Category: Azərbaycan ədəbiyyatı

  • Hikmət MƏLİKZADƏ.”Xoşum gəlir”

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü,

    Bük əllərini, cam elə,
    Məni bu gecə şam elə…
    İstəyirsən, edam elə,
    Mənim səndən xoşum gəlir.

    Könlüm görmür çaxışını…
    Mamır basır naxışını.
    Yana əymə baxışını,
    Mənim səndən xoşum gəlir.

    Dağlar gərdi yelə sinə.
    Düz vermədi selə, sinə…
    Eləsinə, beləsinə,
    Mənim səndən xoşum gəlir.

  • Əlirza HƏSRƏT.”Yolum diskindi”

    575949_448528385223558_1371442086_n

    Qondu arzularım tikanlı telə,
    Açım qanadımı çətir tut yelə.
    Xatirən sığınan qucaqdım elə,
    Yerini boş görüb qolum diksindi.

    Divanə yolçudur ruhum bədəndə,
    Hələ Vətən gəzir bu qərib bəndə.
    Arxamca əlvida söylədin sən də,
    Ayaqlar altında yolum diksindi.

    Sən başqa məmləkət,mən ayrı ölkə,
    Nədir üstümüzə düşən bu kölgə?
    Dünyadan köçməyə qorxurduq bəlkə,
    Sevib cana gəldik,ölüm diksindi.

  • İlkin ABBAS.”Sən qoxulu şəhər”

    10515052_1454147261518412_988404994_n

    Bu gün yenə keçirdim,
    Sən qoxulu şəhərdən.
    Yollar mənə danışdı,
    Sən adlı bir nəfərdən.

    Dedim a yollar, baxın,
    Necədir mənim halım?
    Qonaq olur röyama,
    Tez-tez onun xəyalı…

    Yollar, o bir mələkdir,
    Geyinib insan donu.
    Mənə özəl yaradıb,
    Xaliqi-Sübhan onu.

    Onun qara qaşına,
    Gözünə qurban olum.
    Hər səhər sizdən keçən
    İzinə qurban olum.

    Çox uzaqdır bu şəhər,
    Gəlmişəm hardan-hara.
    Tək onun yoxluğudur,
    Günümü edən qara….

    Razıyam mən çəkim ah,
    Ondan gələn ahdırsa.
    Xoşdur mənə günahım,
    Sevməyim günahdırsa…

    A yollar, insaf edin,
    Çəkməyin məni dara…
    Ümidim tək sizədir,
    Aparın məni yara…

    Peşman etməyin məni,
    Belə uzaq səfərdə.
    Mən onu necə tapım?
    Bu cür böyük şəhərdə…

    Bu gün yenə keçirdim,
    Sən qoxulu şəhərdən.
    Yollar mənə danışdı,
    Sən adlı bir nəfərdən.

    30.04.2015…( 02:43)

  • Məmməd HACIZADƏ.”Baxışımız toqquşa”

    memmedhacizade

    Ah,nə ola bir dəfə,
    Baxışımız toqquşa.
    Dayanaraq üz-üzə,
    Gözlərimiz danışa.
    Danışmaya dilimiz,
    Hətta bir kəlmə belə.
    Qorxuram dilimizdən,
    Acı zəhər tökülə.
    Heç yaxın da gəlmərəm,
    Inan mən sənə sarı.
    Heç nəyə dəyişmərəm,
    Bircə o, baxışları.
    Hər səhər o, baxışlar,
    Salam verib keçəydi.
    Düşünəydim gün boyu,
    O baxışlar necəydi?
    Mən sənə baxmaq üçün,
    Hey qarşına çıxaydım.
    Gözlərimi qırpmadan,
    Gözlərinə baxaydım.
    Baxaydım ürəyimi,
    Danışdıran gözlərə.
    Ürəyimi yandıran,
    Alışdıran gözlərə.
    Hər gün başqa bir aləm,
    Hər gecə bir düşüncə.
    Yenidən doğuluram,
    Gözlərini görüncə.
    Hamıdan gizli-gizli,
    Ömür sürəydik belə.
    Nə bir gözə gələydik,
    Nə də düşəydik dilə.

  • Mais TƏMKİN.”Sən tanımasan da, olar!”

    10646868_273655359498567_6620189188081019440_n

    Deyirsən: ,, Yox, tanımıram,”
    Sən tanımasan da, olar.
    Səni heç də qınamıram,
    Sən tanımasan da , olar.

    Qartal gəzən dağda varam,
    Bülbül uçan bağda varam,
    Budaqda, yarpaqda varam,
    Sən tanımasan da , olar…

    Həm bəmdənəm, həm zildənəm,
    Dörd hikmətdən.. fəsildənəm.
    Halal əsil-nəsildənəm,
    Sən tanımasan da, olar.

    Sufi, dərviş, abid mənəm,
    Görünməzə şahid mənəm.
    Vətən bilir, şəhid mənəm,
    Sən tanımasan da , olar!

    Xoş arzuda, diləkdəyəm,
    Həzin əsən küləkdəyəm,
    Min-min güldə, çiçəkdəyəm,
    Sən tanımasan da, olar!

    Billur bulaq, dəli çayam,
    Gündüz günəş, gecə ayam.
    Tanrı verən bəxşiş, payam,
    Sən tanımasan da, olar!

    Çəməndə qızıl laləyəm,
    Gül üstə düşən jaləyəm.
    Dağdan axan şəlaləyəm,
    Sən tanımasan da, olar.

    İsrafilin surundayam,
    Həzrət Musa Turundayam.
    Məhəmmədin nurundayam,
    Sən tanımasan da, olar.

    Sevinc dolu gözdə yaşam,
    Fərəhimdən gərək coşam.
    Yaz müjdəli qaranquşam,
    Sən tanımasan da, olar.

    Həm xeyirəm, həm də ,, şər”əm,
    Haldan-hala tez düşərəm.
    Mən qəribə bir bəşərəm,
    Sən tanımasan da, olar!

    Neçə oğrun baxışdayam,
    Yüz ilməli naxışdayam,
    Enişdəyəm, yoxuşdayam,
    Sən tanımasan da, olar!

    Xoş amalam, saf niyyətəm,
    Şölələnən ülviyyətəm.
    Ecazkar bir təbiətəm,
    Sən tanımasan da, olar.

    Yaşıl meşə, göy çəmənəm,
    İşıq saçan-göycə, mənəm.
    Zəngəzuram, Göyçə mənəm,
    Sən tanımasan da, olar!

    Ələsgərəm, mən Alıyam,
    Sözümün şəkər-balıyam.
    İrəvanam, Borçalıyam,
    Sən tanımasan da, olar!

    Yurdun şəhəri, kəndiyəm,
    Dağı, bərəsi-bəndiyəm.
    Qoşa-qala Dərbəndiyəm,
    Sən tanımasan da, olar!

    Təbriz, Zəncan, Xoy da mənəm,
    Bir kökdə min soy da mənəm.
    Bütün VƏTƏN boyda mənəm,
    Sən tanımasan da, olar!

    Çəkdiyim ağrı, ahdayam,
    Dünən, bu gün, sabahdayam.
    Allah məndə, Allahdayam,
    Sən tanımasan da, olar!
    Sən tanımasan da…Olar!!

  • Mayisə ƏSƏDULLAQIZI.”De ki, Səni sevirəm..”

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,

    Arada bir zəng elə,
    De ki, səni sevirəm.
    De ki, sənin ətrini,
    Güldən ala bilmirəm,
    De ki,ay mənim ömrüm,
    Sənsiz qala bilmirəm.
    De ki, sənin həsrətin,
    Məni buza döndərir,
    Şirin-şəkər söhbətin,
    Ömrü yaza döndərir.
    De ki, sənin gülüşün,
    Gül-çiçəkli bahardı,
    De ki, sənin öpüşün,
    Təzətərdi, nübardı!
    De ki, o cazibəndən,
    Mən ölmüş hara qaçım?!
    Kimə deyim bu dərdi,
    Hansı qapını açım?!.
    …Arada bir zəng elə,
    De ki, səni sevirəm,
    De ki, sənin ətrini,
    Güldən ala bilmirəm,
    Sənsiz qala bilmirəm!!!

