Category: Azərbaycan ədəbiyyatı

  • Fidan ABBASOVA.”Seçməsəydim, xoşbəxtliyim dururdu…” (Yeni şeir)

    1420617081_10806371_726695134074552_1134252513031383192_n

    Nə ümidlər bəsləmişdim içimdə,
    bir başqası gəlib onu uçurdu.
    Tələsdim mən bu taledə seçimdə,
    seçməsəydim, xoşbəxtliyim dururdu…

    Vədəsinə səbr, dözüm qalmadı,
    təsəlliyə toxdur mənim ürəyim.
    Bir gün olsun axtarmadı, sormadı,
    indi artıq deyildir o gərəyim…

    Ruhu ölmüş, eşqi sönmüş küləm mən,
    ocaq altda, odun üstə səpilmiş.
    Gözü dönmüş , sözü bitmiş diləm mən,
    nə bilim ki, məndən də vaz keçilmiş…

    Bir gün məni tərk etdiyin bu yerə,
    gətirəcək səni izlər, əzizim!
    Fidan getdi mən dəymişəm qəlbinə
    demək, burda artıq bitib sevgimiz…

  • Şəfa VƏLİYEVA.”Poçtalyona məktub…” (Yeni şeir)

    sefa1-450x300

    Qaytar mənim məktubumu,
    Aparma yara, poçtalyon…
    Qırma yarın ürəyini,
    Eyləmə para, poçtalyon…

    Dəyişik sal o ünvanı,
    Başqa qapını silkələ…
    O ağlayaraq oxuyar,
    Başqaları gülə-gülə…

    Qaytar geri günahımı,
    Savabın da qoy bu olsun…
    Girmə mənim günahıma,
    Qıyma ki, gözləri dolsun..
    .
    Qaytar geri məktubumu…
    Gəldiyi ünvana göndər…
    Vallah, ağladacaq onu,
    Titrəyəcək açan əllər…

    Hirsini sənə tökəcək…
    Ayrılıqdan yaman qorxar…
    Ümid evini sökəcək,
    Çətin bir də təzdən qurar…

    Qaytar, poçtalyon, qaytar,
    Vallah, mən də ağlayacam…
    Ona doğru gedən yollar
    Bu məktubla bağlanacaq…

    Qaytar mənim məktubumu,
    Aparma yara, poçtalyon…
    Qırma yarın ürəyini,
    Eyləmə para, poçtalyon…

  • Şəfa EYVAZQIZI.”Bir şəklin qalaydı” (Yeni şeir)

    1423756700_sefa-xanim

    O ötən günlərdən xatirə kimi,
    Nə ola bir şəklin qalaydı məndə.
    Qırıq ürəyimə kömək, təsəlli,
    Nə ola bir şəklin qalaydı məndə.

    Gecdi göz yaşımı töküm o günə,
    Günlər yas saxlamır itkin ömrünə.
    Mən kölgə oluram yollara yenə,
    Nə ola bir şəklin qalaydı məndə.

    Bilirəm rəsmin də qəm gətirəcək,
    Zilimi udacaq, bəm gətirəcək,
    Quruyan gözümə nəm gətirəcək,
    Nə ola bir şəklin qalaydı məndə.
    Nə ola bir şəklin qalaydı məndə.

  • Şəhanə MÜŞFİQ.”Məni Sənə qısqanan saat” (Yeni şeir)

    1423890042_pic

    Bu gün uzun oldu deyəsen,
    Sənsiz hansi günüm yerindədir ki?
    Yoxluğun könül evimdə taxt qurub,
    Səndən yadigardır deyə
    Ona da baş əyirəm…
    Sənsiz saat da qəsdimə durub elə bil,
    Əqrəbin hər addımı
    Adını pıçıldayır qulaqlarıma…
    Saat məni sənə qısqanırmış elə bil
    Səninləykən yel qanadı açan əqrəb
    Indi yeriməyə də tənbəllik edir.
    Üçümüzük otaqda:
    Mən…
    Yoxluğun…Və saat.
    Hava da yaman soyudu birdən-birə,
    Yoxsa sənsizlikdirmi
    Məni üşüdən?
    Sənsizliyin soyuğundan qorunmaq üçün
    Sarılıram yoxluğuna,
    Sığınıram xatirələrə…
    Saat məni yoxluğuna da qısqanır,
    Əzizim,
    Deyəsən, yenə qanad açıb…

  • Teymur HƏBİBİ.”O qızı unutmaram mən”

    1491698_1718348995058408_1892849279862912385_n

    Gozlərim bir gozəl gordu,
    Məni gorub o da suzdu,
    Naz eləyib, həm də uzdu,
    O qızı unutmaram mən.

    Aşiq oldum zumrud gozə,
    Həsrət qaldım şirin sozə,
    Deyin, bu dərdə kim dozər,
    O qızı unutmaram mən.

    Urəyimdə arzu qaldı,
    O qız canımdan can aldı,
    Duşduyum bu hal nə haldır,
    O qızı unutmaram mən.

    Həbibi yaralı oldu,
    Gozləri əzabdan doldu,
    İnsan məhəbbətə quldur,
    O qızı unutmaram mən.

    12.06.2003.Gürcüstan

  • İlkin ABBAS.”Tənha küçələrin “yol yoldaşı”yam” (Yeni şeir)

    10515052_1454147261518412_988404994_n

    Yoxluğun gətirdi ömrümə qəmi,
    Soldum susuz qalan zəmilər kimi.
    Gedişinlə mənim sevən qəlbimi,
    Batırdın dəryada gəmilər kimi.

    Artıq ürəyimdə qalmayıb dözüm,
    Gözlərdən axan bir kədər yaşıyam.
    Ardınca qaçıram xəyallarının,
    Tənha küçələrin “yol yoldaşı”yam.

    Nəyin çatışmadı, de, axı nəyin?
    İnan acıyıram sənin halına.
    Mən sənə ömrümü hədiyyə verdim,
    Sən məni dəyişdin dünya malına.

    “Əlvida” söylədin sən gülə-gülə,
    Həsrətin üstümə sarılır hər gün.
    Getmək…Necə asan səslənir dildə,
    Burda bir sevən qəlb qırılır hər gün.

    Daha həmin eşqi, o məhəbbəti,
    Başqa birisində görə bilmərəm.
    Bəlkə də xoşbəxtsən, vallah, nə deyim,
    Sənin günahına girə bilmərəm.

    Bu gediş səninçün çox asan oldu,
    Ruhumu canımdan qoparıb getdin.
    Gedərkən acıq da verdin üstəlik,
    Tüstümü təpəmdən çıxarıb getdin.

  • Vasif ZÖHRABOĞLU.”Yatmağa həvəsim yoxdu qəbirdə…” (Yeni şeir)

    1601578_710347309084020_7077466699777794928_n

    Dünya da küsdürdü özündən məni,
    Yox daha, ürəyim heç kəsi sevməz.
    Allahın sevdiyi kasıb bəndəni,
    Allahın qarnı tox bəndəsi sevməz.

    Baxdığın aynada özünü tanı,
    Səni bu aynadan qoparan da var.
    Allahdan havayı aldığı canı,
    Allaha minnətlə qaytaran da var.

    İnsanın ayagı torpağdadırsa,
    Torpağın bətnində kiriyər belə.
    Şamın kəraməti yanmağdadırsa,
    Şam da öz dibinə əriyər belə.

    Aldanma dünyanın hər daş-qaşına,
    Şeytanın ev yıxan min bir şəri var.
    Ey insan, deyilsən sən öz başına,
    Dünyanın Allahı, Peyğəmbəri var.

    Dayanma özgəylə çiyin-çiyinə,
    Özün öz boyunu öz əlinlə ölç.
    Səni kim danlayar özgə yerinə?
    Ölçürsən özünü əməlinlə ölç.

    Padşahı zülümkar, cəlladı axmaq,
    Səni də asarlar bir gün dilindən.
    Şairin silahı sözüdür, ancağ,
    Bu dərdin əlindən, qəmin əlindən.

    Allaha getməyə yolun da ola,
    Dərdini Allahla böləsən rahat.
    Ölüm də, əlinin altında ola,
    Ölmək istəyəndə öləsən rahat.

    Daş-qalaq eyləyin, susdurun məni,
    Gəlmərəm dünyaya, gəlmərəm bir də.
    Allahin yanında basdırın məni,
    Yatmağa həvəsim yoxdu qəbirdə

  • Elnur RƏSULOĞLU.”Məmməd Arazın” (Yeni şeir)

    elnurresuloglu

    Kədərə qərq edib Azərbaycanı
    Ağlatdı vəfatı Məmməd Arazın.
    Nə qədər dünya var yaşayacaqdır,
    Bitsə də, həyatı Məmməd Arazın.

    Fırçatək yaratdı min rəng qələmi.
    Mizrabtək yaratdı ahəng qələmi.
    Həqiqət uğrunda tüfəng qələmi,
    Söz oldu sursatı Məmməd Arazın.

    İti qələmiylə söz kəsarəti
    Qaldırdı ayağa xalqı, milləti.
    Fəxri təltiflər yox, xalq məhəbbəti
    Oldu mükafatı Məmməd Arazın.

    Bütün aləm nura boyanıb durur,
    Yatmış gözəl hislər oyanıb durur,
    Gözlərim önündə dayanıb durur
    Çəkiləndə adı Məmməd Arazın.

    Qəlbinin bəhəri sözləri oldu.
    Açılan səhəri sözləri oldu.
    Ölməz əsərləri, sözləri oldu
    Bizə amanatı Məmməd Arazın.

  • Elnur ABDİYEV.Yeni şeir

    1424259792_elnur

    Gecə Vətən dərdinə,
    Söykənib baş qoyuram.
    Səhər Vətən ağrısın,
    Ağrım bilib gözümdə,
    Mən qəlbən yuyunuram.
    Dərdlərim damla-damla,
    Süzülür,gözlərimdən,
    “Tanış olaq,oxucum,
    Tanış olaq,bu mənəm!”
    Bu, mənəm ki səsimi,
    Xocalının ahına,
    Qəlbimin sevgi adlı,
    Vətən qibləgahına,
    Yönəltmişəm nə vaxtdır?
    Bu mənəm ki elimdə,
    Soydaşlarım yuxulu,
    Düşmənlərim oyaqdır.
    Bizi səsləyir,Vətən,
    “Tanış olaq oxucum,
    Tanış olaq,bu mənəm!”
    Bu, mənəm ki sinəmin,
    Altında vurmur ürək,
    Onu döyündürməyə,
    Mübariztək ər gərək.
    Mübarizə yolunda,
    Mübarizlər gərəkdir.
    Tanış olaq oxucum,
    Mübariz nə deməkdir?
    Sadəcə yatmaq deyil,
    Bir az ayılmaq yetər,
    Mübarizlərdən doğur,
    Bütün mübarizələr.
    Vətən xəritəsinə,
    Gəl,yaxşı nəzər salaq,
    Mənlə deyil,oxucum,
    Vətənlə tanış olaq,
    Tanış olaq oxucum..

  • Debüt: Allahşükür AĞA (Saatlı rayonu).Yeni şeirlər

    1424249538_sekil

    Allahşükür AĞA (Ağayev Allahşükür Güləhməd oğlu) 1991-ci il iyul ayının 18-də Saatlı rayonunun Əhmədbəyli (keçmiş Telmankənd) kəndində anadan olub.2008-ci ildə Əhmədbəyli kənd tam orta məktəbindən məzun olub. Azərbaycan Müəllimlər İnstutunun Salyan filialının “Filologiya” fakültəsini “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə bitirib (2013). Uşaqlıq illərindən yaradıcılıqla məşğul olmuş, şeirlər yazmağa başlamışdır.“Mənim Qəmli Dünyam”, “Qəlbimdən Gələn Səslər ” adlı kitabların müəllifidir.DGTYB-nın üzvü, “Ocaq” qəzetinin bölgə müxbiridir.Hal-hazırda ixtisası üzrə öz rayonu olan Saatlıda Azərbaycan dili və Ədəbiyyatı müəllimi işləyir.
    Gənc yazar Allahşükür Ağanın şerilərini təqdim edirik…

    Dönən deyiləm…..

    Məhəbbət məşəli yanır qəlbimdə,
    Gecə də, gündüz də sönən deyiləm….
    Min gözəl eşqini bəyan etsə də,
    Mən sənin eşqindən dönən deyiləm….

    Təsəlli ol mənə , barı təsəlli,
    Günahım sevməkmi, ey şəkər dilli?
    Eşqim, məhəbbətim gözümdən bəlli,
    Mən sənin eşqindən dönən deyiləm….

    İsti nəfəsinlə gəl, isit məni,
    İsidə bilmirsən, tap, üşüt məni.
    Harayıma hay ver, bir eşit məni,
    Mən sənin eşqindən dönən deyiləm….

    Dəyir xətrinə….

    Uşaq kimi dəymə–düşər olmusan,
    Adicə bir sözüm, dəyir xətrinə….
    Gözlərim gözünə elə bənd olub,
    Göz vuranda gözüm, dəyir xətrinə…

    Yandırıb yaxırsan sevəni qəsdən,
    Qısqanırsan hətta çiçəklərə sən,
    Günəşli günlərdə kölgəniydim mən,
    Yoxsa ayaq izim, dəyir xətrinə?

    Bu qədər insafsız olmaz ki, adam
    Görünür qəlbində hələ də yadam,
    Soyuq havalarda ocağam, odam,
    İsidəndə közüm, dəyir xətrinə….

    Xatirələr var….

    Xəyal aləminin tənhalıq quşu,
    Alaraq qoynuna apardı məni…
    Xəyallı dünyada qanad çalaraq,
    Saldı yaddaşıma olub keçəni….

    Gözümdə canlanır o illər mənim,
    Aradan ötsə də neçə qış, bahar..
    Qədrini bilmədim, bilmədim nədən,
    İndi o illərdən xatirələr var…..

    01..14..2015

  • Sadiq SALEH.Yeni şeir

    10754872_1513798758877123_2004902654_n

    Ey gül, eşidərkən gedişin qəmli küləklərdən,
    Bir ahu –nəva hasil olar göydə mələklərdən.

    Bir aşiqin əlbəttə ki, dövründə mənim qədri,
    Başı gözəlim çəkmədi ta dərd fələklərdən.

    Bülbüllərik əfqan edən hicrində ,əlamətdir,
    Qan yaşımızın rəngi,gülüm,bağda çiçəklərdən.

    Ya Məhdi zuhur etki düzəlsin bu fəna mülki,
    Ətrin gəlir hər bir açılan əldə,diləklərdən..

    Yox taqətim ey dil uzanıb əlləri zülm əhlin,
    Qeyrətləri yoxdur ki tutublar da bələklərdən..

    Zülm əhli qoparsa belə başları çiginlərdən,
    Saleh, qoparılmaz bu Hüseyn eşqi ürəklərdən.

  • Şəfa KAMİLLİ.” Sən necə unuda bilirsən məni?!” (Yeni şeir)

    sefaxanim

    Deyirsən yaddaşım çox zəifləyib,
    Sən necə unuda bilmisən məni?
    Mən?
    Səni unutmaq?
    Gecəmdə, gündüzümdə,
    Hara baxsam gözümdə
    Sən varsan.
    Hər anımda, sən varsan,
    Min dəfə doğlub dünyay gəlsəmdə,
    Min dəfə bu dünyadan köçsəmdə,
    Qəlbimdə sevgin doğulub,
    Qəlbimdə sevgin ölərəm
    Amma düşünmə ki,
    Mən səni unuda bilərəm
    Sən mənim yuxusuz gecələrim,
    Yuxulu sabahlarımsan,
    Sən mənim sağalmaz yaram,
    Bitməz əzablarımsan
    Sən mənim arzum diləyimsən,
    Dünənim, bu günüm, gələcəyimsən,
    Hara baxsam bu dünyada
    Tək gördüyüm, görəcəyimsən.
    İndi mənə deyirsən ki,
    Deyirsən yaddaşım çox zəifləyib,
    Sən necə unuda bilmisən məni?
    Mən?
    Səni unutmaq?
    Səncə unuda bilmişəmmi?

