyyatı yüksək məzmunlu qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zənginləşdirmişdir. Hansı üslubda yazmasından asılı olmayaraq onun bir mövzusu var idi – Vətəninin mənəvi bütövlüyünü görmək, can qardaşlarının xoş sədasını eşitmək. Həyatının böyük bir hissəsini İranın müxtəlif şəhərlərində, Azərbaycandan uzaqlarda yaşamağa məcbur olan Şəhriyar özünün qəriblik qismətini vətənin taleyilə müqayisə edir, bu paralellikdə rəmzi bir məna görürdü:

    Səndən ayrı düşsəm də mən, eşqin ilə yaşayıram,
    Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan…
    Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
    Ustadımız deyib heçdir vətənsiz can, Azərbaycan!
    Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
    Azadlıqdır mənə məlhəm, sənə dərman Azərbaycan!

    Şəhriyar Təbrizdə orta təhsilini bitirdikdən sonra Tehrana gedərək, əvvəlcə 1921-ci ildə Tehran Dar-ül-fünununda, sonra isə Tibb fakültəsində ali təhsil almağa başlamışdır. Lakin fakültənin sonuncu kursunda təhsilini yarımçıq qoyub dövlət qulluğuna girməyə məcbur olmuşdur.

    Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin – Məliküşşüəra Baharın, Səid Nəfisinin və Pəjman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunmuşdur.

    “Heydərbabaya salam” pоeması

    M.Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə onun ölməz “Heydərbabaya salam” poeması olmuşdur. Əsər əslində şairin uşaqlıq yaddaşında yaşayan ucqar bir kəndin xiffəti ilə yazılsa da, qüdrətinin böyüklüyünə görə bütöv Vətən haqqında dastan kimi oxunur. Milli ədəbiyyatın və mədəniyyətin qorunması və inkişafı uğrunda fədakarlıqla çalışan vətənpərvərlərin səyi ilə “Heydərbabaya salam” əsəri 1954-cü ilin mart ayında Təbrizdə nəşr olunmuşdur. Həmin nəşrə müqəddimə yazmış alimlər – Mehdi Rövşənzəmir və Əbdüləli Karəng onu yüksək qiymətləndirmiş, bu poemanın dünya ədəbiyyatının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandığını göstərmişlər.

    Təbrizin Şairlər məqbərəsi

    Şəhriyar “Heydərbabaya salam” əsəri ilə Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq оla bilmişdir. Bəzilərinin dediyi kimi, bu əsər qısa bir zaman fasiləsində yaranmayıb. Bu əsər illərdən bəri Vətəndən ayrı düşmüş, Vətən həsrəti, Vətənə qоvuşmaq arzusu ilə yaşayan, Vətən üçün qəlbi yanan Şəhriyarın ürəyində dönə-dönə təkrarlanmış və yalnız anasının Tehrana gəlişindən sоnra qələmə alınmışdır.
    Sadə bir fоrmada yazılan pоema hələ əlyazma şəklində yayılaraq şöhrət tapmış və dövrün ziyalılarının diqqətini özünə cəlb etmişdir. Pоema iki hissədən ibarətdir. Şəhriyar pоemanın birinci hissəsini Tehranda, ikinci hissəsini isə Təbrizdə yazmışdır.
    Əsərin birinci hissəsi 1952-ci ildə tamamlanmışdır. Şəhriyarın həyatından göründüyü kimi 1952-ci ildə anasının ölümündən sоnra о, Tehranı tərk edərək Təbrizə yоla düşür. Düzdür, mənbələrdə Şəhriyarın İranın digər şəhərlərinə, xüsusilə Şiraza getmək fikrində оlduğunu qeyd edirlər. Lakin, ata-baba yurdunun şirin xatirələri ilə yaşayan, “Heydərbabaya salam” kimi bir pоema yazan, daim təəssübkeşlik mövqeyindən çıxış edən Şəhriyar məhz Təbrizə üz tuta bilərdi. M.Rövşənzəmir bu haqda yazırdı: “Heydərbaba dağı bir gün yerlə-yeksan оla bilər, yer üzərindən silinə bilər. Ancaq nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyarın bu şeri nəsildən-nəsilə ötürüləcək və yaddaşda qalacaqdır”.
    1954-cü ildə “Heydərbabaya salam” əsərinin Təbrizdə nəşr оlunmuş ilk çapına ikinci müqəddimə yazan Əbdüləli Karəng оlmuşdur. Əbdüləli Şəhriyarın ən yaxın dоstlarından biri və Azərbaycanın əski abidələrinin tədqiqatçısı, bir çоx kitabların müəllifidir. Ə.Karəng pоemaya yazdığı müqəddimədə həm Şəhriyar dühasının böyüklüyündən, həm də pоemanın xüsusi məziyyətlərindən söhbət açır.
    Kitabda maraq dоğuran cəhətlərdən biri də “Heydərbabaya salam” pоemasında işlədilmiş şəxs və yer adı göstəricilərinin izahatı ilə əlaqədardır. Həmin izahlar say etibarilə 74 izahat şəklində qruplaşdırılmışdır və demək оlar ki, pоemanın birinci hissəsində bütün adlar izah оlunaraq оxucunun pоema bоyu heç bir çətinlik çəkmədən göstərilən şəxs və yer haqqında tam məlumatlanmasına imkan yaradır. Bu izahatlar Şəhriyarın dili ilə verilir. Lakin kitabda həmin izahlar Mirzə Tahir Xоşnevisin xətti ilə yazılmışdır. Pоemadakı şəxs və məkan adlarının izahını ustad Şəhriyar demiş, Mirzə Tahir isə qələmə almışdır.
    Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gün, yəni 18 sentyabr hər il İranda “milli şeir günü” kimi qeyd edilir.
    Vəsiyyətinə görə Təbrizin Şairlər məqbərəsində dəfn olunmuşdur.