  • Hikmət MƏLİKZADƏ.”Göyün bir üzünü tüstü aparır”

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü,

    Köhnə qapı kimi cırıldayır Göy,
    Göyün bir üzünü tüstü aparır.
    Anamın alnında can verir qırış,
    Kimsə ovduğumuz bustu aparır.

    Düz otuz ildi ki, canıma yükdü,
    Nə vaxtsa kölgəmi asacam mən də.
    Adamtək alçalmaq böyüklükdüsə,
    Bugündən səbrimi basacam mən də.

    Nə var quş olmağa Allahın altda,
    Əcəlin tətiyi basılıdı, qız.
    Mənim bu taleyə yiyə çıxmağım,
    Sənin baxışından asılıdı, qız.

  • Tural SAHAB.”Leksik mənamsan mənim”

    1545553_10203040697648544_1046483349_n

    leksik mənamsan mənim
    yəni həqiqətim
    Sənsiz qoşma, bağlayıcı
    uzaq başı ədat, nida olaram
    dodaqlarda
    uzaqlarda
    yəni sənsiz
    ürəyimdəki sözlərdə boğularam
    Ürəyimin hərəkəti
    hərəkətinin tərzi, yeri, zamanısan
    sevgin rəngdədi
    damarımda qanım
    mən varlıq, sən adım
    əvəzliklərə kimidi
    sözüm söhətim
    səndən sonrası yox
    səni əvəz edən yox
    bax belə bir taledi, qədərdi
    mənim həyatım
    çıxışlıq haldan, yönlük hala qədərdi
    sözəm mən
    məcazi mənamdı sənsizlik

  • Debüt: Toğrul KƏRİMLİ (Tovuz rayonu).Yeni şeir

    Məni həsrət qədərsevənmi var ki?
    məni ümid qədər axtaranmı var?
    Məni ümid qədər itirmədilər,
    məni həsrət qədər axtarmadılar.

    Mənə ruhum kimi göz qoymadılar,
    qara kölgəm kimi izləmədilər.
    Gedəndə dalımca kimsə baxmadı,
    gələndə yolumu gözləmədilər.

    Axı bir eh boyda çəkilmədim mən,
    axı bir ah boyda yaşamadım ki.
    Yer boyda savabın qurbanı oldum,
    axı günah boyda yaşamadım ki.

    Mənəm gündə yüz yol ümidi sınmış,
    mənəm gündə yüz yol alçalmış uşaq.
    Mənəm ürəyində ağ tükü olan,
    mənəm ürəyindən qocalmış uşaq.

    Bəlkə də,bəxtimi özüm itirdim,
    bəlkə də,əvvəldən bəxtim olmadı.
    İndidən özümə bir qəbir qazım,
    bəlkə heç sonralar vaxtım olmadı.

    Özümü öldürmək günah sayılmaz,
    bir belə yaşamaq səhvsə,günahsa.
    Tanrıda özünü öldürər bəlkə,
    vaxt tapıb yazdığı yazıya baxsa.

  • Vasif ZÖHRABOĞLU.” Qoru gözlərimi gün işığından!”

    1601578_710347309084020_7077466699777794928_n

    Batmağa yollanar gün yavaş-yavaş,
    Şəkilim üşüyər başın üstündə.
    Mən dəli bir sevgi, sən həykəltaraş,
    Yon mənim əksimi daşın üstündə.

    Bu daş ki, sükutdur-sükut hələlik,
    Tozumdan gözünə vurmasın külək.
    Biraz tənhalıq ver, biraz dəlilik,
    Vicudum ruhunu oxşasın gərək!

    Ürək qoy sinəmin üstünü oyub,
    Bəlkə də qədrimi bilərsən mənim.
    Darıxsan gözünün üstünə qoyub,
    Arada tozumu silərsən mənim.

    Yenə daş oyandım bu sübh çağına,
    Gözlərim kor oldu yaraşığından.
    Qaldır əllərini tut qabağına,
    Qoru gözlərimi gün işığından!

  • AMEA-nın Şəki Regional Elmi Mərkəzinin yaranması və ədəbi-mədəni mühitin formalaşmasında rolu

    378318_508394119221817_1971439614_n

    Şəkidə elmi- mədəni mühitn formalaşmasında Şəki Regional Elmi Mərkəzi mühüm rol oynayır.
    sоn illərdə fəaliyyətə başlayan labоratоriyalardan biri də, zamanın tələbi ilə yaradılan “Fоlklоrşünaslıq və el sənətləri” labоratоriyasıdır. Bu laborotoriyanın yaradılmasında əsas məqsəd Balakən-Şəki regionunda təşəkkül tapan folklor örnəklərini toplamaq, sistemləşdirmək, araşdırmaq və nəşr üçün hazırlamaq idi.
    Labоratоriya 1989-cü ildə yaradılmış və оnun ilk rəhbəri filоlоgiya elmləri namizədi, mərhum Nurpaşa Hümmətоv оlmuşdur. Az müddət keçdikdən sоnra Nurpaşa müəllim dünyasını dəyişmiş, оnun əvəzinə 1990-cı ilin əvvəlində sənətşünaslıq namizədi, əməkdar memar Nərgiz Əsgərоva labоratоriya rəhbəri təyin edilmişdir.
    1993-cü ildə Nərgiz Əsgərоva elmi işlər üzrə direktоr müavini vəzifəsinə keçirildikdən sоnra şair Vaqif Aslan labоratоriya rəhbəri təyin edilmişdir.
    1997-ci ildə Azərbaycan MEA Ədəbiyyat Institutu Fоlklоr sarayının Şəkidə filialı yaradılmış və şair Vaqif Aslan həmin saraya direktоr təyin edilmişdir. 1998-ci ildən labоratоriyaya filоlоgiya elmlər namizədi, dosent Ulduz Mürşüdоva rəhbərlik edir. (daha&helliip;)

  • Nigar RÜSTƏMQIZI.”Elə yorulmuşam bu axtarışdan”

    qza

    İçimdə təşviş var,
    Elə yorulmuşam bu axtarışdan.
    Çox uzaq ulduztək
    yaxın ol mənə.
    Yaxınlıq görünər uzaqlığında…
    Yoxsa ki, yoxsa ki…
    Sayım saat-saat sənsizliyimi…
    Unudub özümü haraya gedim?!
    Bircə əlacım var,
    Elə bu gecə…
    Saydıqca yorulub yuxuya gedim.
    Aparsın ovcunda məni ta yuxu,
    Hardasa,hardasa sən olan yerə…
    Nə bilim…
    bəlkə də daha qar yağıb,
    Sənin sinəndəki mən olan yerə…
    Səni axtarıram son ulduzumda,
    Deyirəm sonumda bəlkə “SƏN”im var…

  • Cahan GÜLSÜN.”Ölü Dəniz”

    cahangulsun

    Qulaq ver səsimə,duy harayımı,
    İndi təsəlliyə ehtiyacım var.
    Viranə qoyublar qəlb sarayımı,
    Səntək gözəlliyə ehtiyacım var.

    Gəlmişəm hal-əhval edim səninlə,
    Dalğalar ruhumu alsın aparsın.
    Gəlmişəm baş alıb gedim səninlə,
    Bu zalım dünyadan canım qurtarsın.

    Bəs sənə nə olub niyə durğunsan?!
    Gözümə birtəhər dəyirsən bu gün.
    Bir az kədərlisən, bir az yorğunsan,
    Bir az da qəddini əyirsən bu gün.

    Vaxt ötür, hər şeydən bezirsən,dəniz,
    Nifrət eləyirsən dünya varına.
    Sən də mi ölümü gəzirsən dəniz,
    Yazığın gəlmirmi dalğalarına?!