  • Hikmət MƏLİKZADƏ.”Fikrim başayaqdır, duyğum ütüsüz” (Yeni şeir)

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Fikrim başayaqdır, duyğum ütüsüz,
    Nifrət bombasıyam ta mən Allahsız.
    Ürək qızdırmalı bir bəndə qalmıb,
    Ya Allah mənsizdir, ya mən Allahsız.

    …Sən kimsən, nazından öldüyüm adam?
    Tətiyə yönəlmiş barmaq kimisən.
    Sən də, a ürəyi qara daş qadın,
    Könül bulandıran qarmaq kimisən…

    Mən fəda elədim yolunda, nə var,
    Ağlama, gözünə yazığın gəlsin.
    Yüz baxış çürütdüm, bir demədin ki,
    Hayıfsan, özünə yazığın gəlsin.

  • Saqif QARATORPAQ.”Nəyi gözləyirsən susub bu qədər” (Yeni şeir)

    saqif muellim

    Nəyi gözləyirsən susub bu qədər,
    Bəs niyə demirsən qəlbindəkini?!
    Dolanıb dünyanı əlində çıraq
    Gəzib tapammazsan bir də bu günü…

    Hələ səninkidi bu vaxt,bu vədə;
    Hələ əlindədir bütün ixtiyar.
    Bu saxta qüruru tulla bir yana,
    Bu qapı,bu kilid,bax,bu da açar.

    Tanrı qədəminə düzüb bu yolu,
    Bəs niyə gedirsən ayrı yolla sən?
    Qanrılıb o yana-bu yana baxma,
    Dayanma,dəyişmə yolunu qəsdən.

    Həmişə ağlına qulaq asıbsan,
    Qəlbinin sözünə bax bircə dəfə.
    Taleyin payııdı bəlkə bu görüş,
    Bəlkə üzə gülür baxt bircə dəfə…

    Baş qoşma kimsənin məsləhətinə,
    Nə sən birincisən bu yolda,nə mən.
    Məhəbbət dənizdi-düşdün dayanma,
    Batıb gedəcəksən üzə bilməsən.

  • “Gənc Ədiblər Məktəbi”nin növbəti toplantısı keçirilib

    gem

    11 mart 2015-ci il tarixdə, saat 14 : 00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Gənc Ədiblər Məktəbi”nin növbəti toplantısı keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə AYB üzvü,Prezident təqaüdçüsü, gənc yazar Emin Piri, AYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Prezident təqaüdçüsü, gənc yazar Ramil Əhməd, AYB və DGTYB üzvü, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, gənc xanım yazar Şəfa Valiyeva, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, “Axın” İctimai Birliyinin sədri, gənc xanım yazar Günay Həsənli, “Gənc Ədiblər Məktəbi”nin üzvü, Bakı Slavyan Universitetinin “Ədəbi Yaradıcılıq” fakültəsinin tələbəsi, gənc xanım yazar Gültən Qədirli, DGTYB Yönətim Kurulunun üzvü, gənc xanım yazar Gülnar Səma və digər qonaqlar iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan “Gənc Ədiblər Məktəbi”nin məsul katibi, gənc yazar Emin Piri ilk növbədə tədbir iştirakçılarını salamlayaraq, filologiya elmləri doktoru, professor Elçin İsgəndərzadənin həyat və yaradıcılığı haqqında məlumat verib.Daha sonra isə sözü düzənlənən tədbirin bugünkü qonağı Elçin İsgəndərzadəyə verib.Tanınmış alim idə öz növbəsində yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə, Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin Rəhbərliyi başda olmaqla, zəhməti keçən hər kəsə təşəkkürünü bildirib.
    Müxtəlif illərdə qələmə aldığı şeirlərindən tədbir iştirakçıları üçün səsləndirilib, ona ünvanlanan sualları cavablandırıb. Tədbirin gedişatında müxtəlif illərdə işıq üzü görmüş kitablarından tədbir iştirakçılarına imzalayaraq hədiyyə edib.Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Kənan AYDINOĞLU.”Türkün Türkçülük Dastanı” (Poema)

    10603255_706637782754308_673706837506198075_n

    Azerbaycan türkcesinden Türkiye türkcesine çeviren:

    Kamran MURQUZOV
    Azerbaycanın Kültür ve Edebiyat Portalının Kurucusu ve Çevirme bölümünün Baş editörü

    “Türk’ün Türkçülük Destanı”

    (Poema)

    Türk-Müslüman dünyasının kurulmasında ve toprak bütünlüğünün korunmasında zaman zaman kendi hökmdarlı borçlarını layıkıyla yapan Nuri Paşa’ya, Osman Gazi’ye, Ertuğrul beye ulu sayqılarla!

    “Türk’ün Türkçülük Destanı” yoğrulub gelir Turandan,
    Türkler yine ikna kalır Allah’la rehber “Kur’an” dan.
    Osman Gazi, Ortoğrulla meydanlarda cana gelip,
    Nuri Paşa at sırtında bak, Azerbaycan’a gelip.
    Meydanlarda döyüşməkçün ömrü boyunca er olmuşlar,
    Yağıyla meydanda bile halkına hüner olmuşlardır.
    Kalpleri yüzyıllardır coşup, taşıp çeşme gibi,
    Düşmanları meydanda da karşılayıp misafir gibi.
    Tarihlerin denemesinden yüzleri de beyaz çıxıbdı,
    Nuri Paşa, Osman Gazi-dözümlükdə dağ çıxıbdı.
    Kalbinde vatan özlemi, gözünde üzüntü olmuş,
    Meydanlarda tarih boyunca savaşı zafer olmuş.
    Şükür, yine zaferi tarih boyunca varaqlanıb,
    Nuri Paşa, Osman Gazi tarihlerden soraqlanıb.
    Turan adlı büyük yurdu sevibler göz yaşı kadar,
    Yiğitlikte kale olup yurdun, dağı, taşı kadar.
    Destanlardan tarihlere yaş gibi süzülüp gelip,
    Meydanlarda cəsrətçün toprağa dizip geldi.
    Karma düşmeyip yine yurtta Türk’ün yası, toyu,
    Canındadı, ruhundadı yiğitliği ömrü boyunca.
    Palan atın sırtında meydanda ruhu görmüşlerdir,
    Seve seve hak “Kuran” ı Adem’le Nuh’u görmüşlerdir.
    Kalbinde vatan özlemi yanaqdakı yaşa dönüp,
    Erenlikde dağlar gibi yurtta dağa, taşa dönüp.
    Bir zamanın diliminde candakı bir ruha hopub,
    Edirne’den, Erzincan’dan fırtına gibi bazen kopup.
    Osman Gazi, Ortoğrulla hükümdar-paşa olmuşlar,
    Vatan aşkı ile yanıp, bulutlar gibi dolublar.
    Vatanı darda qoymayıb meydanlarda döyüşüblər,
    Meydanlarda yağılarla yiğit gibi görüştüler.
    Toprağın uğruna yine tökübdülər al kanını,
    Tarih gibi yazıbdılar tarihine er canını.
    Kalbinde Allah kelimesi, dilinde Türk’ün sözüyle,
    Zengin tarihine dönüp sabaha bakan gözüyle.
    Kalbinde hasret dolusu inildeyen Lute gibi,
    Tarihini, geçmişini varaqlayıb kitap gibi,
    Ana yurdu seçmediler gözlerinin karasından,
    Kalplere süzülüp geldi taşlarının arasından,
    Feryat oldu, nale oldu zaman zaman, tarih boyunca,
    Dünya, hafızasında hatırla çok uludu Türk’ün soyu.

    ***

    Yunusumdan süzüldüler, Türk’ün Ana toprağında.
    Dastan olup dizildiler, Türk’ün Ana toprağında.
    Sultan Murad, Sultan Selim, toprağın kendim geleyim.
    Sıkıntıya göğüs gerim, Türk’ün Ana toprağında.
    Selam olsun erenlere, Şere göğüs gerenlere.
    Hakkı deyip, görenlere, Türk’ün Ana toprağında.
    Dağlar gibi çığlık çekim, Çələngimdən saray çekim,
    Hem güneş, hem de ay çekim, Türk’ün Ana toprağında.
    Bir ruh ile cana dönüm, Pıhtılaşan Gana dönüm.
    Zaman zamanla ana dönüm, Türk’ün Ana toprağında.
    Ertuğrul’u anayım, Osmanlı’nın gönlün alayım.
    Yunus gibi şair kalım, Türk’ün Ana toprağında.
    Mövlanamı atayım yada, Ömrüm de geçmesin bada.
    Türklere gelmesin yasak, Türk’ün Ana toprağında.
    Elenen bembeyaz kar olayım, Mevlam gibi bir tar olayım.
    Türklerime ben yar olayım, Türk’ün Ana toprağında.
    “Kuran” ı gözüm biliyorum, Türkleri tahammül biliyorum.
    Destanı kendim biliyorum, Türk’ün Ana toprağında.

    ***

    Zaman zaman Türk’ün oğlu, Nuri Paşam-ordum benim.
    “Azerbaycan!” Söyleyince, at sırtında kurdum benim.

    Tarih boyunca meydanlarda hem feryat, hem çığlık oldun.
    Türk’ün şanlı tarihinde, doğan güneş, hem ay oldun.
    Zaman zaman Türk’ün oğlu, Nuri Paşam-ordum benim.
    “Azerbaycan!” Söyleyince, at sırtında kurdum benim.

    Hem rusa, hem Ermeniye, ömrü boyunca baş eymedin.
    Silahsız birkaç yağının, kalbine de hiç dəymədin.
    Kareler kendisinde de, qəddi-kametin əymədin.
    Zaman zaman Türk’ün oğlu, Nuri Paşam-ordum benim.
    “Azerbaycan!” Söyleyince, at sırtında kurdum benim.

    Kalbindeki özleminden, gözünün yaşı süzüldü.
    Türkiyəmi Qorumaqçün, senin tek erler dizildi.
    şükürler Ermeni, Rus’un, Yine dudağı büzüldü.
    Zaman zaman Türk’ün oğlu, Nuri Paşam-ordum benim.
    “Azerbaycan!” Söyleyince, at sırtında kurdum benim.

    Erzincan’dan, Edirne’den, Ankara’dan, İstanbul’dan, –
    Büyük Türk’ün toprağından, zaman zaman yol gəlibsən.
    Azerbaycan toprağını koruyarak yağılar,
    meydanlarda erler gibi, yağının kalbin dəlibsən.
    Zaman zaman Türk’ün oğlu, Nuri Paşam-ordum benim.
    “Azerbaycan!” Söyleyince, at sırtında kurdum benim.

    Səngərlədə silah gibi, Torpağımın gözündəsən.
    Dastan gibi yoğrularak, Türklərimin sözündəsən.
    Türk’ün şanlı varaqlanan, Tarihinde, özündəsən.
    Zaman zaman Türk’ün oğlu, Nuri Paşam-ordum benim.
    “Azerbaycan!” Söyleyince, at sırtında kurdum benim.

    Türkün öz yurdu gibi, ruhumdasan, canımdasan.
    Zaman zaman kalbim gibi, döyünürsən, yanımdasan.
    Türksün, Büyük Türk oğlusun, Allah diyen anımdasan.
    Zaman zaman Türk’ün oğlu, Nuri Paşam-ordum benim.
    “Azerbaycan!” Söyleyince, at sırtında kurdum benim.

    “İstiklal”, “Hürriyet” kelimesi,-Türklərimin ilk harayı.
    Sengerde silahlı erler, durup yurttan başka.
    Nuri Paşam-Türkler için, yurdumun güneşi, ayı.
    Zaman zaman Türk’ün oğlu, Nuri Paşam-ordum benim.
    “Azerbaycan!” Söyleyince, at sırtında kurdum benim.

    ***

    Osman Gazi, Orhan Gazi, yiğitlik hünerim benim.
    Osmanlı’yı koruyarak, Turanim kocam benim.

    Tarih boyunca Türklərimin, bak, hüneri destan oldu.
    Yanaqdakı gözün yaşı, hem düğünden, hem yasdan oldu.
    Dar gününde dayanak olan, toprağım dosttan oldu.
    Osman Gazi, Orhan Gazi, yiğitlik hünerim benim.
    Osmanlı’yı koruyarak, Turanim kocam benim.

    “Allahuekber” derken, nurlu gözü dolup gelen.
    Vatanın özlemi için, içelim gibi solup gelen.
    Ertuğrul sonra büyük, Türk’ün olup gelen,
    Osman Gazi, Orhan Gazi, yiğitlik hünerim benim.
    Osmanlı’yı koruyarak, Turanim kocam benim.

    Yıldırımlar torpağmda, siyah bulut gibi çakıyor.
    Kederi, qüssəsi kalbin, süzülüp gözünden akıyor.
    Tarih kendisi yigitliğe, bugün hayran hayran bakıyor.
    Osman Gazi, Orhan Gazi, yiğitlik hünerim benim.
    Osmanlı’yı koruyarak, Turanim kocam benim.

    Meydanlarda zafer için, yağıyla yüz yüze gelen.
    Yeni yeni sefer için, yağıyla yüz yüze gelen,
    Ordu-ordu sabah için, yağıyla yüz yüze gelen.
    Osman Gazi, Orhan Gazi, yiğitlik hünerim benim.
    Osmanlı’yı koruyarak, Turanim kocam benim.

    Dağlar gibi, taşlar gibi, titrəməyəndə əsməyən.
    Kapanan Eski peymanı, tarih boyunca kesmeyen.
    Tarihin denemesinden da, yiğitler gibi küsməyən.
    Osman Gazi, Orhan Gazi, yiğitlik hünerim benim.
    Osmanlı’yı koruyarak, Turanim kocam benim.

    ***

    Osman Gazi, Orhan Gazi,-Türk’ün hünərlik destanı.
    Osmanlı’dan başlar bak, Türk’ün hünərlik destanı.
    Osman Gazi, Orhan Gazi, yiğitlik hünerim benim.
    Osmanlı’yı koruyarak, Turanim kocam benim.
    Meydanlarda savaş oldu, yağılarla görüşme oldu.
    Zaferlerden ilham alıp, tarih kendisi hayran kalıp.
    Türklərimi her anıp,-Türk’ün hünerlik destanı.
    Candan cana hopub gelip, tufan olup, kopup gelip.
    Yaradan’ı bulup gelip,-Türk’ün hünerlik destanı.
    Yine ruhum, canım oldu, zaman zamanla anım oldu.
    Pıhtılaşan kanım oldu,-Türk’ün hünerlik destanı.

    ***

    Ömrü boyu arşa ulaşan, feryadımla ahım benim,
    Osmanlı’da Türk’ün oğlu, Ertoğrulum şahım benim.

    Osmanlı’yı düşününce, gözün yaşına dönüyorum.
    Erenlikde erler gibi, yurdun taşınabilir dönüyorum.
    Kah güzelin hünerine, kah kaşına dönüyorum.
    Ömrü boyu arşa ulaşan, feryadımla ahım benim,
    Osmanlı’da Türk’ün oğlu, Ertoğrulum şahım benim.

    Haray içsem, harayıma, dağlar kendisi kaçıp gider.
    Osman Gazi Türkiye’den, mezarını açıp gelir.
    Güneş kendisi şəfəqinlə, aydınlığa dönüp saçıp gelir.
    Ömrü boyu arşa ulaşan, feryadımla ahım benim,
    Osmanlı’da Türk’ün oğlu, Ertoğrulum şahım benim.

    Tarih kendisi hünərinə, ömrü boyunca şahit oldu.
    Osmanlı’da, Türkiye’de, toprak gibi birim olup.
    Şer yürürlüğe dersler geçen, tarih boyunca zahid olup.
    Ömrü boyu arşa ulaşan, feryadımla ahım benim,
    Osmanlı’da Türk’ün oğlu, Ertoğrulum şahım benim.

    Erenlikdə erler gibi, canım kadar aziz oldun!
    Toprağına bağlılıkta, kanım kadar aziz oldun!
    Hasret çeken, feryat çeken, anma kadar aziz oldun!
    Ömrü boyu arşa ulaşan, feryadımla ahım benim,
    Osmanlı’da Türk’ün oğlu, Ertoğrulum şahım benim.

