Hacı Zərifə NOVRUZOVA.Yeni şeir

1239701_599972280059482_572359492_n

Cəhrayı rəngli dünyam

Dünyanı cəhrayı görmək istədim,
Fələk əzəl başdan göynətdi məni.
Qarşıma sədd çəkdi, qara pərdəni
Talehimi daşa çırpdı, dağıtdı
Məsum ikən ürəyimi,
Kədər aldı, qəm aldı.

O vaxtdan dünyanın rəngi dəyişdi
Cəhrayı rəng görmək üçün dünyanı,
Təzədən yıxılıb, qalxmaq istədim.
İstədim dəryasında batam sevginin,
Əlimdə bərk tutam, əlim sevginin.
Gül ətrini duya – duya sevginin,
Dünyanı cəhrayıya boyayanda gözlərim.
Qaranlıq dünyadan, səsi gəldi sevgimin.

Fələk istədiyin özü bilmədi,
Onu da yolundan pislər çıxartdı.
Bircə Orxanımı alıb apardı,
Özü də bilmədi, niyə apardı?

Aramızda qara pərdə dayandı,
Dünya mənçün cəhrayı yox,
Qara rəngə boyandı.
Nə səsin duyuram,
Nə qara gözlərin öpüb, oxşayıram mən!
Balamın ruhu ilə bir yerdə yatan,
İndi artıq diri – diri bir ölüyəm mən!

16. 09. 2013
Bu şeir Z. Qulievanın qəm dolu dünyasına həsr olunur
Hacı Zərifə Novruzova
“Respublika gəncləri” qəzetinin xüsusi müxbiri