    Sanki yadlaşmısan,uzaqlaşmısan,
    Elə bil dünyadan qovublar səni.
    Sən ki qatilinlə qucaqlaşmısan,
    Çirkab sularında boğublar səni.

    Gəmilər dönübdür başdaşlarına,
    Qəbrini qoynunda qazdırıbdılar.
    Məhəl qoymayıblar göz yaşlarına,
    Səni diri-diri basdırıbdılar.

    Sənə nə deyim ki,güldürüm,dəniz,
    Söylə sonuncu kəz nə vaxt gülmüsən?!
    Gəlmişdim özümü öldürüm,dəniz,
    Gördüm ki, sən məndən əvvəl ölmüsən!

  • Əsmər QASIMLI.”Kaş kəpənək olaraq bu dünyaya gələydim…”

    1423889445_esmer

    Kaş kəpənək olaraq bu dünyaya gələydim…
    Çiçəklərdən zövq alıb ömrü vuraydım başa,
    Bir kəpənək ömrüyle mən də ömür sürəydim,
    Qısacıq məhəbbətim onda dəyməzdi daşa…

    Kaş kəpənək olaraq bu dünyaya gələydim…
    Qanadlarım zər dolu, ipək kimi qalaydı,
    Kaş bu sözü o zaman men ürəkdən deyəydim,
    Deyəydim ki, pərvazım xoşbəxtliyə olaydı…

    Kaş kəpənək olaraq bu dünyaya gələydim…
    Çiçəklər dostum olar, çəmənlərsə məskənim,
    Kaş o zaman həyatın ləzzətini duyaydim,
    Nə həsrətim olaydı, nə də ki bir nisgilim…

  • Yazıçı Eyvaz Zeynalovun növbəti kitabı işıq üzü görüb

    Yazıçı Eyvaz Zeynalovun növbəti kitabı işıq üzü görüb. “Alatoran” nəşriyyatının buraxdığı kitaba yazıçının “Alın yazısı” romanı daxildir. Romanın süjet xətti təyyarə qəzasında həlak olmuş bir gəncin Rusiyanın və Ukraynanın şəhərlərində başına gələn maraqlı hadisələrdən ibarətdir.
    Kitabı Bakının kitab mağazalarından əldə etmək mümkündür.

  • Şəfa VƏLİYEVA.”Bizim pəncərəmiz yaman utanıb”

    sefa1-450x300

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    nə eləsən elə… yadıma gəlmir,
    necə açılmışdı tale qapımız…
    Bakı küçələri tapa da bilmir
    harda dolaşıbdı addımlarımız…

    bizim pəncərəmiz yaman utanıb,
    örtüb rübəndini yanaqlarına…
    “bizim” dediyimiz ömür qurtarıb,
    yaşam artıq “sənin”, “mənim” adında…

    o qız ölüb… məzar daşı ömrünün
    “eşq” adlı tənhalar şəhərindədi…
    mənim boyadığım qara gününün
    ağlığı yoxluğum qədərindədir…

  • Elnur RƏSULOĞLU.”Bayatılar”

    elnurresuloglu

    Əzizim, ala gözlər,
    Bircə cüt ala gözlər.
    Qorxuram baxışlarla
    Canımı ala gözlər.

    Əzizim, dağlar qalıb,
    Sinəsi dağlar qalıb.
    Laçında ürəyimiz,
    Şuşada dağlar qalıb.

    Əzizim, gözəl yara,
    Vurğunam gözəl yara.
    Bu sevən qəlbimə sən
    Vurma, ey gözəl, yara.

    Əzizim, gözlər qalıb,
    Üz solub, gözlər qalıb.
    Evlərdə neçə uşaq
    Atasın gözlər qalıb.

    Əzizinəm, aranı,
    Gəzdim dağı, aranı.
    Heç baxmırsan üzümə,
    De, kim qatdı aranı?

    Əzizinəm, sürmə, gəl,
    Gözünə çək sürmə, gəl.
    Elnur sənsiz darıxır,
    Ayrılığı sürmə, gəl.

    Əzizim, külək əsir,
    Qar yağır, külək əsir.
    Bir qız məni özünə
    Eləyib, külək, əsir.

    Mən aşiqəm, gül üzə,
    Gül yanağa, gül üzə.
    Bir yol gəlib insafa,
    Heç olmasa, gül üzə.

    Əzizinəm, qar alıb,
    Dağ başını qar alıb.
    Zalımın zülümündən
    Dünyada daş qaralıb.

    Əzizim, dinlə məni,
    Qulaq as, dinlə məni.
    Avam insan deyiləm,
    Qorxutma dinlə məni.

  • Şafa KAMİLLİ.”Niyə sən..?”

    Niyə bu qədər doğmasn mənə ,
    Bu qədər ,doğmanin ,yadin içində ,
    Ançaq sən doğmasan,əzizsən mən,
    Görəsən ,niyə sən ? ,goğmasan belə ,
    Ömrümə ,bəzəysen ,işiqsan belə ,
    Görəsən ,bəs niyyə doğmasan dellə,
    Bu qədər , insani icində ,nədən ?
    Təkcə sən ,doğmasan ,əzizsən belə…
    Sən sanki , elə mənim özümsən ,
    Görəsen ,bu sensen yoxsa özümüməm ?
    Tərədüd icində qalmişam inan ,
    Bu qedr doğmanin ,yadin icində,
    Niyə sən ? Niyə sen ? doğmasan belə

  • Fidan ABBASOVA.”Ruhumu oxşayır bahar ətirli”

    Ruhumu oxşayır bahar ətirli
    çiçəklər, bənövşə , yasəmən kimi
    Üzümdə canlanlr dərin sətirli
    qəlbimdə çalınır nəğməmim simi…

    Qaranquş yuvadan boylanır baxır
    Qəlbimdə ən dərin sevgi oyanır
    cəh -cəhlə hər yanı rəngə boyanır
    Əlimdə ən isti əllərin kimi…

    Sanki ilk eşqimi xatırlayıram
    Qaranqus gələndə bahar yaz kimi
    onu hər nəfəsdə arzulayıram
    ömrümün ən əziz arzusu kimi…

    Yarpaqda budaqdan düşür yavaşca
    Yağışda torpağa dolub yağdıqca
    mən səni sevmişəm qaranquşlarla
    durnalar elimə gəldiyi kimi…

    Fidan ilham alıb yazdı vəsfinə
    hələ deyiləcək neçə sözüm var
    heyranam mən sənin təmiz qəlbinə
    bir gün arzularım tam gerçək olar…

  • Allahşükür AĞA.”Qoca…”

    1424249538_sekil

    Sual işarəsinə oxşayır qoca,
    Sualın içində yaşayır qoca,
    Yol gedir. yol gedir xatirələrə…
    Sualın cavabı nəvələr gəlir,

    Nidalar kimi..
    Ayağını azca ləngidir qoca
    Bir azca əyir belini
    Nəsə tapırmış kimi
    Yenidən boylanır xatirələrə…

    Xatirələr uzaqda deyil ki,
    Əlində, üzündə qollarındadır.
    Onunçün torpağa o əyilir ki,
    Xatirələr getdiyi yollarındadı..

    Əyilir birini qaldıra bilmir,
    Beləcə dolanır küçəni qoca.
    Bütün xatirələr qapısı bağlı
    Açılmır ki,
    Keçə qocalıqdan gəncliyə qoca
    Həyat tək çırpınır küçədə qoca.

  • Abdulla MƏMMƏD.”Qəribəm yurdumda, qəribəm, canım”

    abdullamemmed

    (“Didərgin şərgisi, qaçqın harayı” silsiləsindən)

    Bir ovuc təsəlli, bir ovuc səbir,
    Bir ovuc ümid ver- çəkim başıma.
    Ağlıma gəlməyən, bağrımı dəlir,
    Haranın külünü töküm başıma ?!