    Meydanlarda zaferler, yurdum için zafer oldu.
    Mezarına baş çekmemek, benim için kader oldu.
    Allah’a şükür, yağının, umutları heder oldu.
    Ömrü boyu arşa ulaşan, feryadımla ahım benim,
    Osmanlı’da Türk’ün oğlu, Ertoğrulum şahım benim.

    ***

    Adına destan qoşdumsa, göz yaşına dönmeyimmi?!
    “Türkler var” diye coşdumsa, göz yaşına dönmeyimmi?!
    Yunus gibi süzüldümse, destan olup düzüldümse,
    Dudak gibi büzüldümse, göz yaşına dönmeyimmi?!
    Seni görünce ağladımsa, Allah bel bağladımsa,
    Fırat gibi çağladımsa, göz yaşına dönmeyimmi?
    Kanını kanım bildimse, canını canım bildimse,
    Ruhunu anm bildimse, göz yaşına dönmeyimmi?
    Gözüm nuru “Kur’an” dısa, Türkçülüyüm Turandısa,
    Vilayetim Arandısa, göz yaşına dönmeyimmi?

  • Gənc yazar Kənan Aydınoğlu ilə görüş keçirilib

    01

    02

    03

    04

    10 mart 2015-ci il tarixdə, saat 13:00-da, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən 197 saylı tam orta məktəbin Rəhbərliyinin təşkilatçılığı ilə Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc yazar Kənan Aydınoğlu yaradıcılığına həsr olunmuş tədbir keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə məktəbin müəllimi və şagird heyəti iştirak edib.Tədbiri giriş sözü ilə açan 197 saylı tam orta məktəbin direktor müavini Anar Alıyev ilk növbədə tədbir iştirakçılarını salamlayaraq, gənc yazar Kənan Aydınoğlunun həyat və yaradıcılığı haqqında ürəkdolusu danışıb, şairin üzvü olduğu müxtəlif ədəbi dərnəklər haqqında məlumat verib.Daha sonra isə sözü Kənan Aydınoğluna verib.Düzənlənən tədbirin keçirilməsinin əsas səbəbkarı sevimli şair, gənc yazar Kənan Aydınoğlu ilk növbədə tədbir iştirakçılarını salamlayaraq, yaradılan şəraitə görə zəhməti keçən hər kəsə təşəkkürünü bildirib, məmnunluq hissi duyduğunu dilə gətirib.Son zamanlar yetişməkdə olan gənc nəslin nümayəndələrinin əldə etdiyi nailiyyətlərdən söhbət açıb, Qədim Azərbaycan torpağında yaşayan azərbaycanlıların istedadlı bir xalq olduğunu xüsusilə diqqətə çatdırıb. O, həmçinin Çağdaş dönəmdə istedadlı gənc yazarların ədəbi mühitdə tanınmasının, müasir ədəbi prosesə cəlb edilməsinin, yazılarının müxtəlif mədəniyyət və ədəbiyyat yönümlü portallarda dərc olunmasının, Azərbaycan Yazıçılar Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, “Gənc Ədiblər Məktəbi”nə üzv olmağın önəmli olmasından ürəkdolusu danışıb.
    Sonra məktəbin müəllim və şagird heyətinin ünvanladığı sualları cavablandırıb, müxtəlif illərdə qələmə aldığı şeirlərdən səsləndirib, böyük məmnunluq hissi ilə həmin tam orta məktəbin şagirdlərinin qələmə aldığı şeirləri dinləyərək, hər birinin istedadlı gənc yazar olduğunu bildirib, qarşıdakı illərdə müxtəlif çətinliklər qarşısında dözümlü və səbirli olmağı, öz iradələrini nümayiş etdirib yaradıcılıq imkanlarını genişləndirilmələrini tövsiyə edib.Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Şəfa VƏLİYEVA.”Bütün bayramlara özəl…” (Yeni şeir)

    sefa1-450x300

    Göydə ulduz əlçim-əlçim,
    Gözlərimə baxar, gedər…
    Bu həsrətə dözəcək kim,
    Həsrət məni yaxar, gedər…

    Göydə ulduz qatar-qatar,
    Sərnişini xəyalındı,
    Bəxtim elə yatar, yatar,
    Röyası da hicranındı…

    Göydə ulduz birər-birər,
    Hərəsi bir güvən, ümid…
    Məni məndən alar gedər,
    Vüsaldan üzülən ümid…

    Göydə ulduz düzüm-düzüm,
    Unutdurar məni mənə…
    Daha yoxdur sənə sözüm,
    Qaytar ver özünü mənə…

  • Ramil ƏHMƏD: Özüylə söhbəti…

    ramilehmed

    Qeyd: Düşünürəm ki, hər bir şairin şeir, esse, və məqalələrinin mərkəzində elə özüylə söhbəti dayanır. Mənim üçün sualların cavabını tapmağın yeganə yolu yazmaqdır. Bəlkə də, yazılan hər mətn hansısa bir suala cavab tapmaq cəhdidir…Zaman-zaman cavab tapmaq, məsələni özüm üçün aydınlaşdırmaq məqsədi ilə bir sıra məqalələr yazmışam. Həmin sualların bir qismini və cavablarını bir yerə yığanda isə belə bir söhbət alındı:

    – Sənin təsəvvüründə şair obrazı necədir?
    – Bizdə daha çox sovet dönəmindən qalan pafoslu bir şair obrazı var: çox içən, əlindən siqareti əksik olmayan, ütüsüz köynəkli, üzü tüklü və sair. Şair deyəndə sakit bir küncə çəkilib davamlı mütaliə edən, yazan bir insan düşür yadıma. Yaxşı mətnin arxasında içki, siqaret yox, istedad, zəhmət, mütaliə dayanır. Əksinə, indi şairlər daha rasional, nizamlı olmalıdırlar. Çünki günümüzdə şeirin oxucusu azalmaqdadır. Gərək şair istər mövzu, istərsə də forma baxımından oxucunun diqqətini öz üzərinə çəkə bilsin.

    – İlham, istedad, zəhmət…
    – Çox yazmaq yox, yaxşı yazmaq. Kəmiyyət yox, keyfiyyət. Kitabım olsun deyə tez-bazar kitab çap eləmək yox, yaxşı bir iş ortalığa qoymaq. İlham pərisini gözləmək yox, qrafiklə işləmək, zəhmət. Mükafat iddiası yox, yaxşı mətn iddiası.

    – “Bir gün bir kitab oxudum və həyatım dəyişdi”…
    – Tez-tez özümdən soruşuram: kitablar ölürmü? Ölürsə, kitablar üçün də cənnət, cəhənnəm varmı? Bəlkə də… Amma hər insanın alın yazısı olduğu kimi, kitabların da öz həyatı, öz taleyi var. Onlar da insanlar kimi doğulurlar, ev-ev, ölkə-ölkə gəzirlər, kiminə dost, kiminə düşmən olurlar… Və sonda ya əbədi həyatla mükafatlandırılır, ya da tarixin tozlu bir küncünə atılırlar. Yaxşı kitablar həyatımızın bələdçiləri olurlar, yolumuzu aydınladırlar. Pis kitablar isə, sadəcə, vaxt itkisi…

    – Belə fikir var ki, ən çox satılan kitablar ədəbi dəyər baxımından əhəmiyyətsizdir, yüksək tirajla satılan əsərlər yalnız geniş kütlə üçündür.
    – Mən Ximenesin “şeir ucsuz-bucaqsız azlığa səslənməkdir” fikriylə razılaşır, istənilən cəmiyyətdə şeir kitablarının az oxunmasını qəbul edirəm. Nəsrdə isə oxucu daha çox kitabı sıxanda bir vedrə göz yaşı tökülən ucuz eşq macəralı, bütün mahiyyəti ancaq qatili tapmağa yönələn detektiv mövzulu mətnləri sevdiyini də anlayıram. Nə qədər satılmağın, əslində, mətnin dəyərinə elə bir təsir göstərmədiyini düşünürəm. Fikrimcə, pis kitabın çox satılması yox, çox satılanın bir növ ədəbi ölçüyə çevrilməsi daha təhlükəlidir.
    – Zamanın hökmü…
    – Bir çox şeylər zamandan, dövrdən asılıdır. Məsələn, hər nə qədər adı ətrafında mübahisələr olsa da, bəlkə də, Şekspir müasirimiz olsaydı, Hollivud filmləri üçün ssenari yazan biri olardı. Kim bilir…

    – Ədəbiyyat cəmiyyətin problemini qabartmalı, onu tərbiyələndirməli, doğru yol göstərməlidirmi?
    – Ədəbiyyatın üzərinə zorla bu cür missiyalar yükləmək doğru deyil. Biz üzərinə missiyalar qoyulmuş ədəbiyyatın halından da xəbərdarıq. Uzağa getməyək, Sovet dövründə yüz minlərlə tirajla nəşr olunan, o çağın gəncliyinin kult romanları, sevimli yazıçıları günümüzdə nə qədər tanınır və ən əsası həmin əsərlər ədəbiyyat tarixində nə qədər önəmlidirlər? Reallıq budur ki, nəinki zamanın sınağından çıxmaq, heç həmin əsərləri oxuyub üçdən-beşdən bir qiymət almağa məcbur olan tələbənin “sınağından” belə keçə bilmir. Vaxtilə Sovet ideologiyasına, o dönəmin oxucusuna hesablanan, ədəbi zövqdən başqa üzərinə hər cür missiya qoyulmuş əsərlərin ömrü də SSRİ-dən uzun olmadı…

    – Yazarın ən böyük istəyi nədir?
    – Hər bir yazar yazdığı kitabın onu yaşatmasını istəyir. Sözün hər iki mənasında; həm zamanın yaddaşında, həm də kitablarının qarşılığında normal qonorar alıb yaşamağı nəzərdə tuturam. Ədəbiyyat tarixində sağlığında tanınmayan, ağır həyat tərzi keçirən onlarla yazıçı, sənətkar adı saymaq olar. Ancaq kim deyə bilər ki, sahib olduğu dəyərli əşyaları satmaq, girov qoymaq, bu cür əzab-əziyyət çəkmək onların – təbii, mazoxistləri nəzərə almasaq – ürəyincə idi?!…

    – Sənət dünən və bu gün..
    – Çağdaş insan alim, şair, yazıçıdan daha çox şou əhlinin sözünə ehtiyac duyur. Günümüzdə insanlara sənətin, yoxsa televiziyanın, sosial şəbəkələrin daha çox təsir etməsi haqqında nəsə deməyə, məncə, lüzum yoxdur. Bütün bunları deməkdə məqsədim televiziya və interneti ittiham etmək deyil. Belə bir fikir var: uşaqlar valideynlərindən daha çox zəmanəsinə oxşayırlar. Bu gün isə bütün dəyərlərin bir-birinə qarışdığı, yaxşıyla-pisin, sivilizasiyayla-barbarlığın arasındakı sərhədin silindiyi bir dövrdür…

    – Bir az da ədəbi tənqid barəsində…
    – Birincisi, oxucunun ölçü meyarları başqadır, onu asanlıqla aldatmaq olar. Orta statistik oxucu daha çox pafosu yüksək qiymətləndirir, yalnız süjet arxasınca qaçır, əsərin strukturu, forması, dili onun üçün bir o qədər də əhəmiyyət kəsb etmir. İkincisi isə Dostoyevskini Baxtini və ya Puşkini Belinskinin gözüylə oxuyan oxucu əsərlərin dərin qatlarında gizlənənləri, fərqinə varmadığı mətləbləri daha yaxşı başa düşür. Dəyərlərin qorunması və böyük bir xaosun qarşısını almaq baxımından ədəbi tənqid vacibdir. İndi narahatlıq doğuran bircə sual qalır: ədəbi tənqid nə qədər sağlam və obyektivdir? Deyəsən, bu sualın qarşılığında çox az adamın nikbin cavabı var. Bəziləri üçün ədəbi tənqid və tənqidçi öz funksiyasını, missiyasını bitirmiş sayılır. Məncə, ədəbi tənqidi lazımsız bir iş kimi qəbul etmək insafsızlıq olardı. Hansısa bir əsər haqqında nə qədər çox yazılsa, bu, həmin əsərin uğuru deməkdir. Çünki hər kəs mətnə öz yozumunu verir, hər kəs mətnin fərqli-fərqli tərəflərinə fokuslanır. Müasir estetikaya görə isə yaxşı əsərlər çoxqatlı olmalıdır və bir mətnin nə qədər çox yozumu, şərhi varsa, bu, müəllifin uğurudur.

    – Müharibədə itirdiklərimiz və qazandıqlarımız….
    – Yəqin, nikbinliyimizdən irəli gəlir ki, itkilərimizə yox, qazanclarımıza fokuslanırıq. Müharibə olmasaydı, bu gün heyranlıqla izlədiyimiz filmlərin, rəsmlərin, zövqlə oxuduğumuz mətnlərin bir çoxu olmayacaqdı. Bilirəm, indi belə bir sual yaranır: qazandıqlarımızla itirdiklərimizi kompensasiya edə bilərikmi? Mənə görə, hansısa bir filmi bu gözlə izləmək, mətnə bu tərzdə yanaşmaq, hər əsərdə özünü axtarmaq doğru deyil. Bu yerdə Milan Kunderanın xoşuma gələn bir fikrini sizinlə bölüşürəm: “Kafkanın əsərini başa düşmək üçün onu roman kimi oxumaq lazımdır”. Biz yaranan əsərləri müharibədə itirdiklərimizlə, şəxsi faciəmizlə ölçsək, çox ucuz görünəcək. Amma bu sənətdir və o, bizim yaşantılarımız, itirdiklərimizlə yox, konkret meyarlarla, ölçülərlə dəyərləndirilir.

    – Nə üçün insanlar çox asanlıqla müharibə isteriyasına qapılırlar?
    – Freyd, Eynşteynə yazdığı məktubunda insanı nifrət və dağıdıcı instinktin müharibəyə sövq etdiyini vurğulayır və belə bir sual verir: “Məncə, biz müharibəyə ona görə nifrət edirik ki, təbiətimiz etibarilə pasifistik. Başqalarının da pasifist olacağını çoxmu gözləməliyik?” Yaxşı sualdır. Və nə yaxşı ki, ömür vəfa elədi, əgər İkinci dünya müharibəsinin başlaması iyirmi iki gün geciksəydi, Freyd bu sualın cavabını tapa bilməyəcəkdi. Görünür, hər işdə bir xeyir var…

    … və şeirləri

    AMERİKA

    Hər qadın bədəni
    kişi üçün yeni bir qitə…
    Kəşf edilir;
    aza-aza, keçə-keçə,
    üzə-üzə, öpə-öpə…
    Bütün kişilər Kolumbdu, bəlkə?
    Sevgi inanmaqdı
    ömrün sonuna qədər,
    ömrün sonuna qədər
    Amerikanı Hindistan bilməkdi.

    QIRMIZI

    naməlum bir ölü tapılanda
    gecə saatlarında,
    polis maşınının
    yanıb-sönən mavi işıqları altında
    protokola yazılmışdı
    mərhumun günahı:
    göydələnin damındakı
    antenin qırmızı işığından keçib
    və çox sevirmiş, çoooox…

    SEVGİNİN ZAMANI

    Sevginin üç zamanı var:
    darıxmaq, ayrılmaq və unutmaq.