    Əsərləri

    Heydərbabaya salam. Təbriz: 1954.
    Seçilmiş əsərləri. Bakı: 1966.
    Bütün əsərləri (4 cilddə). Tehran: 1971.
    Aman ayrılıq. Bakı: 1981.
    Divani-Türki. Təbriz: 1992.
    Yalan Dünya. Bakı: 1993.
    Heydər babaya salam. Bakı: Azərnəşr, 1998, 80 səh. (Tərtibçi: Pənah Xəlilov)

  • Kənan AYDINOĞLU.Şeir

    QADIN AĞLAMAQÇÜN YARANMAYIBDI

    (Sevimli tələbə yoldaşım Səbinə Yusifovaya)

    Soykökə bağlılıq, yurda bağlılıq,-
    Qəhrəman bir yurdun canında olmuş.
    At çapan Koroğlu dəlilərinin,
    Sapandı, qılıncı yanında olmuş.

    Əsrlər boyunca ər meydanında,
    Fərhad tək qayanı bir ana yarmış.
    Yaxşı ki, bir xalqa xidmət göstərən,
    Cəsur bir diyarda qadınlar varmış.

    Ömrün sınağından üzü ağ çıxmış,
    Min igid gözündə darda da belə.
    Yaşınıb, utanıb, çəkinməmişdi,
    Boranda, şaxtada, qarda da belə.

    Şairlər bir yurddan geri qayıtmaz,
    Qadının hüsnündən ilham almamış.
    Nigar da, Həcər də qəhrəmanlıqda,
    Koroğlu, Babəkdən geri qalmamış.

    Qəlbi ovsunlayan siyah telləri,
    Kim sənə dedi ki, daranmayıbdı?!
    Üzündə sevinci görəndə bildim,
    Qadın ağlamaqçün yaranmayıbdı.

  • Kənan AYDINOĞLU.Yeni şeirlər

    ATATÜRK RUHUNA SALAMLAR OLSUN!

    “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir.Azərbaycan sevinirsə, biz də sevinirik.Azərbaycan üzülürsə, biz də üzülürük”.

    Mustafa Kamal Atatürk.

    Ulu öndərimdi babam ATATÜRK,
    Ruhuna hər zaman rəhmətim olsun!
    Türküstan elində, ulu diyarda,-
    Adını anmağım hörmətim olsun!

    Ruhuyla gecələr dərdləşməyim də,
    Mənim üçün ən böyük söhbətim olsun!
    Türküstan şerinin yayılmağında,
    Şairəm, mənim də zəhmətim olsun!

    Cümhur Başkanımız Atatürk sözü,
    Şeir dünyasında külfətim olsun.
    Qardaş Türkiyənin hər bölgəsiylə,
    Bu gözəl dünyada ülfətim olsun!

    “Türküstan və Türklər bölünməz”-deyən,
    Şeir dünyasında ümmətim olsun!
    Qəbrini ziyarət etmək hər zaman,
    Dünyada ən böyük niyyətim olsun!

    Kənan AYDINOĞLU.
    “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü.
    3 iyul 2013.Bakı şəhəri.

  • Kənan AYDINOĞLU.Şeirlər

    XƏTRİNƏ DƏYMƏLİ DEYİLDİM AXI…

    (Sevimli tələbə yoldaşım Müzəffərova Gülnara)

    Günah işlədib qadın qəlbinə dəydim. Həmin gün özümü
    günahkar hiss etdim. Bu misralar həmin münasibətlə yazılıb.
    Müəllif.
    Bir Allah hökmüylə illər uzunu,
    bəlkə yaxşılığı görməmisən sən?!.
    Xətrinə dəyməli
    deyildim axı,
    necə ki xətrimə dəyməmisən sən.