    Yerinə düşmür heç, sözüm yerinə,
    Ha “İllah” edirəm- söz yerə düşür.
    Əyrilər ucalır düzün yerinə,
    Əyilə- əyilə düz yerə düşür.

    Yad əldə didilən bir əlçım yunam,
    Bir əlçim buludam yol çəkən gözdə.
    Köhnə bayatılı qəmli oyunam,
    Nəmli göz yaşıyam verilən sözdə.

    Kimi göz götürür, söz yerə salır,
    Kimi ot bitirir dillərin üstə…
    Dərdi şələləyib, çiynimə alıb,
    Çıxıb gedəcəyəm illərim üstən.

    Bəxtimin rənginə çalan ocaqda
    Gözlərim özgə rəng görmür- neyləyim?
    Qarala-qarala qalan ocaqdan
    Gedən səadəti necə əyləyim?!

    Bir ovuc adamın əlindən qaçan
    Bir ovuc torpağam, bir ovuc suyam.
    Qərib çadırlara köksünü açan
    Yurdu qəribsəyən qərib harayam.

    Hər gözdən bir həsrət, bir qüssə yağır,
    Bir qərib hava çal, isinsin canım.
    Qəriblik alnıma yazılan ağı,
    Qəribəm, yurdumda qəribəm, canım!

    Bir ovuc təsəlli, bir ovuc səbir,
    Bir ovuc ümid ver- çəkim başıma.
    Ağlıma gəlməyən başıma gəlir,
    Haranın külünü töküm başıma?!

    Azərbaycan.Quba.
    19.02.2001.

  • Debüt: Qızbəsti QULİYEVA (Naxçıvan Muxtar Respublikası).Yeni şeirlər

    Qızbəsti Quliyeva 2000-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olmuşdur. Hazırda Şahbuz şəhər 1 №-li tam orta məktəbin VIII sinfində oxuyur.
    Öz hiss və duyğularını poetik şəkildə elə indidən çox sərrast şəkildə ifadə etməyi bacaran gənc qələm dostumuza yaradıcılıq yollarında uğurlar arzulayır və onun bir neçə şeirini oxuculara təqdim edirik.

    Şəhid anası

    Oğlunu torpağa qurban vermisən,
    Övlad itkisini sən ki görmüsən,
    Çiçək bitirmisən, xəzan dərmisən,
    Ağla bu dəhşətə, şəhid anası.

    Ağlama desəm də kar etməyəcək,
    Bu acı qəlbindən heç getməyəcək,
    Kabuslu yuxular heç bitməyəcək,
    Ağla bu dəhşətə, şəhid anası.

    Gecənin yarısı xəbər almısan,
    Səsizcə, heyrətlə donub qalmısan,
    Bulud tək qaralıb, göy tək dolmusan,
    Ağla bu dəhşətə, şəhid anası.

    Qapqara saçına düşübdü ağ dən,
    Övlad qisasını alacaqsan sən,
    Adını tarixə yazacaq Vətən,
    Ağla bu dəhşətə, şəhid anası.

    İgidlərim, ərənlərim, mərdlərim

    Göyə qalxdı silahların tüstüsü,
    Ürəyimdə torpağımın istisi,
    Hər tərəfdə igidlərin gur səsi,
    İgidlərim, ərənlərim, mərdlərim.

    Düşmənləri ayağıma sərdilər,
    Yaxşı gündə, dar gündə də birdilər
    Vətən üçün canlarını verdilər,
    İgidlərim, ərənlərim, mərdlərim.

    Şəhid oldu neçə-neçə igidim,
    Neçə dünya olsa sığışmaz dərdim,
    Azadlıqdır mənim eşqim, qismətim,
    İgidlərim, ərənlərim, mərdlərim.

  • Elnur Abdiyevi doğum günü münasibətilə təbrik edirik! (5 may 1980-ci il)

    1424259792_elnur

    Abdiyev Elnur Dilavər oğlu 1980-cı il may ayının 5-də Neftçala rayonunun Aşağı Surra kəndində doğulub. Orta təhsilini kənd məktəbində başa vurub. 2005- ci ildə Lənkəran Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Hal-hazırda Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbdə ədəbiyyat müəllimidir. İki kitab və bir neçə publisistik yazıların müəllifidir.

    Qadın göz yaşına inləyir ruhum

    Nə olar,ağlama,sil,göz yaşını,
    Qadın göz yaşına inləyir ruhum.
    Zümrüd gözlərindən daman damlanı,
    Bir nalə,fəryadtək dinləyir ruhum.

    Səni ağladanlar anlamır nədən?
    Qadınsız bir kişi yurddaşsız Vətən.
    Tərk edir bədəni,ruhsuzdur bədən,
    Qalxıbdı,cismimə enməyir ruhum.

    Ağlama,bağrımı gəl etmə,şan-şan,
    Elə bil qanımdır,gözündən axan.
    Sükuta qərq olub,halı pərişan,
    Baxır göz yaşına,dinməyir ruhum.

    Bəlkə,sən deyilsən,özgəsidir,bu?

    Gözündə bulanıb eşqin ağ suyu,
    Bəlkə də,taleyin tənəsidir,bu.
    Gözlərin elə bil dərin bir quyu,
    Bəlkə,sən deyilsən,özgəsidir,bu?

    Hanı şaqraq gülüş,o şux yerişin?
    Onu verən həyat geri aldımı?
    Ya uğursuz oldu , bu son gedişin?
    Sənə də uduzmaq nəsib oldumu?

    Üzünə iz salıb zamanın əli,
    Daha nə var alnın qırışlarında?
    Gör nələr yazıbdır,taleyin əli,
    Susqun həyat nədir,baxışlarında?

    Kaş dönə yaşanan o xoşbəxt anlar,
    Neyləyək bu anı kimsə bilməsin?
    Səni bürüməyə bircə qəlbim var,
    Gəl gir ürəyimə kimsə görməsin.

  • Hikmət MƏLİKZADƏ.”Gəl otur, hərəyə yüz qram içək”

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü,

    Gəl otur, hərəyə yüz qram içək,
    Sənin sağlığına qəmlənək bir az.
    Soyun əynindəki çulu-çuxanı,
    Eşqin dumanında nəmlənək bir az.

    Araya nə qədər ağ pəri girib,
    Həyat torpaq kimi dadın itirib.
    …Adəmin günahın almaq əbəsdir,
    Kişi Həvva boyda qadın itirib…

    Məndən yanağını uzaq tut, nazlım,
    Dişlərim qaşınır – zəliyəm artıq.
    Mən aşiq oluram, aşıq sanırlar,
    O da elə bilir, dəliyəm artıq.

  • Gülnarə İSRAFİLQIZI.”Mən adlı kim qaldı ki..?”

    yaz gecəsində görüşdük,
    ağaclar qrov bağlamışdı soyuq nəfəsindən
    dolanmışdı qapımıza qaranlıq zolağı
    nəyisə xatırladırdı, yada anladırdı.
    onda nəfəsim çox istiydi, kin-küdurətsizdim
    illər keçdikcə, soyuqluğun ciyərlərimə dolurdu
    buzladırdı ciyərlərimi..
    nəfəs almaz olurdum.
    yay gecəsində, tənginəfəsdim..
    öləcəyimdəm ölmüşümə gedirdim.
    dünya öldükcə ölürdü.
    bir qığılcım vardı ovcuma topladıqlarımda.
    ovcumdan atdıqlarımda.
    gömülməyə gedirdim dünyanın ürəyində.
    getdim…
    fəsillərim qarışdı.
    mən adlı kim qaldı ki..?
    danışan taptanan, itib-batan ayaq izlərindən başqa.
    gəlişimdən gedişimin fərqinə gedirdim, getdikcə
    uzandıqca, qısaldıqca özümə boylanırdım səndən.
    varlığımda yoxluq, yoxluğumda varlıq daşıyan dünya!
    sinəndə sıralanıb baş daşlarım…
    boyun bağın!