    Əslində,
    biz özümüzü tanımaq üçün sevirik –
    necə sevdiyimizi,
    necə darıxdığımızı,
    necə ayrıldığımızı,
    necə unutduğumuz bilmək üçün…

    NİKBİNLİK

    Yolmayın,
    çobanyastığının günahsız ləçəklərini,
    Yormayın eyni suallarla onu:
    – Sevir, sevmir…

    Cavabını bildiyiniz sualları
    başqasından soruşmayın.
    Çiçəklər uşaqlar kimidir,
    yalan danışa bilməzlər…

    Göndərməyin parabüzənləri
    sevdiyinizin arxasınca,
    düşünün.
    Bəlkə də,
    barmağınızın ucundakı böcək
    elə sizi aparmaq üçün gəlmiş…

    O

    Bu qədər sevgilərin içində
    elə bil kiminsə sevgisi itkin düşüb.
    Bu qədər səsin içində hansısa bir doğma səs yox.
    Bu qədər adamın arasında kimsə çatmır.
    Əslində, bu qədər sevgilər, səslər, adamlar artıqdı.
    İndi bizə lazım olan
    sevginin, səsin, adamın sonuncu parçasıdı.
    Və xoşbəxtliyə bircə hərf çatmır – o…

    GÜNƏŞ

    Hərəni öz eşqi boyda göyə çevirir Allah!
    (Vaqif Bayatlı Odər)

    Bir boşluq ki içində
    heç dolmur…
    Boşluqlarla dolusan indi.
    Bir kədərə hamiləsən ki
    doğulmur illərdi,
    İçində böyüdərsən kədər balanı,
    Tanrı ruh üfürməz.

    Gülüşü kədərinə,
    sözləri sükutuna uduzan adam,
    uduzduqca hər gün özünə,
    baxıb, baxıb göy üzünə
    soruşar: niyə?
    Niyə, İlahi,
    hamıdan gücsüzəm,
    hamıdan zəif?

    Sanma özünü kimsəsiz,
    O, səndən xəbərsiz, səssiz,
    oturub öz taxtında,
    hamını öz vaxtında
    gözləyər göy üzündə.

    Ağrıdığın,
    ağladığın qədərsən…
    Nə qədər ki,
    göy üzündən
    minlərlə gözlər baxır,
    Nə qədər ki,
    O var, qorxma,
    ölməzsən, ölməzsən…

    Hesabla,
    ömrün boyu Günəşə
    nə qədər baxdın doyunca?

    Zəngli saatın
    səni hər səhər
    işə, dərsə, görüşə
    getməyin üçün oyandırdı.
    Heç Günəşi qarşılamaq üçün
    çaldımı zəngli saatın?
    Günəşi görmək üçün oyandınmı?

    Ömründə bircə yol
    iş üçün yox,
    dərs üçün yox
    günəşi görmək üçün,
    yaşamaq üçün olsa
    gözlərinin ilk açılışı,
    sevsən adamları,
    dünyanı,
    ağacları,
    günəşi,
    yağışı,
    onda hamıdan,
    hamıdan güclü olacaqsan!

    BİR ÇAY QAŞIĞI ÜMİD

    Hava proqnozundakı
    qısa ətəkli aparıcı
    üşümədən dedi ki,
    Somaliyə qar yağacaq…

    Görəsən,
    oradakı uşaqların ürəyindən
    qartopu oynamaq keçirmi?
    “Somali qutusu”na atılan
    qara qəpiklər
    onları ağ günə çıxardarmı?
    Somali üçün nitq söyləyənlər
    onlar üçün bircə gün ac qalarmı?

    Bir uşaq
    oturub yol kənarında,
    həyatla ölüm arasında.
    Həyatla ölüm arasında
    bir stəkan su,
    bir dilim çörək
    qədər məsafə…

    Xəyalları ilə oynayır uşaq,
    amma xəyalına belə gəlmir
    NTV-də italyan salatının hazırlanması:
    Holland pendiri – 200qr.
    Bolqar bibəri.
    Şüyüd.
    Reyhan.
    Zeytun.
    Mayonez.

    Afrika salatının resepti həmişə eynidir:
    BİR damcı göz yaşı.
    Vitamin A.
    Bir DAMCI göz yaşı.
    Vitamin B.
    Bir damcı GÖZ yaşı.
    Vitamin C.
    Bir damcı göz YAŞI.
    Kalsium.
    Bir çay qaşığı da ÜMİD…

    Bilmirsiniz,
    neçə dərəcə soyuq var Somalidə?..

  • Gənc yazar Ramil Əhmədin yeni kitabının imza günü keçirilib

    ramilehmed

    3 mart 2015-ci il tarixdə, saat 14:00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Gənc Ədiblər Məktəbi”nin üzvü, Prezident təqaüdçüsü, gənc yazar Ramil Əhmədin “Zaman tuneli” kitabının təqdimat mərasimi keçirilib. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gənclər Şurasının sədr müavini Xəyal Rza, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, “Gənc Ədiblər Məktəbi”nin məsul katibi, gənc yazar Emin Piri, DGTYB Təsisçilər Şurasının başqanı Əkbər Qoşalı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü İbrahim İlyaslı, DGTYB və AYB üzvü, gənc xanım yazar Şəfa Valiyeva, DGTYB Yönətim Kurulunun üzvü, Azərbaycan Tələbə Yazarlar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gündəlik İnformasiya Agentliyinin Yönətim Kurulunun Fəxri üzvü, gənc yazar Emil Rasimoğlu, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc xanım yazar Günay Həsənli, DGTYB Yönətim Kurulunun üzvü, gənc xanım yazar Gülnar Səma və digər qonaqlar iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “Gənc Ədiblər Məktəbi”nin rəhbəri Rəşad Məcid ilk növbədə tədbir iştirakçılarını salamlayaraq, gənc yazar Ramil Əhmədin həm özü, həm də yeni işıq üzü görmüş kitabı haqqında məlumat verib.Daha sonra Xəyal Rza rəhbəri olduğu aybkitab layihəsi çərçivəsində işıq üzü görən kitablar haqqında ürəkdolusu danışıb, gənc yazara yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyib.Tədbirin səbəbkarı gənc yazar Ramil Əhməd yaradılan şəraitə görə zəhməti keçən hər kəsə təşəkkürünü bildirib, məmnunluq hissi duyduğunu bildirib.Yeni işıq üzü görmüş kitablarından tədbir iştirakçılarına imzalayaraq hədiyyə edib.Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Gülnarə İSRAFİLQIZI.”Elə istəyirəm!” (Yeni şeir)

    234435423665547648

    Elə istəyirəm qığılcım axsın,
    Parlasın, gözümün yaşı yerinə.
    Çiynim bu dünyanın yükü altında,
    Əzilib getməsin boşu yerinə.

    Elə istəyirəm küləklər əssin,
    Çiçəklər dayansın dodaq-dodağa.
    Bu öpüş qanadlı mələyə dönsün,
    Aparsın məndən də məni uzağa.

    Elə istəyirəm nağıl danışsın,
    Hər gecəm, gündüzü yatırmaq üçün.
    Sinəmdə doğulmuş, körpə arzumu,
    Qızılgül içinə batırmaq üçün.

    Elə istəyirəm buludlar kimi,
    Ağlayım, quruyan dodaqlar üstə.
    Baharda ağacda tumurcuqlayım,
    Gizlin-gizlin açım budaqlar üstə.

    Elə istəyirəm torpaq ağlayım,
    Tökülsün gözümdən torpaq adamlar.
    İçimdə göyərən, içimdə ölən,
    Bir- bir yerə ensin yarpaq adamlar.

    Elə istəyirəm torpaqdan bitim,
    Yeriyim, yeriyim uzanım göyə.
    İçimdə göyərən, içimdə ölən,
    Yarpaq adam kimi ölməyim deyə.

  • Fidan ABBASOVA.”Qaçardım arxanca sonsuz xülyaya..” (Yeni şeir)

    1420617081_10806371_726695134074552_1134252513031383192_n

    Baxıram ürəyim ağrıyır yaman
    başımı alıbdır qatı bir duman
    sabaha olsaydı inanki güman
    səni sevmək üçün gəlib dünyaya
    qaçardım arxanca sonsuz xülyaya…

    Kaş əlindən tutub yürüyə bilsəm
    kaş ki, həsrətini unuda bilsəm
    gütdiyin yolları geriyə dönsən
    səni görmək üçün çıxıb yollara
    qaçardım arxanca sonsuz xülyaya…

    Ruhum səni gəzir dağda , aranda
    kimə nə söyləyim səni soranda ?
    hisslərim dəli tək məni boğanda
    tutardım əlindən gedib röyaya
    qaçardım arxanca sonsuz xülyaya…

    Nə yaxşı sevmişəm səni əzizim
    nə qədər taqət var yorulmaz dizim
    dünyada ən gözəl bu sevgimizin
    sarıb isti- isti bərk- bərk yorğana
    səni aparadım şirin xülyama…

    Səni gördüyüm gün ən gözəl günüm
    həyatım, varlığım, inan hərşeyim
    Fidan sənin üçün bəlkə taleyin
    verdiyi bir paysa gəlib dünyaya
    qaçardım arxanca sonsuz xülyaya…

  • Şəfa VƏLİYEVA.”Gözümdən yağış yağır” (Yeni şeir)

    sefa1-450x300

    Baxışında qar donub,
    Gözümdən yağış yağır.
    Xatirəylə ovunub,
    Günüm yolundan çıxır…

    Daha mənə söyləmə,
    Gün çıxacaq nağılı…
    Bilmirsənsə, öyrətmə
    Unutmağa ağılı…

    Soyuqluğun öyrədib,
    Ömrün qışı hardadır…
    Kirpiklərin gizlədib,
    Baxışında qardadır…

  • Şəfa EYVAZQIZI.”Kim bilir” (Yeni şeir)

    1423756700_sefa-xanim

    Alnıma yazılan yazıya bir bax,
    Kim bilir daha nə görəcək gözüm?!
    Vaxtsız sönən məhəbbətin yasına,
    Görəsən çoxmu yaş tökəcək gözüm?!

    Üzümdə izini buraxır illər,
    Saralır içimdə açılan güllər.
    Gün-gündən rəngini itirir tellər,
    Deyəsən çuxura düşəcək gözüm!

    Düz yollarım döndü oldu çəpəki,
    Dağ-dərə önümü kəsib hələ ki.
    Çox yüyürdüm çatammadım sənə ki
    Elə baxa-baxa öləcək gözüm.

  • Debüt: Günel YAĞMUR (Şuşa rayonu).Yeni şeirlər

    1425097377_11006139_657467767712978_2018236402_n

    Günel Yağmur (Eliyeva Günel Qəzənfər qızı) 1991-ci ildə Şuşa səhərində anadan olub. Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsini bitirib, hal-hazırda Laçın rayonu E.Əliyev adına Fərəcan kənd tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi, eləcədə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyir.

    GÜNAHSIZ ”QATİL”

    Kimsəsizlər adasına yola saldım düşüncələrimi,
    Uzaqlaşdırmaq istədim mənim olan dünəni,
    Köksünə xəncər sancıb ölümünə bais olduğum
    Xatirələrimin yasını tutdum sonra.
    Gözlərimdə məzar qazdım ,
    Elə oradaca dəfn etməkçün illərin əzabını.
    Gözdən iraq olsa könüldən də uzaq düşəcəyi qorxusu vardı.
    Bəlkə də qəlbimdə.
    Fərqinə varmırdım bəzən davranışlarımın,
    Gah öldürüb, gah diriltmək istəyirdim hisslərimi.
    Axı sevginin mərhəməti qürurundan çox olur.
    Hisslərimin kölgəsiydim mən də əslində
    Hara getsə aparırdı məni də.
    Cinayətkar həbsə məhkum olmalıdır.
    Mənimsə cəzamı verən olmadı.
    Qatil idim mən də.
    Fəqət günahsız” qatil”.
    Məhkumlar başqalarına əzab verənlərdir.
    Mənsə içimdəki insanı öldürmüşdüm
    Xatirələrimin ölümünə səbəb olarkən…

    METAFORA

    Bu gün ilhama gəlib,
    Şeir yazır buludlar,
    Qüssə adlı nəğməni
    İfa edir ağaclar.
    Ürək neftsiz, benzinsiz,
    Qəmindən, kədərindən
    Od tutub hey alışar.
    Dalğalar aği deyib,
    Dənizini qucaqlar.
    Bir başqadir ,elə bil,
    Bu gün çilğin təbiət.
    Solub üzü, bənizi,
    Dəyişib əski səsi.
    Dünyaya vida edib,
    Gedib sanki əzizi.
    Göy üzündən ələnir,
    Hər yerə səpələnir,
    Sonra da heçə dönür.
    Qəmli- qəmli yağışlar

  • Debüt: Nigar RÜSTƏMQIZI (Bakı şəhəri).Yeni şeir

    11015859_1571129903127579_1875483957_n

    Nigar RÜSTƏMQIZI -1992-ci il, dekabr ayının 3-də Bakı şəhərində anadan olmuşdur.1999-cu ildə Abşeron rayonu, Xırdalan şəhəri 2 saylı orta məktəbin 1-ci sinfinə getmiş,2001-2008-ci illərdə Abşeron Musiqi məktəbinin fortepiano üzrə 7 illik mərhələsini fərqlənmə diplomu ilə bitirmişdir.2010-cu il tarixində 9 saylı orta məktəbi bitirərək,Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olmuşdur.Oxuduğu illər ərzində ictimai fəaliyyətinə və liderliyinə görə “İlin ən yaxşı tələbəsi” mükafatına layiq görülmüşdür.2014-cü ildə bakalvr pilləsini tamamlayaraq,Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində magistraturasına qəbul olmuşdur.2015-ci ildən yeni yaradılan Azərbaycan Tələbə Yazarlar Birliyini sədridir.

    ***

    İçimdə təşviş var,
    Elə yorulmuşam bu axtarışdan.
    Çox uzaq ulduztək
    yaxın ol mənə.
    Yaxınlıq görünər uzaqlığında…
    Yoxsa ki, yoxsa ki…
    Sayım saat-saat sənsizliyimi…
    Unudub özümü haraya gedim?!
    Bircə əlacım var,
    Elə bu gecə…
    Saydıqca yorulub yuxuya gedim.
    Aparsın ovcunda məni ta yuxu,
    Hardasa,hardasa sən olan yerə…
    Nə bilim…
    bəlkə də daha qar yağıb,
    Sənin sinəndəki mən olan yerə…
    Səni axtarıram son ulduzumda,
    Deyirəm sonumda bəlkə “SƏN”im var…

  • Debüt: Şəhanə MÜŞFİQ (Bakı şəhəri).”Eşq olsun!” (Hekayə)