    SƏNİ ALQIŞLAYACAM

    (Sevimli tələbə yoldaşım Müzəffərova Gülnara)

    Şeir yazsan, inan ki, səni alqışlayacam.
    Sənə hədiyyə kimi, kitab bağışlayacam.
    Qayğılara bürünüb, güləssən əvvəlki tək.
    Sənin dodaqlarında açacaq yeni çiçək.
    Ömrünün hər anında qayğıya bürünəssən,
    Səmimi gülüşünlə sən gözəl görünəssən.
    Yenə də kövrək qəlbin axşamacan coşacaq,
    Şair qardaşın sənə yeni şeir qoşacaq.
    Daha tökülməyəcək gözündən həsrət yaşı,
    Atacaqsan çiynindən asılan yükü, daşı.

  • Vaqif SƏMƏDOĞLU.Həyatı və Yaradıcılığı

    Vəkilov Vaqif Səməd oğlu (Vaqif Səmədoğlu) — şair, dramaturq, publisist, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1989), Azərbaycanın Xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2000, 2005).
    Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), “Oğuz eli” qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışmışdır. “Humay” mükafatı laureatıdır (1998).
    Azərbaycanın xalq şairi Səməd Vurğunun oğludur.
    Əməkdar mədəniyyət işçisi Xavər Vəkilovanın oğludur.
    Azərbaycanın xalq yazıçısı Yusif Səmədoğlunun qardaşıdır.
    Əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilovanın qardaşıdır.
    Görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Mehdixan Vəkilovun qardaşı oğludur.

    Kitabları

    Yoldan teleqram. 1968
    Mən burdayam, ilahi. 1996
    Uzaq yaşıl ada. 1996

    Filmoqrafiya

    1001-ci qastrol (film, 1974)(tammetrajlı bədii film)
    Ağır şkaf (film, 1971)
    Ayrılıq bir dənizmiş… (veriliş, 2002)
    Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
    Bəxt üzüyü (film, 1991)
    Bircəciyim (film, 1986)
    Cin mikrorayonda (film, 1985)
    Çıxılmaz vəziyyət (film, 1983)
    Evləri göydələn yar (film, 2010)
    Evləri köndələn yar (film, 1982)
    Gün keçdi (film, 1971)
    Xəzinə (film, 1970)
    Karvan (film, 1995)
    Qətl günü (film, 1990)
    Nəğməkar torpaq (film, 1981)
    Toya dəvətnamə (film, 1973)
    Vurğun ocağı (film, 2003)
    Yaşıl eynəkli adam (film, 1987)
    Yaşıl eynəkli adam-2 (film, 1999)
    Yaşıl eynəkli adam-3 (film, 2002)
    Yumurta (film, 2003)

    * * *

    Son gecədir bu gün yenə,
    Sabah yenə son səhər.
    Son yel dolur son yelkənə,
    Qayıq üzür birtəhər…

    Axırıncı ağacdır bu,
    Əsir sonuncu külək.
    Bağlayıb sonuncu yolu
    Yenə sonuncu fələk…

    İndi son küçə üstünə
    Yağacaq son addımlar.
    Yenə dönəcəklər tinə
    Sapsarı son adamlar…

    Doğulur sonuncu insan,
    Sonuncu insan ölür.
    Yenə son dəfə ağlayan
    Son dəfə gülən olur…

    1963

    * * *

    Doğuldum 1939-da,
    1937-də tutuldum.
    48-də nənəm öldü,
    ömrümdə ilk dəfə
    ölüyə ağladım.
    Balıqlar saxladım
    akvariumda.
    Açıq qaldı pəncərəm
    bir qış gecəsi.
    Dondu balıqlar…
    İndi 1965-in
    yanvar gecəsidir.
    Deyəsən yaşamaq istəyirəm.

    1965

  • Yusif SƏMƏDOĞLU.Həyatı və Yaradıcılığı

    Yusif Səmədoğlu (tam adı: Vəkilov Yusif Səməd oğlu) — nasir, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1970), Azərbaycanın Əməkdar İcnəsənət xadimi (1980), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990)

    Həyatı

    Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində anadan olmuşdur. Moskvada Yazıçılar İttifaqı nəzdində olan M.Qorki adına Ədəbiyyat institutuna daxil olmuşdur (1953). Həmin İnstitutun IV kursundan ADU-nun filologiya fakültəsinin beşinci kursuna dəyişilmişdir (1957-1958). “Azərbaycan ” jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1960-1965), C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü (1965-1969), baş redaktoru, “Azərbaycanfilm” kinostudiyasının direktor müavini (1969-1976), “Ulduz jurnalının baş redaktoru (1976-1987), “Azərbaycan” jurnalının baş redaktoru (1987-ci ildən) vəzifələrində işləmişdir. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilmişdir (1991).
    “220 saylı otaq” (1960), “Qalaktika” (1973), “Qətl günü” (1987) kitablarının müəllifi olmuşdur.1998-ci il avqustun 17-də vəfat etmişdir.