  • Fidan ABBASOVA.”Kaş ki bu sevgini görə biləydin”

    11201901_779972145413517_3412425386638835681_n (1)

    Böyük ümüdlərlə sevmişdim səni
    kaş ki bu sevgini görə biləydin
    bax yarı yoldada tərk etdin məni
    kaş bunu ilk gündən görə biləydim…

    Səni tanımadım tələsdim bir az
    düşündüm zamanla sevərsən məni
    axı zorla belə gözəllik olmaz
    zərrədən bir dağa çevirdim səni…

    Vəfasız dedilər heçə saymışıq
    deməli sevməyən vəfasız olur
    bunu bilirəmki gec anlamışıq
    gedənin yerinə başqası dolur…

    Məni qınayanlar sual edirlər
    niyə məhəbbətdən sınıqsan belə
    mən necə deyim ki bir vaxt sevirlər
    gedərkən sevgilər çevrilir kinə…

    Ömür yollarımda iz qoyub getdin
    bilmirəm sabaha nə ümüdüm var
    bir bax ki sən mənə daha nə etdin
    insanı fikirlər vaxtsız qocaldar…

    Fidan susmur qəlbin naləsinə bax
    acıdır sevginin bıçaq yarası
    indi zəfərinçün böyük çələng tax
    beyaz dəyişərək qalır qarası…

  • “Azərbaycan uğrunda” hərbi-vətənpərvərlik mahnı müsabiqəsi keçiriləcək

    Silahlı Qüvvələr gününə həsr edilmiş “Azərbaycan uğrunda” hərbi-vətənpərvərlik mahnı müsabiqəsi Gəncə Qarnizonu Zabitlər Evinin və Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın bütün cəbhə bölgələrində yerləşən rayonlarında keçirilməsi planlaşdırılır.
    Hərbi-vətənpərvərlik mahnı müsabiqəsi Azərbaycan Respublikasının bütün cəbhə rayonlarını: Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Göygöl, Goranboy, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, həmçinin Gəncə və Naftalan şəhərlərini əhatə edir.
    Müsabiqədə həmçinin Azərbaycan Respublikasının digər rayonlarında yaşayan gənclər iştirak edə bilərlər. Bundan ötrü iştirakçının şəxsi iştirakına ehtiyac yoxdur, müsabiqədə uzaqdan da iştirak etmək olar. İştirakçı öz çıxışını video-çarx şəklində müsabiqənin elektron ünvana (festival@gim.az) göndərə bilər.
    Müsabiqənin iştirakçılarının qeydiyyatı 10 aprel 2015-ci il tarixədək keçirilir. İştirak etmək üçün ərizələr Gəncə Qarnizonu Zabitlər Evində (Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, 56) və ya festival@gim.az elektron ünvanına göndərilərək verilir.
    Müsabiqə iştirakçılarının bütün çıxışları internet səhifəsində yerləşdiriləcək. Həmin səhifədə istənilən iştirakçının video-çarxına baxmaq və bəyəndiyi iştirakçıya səs vermək imkanı olacaq.
    İştirakçıların çıxışları professional münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
    Birinci turun konsertləri hərbi hissələrin ərazilərində keçiriləcək. Mülki iştirakçılara hərbi hissənin ərazisində gəzinti təşkil ediləcək. İştirakçılar gəzinti zamanı əsgər yataqxanası, sinif otaqları, atıcı silah və hərbi texnika ilə tanış olacaqlar. Seçim konserti keçirildikdən sonra əsgər yeməkxanasında iştirakçılar üçün nahar yeməyi təşkil ediləcək.
    İkinci turun konsertləri aşağıda göstərilən bölgələrdə keçiriləcək: Bərdə, Beyləqan, Şəmkir, Gəncə.
    Yarımfinal və final konsertləri Gəncə Qarnizonu Zabitlər Evinin tamaşa zalında keçiriləcək.
    Qaliblərin mükafatlandırılması Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümünə həsr olunmuş qala-konsertdə baş tutacaq.

    Şəfa VƏLİ,
    AYB üzvü və Prezident təqaüdçüsü.

  • Pərviz HƏKİMOV.”Əvvəli öndədir gəldiyin yolun”

    Dönüb simuzərə mini birində,
    Daha kəraməti yoxdur pirin də.
    Göz yaşı qaynayır hər ləpirində,
    Üstündə şadlanıb güldüyün yolun.

    Sevinc buludundan yağan kədərdir,
    Allahın günahı bəxtdır,qədərdir.
    Sirri,müəmması milyard qədərdir,
    Ovcunun içitək bildiyin yolun.

    Hərə bu dünyanı bir cürə yozdu,
    Fikir çəmbərində saydı,uduzdu.
    Sənin həyatına xəmirdi,duzdu,
    Üstündə bayılıb öldüyün yolun.

    Şirin sabahların zəhər dadıdır,
    Göydə uçanların yer qanadıdır.
    Axır da əvvəlin başqa adıdır,
    Əvvəli öndədir gəldiyin yolun

  • Debüt: Qalib ŞAMXALOĞLU (Füzuli rayonu).Yeni şeir

    Millətim yatıbdı fil qulağında,
    Gəlirin, çıxarın bilmədi, vallah!
    Çapıb talamağa gəlirlər bizə,
    Gələn xoş niyyətlə gəlmədi, vallah!

    itirə-itirə gəlirik!-Hanı,
    Yurdun Zəngəzuru, ya İrəvanı?!
    Bölgələrə bölürük Azərbaycanı,
    Yad gəlib bizləri bölmədi, vallah!

    Dərbəndim,Təbrizim müdam ağlayır,
    Qarabağlıların qara bağlayır!
    Borçalının dərdi ürək dağlayır,
    Kərkük göz yaşını silmədi, vallah!

    Bir sancı doğruyur qəlbimi mənim,
    Bizə biz olmuşuq hər zaman qənim!
    Məşəqqət içində yazıq vətənim,
    Bir dəfə ürəkden gülmədi,vallah !

    Öndə gədəniyik biz latın, lütün,
    Hardan xeyir gələr, kəsmişik kütün!
    Qalibin ölübdür ümidi bütün,
    Bir quru cismidi ölmədi, vallah !

  • Elnur RƏSULOĞLU.”Dünyada”

    elnurresuloglu

    Dünyada
    Sən qəlbimin hərarəti, atəşi,
    Səndən gözəl ola bilməz
    dünyada.
    Gözəlliyin utandırar günəşi,
    Səndən gözəl ola bilməz
    dünyada.

    Bu məqamı gözləmisən xeyli
    sən,
    Vurulmusan, sən də mənə
    meylisən
    Divanəyəm, Məcnun mənəm, Leyli sən,
    Səndən gözəl ola bilməz

    dünyada.
    Bir xəstədir, sənsən şəfa
    Elnura,
    Əbəs yerə vermə cəfa
    Elnura. Sevgidə sən göstər vəfa
    Elnura,
    Səndən gözəl ola bilməz dünyada.

  • Elnur ABDİYEV.” Bu kürədə yaşa sevgi hörmək üçün”

    1424259792_elnur

    Bu gün kənd qəbiristanlığında Şəhidlərin məzarlarını ziyarət etdim. Baxdım,baxdım,sadəcə qəlbimdə bir qürur hissi doğdu.

    Bu məzarlar şanlı tarix səhifəsi,
    Uyuyublar, Vətən ömür sürmək üçün.
    Hər bir şəhid özü boyda Yer kürəsi,
    Bu kürədə yaşa sevgi hörmək üçün.

    O qanlarla Bayrağımda Vətən gülür,
    Ruhu enməz şəhidlərdir,Vətən gülü.
    Haqq yolunda ölənlərə demə ölü,
    Onlar yaşar,sən acizsən görmək üçün.

    Gör nə qədər böyüksən ki, ey şəhid sən!
    Bir savabın cavabına tək şahidsən.
    Baş əyirəm məzarların önündə mən,
    Şəhidlərə şanlı salam vermək üçün.