    1423890042_pic

    Payız təzə gəlmişdi. Daha doğrusu, hələ təzə-təzə öz gəlişini sübut etmək istəyirmiş kimi havalar son günlər soyumağa başlayırdı. Universitetdən çıxıb yağışın altında demək olar ki, qaça-qaça özümü metroya çatdırmağa tələsirdim. Yağış elə bərk yağırdı ki, başımı qaldırmağa, ətrafıma göz yetirməyə macal tapmırdım. Evdən çıxarkən anamın “bu gün yağış havası var, özünlə çətir götür” məsləhətinə qulaq asmadığım üçün də peşmançılıq keçirirdim içimdə. Amma onsuzda istifadə etməyəcəyimi bilirəm axı… Yayda eynək, yağışda da çətir istifadə etmək heç adətim deyil. Eynəkdən istifadə etməməyimin səbəbi hər şeyi öz rəngində görmək marağımdır. Günəşi də, dənizi də, ağacı da, bir sözlə hər şeyi öz rəngində görmək istəyirəm. Bəlkə də bu, bir çoxları üçün mənasız bir istək kimi görünə bilər, amma neyləyim, sevmirəm süni boyanı. Çətir isə uşaqlıqdan heç sevmədiyim bir əşya olub. Uşaq vaxtı yağışı çox sevirdim, yağış yağarkən həyətə, yağışın altına qaçmağa can atırdım. Elə indi də yağışa olan sevgim qalıb, amma indi yağışın altında olmaqdansa, ona kənardan, məsələn, evimizin balkonundan, ya da pəncərədən baxmağı daha üstün tuturam. Nə isə…
    Yağışın altında metroya doğru qaçarkən gurultulu alqış səsi məni dayanmağa məcbur etdi. Gözümün altından səs gələn tərəfə doğru baxanda yolun o biri tayında bir binanın qarşısına yığılmış insan ordusu diqqətimi cəlb etdi. Görəsən, bu camaatı bu soyuq havada ora yığışmağa vadar edən səbəb nə ola bilərdi? Bu sualın cavabı yağışdan da, soyuqdan da, evə gecikmək qorxusundan da daha vacib idi. Məhz bunu öyrənmək üçün istiqamətimi dəyişib həmin izdihama doğru getməyə başladım. Bu dəfə addımlarımı daha sürətli atır, tez bir zamanda oraya çatmağa çalışırdım. Eee, bu maşınlar da imkan verir ki… Piyadanın yolunda da piyadaya imkan vermirlər…
    İzdihama yaxınlaşarkən səslər daha aydın seçilməyə başlayırdı. Deyəsən, kimsə danışırdı… Yaxınlaşdım… Boyum balaca olduğundan heç bir şey seçə bilmirdim. İnsanlardan üzr istəyə-istəyə izdihamın ortasına doğru irəlilədim. Məni süzən əsəbi baxışları, dalımca deyinən insanları görsəm də fikir vermədən irəliləyirdim. Neyləyim, görmürəm axı…
    Axır ki, səhnəni görə biləcəyim rahat bir yer seçdim özümə… İndi görək nələr olur…
    Səhnənin ortasında bir tribuna qoyulmuşdu. Tribunanın arxasında əlində mikrofon tutan 45-50 yaşlarında bir kişi danışırdı, daha doğrusu, demək istədiklərini qarşısındakı vərəqdən oxuyurdu. Bu mənzərəni görəndə bir fikir məni götürdü: görəsən, vərəqdəkiləri özü yazmışdı, yoxsa kiməsə yazdırmışdı? Nə isə, bundan mənə nə… Kişinin görünüşü çox səliqəli idi. Qara kostyum, ağ köynək geyinmişdi. Köynəyin düymələrini axıra qədər düymələmiş, üstündən də qara rəngli qalstuk taxmışdı. Geyimi səliqəli olsa da, qabağa çıxan qarnı bu səliqəyə xələl gətirirdi. Onu görərkən düşündüyüm ilk şey bu oldu ki, bu qarnı olmasaydı, heç olmasa biraz bundan balaca olsaydı necə gözəl olardı, yaşından da daha cavan görünə bilərdi… Nə isə, əsas məsələ onun görünüşü, səliqəsi yox, danışdıqlarında idi:
    -Əziz seçicilərim (hə, deməli bu adam nəyəsə namizəd imiş), mən artıq bir dəfə sizinlə görüşmüşəm. Məramım, məqsədim və saf niyyətim sizin hər birinizə artıq məlumdur…
    Saf niyyət? Söhbət deyəsən, komediyaya doğru inkişaf edir axı… Gözləyək, görək, axırı necə olacaq.
    – Bu gün də buraya toplaşmağımızın əsas məqsədi həm sizinlə səmimi münasibət yaratmaq, həm də sizə şən saatlar bəxş etməkdir. Mənim bütün həyatım boyu tək məramım olub:vətənimə, xalqıma namusumla, vicdanımla xidmət etmək! Bu gün Ulu Tanrım mənə bu məramımı daha gözəl bir şəkildə həyata keçirmək üçün bir şans verib. Əgər siz də mənə bu şansı versəniz əminəm ki, peşman olmayacaqsınız. Mən vəzifəm müddətincə sizinlə sıx-sıx görüşlər keçirəcək, sizin problemlərinizə qulaq asacaq və bu problemləri aradan qaldırmaq üçün əlimdən gələni edəcəyəm. Mən vəkili olduğum bu millətin səsini dövlətimizdə duyuracağam. Bundan sonrakı illər ərzindəsizin həyat səviyyənizi maksimuma, problemlərinizi isə minimuma çatdırmaq üçün dayanmadan işləyəcəyəm…
    “Namizəd” sözünü buraya çatdıranda gurultulu alqış sədaları qalxdı. Təəccüblə ətrafıma baxanda hər kəsin üzündə bir sevinc, bir razılıq ifadəsi gördüm. Elə bil danışan adam verdiyi vədləri elə indicə həyata keçirmiş, xalqın bütün dərd-sərini aradan qaldırmışdı. Bu insanlar nəyə bu qədər sevinirdilər, görəsən? Axı bu danışılanların quru vədlərdən başqa bir şey olmadığını bilməli idilər. Bəlkə də mən səhv etmişəm düşünərək yenidən fikrimi həmin namizədin danışığında cəmləşdirməyə çalışdım:
    – Əziz həmvətənlərim, mən bir çoxları kimi sizə yalançı vədlər vermək fikrindən çox uzağam. Sizə verə biləcəyim tək söz ondan ibarətdir ki, əgər məni seçsəniz, mənə etibar etsəniz sizin etibarınıza layiq olmaq üçün əlimdən gələni edəcəyəm. Eşq olsun Azərbaycan xalqına!!!
    Yenə də gurultulu alqışlar qopdu. Danışan adam bir neçə saniyə fəxrlə, qürurla izdihamı seyr edib möhtəşəm bir ədayla səhnədən enmək üçün pilləkənlərə doğru addımladı. Bu yerişdə elə bir əda var idi ki, elə bil artıq
    seçilib xalqın vəkilliyi vəzifəsini öz öhdəsinə götürmüşdü…
    Elə o səhnədən enmişdi ki, açıq-saçıq geyimli, yaşı 60-ı keçmiş, ancaq hələ də özünü cavan qız kimi aparmaqdan utanmayan müğənni qadın oynaq bir mahnının sədaları altında özünü səhnəyə atdı. Onu görərkən düşündüyüm ilk şey bu oldu ki, görəsən, bu soyuqda bu cür açıq paltarda üşümür? Səhnəyə çıxmağı ilə də heç sevmədiyim bir ifadəni işlətməsi bir oldu:
    – Əlləri görmürəm…
    Elə bu sözə bənd imiş kimi bütün millət başladı gurhagur əl çalmağa. Qadın isə açıqda qoyduğu sallaq qarnını oynada – oynada oxumağa, daha doğrusu, diskdə oxuyan mahnını ağız hərəkətləri ilə göstərməyə başladı. Camaat bir coşmuşdu ki, getdikcə daha da qəzəblə yağan yağışı, qılınc kimi kəskin soyuğu bilə hiss etmirmiş kimi hamı yerində rəqs edirdi. Onlara baxdıqca həm acıyır, həm də həsəd aparırdım. Yəni, bir milləti iki yağlı söz, bir oynaq mahnı ilə aldatmaq bu qədər mi asandı? Elə bu vaxt telefonumun cibimdə titrədiyini hiss etdim. Tez telefonumu çıxarıb baxdım, ekranda anamın adı və nömrəsi yazılmışdı. Ekranın yuxarı hissəsində “cavabsız zənglər” işarəsi də var idi. Allah bilir neçə dəfə zəng edib, eşitməmişəm. Tələsik zəngi açdım, amma bu səs-küydə səsini eşidə bilərəmmi əmin deyiləm:
    -Alo…
    Telefonun o biri başından nə isə xırıltılı səs gəldi. Əvvəlcədən zənn etdiyim kimi bu qədər qarışıqlığın içərisində anamın səsini eşitmək mümkün olmurdu. Onun nə dediyini eşitmədən onun məni eşidib anladığına ümid edərək dedim:
    -Ana, mən sənin səsini eşitmirəm. Amma narahat olma, burada bir tədbir var, ona görə gecikirəm. Indi çıxıram burdan, bir saata evdə olaram. Hələlik.
    Bunu deyib cavab gözləmədən telefonu söndürdüm. Onsuzda onun səsini eşidə bilmirdim axı…
    Anamın zənginə cavab verəndə bir tərəfdən də fikrim səhnədəki müğənnidə, onun hərəkətlərində idi. Zalım qızı Azərbaycan dilində elə bir cümlə bilirmiş kimi tək bir cülməni təkrarlıya -təkrarlıya durmuşdu:
    -Əlləri görmürəm… Eşq olsun Azərbaycan xalqına!..
    Artıq bu komediyaya dözə bilməyəcəyimi düşünərək oradan uzaqlaşmağa qərar verdim. Gördüyüm bu mənzərə onsuzda yerində olmayan əsəblərimi daha da korlamışdı. Sürətli addımlarla oradan uzaqlaşmağa, daha doğrusu qaçmağa başladım. Oradan uzaqlaşdıqca səs də arxamda qalır, mənim sürətimə çata bilmirdi. Lakin səhnəyə çıxan hər kəsin dilində əzbərə çevrilmiş o cümlə qeyri-ixtiyari mənim də dodaqlarımdan süzülürdü:
    -Eşq olsun Azərbaycan xalqına!!!
    Əlbəttə, sizin kimilərin sözünə hələ də inanan, etibar edən bu saf niyyətli xalqa EŞQ OLSUN!!!
    Yağış isə hələ də yağmağa davam edirdi. Ancaq bu dəfə sanki məni sakitləşdirmək, təskin etmək istərcəsinə daha aramla, daha mülayim.

  • Debüt: Əsmər QASIMLI (Ağdam).Yeni şeir

    1423889445_esmer

    Əsmər QASIMLI (Qasımova Əsmər Eldar qızı) 21 iyul 1991-ci ildə Ağdam rayonunun Mirəşəlli kəndində anadan olub.1997-2008-ci illərdə orta məktəbdə təhsil alıb.2008-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2013-cü ildə Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanından keçərək Ağdam rayonu Ə.Vəliyev adına II Baharli ümumi orta məktəbə müəllim kimi təyin olunub. Eyni zamanda A.Kərimov adına Bənövşələr tam orta məktəbində də ixtisasim üzrə müəllim kimi fəaliyyət göstərir.
    6 mart 2015-il tarixdə Gündəlik İnformasiya Agentliyinin Yönətim Kuruluna Fəxri üzv qəbul olunub.

    SƏNİ SEVMƏK ÜÇÜN GƏLDİM DÜNYAYA

    (Z.Yaqubun eyniadlı şeirinə…)

    Gəlmədim hər kəsə yar demək üçün,
    Gülmədim sevənənar demək üçün,
    Sevmədim sevgilim var demək üçün,
    Bu sevgim çatıbdır ulduza, aya,
    Səni sevmək üçün gəldim dünyaya.

    Soruşma halımı, kədərlənərsən.
    Bəlkə də ağlarsan, bəlkə gülərsən.
    Məndən də dəli tək sevən görərsən.
    Bu da bir sübutdur yalan xülyaya
    Səni sevmək üçün gəldim dünyaya.

    Yoluma qar düşdü, şaxta buz saldı
    Qar dedim, buz dedim, qalanlar qaldı
    Mane olanlarım hey fürsət aldı
    Əldə qalanım da getdilər zaya,
    Səni sevmək üçün gəldim dünyaya.

    Dərdimi çəkənlər dərd oldu mənə.
    Mümkünmü sevən kəs sözündən dönə
    Demişəm sözümü, deyirəm yene.
    Baş getdi səcdəyə, dilim duaya.
    Səni sevmək üçün gəldim dünyaya.

  • Debüt: Ülkər DƏNİZ (Masallı rayonu).Yeni şeirlər

    1425096966_ulkerxanim

    Ürəyimə yağış yağır bu gecə

    Gözlərindən baxışların tökülür,
    Od nəfəsim sənlə dara çəkilir…
    Varlığımda eşq sarayı tikilir,
    Bir xəbərsiz eşq yaranır gizlicə,
    Ürəyimə yağış yağır bu gecə..

    Bəxtim sənə nə göz yaşı ol deyir,
    Nə tökülən göylər daşı ol deyir..
    Bir ürəyin gəl sirdaşı ol deyir,
    Arzularla ötüb gedir gün necə,
    Ürəyimə yağış yağır bu gecə..

    Baxışınla gözlərimə dolanda,
    Ta qayıtma… Sığın onda qal onda…
    Adın qəlbdə, taleyinsə alında,
    Sənsiz günüm nə yaşana, nə keçə,
    Ürəyimə yağış yağır bu gecə..

    Allahım sən alma bu gözəlliyi

    Düşüb yer üzünə Tanrıdan gəlir,
    Torpaq gözəlliyi, su gözəlliyi.
    Hələ qoy yaşayaq günlər içində
    Allahım sən alma bu gözəlliyi..

    Bir üzü qaranlıq bir üzü işıq ,
    Elə başdan-başa dünya yaraşıq.
    Hələ gözəllikdən heç doymamışıq,
    Allahım sən alma bu gözəlliyi..

    Haqq ilə nahaqqı ayırır insan,
    Ruhunu söz ilə doyurur insan..
    Qəlbini içindən sıyırır insan,
    Allahım sən alma bu gözəlliyi..

    Hər xeyir tapılar bir itən şərdə,
    Nə deyim sonumda gizlənən dərdə..
    Gözəllik eşqiylə gəzir bəşər də,
    Allahım sən alma bu gözəlliyi..

    Gecə

    Gəl bağrıma daş tək basıl,
    Uyu qoynumda gecə…
    Uşaq nağıllardan bezib,
    Böyüklər ağılardan.
    Dərdlərim salxım kimi,
    Asılıbdır tənəkdən,
    Min bir dərdi ələrəm
    Biri keçməz ələkdən.
    Dünya da bir ələkdir..
    Keçən heç vaxt
    Diri keçməz ələkdən..
    Dünyanın işinə matam doğrusu,
    Canavar gözünü çıraq eləyir.
    Qanun keşiyində milyon oğrusu,
    Qəpik oğrusunu dustaq eləyir..

  • Debüt: Mehman RASİMOĞLU (Tovuz rayonu).Yeni şeirlər

    1425096609_10930950_824311900945041_1211605298913058029_n

    Mehman Rasimoğlu (Rzayev) 1983-cü il 27 martda Tovuz rayonunda ziyalı ailəsində, aşıq Əsəd Rzayev ocağında anadan olub. Orta məktəbi Tovuz rayonu Elxan Məmmmədov adına orta məktəbdə bitirib. 2004-cü ildə BDU-nun jurnalistika fakultəsinin məzunu olub.
    Mehman Rasimoğlu tələbəlik illərindən dövrü mətbuatda dərc olunur. “İlk məhəbbətim” adlı şeirlər kitabının müəllifi, Tovuzda fəaliyyət göstərən aşıq Hüseyn Bozalqanlı adına “Varislər” Ədəbi Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

    AĞACINDAN

    Kimsəyə güvənim, etibarım yox
    Alıb asıbdılar dar ağacından.
    Şərəfi, isməti, xasiyyətini
    Töküblər zamanla ar ağacından.

    Bu gün bir səs, sabah bir səs duyulur,
    Yalanlar içində içim oyulur.
    Ümidlərim ürəyimdən soyulur-
    Güllə bağlayırlar xar ağacından.

    Zamanımı, gənc çağımı aldılar,
    Şeytan kimi xəyalıma daldılar.
    Arzularmı yarı yolda saldılar,
    Məni ayırdılar yar ağacından.

    Bəxtim əzrayılın əlinə keçib,
    Dünyanın nahaqqı səbrimi biçib.
    Sevdiyim sandığım qanımı içib,
    Yıxıb baş-aşağı bar ağacından.

    MƏHƏBBƏT

    Eşqə, məhəbbətə əsir düşmüşəm
    Ağıldan, kamaldan didərginəm mən.
    Bütün varlığımla yanıb-bişmişəm
    Məni boran-qar da soyutmur, nədən?

    Ilahi, ürəyim necə can çəkir!
    Zalım rəssam gözlərimə qan çəkir.
    Sevincdən, nəşədən məni yan çəkir,
    Vüsalın ruhunu unudub bədən.

    Ülviyyətin, səadətin yoxdusa,
    Kimə gərək, ədalətin yoxdusa?
    Sevənlərə məhəbbətin yoxdusa
    Məhəbbət, özünü harda gəzərsən?!

    AĞLADI

    Səni andım, ruhum səni səslədi,
    Könlüm yorğun düşdü, gözüm ağladı.
    Hicranı qəlbimdən şeirlə aldım
    Sevən könüllərdə sözüm ağladı.

    Vüsalı gözlədim yol qırağında,
    Ayrılıq dən oldu eşq darağında.
    Çökdüm dizim üstə yar sorağında
    Yollar susqun qaldı, dizim ağladı.

    Gəzdim bağça-bağı, çölü-çəməni,
    Soruşdum daşlardan, çiçəkdən səni.
    Yordu sənsizliyin kədəri məni
    Geridə qoyduğum izim ağladı.

