Hikmət Məlikzadə (Yeni şeir) Nə sevgi sənlikdir, nə sən sevgilik

1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Hər can bir adamı qaraya çəkir,
Hərə bir can dartır öz ağlığına.
Qayıt, ağ əzaba bükdüyün canın,
Diz çök qarşısında, döz ağlığına…

Tabutdu elə bil o qara taxta,
Sənin nə vecinə ölən kimdi, qız.
Yaman naz atırsan, o da ruh verir,
Kaş, bircə biləydim kölən kimdi, qız…

Bir ömür bəs etmir bir sısqa eşqçün,
Özünə zəhmət ver, yu xəyalları…
Nə sevgi sənlikdir, nə sən sevgilik,
Çəkil, boşa verim bu xəyalları.