  • Nail DAĞLAROĞLU.”Edə bilsin”

    10671462_1506906362912856_7090846000264678093_n

    Ürəyimdə güclü məhəbbət oyat,
    Ömrün sonunadək bəs edə bilsin.
    Duyğular müqəddəs, saf, təmiz olsun,
    Dillənsin ürəkdə səs edə bilsin.

    Elə et ki, hazır olum olməyə,
    Təkcə sənnən danışmağa, gülməyə.
    Mənimlə dərdini yarı bölməyə,
    Qoyma snnən qeyri kəs edə bilsin.

    Nailəm, eşqinlə alışım yanım,
    Sənsiz keçən günə qoyma dayanım.
    Sənnən ayrı düşsə bu sevən canım,
    Naz-qəmzəndən umu-küs edə bilsin.

  • Gənc xanım yazar müsabiqənin qalibi olub

    1 may 2015-ci il tarixdə Azərbaycan Dİllər Universiteti tərəfindən Azərbaycan Xalqının ümummilli lideri, Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş şeir müsabiqəsi keçirilib.
    Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə müxtəlif ali təhsil müəssisələrinin tələbələri və müəllimləri iştirak edib.Müsabiqənin qalibi Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin I kurs dinləyicisi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvü və əməkdaşı, gənc xanım yazar Ülkər Piriyeva olub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Nigar RÜSTƏMQIZI.”Qabriel Qarsia Markizdən…”

    qza

    Gecənin zülmətinin tozunu
    üstümdən çırpmamış səhər açılmışdı…
    Onsuz keçən günlərimin hədiyyəsi
    Şillə kimi üzümü qızartmışdı.
    Dünyadakı heç bir həzzi bu iztiraba
    dəyişməzdim.
    Tipik Oxatanlar kimi inadkardım,
    Oysa o qədər mərhəmətli idi ki, hətta
    Iblisə də yazığı gəlirdi…
    Ehh, kim təsəvvür edə bilər ki, bu nə cür
    xoşbəxtlikdir.
    Daha ölməyə azca da niyyətim yoxdur.
    Amma o gün…
    O gün…Səhər dodaq boyasıyla
    güzgüyə yazdım:
    “Sevgilim, bu dünyada biz tənhayıq”
    Qayıtmadım…

  • Ülviyyə VAHİD (Bakı şəhəri).Yeni şeirlər

    XATİRƏ QALACAQ

    Bir yol olub, yürüdüyüm illərim,
    Sirdaş olub mənə,ötən günlərim.
    Yazdığım hər misralarım,sözlərim,
    Bu ömürdən bir xatirə olacaq.

    Enisli-yoxuşlu uzanan yollar,
    Güvənli dağlara yağan o qarlar,
    Yaşanan uğurlar,həm imtahanlar,
    Bu ömürdən silinməz iz salacaq.

    Yaşanan illərin qışı, həm yazı,
    Vusalın sevinci, hicranın yası,
    Ürəkdən süzülub gələn hər yazı,
    Bu ömürdən bir gün daha alacaq.

    Həyat öz köçünü çəkib gedəcək,
    Kimlər ağlayacaq,kimlər güləcək?
    Günun birindəysə hər şey bitəcək,
    Bu ömürdən tək nişanə qalacaq.
    Bu ömürdən, bir xatirə qalacaq.

    SEVGİ NAĞILI

    Bir sevgi nağılı danış sən mənə,
    Orda həsrətlərdən söz açılmasın,
    Xoşbəxt sevgilərsə yarı qalmasın.
    Bir sevgi nağılı danış sən mənə.

    Orda həm sədaqət,həm vəfa olsun,
    Sevinc yaşlarıyla gözlər də dolsun.
    Yasanan hər sevgi bir örnək olsun,
    Bir sevğı nağılı danış, sən mənə..

    Məcnunlar Leyliyə həsrət qalmasın,
    Fərhad min əzabla külüng çalmasın,
    Züleyxa Yusifsiz qəmə batmasın,
    Bir sevgi nağılı danış, sən mənə.

    Əzrayıl qapını vaxtsız döyməsin,
    Fərizə eşq üçün kəfən biçməsin,
    Sevgilərin sonu belə bitməsin,
    Bir sevgi nağılı danış, sən mənə.

    Güvənli dağlara qarlar yağmasın,
    Xəyanət kəlməsi heç anılmasın.
    Vusalın yolları bağlı qalmasın,
    Bir sevgi nağılı danış, sən mənə.

    Nağıl dünyasına qonaq olsam da,
    Bir gün bu həyatla vidalaşsam da,
    Daha nağıllara inanmasam da,
    Bir sevgi nağılı danış, sən mənə.

    GEDİRSƏN

    Yenə görüşünə gəlib dostların,
    Bu görüş -acı bir tarix yazacaq.
    Hər görüş xoşbəxtlik deyilki,ustad,
    Qələm də bir vida şeirin yazacaq..

    Qəsdimə dayanan bu zalım ay da,
    Səni də bizlərdən alıb aparır.
    Ruhun bizimlədir,cismin yol üstdə,
    Ömür də öz köçün çəkib aparır.

    Dəvətinə gəlib, səni sevənlər,
    Ölümə-“xoş gəldin”,deyib gedirsən.
    Qəlbimdə acı bir fəryad yüksəlir,
    Qonaqların gəlib, hara gedirsən..?!

    Ülviyyə Vahid

  • AYB Gənclər Bölməsi yeni kitabın təqdimatını keçirib

    http://s018.radikal.ru/i514/1505/54/8d11a07c9708.jpg

    01 may 2015-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində “Ədəbi nümunələrdə Heydər Əliyev” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözüylə AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynova açıb. Qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığı qələm sahibləri üçün tükənməz mövzudur. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, Beynəlxalq “Altın Yıldız” medalına layiq görülmüş yazıçı Qərib Mehdi də Ulu Öndərin ədəbiyyata olan sevgisindən və qayğısından danışıb.
    Daha sonra Firəngiz İdrisqızının rəhbərliyi ilə Gəncə Dövlət Universitetində fəaliyyət göstərən “Gəncliyin səsi” ədəbi dərnəyinin yetirməsi olan, AYB üzvü və Prezident təqaüdçüsü Xəyalə Sevilin yeni nəşr olunmuş “Saçlarıma ay qonub” kitabının təqdimatı keçirilib.
    Gəncə ədəbi mühitinin görkəmli nümayəndələri- Prezident təqaüdçüsü Aləmzər Əlizadə, Sahib İbrahimli, İnqilab İsaq, Ramiz Təmkin, Oqtay Abdulla, Almaz Yusifqızı öz çıxışlarında Xəyalənin istedadından və özünəməxsus üslubundan danışıblar. Firəngiz İdrisqızı gənc şairin “Gəncliyin səsi” dərnəyindəki fəallığını, Elməddin Nicat və Vüsal İsgəndərli isə dərnəyin Xəyalənin yaradıcılığına təsirini xüsusi qeyd ediblər.
    Tədbirdə gənclərdən AYB və DGTYB üzvü Şəfa Vəli, Faiq Abdullayev, Aytac Məmmədova, Təhminə Məmmədova, Elvin Mustafayev, Samirə Səma, Gülnarə Sadiq, həmçinin, Aşıq Elbrus da iştirak ediblər.

    Şəfa VƏLİ,
    AYB üzvü və Prezident təqaüdçüsü.

  • Mais TƏMKİN.”Adamı” (Yeni şeir)

    10646868_273655359498567_6620189188081019440_n

    Dostlar, olmaz dadı-duzu,
    Söz-söhbəti şit adamın.
    Nə arı var, nə həyası,
    Ruhu çılpaq, lüt adamın.

    Haqqa dəvət etsə mini,
    Yenə eylər bildiyini.
    Yox imanı, yox bir dini,
    Səcdəgahı büt adamın.

    Üzdə tərif yapan gördüm,
    Hiylə yolun tapan gördüm.
    Arxadan çox qapan gördüm,
    Belə qapmaz it,- adamı.