    GƏL GÖRÜŞƏK

    Gəl görüşək, ay bənizlim,
    Bu dünyanın o üzündə.
    Adət etsin bizi gəzsin,
    El məhəbbət dənizində.

    Burda sevib sevilən yox,
    Sol kürəkdən çırpılır ox.
    Sevilməyi istəyən çox,
    Amma sevgi yox gözündə.

    Bir yurd salaq burdan uzaq,
    Sevgimizə dastan yozaq,
    Nəğmə qoşaq, şeir yazaq
    Qalsın bizdən eşq izində.

  • Qafqaz ƏVƏZOĞLU.”Yadıma düşübdü”

    Qafqaz Əvəzoğlu

    Yurd-yuvamda keçirtdiyim hər günüm,
    Ötüşən il, ay yadıma düşübdü!
    Bir səs olcaq ayağından başacan,
    Kəndə düşən hay yadıma düşübdü!

    İşdən-gücdən yorğun-arğın qayıdıb,
    Dincələrdik körpələri oynadıb.
    Qapımızda samavarı qaynadıb,
    Dəmlədiyim çay yadıma düşübdü!

    Neçə vaxtdı bir dərd əyib qəddimi,
    Bölə bilmir köhnə qonşum dərdimi.
    Düşünürəm viran qalan kəndimi,
    Başdan-başa tey yadıma düşübdü!

    Demə orda yaşamışıq bəy kimi,
    İndi burda dolaşırıq səy kimi…
    El yığışıb götürdüyü toy kimi,
    Qapımdakı vay yadıma düşübdü!

    Ov etdiyim dərələrdə hənirti,
    Kol dibindən qopartdığım göyərti,
    Hərlədiyim yeddi nömür kərənti,
    Qatladığım lay yadıma düşübdü!

    Yad dolanır ta “Hərtiz”i, “Səngər”i,
    Hardan alım Qoç Nəbini, Həcəri?!
    Göz yaşımdı Bərgüşadla Həkəri,
    Baş vurduğum çay yadıma düşübdü!

    Kəndimizdə “toybaşı”ydı üç nəfər,
    Həsənalı, Həsənqərə, Qəzənfər…
    Qara zurna nazlanardı bəxtəvər,
    O “Yallı”lı toy yadıma düşübdü!

    Gül açmadı ta Qafqazın dediyi,
    Zəhər oldu neçə vaxtdı yediyi…
    Qonşuların qonşulara verdiyi,
    Göndərdiyi pay yadıma düşübdü!!

  • Rafiq ODAY.”USTAD, BİR DÖN SİNƏMƏ BAX…”

    Rafiq Oday foto

    «Gəl gör mənə eşq neylədi»
    Yunis İmrə

    Bu sevda dəli sevdadı,
    Tükənməz macərası var.
    Nə bu dərdə əlac edən,
    Nə bu dərdin çarısı var.

    Oldu ömrün yazı talan,
    Yazıq satan, yazıq alan.
    Nə ondan bir razı qalan,
    Nə ondan bir narazı var.

    Yön çevirib dağa-daşa,
    Bulaq oldu gözüm – daşan.
    Nə gözümdə ağdan nişan,
    Nə gözümün qarası var.

    Eşq qonaqmış, sinəm otaq,
    Qonaq çəkdi sinəmə dağ.
    Ustad, bir dön sinəmə bax,
    Gör, salamat harası var?

  • Saqif QARATORPAQ.”Başa çəkək bu dərdi” (Yeni şeir)

    saqif muellim

    Zalım,mən ha demədim
    Başa çəkək bu dərdi.
    Əlim ətəkdən uzun…
    Haşa! Çəkək bu dərdi.

    Ağla,bu gülə ağla,
    Dən düşən telə ağla.
    Oda yan,külə ağla,
    Yaşa… çəkək bu dərdi.

    Əlimdə eşqin camı,
    Süzmüşəm göz yaşıımı.
    Görsən ki dönüb hamı
    Daşa,çəkək bu dərdi…

  • Hikmət MƏLİKZADƏ.”O qıza deyin ki, güzgüyə baxsın” (Yeni şeir)

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Bezib şeytan yazıq təsbeh öpməkdən,
    Gəzib ömrü boyu səfil, qocalıb.
    O qıza deyin ki, güzgüyə baxsın,
    Yoxsa elə bilər qəfil qocalıb.

    Çoxunun İlahə sandığı qızı,
    Bir göz qırpımında gəzib, atırıq.
    Bir parça kağızdır arzular sanki,
    Elə ki, dəmləndik, əzib atırıq.

    Bilmirdin, yol güdən özünü güdür?
    Nəyini sevmişdin dəli Kərimin?
    Çəkil, kainatı sahmana salım,
    Yeri behişt olsun Əli Kərimin……

  • Əlirza HƏSRƏT.”Saat səsi” (Yeni şeir)

    1409288674_13314_src-300x207

    Dağın arxasında məst olub Günəş,
    Süzür gözlərini qürub saatı.
    Çarmıxa çəkilən yol ayrıcında,-
    Ürəyim döyünən qərib saatı.

    Bir eşq ünvanı tək saata baxdın.
    Könlümdə çağladın,gözümdə çaxdın.
    Əqrəblər nazıyla oynayır vaxtın,
    Kim belə divanə görüb saatı?!

    Gözlərim diksindi saat səsinə,
    Uzaqda bəlkə bir nəğmə isinə.
    Sən allah,qulaq ver zənguləsinə,-
    Gör, zalım nə gözəl qurub saatı!

  • Gündüz SEVİNDİK.”Mənim küçələrim üşümür daha” (Yeni şeir)

    5f7ccfdb87f0c47b4ffb151a4f84cea0

    Baxdı neçə-neçə şeirlərimə,
    İstədi don biçə şeirlərimə,
    Köçdü küçə-küçə şeirlərimə,
    Mənim küçələrim üşümür daha…

    Bu yükə toxunma, daşıyan mənəm,
    Bax, ölüb-dirilən, yaşayan mənəm,
    Nə yaxşı, elə tək üşüyən mənəm…
    Mənim küçələrim üşümür daha.

    Dərdim bu dünyanın çiyninə deyil,
    Sözüm küçələrin əyninə deyil…
    Dizəcən yağan qar eyninə deyil,
    Mənim küçələrim üşümür daha.

    Qəlb yanar, özünü vurdusa közə,
    Ürək lazımdı ki, tablaya, dözə.
    Ta deyə bilmirəm: “Dur gedək bizə!” …
    Mənim küçələrim üşümür daha.

    Bu necə ömürdür, bu nə pay, Allah?
    İtirdim hesabı, özün say, Allah…
    Allah, sənə şükür, şükür, ay Allah –
    Mənim küçələrim üşümür daha!

  • Mais TƏMKİN.”Dünya, məni bağışla…” (Yeni şeir)

    10646868_273655359498567_6620189188081019440_n

    Tamah mənim gözümdəymiş,
    Dünya, məni bağışla, sən.
    Demə , günah özümdəymiş,
    Dünya, məni bağışla, sən!

    Durdum neçə can qəsdinə,
    Nahaqdan dəydim şəstinə.
    Qan tökdüm, yıxdım üstünə,
    Dünya, məni bağışla, sən.

    Sən safsanmış, təmizsənmiş,
    Çəmən, meşə, dənizsənmiş.
    Yaradana əzizsənmiş,
    Dünya, məni bağışla, sən.

    Hərdən həddimi aşmışam,
    Nə bilim, bəlkə, çaşmışam.
    Hər gün sənlə dalaşmışam,
    Dünya, məni bağışla, sən.

    İndi-indi anlamışam,
    Özümü sahmanlamışam.
    Əbəs səni danlamışam,
    Dünya, məni bağışla, sən.

    Şeirsənmiş, qəzəlsənmiş,
    Sən Adəmdən əzəlsənmiş,
    Yaşamağa gözəlsənmiş,
    Dünya, məni bağışla, sən.

    Kin bəsləyən ürək də ,,mən,”
    ,,Bədniyyət*”, xoş dilək də mən.
    Şeytan* da mən, mələk də mən,
    Dünya, məni bağışla, sən.

    Sülh bağlayaq, savaş bitsin,
    Sevinc gəlsin, kədər itsin.
    Sənə qarşı eylədiyim,
    Pislikləri unut getsin,
    Dünya, məni bağışla, Sən!

  • Debüt: Sevil İŞIQ (Qazax).Yeni şeirlər

    1460261_1548010518749912_256261129098398522_n

    MƏN SƏNƏ CAN ATAN GƏMI

    Sən liman – mən sənə can atan gəmi,
    Dəli dalğalarda demə bataram.
    Səpib ləpələrə hicran yükünü,
    Sən olan bir yerə lövbər ataram.

    Kövrəlib sevilmək, sevmək istəyi,
    Səhra yanğısını yağışlar duymur.
    Yaşadar gülüşün tənha ürəyi,
    Bir aşiq ürəyi nələr uydurmur
    .
    Ağırdır sənsizlik daşımaq mənə,
    Coşğun dalğalrın pəncəsindəyəm.
    Tənhayam yaşamaq lazımdır mənə,
    Sənin limanında olmaq istərəm.

    SƏNI SEVMƏK ISTƏYIRƏ

    Yer üzünün “ay”ı kimi,
    Səni sevmək istəyirəm.
    Allahımın payı kimi,
    Səni sevmək istəyirəm.

    Ağız qəndi sevən kimi,
    Şeir bəndi sevən kimi,
    Dağlar kəndi sevən kimi,
    Səni sevmək istəyirəm.

    Yatmadığım yuxu kimi,
    Duymadığım qoxu kimi.
    Bu dünyanın yoxu kimi
    Səni sevmək istəyirəm.

    O nur kimi, işıq kimi,
    Şair kimi, aşıq kimi,
    Dolanıb sarmaşıq kimi,
    Səni sevmək istəyirəm.

    Barmağımda izim kimi,
    Aynadakı üzüm kimi,
    Bax elə lap özüm kimi,
    Səni sevmək istəyirəm.

    GƏL MƏNİM YAĞIŞIM OL

    Gəl mənim yağışım ol,
    As saçımdan özünü.
    Süzül kipriklərimə,
    Tanış eylə özünü.
    Gəl mənim yağışım ol,

    Sənə doğru axım mən.
    Nəmlənmiş xəyalına,
    Pəncərəmdə baxım mən.
    Gəl mənim yağışım ol,

    Leysan kimi yağ mənə.
    Görüm ki, xoş gəlmisən,
    Mən ölməmiş sağ mənə.
    Gəl mənim yağışım ol,

    Məni məndən yu apar.
    Həsrəti gözlərimdən…
    Qəlbimdən qorxu apar.
    Gəl mənim yağışım ol,

    Yağ külümün üstünə.
    Sevgi səhraya dönür
    Dur səhramın qəstinə.

  • Şairə Cığatel İsaqızı ilə görüş keçiriləcək

    10906314_1526965670890963_775077547943401976_n (1)

    10 yanvar 2015-ci il tarixdə, saat 16:00-da, Bakı şəhəri, Səbail rayonu, Axın Poeziya Klubunda DGTYB Yönətim Kurulunun üzvü, gənc yazar Emil Rasimoğlunun təşkilatçılığı ilə Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Cığatel İsaqızı ilə gənc yazarların görüşü keçiriləcək.Tədbirdə Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı gözlənilir.
    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Şəhidlər Xiyabanı, Mehdi Hüseyn küçəsi 1a, Azərbaycan Respublikası Milli Məclisinin yanı

  • Mais TƏMKİN.”Nə var ki?..” (Yeni şeir)

    10646868_273655359498567_6620189188081019440_n

    Həyatda itirən, uduzan da biz,
    Talanıb- çapılan yurda nə var ki?
    Aranı tülkülər, çaqqallar vurur,
    Adı bədnam olan qurda nə var ki?

    Haqsızlıq dünyanı bürüyüb gedir,
    Haqq donub heyrətdən, quruyub gedir.
    …Gün dəyir, yox olub əriyib gedir,
    Torpağa ələnən qarda nə var ki?..

    Hər naşı sözündə nöqsan aradı,
    Mais, de, ondanmı qəlbin paradı?
    Yazdığım bir-iki cızmaqaradı,
    Sözdü də yazıram, burda nə var ki?…

  • Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

    1418360802_10846507_1602122476682163_791140862661844648_n

    QARABAĞIM

    Düşmənlər əlində əsir qalıbdır,
    Dörd yanını qara duman alıbdır.
    O nankorlar, orda məskən salıbdır,
    Dayanaydı tərs dövran Qarabağım,
    Gözü yolda qalan can Qarabağım.

    Min oyun açdılar sənin başına,
    Qan tökdülər torpağına, daşına.
    Od vurdular Ağdamına, Şuşana,
    Məskənlər içində xan Qarabağım,
    Gözü yolda qalan can Qarabağım.

    Necə namərddilər, necə pisdilər,
    Başından qara yel kimi əsdilər.
    Yolumuzu bağladılar, kəsdilər,
    Yenə susdu bu cahan Qarabağım,
    Gözü yolda qalan can Qarabağım.

    Dağıdıb tökdülər ocağımızı,
    Qanla söndürdülər çırağımızı.
    Yarıya böldülər torpağımızı,
    Hələdə tökülür qan Qarabağım,
    Gözü yolda qalan can Qarabağım.

    Zeynəbəm, içimi yandırır kədər,
    Nemə il gözlədik, bu dərdlər bitər.
    Şəhid olacayıq,son ana qədər,
    Gələcək o gözəl an Qarabağım,
    Gözü yolda qalan can Qarabağım

    QƏRİB ELİM QARABAĞIM.

    Ürəklərdə vardır adın,
    Bağlanıb qolun, qanadın.
    Gör bir, nə günlərə qaldın,
    Susdu dilim Qarabağım,
    Doğma elim Qarabağım.

    Düşmən sənə tələ qurdu,
    Dörd yanını kəsdi durdu.
    Niyə bütün dünya kordu?
    Can mənzilim Qarabağım,
    Doğma elim Qarabağım.

    Qız, gəlinə zor etdilər,
    Çöl çəməni xar etdilər.
    Anaları kor etdilər,
    Sazım, telim Qarabağım,
    Doğma elim Qarabağım.

    Əsir düşdü qoca, cavan,
    Əsdi başımızda duman.
    Ayağda qalıb Natəvan,
    Söz, qəzəlim Qarabağım,
    Doğma elim Qarabağım.

    Cıdır düzü xəzan oldu,
    Qan yağışı leysan oldu.
    Hər yer,qara duman oldu,
    Sındı belim Qarabağım,
    Doğma elim Qarabağım.

    Zeynəb, səndən yazır, deyir,
    İçim ürəyimi yeyir.
    Qəribdir ustad Üzeyir,
    Çatmır əlim Qarabağım,
    Doğma elim Qarabağım

  • Gənc xanım yazardan yeni layihə

    1922343_1554109474806683_5818118714106423198_n

    İstedadına və qələminə güvənən bütün yazarlar bu layihəmizə iştirak edə bilərlər. iştirakçılarımızın əsərləri əlavə olaraq müxtəlif mətbu orqanlarda, qazet və jurnallarda yer alacaq. Gənc yazar Gülnarə İsrafil qızının rəhbərliyi ilə təşkil olunan bu layihədə iştirak etmək istəyən yazarlara aşağıdakı qaydaları təqdim edirik:
    Layihəmizə şeir, qəzəl, esse, qoşma və digər janrlarda yazılmış ədəbi nümunələr təqdim oluna bilər.
    Əxlaqi və milli mental dəyərlərimizə zidd və müxalif yönümlü yazılar qəbul olunmayacaq
    Layihə iştirakçılarına 3 kitab təqdim olunacaq
    Hər yazara kitabda 5 – 8 səhifə yer ayrılacaq
    Layihədə iştirak etmək üçün tələb olunan vəsait 20 manat təşkil edir.
    Qeydiyyat üçün son tarix 21 yanvar 2015-ci il nəzərdə tutulmuşdur.
    Şeirlərinin dərc olunmasını istəyən şairlər tərcümeyi hal, şəkil və yazılarını elektron formada rovshan.isayev89@gmail.com və gulnare.israfilqizi@box.az ünvanına göndərə bilərlər.
    Layihənin məqsədi,xüsusən gənc və istedadlı şairləri ictimaiyyətə tanıtmaqdır.