    Filmoqrafiya[redaktə]
    Axırıncı maqın sonu (film, 1974)
    Azərbaycan SSR (film, 1971)
    Azərbaycan teatrının 100 illiyi (film, 1974)
    Cəlil Məmmədquluzadə (film, 1966)
    Çiçək yağışı (film, 1971)
    Dostluq məşəli (film, 1965)
    Səməd Vurğun (film, 1966)
    Foto “Fantaziya” (film, 1970)
    Göllərin tacı (film, 1966)
    Qətl günü (film, 1990)
    Monrealda Azərbaycan günü (film, 1967)
    Polşada Azərbaycan günləri (film, 1970)
    Səmt küləyi (film, 1973)
    Yeddi oğul istərəm… (film, 1970)
    Həmçinin bax[redaktə]
    Azərbaycanın xalq şairi Səməd Vurğunun oğludur.
    Əməkdar mədəniyyət işçisi Xavər Vəkilovanın oğludur.
    Əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilovanın qardaşıdır.
    Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun qardaşıdır.
    Görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Mehdixan Vəkilovun qardaşı oğludur.

  • Səttar QARAĞACLI.Həyatı və Yaradıcılığı

    Settar Qarağaclı(Xudiyev Settar Süleyman oğlu)1956-cı ilde Sabirabad rayonunun Qarağac kendinde anadan olub.1973 -cü ilde N. Tusi adına ADPU-nun filologiya fakültesini bitirmişdir. Hazırda doğulduğu kendde müellim işleyir.1986-cı ilde Azerbaycan Tehsil Nazirliyi terefinden” Baş müellim” adına layiq görülmüşdür.
    1975-ci ilden respublika metbuatında elmi, bedii, publisistik yazılarla çıxış edir. Xalq şairi Fikret Qocanın(1986) teqdimatı ile “Ulduz”, Müzeffer Şükür Mechulun teqdimatı ile(1991) “Genclik”jurnallarında şeirleri çap olunub.Bununla yanaşı,şeirleri” Azerbaycan qadını”, “Qobustan”jurnallarında,” Yazıçı” neşriyyatının” Yeni sesler”poeziya almanaxında(1986)derc olunub.1209-cu ilde”Haqqın sirdaşıyam”adlı şeirler kitabının(“Nurlan”-2009)müellifidir.
    Sabirabadda fealiyyet gösteren”Suqovşan” edebi birliyinin feal üzvlerindendir. Son illerde Yazıçılar Birliyinin xetti ile neşr olunmuş”Aran” Edebi Toplusunda,”Sözün sehri”. “Her sözü az demek daha xoş olar”, ” Sabirabadın söz ser veti”,”Söz dünyası”kitab-almanaxlarında çoxlu sayda şeirleri çap olunmuşdur.
    Ailelidir.3 övladı vardır.

    DAĞ ÇAYI
    Meylimi çekirsen bu gözelliye,
    Bürünüb qumaşa,lele dağ çayı.
    Senin qonağınam birce günlüye,
    Donmuşam heyretden hele,dağ çayı!

    Yatıb yalmanına dağın qayası,
    Burda her çiçeyin rengi, boyası.
    Qoy baxım üreyim, gözüm doyası
    Sağında,solunda güle, dağ çayı!

    Güneşi gizletdin dağlar başında,
    Ne sirler gezirem bu telaşında?
    Arınıb,daranıb çaylaq daşında
    Hara yollanırsan bele dağ çay?

    Settarı qınağa çeker bu hesret,
    Gözünden yayıoaz bu heya, ismet.
    Gedergi qonaqdır, bir de ya qismet,
    Senin görùşüne gele, dağ çayı.

    SÖZ AĞRISI
    Qol qoymaram her günaha,
    İçimde var köz ağrısı.
    Üreye güc gelir daha
    Ürekdeki”döz” ağrısı.

    Halallıqdır, haqdır andı,
    Könlüm qeme aşiyandı.
    Ezabını daşıyandı
    Öz saldığım iz ağrısı.

    Axar çayda süzüb geldim,
    Dağı-daşı gezib geldim,
    Ter gülleri üzüb geldim,
    Sızlamadı diz ağrısı.

    İl ötdükce yaş artacaq,
    Evim-pirdi qelbim-ocaq.
    Belke meni yaşadacaq
    Canımdakı söz ağrısı.