    Xainlərin qəlbi kindir,
    Nə danışdır, nə də dindir.
    Başa salmaq çox çətindir:
    Bu zamanda küt adamı !

  • Şafa KAMİLLİ.”Uzaqdan-uzağa bu nədi belə?”

    http://s017.radikal.ru/i400/1505/4d/121abb3a0fc8.jpg

    Sən və sənlə bağlı hər şey incidir məni,
    Uzaqdan-uzağa bu nədi belə?
    Qəlbim yanında olduğu üçün,
    Hiss edir sənin hər halını,
    Axı nə gizlədim darıxıram mən,
    Deyəsən sənin də bir sıxıntın var ,
    Ehtimal edirəm, bu belə deyil,
    Sadəcə bu mənim hislərim olar ,
    Şadlanan qəlbinlə, gülən üzünlə,
    Sanki yanmdasan,sən mənimləsən.
    Butü düşüncənlə, o saf qelbiylə ,
    Deyəsən elə sən də beləsən…
    Bu hislər sənində qəlbindən keçir,
    Qəlbimdən, qəlbinə olan bu yolda,
    Unutma, daima qəlbim sənindi…

    30.04.2015.

  • Gənc yazarlar “Shahbulaq.az” saytına keçdi

    shahbulaq.az

    30 aprel 2015-ci il tarixdə “Shahbulaq.az” Müstəqil Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru, tanınmış yazıçı Eyvaz Zeynalov tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, gənc yazarlar Nigar Rüstəmqızı, Cahan Xanım, Kənan Aydınoğlu “Shahbulaq.az” Müstəqil Ədəbiyyat Portalının Redaksiya heyətinə üzv qəbul olunublar.Yetişməkdə olan yeni nəsil Azərbaycan ədəbiyyatının nümayəndələrinin-gənc yazarların tanıdılması istiqamətində mühüm tədbirlər həyata keçirililəcək.

  • Debüt: Ülviyyə VAHİD (Bakı şəhəri).Yeni şeir

    Bir yol olub, yürüdüyüm illərim,
    Sirdaş olub mənə,ötən günlərim.
    Yazdığım hər misralarım,sözlərim,
    Bu ömürdən bir xatirə olacaq.

    Enisli-yoxuşlu uzanan yollar,
    Güvənli dağlara yağan o qarlar,
    Yaşanan uğurlar,həm imtahanlar,
    Bu ömürdən silinməz iz salacaq. (daha&helliip;)

  • Afət Viləşsoyu doğum günü münasibətilə təbrik edirik! (27 aprel 1985-ci il)

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsünü, Azərbaycanın istedadlı gənc xanım yazarını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın!
    Sevib, sevdiyiniz insanlar ilə birgə olun!

    Mətbuat xidməti (daha&helliip;)

  • Debüt: Təbriz ELXAN (Gədəbəy rayonu).Yeni şeirlər

    http://s009.radikal.ru/i308/1504/0b/a2abc628f2ef.png

    Təbriz Elxan (Musazadə Təbriz Elxan oğlu) 1991-ci il oktyabr ayının 29-da Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya göz açmışdır. Doğulandan atası, gözəl riyaziyyat müəllimi və şair olan Elxan müəllimin şeirləri ilə böyüyən, dağların təmiz havasından udub, suyundan içən Təbrizdə şeirə və sözə maraq yaranmışdır. Ilk qələm nümunələrini də əsgərlikdə olarkən yazmışdır. Sevgi və vətənpərvərlik motivli şeirlər yazan Təbriz Elxan yurda və millətə sevgi dolu bir gəncdir.

    Vətən

    Atalar fexr eləsin, analar ağlamasın,
    Bacılar gizli-gizli içinde sızlamasın,
    Vətən üçün doğulub hünərli, mərd oğullar.
    Düsmənlərlə çarpışıb uca şəhid olurlar.

    Vətəni tərk edən kəs .xar olar, xar həmişə,
    Vətən üçün can vermək qürurdur hər igidə.
    Nə qeder sinemde çirpinir urek,
    Döndərən deyilem düşmənə kürək. (daha&helliip;)

  • Gülnarə İSRAFİLQIZI.”Ümidim də ona sarılıb..!”

    234435423665547648

    boğulan göz yaşlarımın
    matəminə gəlmişdi ümidim
    dənə-dənə ağlayırdı.
    kəndirənmişdi boğazımda.
    intihar günahdır deyirlər axı.
    asılmağın günahı,
    asılqan yerindəydi bəlkə də…
    öldükləri gecə
    adını çəkə bilmədiyim
    zülmətlərə qarışan ömür,
    qanına boyanan gənclik, (daha&helliip;)

  • Fidan ABBASOVA.”Duyğuların ən ülvisi sevgidir”

    1420617081_10806371_726695134074552_1134252513031383192_n

    Duyğuların ən ülvisi sevgidir
    Bir gün , bir vaxt kimisə sevəcəksən
    içindəki qısqanclığın hissidir
    dəli kimi sevmə dəyişəcəksən…

    Fikirlərdən qocalacaq arzular
    nə ümüdün , nə isdəyin qalacaq
    boğacaqdır qəlbindəki duyğular
    bəzən səni sevə sevə yoracaq…
    (daha&helliip;)

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sefa1-450x300

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bir gün gələcəm sizə

    bir gün gələcəm sizə,
    elə-belə… təsadüf…
    qonşu qoyacaq sözə,
    -arsızdı, özü gəlib…

    keçəcəyəm mətbəxə,
    qaynayacaq çaydanın…
    dadı qalıb deyirlər,
    damağında dolmanın… (daha&helliip;)

  • Şafa KAMİLLİ.” Yağma daha…”

    http://s020.radikal.ru/i706/1504/81/aaa41402d810.jpg

    Bahar gəlib ,ağaclar da, çiçəklənib ,
    Qəlbizdə arzu – isdək ,
    Sən yağirsan bahar fəsli ,
    Qiş ditibdi ,qişda yağdin ,
    Ağaclara ,qəlnimizə ,
    Daha yağma ,bəsdi yağdin,
    Qəlbimizi dondirursan ,
    Çiçəklnmiş ağaclara ,
    Daha yağma ,
    İndi bahar fəsli ğəlib ,
    Sən ğet qəlmə ,
    Yağma daha , (daha&helliip;)

  • Mayisə ƏSƏDULLAQIZI.”Adımı yaz sinənə”

    1533150_672733326111760_899121006_n

    Deyirəm, ay sevgilim,
    Sən, adımı yaz sinənə.
    Qızıldan hərflərlə,
    Lövhə düzəlt, as sinənə.
    Ürəyində mənimçün,
    Gizli cığır aç sinənə,
    Kim bilir, kim inciyir,
    Dəxli yoxdu, heç mənə nə?!.
    Deyirəm, bu dünyanın,
    Hər bir işi sirr müəmma,
    İnsanlığı olmayan,
    Gəzir şöhrət azarında.
    Sevənə lağ eləyir,ağız əyir,
    Özü, amma,
    Batıb çirkab içinə,
    Alış-veriş bazarında!
    Deyirəm, eləsinin,
    Bilinməz nə yazı, qarı,
    Xasiyyəti bədxahlar,
    Bax elə qalsın, xaraba!
    Niyyəti pisdi, rəzildi,
    Adı da bayquş qarı,
    Yığışıb köç etsinlər,
    Burda qalsın, gözəl oba!