    Layihə rəhbəri: Gülnarə İSRAFİLQIZI
    Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisi, DGTYB üzvü, gənc xanım yazar

  • Fidan ABBASOVA.”Bütün analara yazdım…” (Yeni şeir)

    1420617081_10806371_726695134074552_1134252513031383192_n

    Ömründə doyunca çəkənmədim nazını
    Həyat qara gətirdi baharımı , yazımı
    Xoş nəğmələr çaldığım mənim telli sazımı
    daha dinləndirən yox soyuq odam birdə mən
    mən yenidən əbədi anamı istəyirəm…

    Gəlsin mənim başıma əl çəksin o yenidən
    İsinim nəfəsində bir ah çəkim dərindən
    Qurtulum bu dünyada ən böyük dərdlərimdən
    Gözümdəki baxdığım şöləm sənsən nurum sən
    Mən yenidən əbədi anamı istəyirəm…

    Sən olmadan həyatın inan yoxdur marağı
    Evimin də elə bil tamam sönüb çırağı
    Qəlbimin istisinə elə dolub sazağı
    Ruhumdakı aynamı görmək istəyirəm mən
    Mən yenidən əbədi anamı istəyirəm.

    Lay lay çalan dilim yox, dizlərimdə taqətim
    Səni bəlkə doyunca inan sevə bilmədim
    Sənsizlikdə o qədər əzabla gecələdim
    Qayıt daha başımda pərvanəmsən şəmimsən
    Mən yenidən əbədi anamı istəyirəm…

    Fidan bəlkə hər övlad deyə bilmir dil ilə
    Sevgisini bildirir daim əməllərilə
    Bütün varlıqlar əziz ancaq Anam mənimlə
    Daim qürur duyacaq deyəcəyəm mənimsən
    Mən yenidən əbədi anamı istəyirəm……

  • “SÖZ VƏ AMAL BİRLİYİ” layihəsi

    1420616020_sam-300x215

    “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi və www.vehdet.org elan edir

    Türk dünyası yazarlarının antologiyası

    Seriyalar şəklində, I hissə

    Əziz oxucular, istəkli poeziyasevərlər, bədii yaradıcılıqla məşğul olan həmkarlar! Azad söz, sərbəst və bədii təxəyyülün ifadəsi olan poetik fakir daşıyıcıları daim xalqın görən gözü, yazan əli olub. Bu gün də belədir. Hətta, bu gün daha geniş imkanlar açılıb ki, Söz sərhədləri tanımadan xalqları, millətləri bir-birə sevdirsin, qovuşdursun. Yəni Mədəniyyətlərarası Dialoqa ehtiyacın ciddi duyulduğu bir zamanda biz qələm sahiblərini, əslində isə Türk dünyası yazarlarını bir araya gətirmək, onların yaradıcılığı ilə yaxından tanış olmaq və onları bir-birə tanıtmaq məqsədi daşyan “SÖZÜMÜZ VƏ ƏMƏLİMİZ BİR, AMALIMIZ BİRLİK. Türk dünyası yazarları antologiyası Seriyalar şəklində” adlı bir layihə tərtib etdik. İstərdik ki, bu layihəyə qoşulanların sayı az olmasın. Bu, möhtəşəm bir xalq diplomatiyası layihəsi hesab olunmalıdır. Dövələtimizin və xalqımızın humanizm siyasətinə dəstək kimi anlaşılan bu layihə reallaşarsa, biz ümumi ədəbi birliyimizə nail olarıq. Bu işdə sizi birliyə və həmrəyliyə səsləyirik. Layihədə bədii yaradıcılıqla məşğul olan həmkarlarımızı və türk dünyasının əli qələm, dili kəlamlılarını görmək istərdik. Hazırlanan bu toplu bir neçə seriyadan ibarət olacaq, inşallah! Layihədə iştirak etmək istəyənlərin nəzərinə onun şərtlərini təqdim edirik:
    1.Layihədə 18 yaşdan yuxarı olan qələm sahibləri (siyasi və ictimai baxışından asılı olmayaraq) iştirak edə bilər.
    2.Əsərlərdə mövzu və janr məhdudiyyəti yoxdu.
    3.Layihədə siyasi, əxaqi dəyərlərə zidd, dini və milli ayrı-seçkilik yarada bilən əsərlər qəbul olunmayacaq.
    4.İştirakçılar NƏZM bölməsi üzrə dörd şeir, NƏSR bölməsi üzrə isə həcmindən aslı olaraq bir və ya iki yazı və qısa tərcümeyi hal göndərməlidi.
    5.Yetərli sayda iştirakçı olduğu halda Bakı və Gəncə şəhərlərində təqdimat günləri keçiriləcək.
    6. İştirakçılar əsərlərini 31 yanvar 2015-ci il tarixədək aşağıda göstərilən ünvanlara göndərə bilər.
    7.Əsərləri – Edebi-islami.vehdet@yandex.ru e-mail adresinə göndərə bilərsiz.
    8.Bütün sual,irad və məsləhətlərinizi də göstərilən ünvana göndərə bilərsiz.

    Layihə rəhbəri:
    Gülnarə Sadiq
    Məhəmməd Nərimanoğlu

  • Hikmət Məlikzadəni doğum günü münasibətilə təbrik edirik! (6 yanvar 1972-ci il)

    10304351_268609333324646_7910328543693681828_n

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisini, Gündəlik İnformasiya Agentliyinin Baş redaktorunu, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsünü doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!

    Mətbuat xidməti

    ***

    Kəsdirib daxmanızın kandarını dayə, gəlim?
    Bəlkə bəhanə edim, bir gecəlik payə gəlim?!

    Əgər Allahdan izn yoxdusa, minnət qoyma,
    İzn olmazsa, çətin bir də bu dünyayə gəlim.

    Quranı öpmək, əgər sevdayi-şiddətdirsə,
    O zaman məscidə get, xətm elə bir ayə, gəlim…

    Bir də zülm ilə, xəyanətlə məni sinsitsən,
    Əcəl öpsün səni, mən də eşidim, vayə gəlim.

    Yenə toz qalxıb, uzaq səmtlərə baxmaq olmur,
    Sür, apar tər-qoxu basmış bu atı, çayə, gəlim.

    Hikmət, əynindəki paltar niyə cır-cındırdır?
    Yoxsa qızlar əl atıb? Qorxma, çağır, hayə gəlim.

    ***

    İnsanı eşqə salan bir gecəlik həzmiş, qız,
    Eşq də, cəllad kimi edam kötüyün əzmiş, qız…

    Hər dəli aşiqə sən Qeys deyib, nazlanma,
    Məcnunun Leylasına eşqi tükənməzmiş, qız.

    Hər sevən qəlbdə iki ünvan olur, nöqsan tut,
    Babəkin can yuvası – sirr qalası Bəzzmiş, qız.

    Sevmək, əslində təcəlla yaradır insanda,
    Bəlkə bunçun neçə aşiq doluda təzmiş, qız?!

    Sanma, təklik səni tək atmış o sərt sevdayə,
    Sən gəzən yerləri bir vaxlar anan gəzmiş, qız.

    Tanrı insana vücud verməyi israr etmiş…
    Bil ki, əynindəki, yoxdan toxunan xəzmiş, qız…

    Sən dua eylə, dəxi, Hikmətə yetsin ruhun,
    Bax, yazıq küncdə durub qəm eləyir, bezmiş, qız.

    ***

    Ey gözəl, qoynunu aç, aşiqi salsın bəndə…
    Bu tamah ilə qəti qız, həya qalmaz məndə.

    Yenə bax, xəstədi xalxın uşağı, gen durma,
    Sən suyu ağzına tut, barmağı dəysin qəndə.

    Kəsdiriblər başının üstünü, – dinmə, lal ol,
    Gündə yüz yol lal olur, Tanrı, bu fağır bəndə…

    O qədər tapdalayıblar, şuma simsar düşmür,
    Bir də bitmək üçün heç hövsələ qalmıb dəndə.

    Kölgəmin halına bax, əl-ayağı tərpənmir,
    Sevdiyi qız da köçübdür deyə, getmir kəndə.

    Ruhu xəlvətdə susur, gözlərin haqdan çəkmir,
    Sanki bir qız onu sevda ilə salmış fəndə.

    Tale israr edir, eşqin odu candan keçmir,
    Get, namaz qıl, dua et aşiqə, Hikmət, sən də.

  • Şəfa VƏLİYEVA.”Sevimli küçə süpürən” (Hekayə)

    sefa1-450x300

    Limana çatanda dayandı. Yenə gözləyəcəkdi. Yad şəhərdən gələn gəminin bütün sərnişinləri sahilə çıxacaq, hər kəs öz evinə, doğmalarının yanına gedəcək, gələnləri gözləyənlər sevinəcək, bir tək o yenə özündən utanacaqdı. Bura gəldiyi üçün. Hər axşam yeni bir qərar verirdi. Daha o limana getməyəcək, gedənin arxasınca baxmayacaq, vəfasız yoçunu gözləməyəcəkdi. Amma səhər yuxudan durunca verdiyi qərar da dünəni kimi arxada qalırdı.
    Otuz üç gün… düz otuz üç gündür ki, onsuzluğu yaşayırdı Pərvin… həsrətin ağırlığı əzirdi onu. Ən çox da sonuncu gün elə bu limana, onu ötürməyə gəlmədiyi üçün özünü bağışlaya bilmirdi. Heç olmasa onu ötürməyə gəlsəydi deyilməmiş sözləri ürəyində qalmazdı. Deyərdi, açardı, tökərdi ürəyinin dediklərini. Söyləyərdi sevdiyini, sevilmək istədiyini. Amma gəlmədi.
    Altı il öncə evlənmişdilər. Ataları dost idi. Hər ikisi öz uşaqlıq sevgilərini məktəb şəkillərinin arxasında saxlayırdı. Hər ikisinin ayrılıqda öz dünyaları vardı. Hər ikisi üçün bu evlilik ataların bir-birinə, onların da atalarına verdiyi sözdən ibarət idi. Zaman çox sürətlə keçirdi amma. Iki il birgəlikdən sonra babalar nəvə arzuladı. Həkimlər dəyişdi, reseptlər dəyişdi, müalicələr üçün gedilən şəhərlər, ölkələr də dəyişdi. Nəvəli arzulardan başqa hər şey dəyişdi. Pərvin özü də… Bir də anladı ki, artıq onsuzluqda darıxır… onunla açılan səhərləri sevir, onunla addımladığı yolları uzatmaq istəyir. Bu başqa duyğu idi. Hər gün hiss etdiklərini ona söyləmək istəyirdi. Amma söz tapmırdı. Sanki bildiyi bütün sözlər yadından çıxırdı. Zamanı durdurmaq, onunla birgə olan həyatını hər anını əbədiləşdirmək istəyirdi. Bir də ana olmaq istəyirdi Pərvin. Evliliyin altıncı ilində, dörd illik müalicələrdən sonra axırki ana olmağı ürəkdən arzulayırdı. Ağır bir yuxudan oyanmış kimi idi. Bu illəri necə də hissis rəngsiz yaşamışdı. Indi isə dünyanın hər bir rəngini öz evinə, həyatına hopdurmağa can atırdı və elə bu zaman həyat ona nələr hazırlayırmış…
    Otuz üç gün bundan əvvəl yenə həkimə getmişdi. Axır bir həftədə ürəyi bulanır, özünü ağır hiss edir, sadəcə yatmaq istəyirdi. Anası həkimə getməyi məsləhət gördü. Həvəssiz açıb girdiyi qapıdan ümidlərin qanadında sanki pərvazlanaraq çıxmışdı. Ana olacaqdı… Evə tez çatmaq, ona bu xəbəri verməyə tələsirdi . İçəri girincə gözləri ilə axtarmışdı. Ilk gördüyü isə stolun üstündəki kağız parçası idi. Oxumağa başladı. Hər kəlməsini əzbərləşmişdi artıq o məktubun…
    “Pərvin, səni sevirəm… Bütün bu illər ərzində sənin də məni sevməyini gözlədim. Məni bir kişi arzulamanı istədim. Mən sadəcə atanın öz dostuna verdiyi söz olaraq yaşamaq, yanında olmaq istəmirəm. Belə yaşamaq məni ağrıdır, Pərvin. Sən də mənim kimi ürəkdən arzulasaydın bəlkə bizim uşağımız da olardı. Amma istəmədin. Məni sevmədin çünki. Gedirəm. Sənsiz yaşamağı bacarsam qayıtmayacam. Saat üçdə limandakı sarı gəmi ilə gedəcəm. Saat üçdə. Məni niyə sevmədin ki, Pərvin?”
    Saat üçə işləmişdi onda. Pərvin isə limana getmədi. Onu yola salmağa getmədi. Gedə bilmədi. Və bundan sonra da hər gün ona bir məktub yazdı. Sevdiyinə and içirdi o məktublarda. Onsuz darıxdığını yazırdı. Yaşaya bilmədiyini yazırdı. Ana olacağının müjdəsini də istəyirdi Pərvin o məktublarda. Amma bu məktubları hər səhər evdən çıxınca küçəyə atardı, sonra isə limana gələr, sarı gəmini gözləriylə oxşayar, sevdiyini apardığı üçün “döyər, söyərdi”. Yenə danışmağa söz tapmazdı. Yenə dili susardı. Otuz üç gündə sevdiyinə otuz üç məktub yazıb küçəyə atmışdı. Oxunmayan məktublar…
    Pərvin yenə limandan ayrıldı. Kimsəsiz küçələrin birinə dönərək için-için ağlama başladı. Ürəyini bir az boşaldıb evə tərəf addımladı. Küçə süpürən həmişəki kimi sakitcə başını aşağı salıb işiylə məşğul idi. Onun yanından sürətlə ötüb qapını açdı. Işə bax, bu gün qapını bağlamağı da unudub. Stolun üstündə yenə məktub vardı. Daha doğrusu, məktublar… Pərvin yerindəcə donub qalmışdı. O divanda oturub məktubları bir-bir oxuyur, gah gülür, gah ağlayırdı. Sevindiyi üzündən açıq-aydın görünürdü. Bu məktublara o qədər dalmışdı ki, Pərvinin gəlişini belə hiss etməmişdi. Pərvin bir addım da yaxınlaşdı. Gözlərinə hələ də inana bilmirdi. Stolun üstündəki hər gün ona yazdığı, küçəyə atdığı məktublar idi. Sevgi dolu hər kəlməsində arzulu ürəyin çırpıntısı, övlad müjdəsi olan məktublar. Pərvin pəncərədən eşiyə boylandı. Ilk dəfə idi ki, küçə süpürənə diqqətlə baxdı. Yaşlı qadın süpürgəsinə söykənərək ona gülümsəyirdi…

  • Fidan ABBASOVA.”Qaçdım sənin yanına” (Yeni şeir)

    Fidan Abbasova.jpg

    Vida edib tənhalığa
    qaçdım sənin yanına
    nə biləydim dolacaq
    bir zəhər tək qanıma….

    Üzümə gülə-gülə
    qəlbində kin boyütmüş
    hər gün yalandan mənə
    çox sevirəm deyirmiş….

    Çıxıb getdin viranə
    qalan yenə mən oldum
    nə deyim ki , mən sənə
    mənə qalan mən oldum….

    Sən indi ölmüsənmi
    yaşasan dəyişən nə
    bir söz deyimmi? indi
    demirəm dəyməz sənə….

    Vəkil deyil ürəyim
    hər davaya biçilsin
    Fidan ömrün yoludur
    qoy bu yoldan keçilsin………..

  • İlkin ABBAS.”Bayraq”(Yeni şeir)

    10515052_1454147261518412_988404994_n

    Göylərə yüksələn üçrəngli bayraq,
    Elə ucalıb ki, enməz heç zaman.
    Saçır şəfəqlərin bir günəş kimi,
    Onun şəfəqləri sönməz heç zaman.

    Qılınc da sıyrılar, qınından keçər,
    İgidlər bayraqçün canından keçər,
    Qanını axıdar, qanından keçər,
    Düşmən səsin udar, dinməz heç zaman.