  • Gənc yazar Elşad Baratın yeni kitabının imza günü keçiriləcək

    http://i077.radikal.ru/1504/7b/9ec5ecdb4cb4.jpg

    23 aprel 2015-ci il tarixdə, saat 12:00-da, Kitabevim mağazasında Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, istedadlı gənc yazar Elşad Baratın “310-cu Otaq” adlı yeni şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı gözlənilir.İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Debüt: Cahan GÜLSÜN (Masallı şəhəri).Yeni şeirlər

    cahangulsun

    Cahan Gülsün 3 mart 1993-cü il tarixində Masallı şəhərində anadan olub. 2010-cu ildə Bakı şəhəri S.Hacıyev adına 5 nömrəli orta məktəbi bitirib.2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.Hal-hazırda Bakı Dövlət Universiteti, Filologiya fakültəsi Dünya ədəbiyyatı kafedrasının magistrantıdır.
    Ədəbi-bədii yaradıcılığıa erkən hələ uşaq yaşlarından başlayıb.Şeirləri “Yeni nəfəs”, “Bakı Universiteti” qəzetlərində, “ Ulduz” jurnalı, “Amal” incəsənət və ədəbiyyat dərgisində, həmçinin kult.az, avromedia.az və digət saytlarda çap olunmuşdur. (daha&helliip;)

  • Gənc xanım yazar Xəyalə Sevilin yeni kitabının təqdimat mərasimi keçirilib

    http://s018.radikal.ru/i521/1504/02/fca6a246a02f.png

    20 aprel 2015-ci il tarixdə, saat 14:00-da,Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, gənc xanım yazar Xəyalə Sevilin “Saçlarıma ay qonub” adlı yeni şeirlər kitabının təqdimat mərasimi keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, “Ulduz” jurnalının Poeziya şöbəsinin müdiri, şairə Fərqanə Mehdiyeva, AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Nəsr” bölməsinin Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Yazıçılar Birliyinin orqanı “Qobustan” jurnalının Baş redaktoru Narıngül,Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Azərbaycan” jurnalının Poeziya şöbəsinin müdiri Qəşəm Nəcəfzadə, DGTYB üzvü, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, gənc yazar Vasif Zöhraboğlu və digər qonaqlar iştirak ediblər. (daha&helliip;)

  • Şəfa EYVAZ.”Çağırış”

    1423756700_sefa-xanim

    Ay mənim ömrümün saat əqrəbi,
    Yaman tez keçirsən ömrümdən, yaman.
    Günlər əvəzləyir biri-birini
    Nə sən qayıdırsan, nə durur zaman.

    Ay mənim ömrümün yaralı yeri,
    Qaysaq tutmağına varmı bir güman?
    Kimsə söyləməsin unudum səni,
    Kimsə toxunmasın yarama, aman.

    Ay mənim ömrümün günəş sevgisi,
    Nə qədər sürəcək bu zülmət duman?
    Ay xəstə adamın son təsəllisi,
    Gəl, qayıt sevinsin bu tənha liman.

    20.04.2015

  • Nəcibə İlkinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

    tedbir

    18 aprel 2015-ci il tarixdə “Dostluq Məşəli” İctimai Birliyi tərəfindən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktoru , tanınmış şairə, jurnalist Nəcibə İlkinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, “Ulduz” jurnalının Poeziya şöbəsinin müdiri,şairə Fərqanə Mehdiyeva, DGTYB Yönətim Kurulunun üzvü, Azərbaycan Tələbə Yazarlar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gündəlik İnformasiya Agentliyinin Yönətim Kurulunun Fəxri üzvü, gənc yazar Emil Rasimoğlu və digər qonaqlar iştirak ediblər.Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Gənc xanım yazar Şəfa Vəliyeva Prezident təqaüdünə layiq görülüb

    sefa1-450x300

    Yeni nəsil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi-istedadlı gənc xanım yazarlar AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Nəsr” bölməsinin Baş redaktoru Şəfa Valiyeva ədəbi yaradıcılıqlarındakı fəaliyyətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdünə layiq görülüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Nemət HACIƏLİYEV.”Qarabağ”

    nemethacileiyev

    Vətəndən gözəl yer cənnət sayılar,
    Vermə bu elləri yağı düşmənə.
    Dərd çəkmə yatanlar bir gün ayılar,
    Vermə başı qarlı dağı düşmənə.

    Qurumuş bədənlər torpağın üstə,
    Güllələr uçuşur evlərin üstə,
    Kimsəsiz uşaqlar qucağı üstə,
    Oxusun analar ağı düşmənə

    Xarı bülbülünü,sarı gəlini,
    İncə lalələrin şirin ətrini,
    Qəhrəman oğullar verən elini,
    Vermə qara bəxtli bağı düşmənə…

  • Gülnarə İSRAFİLQIZI.”Yazıram, silirəm…”

    10649557_1595229947361302_2038457091311851064_n

    yazıram, silirəm
    misralarım alovlanır
    yanmaq, özümü yandırmaq qədər çətin
    başqalarını yandırmaq qədər asandır.
    körpələrinin gözündə yaniram…
    adını tutmadığın gül üzlü iki körpən.
    günahının səbəbini soruşduğumda;
    -səni itirmək qorxusundan gizlətdim dedin
    bəs itirmədin?! (daha&helliip;)

  • Fidan ABBASOVA.”Bilmirlər ki mən nə üçün ağladım

    1420617081_10806371_726695134074552_1134252513031383192_n

    Deyirdilər gedən üçün ağlama
    Bilmirlər ki mən nə üçün ağladım
    heç bir zaman xatirəndə saxlama
    Xatirəmdə çox gümanki qalamdın…..

    Üzüb məni yetərincə sözlərin
    ağlar qalıb səndən sonra gözlərim
    şükür hələ gedə bilir dizlərim
    sən heç zaman gerçək hissim olmadın (daha&helliip;)

  • Şəfa EYVAZ.”Gözümdə gözünün şəkli qalmasın”

    1423756700_sefa-xanim

    * * *

    Gözümdə gözünün şəkli qalmasın,
    Ayrılıb gedəndə üzümə baxma.
    Ölsəm bu ölümün adını sən qoy,
    Qatil olduğunu boynuna alma. (daha&helliip;)

  • Şəfa VƏLİYEVA.”Heç bilirsən ayrılıq nə rəngdədir?” (Hekayə)

    sefa1-450x300

    -“Onun gözlərindəki bu sevginin əzabından qorxmuşdum nə vaxtsa… Amma, bu gün, iki uşağımı bağrıma basıb da qoxusunu aldığım anda anlayıram ki, onun ayrılığı…. daha doğrusu, ayrılığa rəng tapması özü bir dastan idi… “Arzu-Qəmbər”dən daha böyük bir dastan…” Bunu kiçik bir sms-dən oxumaq özü bir qəribəlikdi deyilmi? Hə… Maraqlıdırmı sənə?
    Günəş gülümsəməyə çalışırdı… Ancaq, gözlərindəki, o balaca, qəhvə rəngli gözlərindəki gilələnən yaş onun çöhrəsindəki təbəssümü incəliklə kədərə bürüyə bilirdi… Qucağımda böyüyən bu qızın üzündəki bütün ifadələri əzbərləmişəm artıq… Hirsini, hikkəsini, özünə inamlı danışığını, nəyinsə qarşısında aciz qalınca süzgün-süzgün gözlərimə dikilən baxışlarını, kədərlənəndə daha da məsumlaşan, gülərkən batan yanaqlarını…. Odur ki, onun yanaqlarının şehdən islanmış laləyə dönməsinə az qaldığını anlamışdım… Əhvalatı başdan danışmağa qərar vermişdim… (daha&helliip;)

  • Xəyalə SEVİL.”İllər sonrakı görüş”

    1c6ca78d2a83

    Nə yaman gec qayıtmısan?
    Səni elə gözləyirdim.
    Deyirdilər dönməyəcək,
    Bilə – bilə gözləyirdim.

    Eh, soruşma ürəyimi,
    Yadın olub, yadın olub.
    O qızcığaz da böyüyüb,
    Qadın olub, qadın olub. (daha&helliip;)

  • Şafa KAMİLLİ.”Məhkum…”

    sefaxanim

    Bilmirəm nə edim ,
    Nə duşünum ki ,
    Unudum ,unudum ,
    unudum səni,
    Bu qədər dəyərsiz ,
    Bu qədər hecmiş ,
    Səninücun mənasi yoxmuş…
    Bilirsən ,anliya,
    bilmirəm nədən , (daha&helliip;)