    Qoruyaq fəxr ilə biz bu bayrağı,
    Qoymayaq göz tiksin bayrağa yağı,
    Çəkərik düşmənin qəlbinə dağı,
    Türk olan yolundan dönməz heç zaman.

    Deyib Məmməd Əmin, qulağımda səs,
    “Yüksələn bu bayraq, bir daha enməz!”
    Azadlıq sevgimiz bitməz, tükənməz,
    Bayrağım göylərdən enməz heç zaman.

    Göylərə yüksələn üçrəngli bayraq,
    Elə ucalıb ki, enməz heç zaman.
    Saçır şəfəqlərin bir günəş kimi,
    Onun şəfəqləri sönməz heç zaman.

  • Debüt: Elnur RƏSULOĞLU (Salyan).Yeni şeirlər

    522544_153881044745336_772023096_n(1)

    Elnur RƏSULOĞLU (Əliyev Elnur Rəsul oğlu) 1982-ci ildə Salyan rayonunda zəhmətkeş ailəsində anadan olmuşdur. 1988-ci ildə Salyan rayonundakı Yusif Qasımov adına 4 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1999-cu ildə oranı bitirmişdir. Beşillik fasilədən sonra – 2004-cü ildə 484 balla, ödənişsiz əsaslarla Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin əyani şöbəsinə qəbul olunmuş, 2008-ci ildə isə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası alaraq ali təhsilini başa vurmuşdur. Həmin ildən Salyan rayonu Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.
    1999-cu ildən dövri mətbuatda müntəzəm çıxış edir. Müxtəlif zaman kəsiyində “Qələbə”, ”Kredo”, ”Gənc müəllim”, ”Aysberq və həyat”, ”Təhsil və zaman”, “Kaspi” qəzetlərində, “Azərbaycan məktəbi”, “Azərbaycan dili və ədəbiyyatı tədrisi”, “Ulduz” jurnallarında, “www.ayb.az”, “www.dayaq.info”, “www.avrasiya.info”, “www.litparad.org”, “www.qafqazmedia.az”, “www.bizim.info”, “www.azpress.az”, “www.persona.az”, “www.vehdet.org” saytlarında şeir və məqalələri çap olunmuşdur.
    Ailəlidir. İki övladı – bir oğlu və bir qızı var.

    Ağ rəngi sevmirəm

    Ağ rəngi sevmirəm rənglər içində,
    Çünki ağ rəng qorxu, təslim rəngidir.
    Başların üstünü xəbərsiz alan
    Əzrail rəngidir, ölüm rəngidir.

    Ağ rəngi sevmirəm rənglər içində,
    Çünki mən sevmirəm təslim olmağı.
    Həyat mübarizə, mübariz insan
    Bacarır güc alıb yorulmamağı.

    Ağ rəngi sevmirəm rənglər içində,
    Çünki mən sevirəm mübarizəni.
    Mübariz olmayan diriykən ölü,
    Mübariz olmayan həyat düşməni.

    Mənim arzum

    Xatirələr yığın-yığın,
    Ürəyimdir apardığın.
    Əllərimdən qopardığın
    Rahatlığım, dincliyimdir,
    Cavanlığım, gəncliyimdir.
    Yaralarım düyün-düyün,
    Bununla sən fəxr et, öyün.
    Vüsal oldu çox gördüyün.
    Həsrət çəkib qoşun gəldi,
    Sənin bundan xoşun gəldi.
    Eşq havası başdan getməz,
    Səsim, ünüm sənə yetməz,
    Kişi olan qarğış etməz.
    Arzum budur mənim sənə:
    “Sevgim olsun qənim sənə”.

  • Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

    1418360802_10846507_1602122476682163_791140862661844648_n

    DÜNYA

    Sən bilər bilməzdən gördün hər işi,
    Bizidə dərdlərə saldın a dünya.
    Yalanla yoğrulub binadan kökün,
    Gör bir, nə günlərə qaldın a dünya.

    Yerini bilmədi hər gələn, gedən,
    Çox oldü özünü zorla şah edən.
    Qul olub fələyə özün bilmədən,
    Şahları taxtından saldın a dünya.

    Nə deyəsən səndə olan kələyə,
    Saldın camaatı dərdə, gileyə.
    Atıb insanları qara kölgəyə,
    Özün xəyallara daldın a dünya.

    Zeynəbəm, unutdum hər dəqiqəmi,
    Yağdırdın göylərdən kədəri, qəmi.
    Mənə etdiklərin az imiş kimi,
    Atamı, Anamı aldın a dünya .

    Pulu olmayana şair demirlər

    Şairlik deyirlər, daim uludur,
    Yazılan hər kəlmə, haqqın quludur.
    Nə edim, cibim boş, beynim doludur,
    Pulu olmayana şair demirlər.

    Yazıb, yaradıram, qiymət verən yox,
    Bu şeir baxçamdan, bir gül dərən yox.
    Qəlbim söz kisəsi, onu görən yox,
    Pulu olmayana şair demirlər.

    Zeynəbəm, arxamda nərim olmadı,
    Daşqaşım olmadı, zərim olmadıı
    Şairlər içində yerim olmadı,
    Pulu olmayana şair demirlər.

  • Şəfa VƏLİYEVA.”Ağarmış gün” (Hekayə)

    sefa1-450x300

    Yenə avtobusa çatmadı… Dayanıb nəfəsini dərdi. İş yerindən buracan qaçmışdı… Əllərini dizinə dayayıb tənginəfəsliyini yatırmaq istədi. Alnındakı tər damlalarına elə bil havadan toz bulaşmışdı. Hər axşam hamama keçməmiş yemək masasına belə otura bilmirdi. Titrəyən dizlərindən əllərini götürüb yavaş-yavaş dayanacağa tərəf getdi… Az qala addımlarını sürüdü. Daha tələsməyin mənası yox idi. Ən tezi yarım saatdan sonra növbəti avtobus gələcəkdi. Bir andaca isti bir külək vurdu, gözlərinə elə bil qum doldu. Bütün hirsini ancaq küləyə ünvanlaya bildi:
    -Elə bil Bakıdı eee… Səni andıra qal… Bozanaq-tozanaq vaxtıdı elə, başın üçün…
    Sonra da gülümsədi. Gəncəni Bakıya bənzətmənin təkcə külək olmadığını düşündü. Elə yarım saata gələn şəhərarası avtobus da Bakıyla eyni deyildimi? Dayanacağa çatıb şüşəyə söykəndi. Üzünü isti şüşəyə yapışdırıb ayağının ucuyla təzə döşənmiş daşların üstündə adını yazırdı: “Turan”…
    Növbəti avtobusun dayanmasını dayanacaqdakı adamların canlanmasından başa düşdü. Başını qaldırıb baxdı, “4” nömrəli avtobus idi…
    -Eh… – sol əlini də şüşəyə söykəyib “26” nömrəli avtobusun həsrətini çəkdiyini düşündü indi də…
    Gözlərini yumdu. Yaddaşının hansısa səhifəsindən xoş bir hekayə axtarmağa başladı. Amma, tapammadı. Fikrini cəmləyib qarışıq səsləri ayırd eləməyə cəhd etdi.
    -Bizimki də… Neçənci dəfədi ee…
    Bunu deyən güllü-güllü don geymiş ortayaşlı, arıq bir qadın idi. Sonrasını yanında dayanmış ağ ətəkli, qara koftalı qadının qulağına pıçıldayırdı…
    -Bu, mənim üçün ölümə bərabər olardı…
    Səsin sahibini axtardı. Sağ tərəfində duran uzun oğlan idi. Özündən boyda xeyli kiçik qızın qarşısında durmuşdu. Danışırdı.
    -Ölərəm, Dilarə… Ölərəm, inan!
    Dilarə… Öz-özünə düşündü ki, bir zamanlar onun da Sevdası vardı… Saf, təmiz, mələk kimi… Və bircə dəfə onu öpməklə mələkliyini, saflığını itirmiş Sevda… İndi, illər sonra özünü qınayırdı ki, axı, niyə Sevdanı atdı onda? Niyə onun başqasıyla evlənməsinin doğru seçim olduğunu dedi ki? Bəyəm başqasını öpmüşdü ki, Sevda? Axı, o Sevdanı sevdiyi kimi, qız da onu sevirdi. Bütün arzularına sarılmışdı ona olan hissləriylə… Onun üçün ölə də bilərdi… Bax, buna əmin olduqdan sonra Sevdadan uzaqlaşmışdı… Özlüyündə qət elədiyi bir qərar vardı ki, əgər bir qız, bir oğlandan ötrü ölməyi gözə alırsa, deməli, o, heç də yaxşı qız deyil… Deməli, o qız mələk deyil… Deməli, qızın bu düşkünlüyü onun adiliyidi…
    İndi isə… İllər sonra başqa cür düşünürdü… Sevdanın o sevgisini heç kəsdə görməmişdi. Heç kəs onun uğruna heç nədən keçməmişdi. Heç kəs onun üçün bir də qayıdıb mələk olmamışdı. İndi dönə bilsəydi o illərə, Sevdanı başının tacı edərdi… Onu sevən ürəyin qarşısında baş əyərdi. Amma… Bilirdi ki, qayıda bilməz… Qayıda bilməz…
    Ona elçi gəldiyini Sevda həmin günün səhəri demişdi Turana. Elçilərin “yox” cavabı ilə qayıtdığını da. Utanıb gözlərini yerə dikərək:
    -Mamangil gəlsin, nolur…-demişdi…
    O isə, bu sözün qarşısında alçaldığını zənn etmişdi. Hirslənmişdi.
    -Ağ gün istəmirsənmi? Get də o oğlana… Evi, maşını… Pulu zibil kimi…
    Sevda başını qaldırıb onun üzünə də baxmamışdı…
    -Axı… səni sevirəm…
    -Nolsun… Mən day istəmirəm… Çıx get!
    Sevda yalnız bircə dəfə onun üzünə baxmışdı. Bu baxışlarda sadəcə təəssüf vardı… İtirilmiş illərin, xərclənmiş qürurun təəssüfü:
    -Sən … Sən mənim astardığım deyilsən!
    Hönkürüb qaçmışdı… Və bir həftə sonra şəhərin ən dəbdəbəli restoranına ağ gəlinlikdə girmişdi…
    Turan bunları xatırladıqca daha da istiləndiyini duydu. Boyun-boğazının tərini əli ilə sildi. Saatına baxdı… Günün duran vaxtı idi. 16:22 idi…
    -Offf… andıra qal… Gəl də…- avtobusun qarasınca söyləndi…
    “25” nömrəli avtobusdan düşən yeniyetmə qızın saçındakı mavi banta baxdı… Sevdanın da beləsi vardı…
    Tez də gözlərini təzədən yumdu. Sevdanın son baxışını yenə aydınca görürdü… Həmin günkü kimi… Düşündü ki, görəsən, Sevda “ağ gün”ü yaşayırmı? Onu xatırlayırmı? Nifrətlə yoxsa sevgiylə? Bəlkə yenə təəssüf hissi ilə?
    Hərdən də özünü təmizə çıxarırdı bu xatirələrdə.. Sevda onu öpməsəydi o Sevdanı atmazdı… Əvvəlki kimi mələk bilərdi…
    Yox… üzüntüsü artırdı… Bu dəfə də üzü univermağa tərəf çevrildi, sağ çiynini şüşəyə söykədi… “26” nömrəli avtobus kitabxana tərəfdən göründü. Dayanacağın qarşısına keçib adamları yara-yara düz yolun qırağına gəldi. Avtobusa minəndə də heç kimə güzəştə getmədi. Özünü içəri atıb açıq pəncərənin birinin qarşısında əyləşdi.
    -Bayaqkı külək indi olaydı, bax…- hiss etdi ki, bəsit arzudu… Heç belə də arzu olar?
    Üzünü elmi mərkəzə çevirdi. Avtobus yerindən tərpənəndən sonra yanında oturana nəzər saldı. Arıq, uzun qız sadə geyinmişdi. Ağ, qolsuz köynək, cins şalvar… Qara, kiçik çantasını dizləri üstündə tutmuşdu… Qızın üzünə baxmağa cəsarət etmədi. Yenidən eşiyə baxdı.
    Avtobusun içərisinə yayılan musiqi çox hüznlü idi. Bu mahnını heç eşitməmişdi. Heç, deyəsən, mahnı da deyildi…
    Az keçmədi ki, musiqiyə uyğun deyilən şeirin səsi onu yenidən üzüntüyə köklədi…
    Turan ürəyi sıxıldığını hiss etdi… Elə bil onun Sevdanı xatırladığını duymuşdu sürücü. Bu şeir onun üçün idi sanki…
    Gözünü hərləyib yanındakı qıza tərəf baxdı. Qara, təmiz gözlərini əlindəki telefona zilləyən qızın çöhrəsində Sevdaya bir oxsarlıq axtardı… Tapdı… Bu qalibanə təbəssüm… Eynən Sevda da belə gülümsəyirdi ona baxanda… Bəlkə də, yazıq qız onu sevdiyi üçün özünü dünyanın bəxtəvəri sayırdı…
    Şeirdən fikrini yayındırmaq üçün gizlincə qızın telefonuna baxdı. Qız sms yazırdı:
    “Sənin şeirin oxuyur avtobusda.. Yanımda da biz tərəfdə qalan oğlan oturub, sənin dediyin… Turan… Maraqlıdı, şeirin axırını eşidəndə, mimikasına baxacam…”
    Turan daxilində yenidən istilik baş qaldırdığını anladı. Bu qız onu tanıyır… Hələ sms yazdığı da… Şeirin axırına diqqət kəsildi:
    Qız susdu… hüznlü melodiya davam edirdi… Birdən şeiri səsləndirən qız lap ucadan dedi:
    -Müəllif: Sevda Turan…
    Turan öncə sinəsinin sol tərəfində bir ağırlıq duydu…
    …Nəfəsini dərindən aldı…
    …Yanındakı qıza baxdı…
    …Qız ona baxıb tez də telefona nə isə yazmağa başladı…
    …Qalxmaq istədi… Əlini tavana uzatdı…
    …Kimsə çığırdı…
    …Avtobus dayandı…
    …Təcili yardım maşınından ağ xalatlılar düşdü…
    …Turan dayanacaqda uzanmışdı…
    …Kimsə dedi:
    -İnfarkt keçirib…
    -Yazıq… cavan adam…
    -Bəs nolacaq?
    …Səslər qarışdı…
    …Hər şey ağappaq idi…
    … Hər şey ağarırdı…
    …Səmadan boylanan gün də ağarırdı…

  • Rafiq ODAY.”SƏN ULU ÖNDƏRİSƏN BU XALQIN, BU MİLLƏTİN”

    Rafiq Oday foto

    Sən zülmət gecələrin bir ümid çırağısan,
    Sən elin ağsaqqalı, sən yurdun dayağısan,
    Sən hürriyyət sədası, azadlıq sorağısan,
    Hər qarışda izin var, bu izi silmək çətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Vətənin hər daşını sevginlə naxışladın,
    Bu yurda kəc baxanın yolunu yoxuşladın,
    Sən qalan ömrünü də xalqına bağışladın,
    Əbədiyyət rəmzi var kökündə bu ülfətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Əshabi-kəhf timsallı neçə pirlər burada,
    Hər qayanda qorunur neçə sirlər burada,
    Sənə yön çevirdilər “91-lər” burada,
    Bir daha bəlli oldu xalqına sədaqətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Sən haqqa arxa durdun, əsarətə yox dedin,
    Acın dərdini bilməz heç bir zaman tox, dedin,
    Oyan, ey ulu millət, qaranlıqdan çıx dedin,
    Aydınlıq nuru qonsun üzünə məmləkətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Bu dövlətin qırılmaz təməlində yaşarsan,
    Ən müqəddəs, ən ülvi əməlində yaşarsan,
    Vətən sevdalıları cəm elində – yaşarsan,
    Xalq görür bəhrəsini çəkdiyin hər zəhmətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Sənə xalq məhəbbəti sonsuz – dərindən dərin,
    Yüksəliş müjdəlidi hər açılan səhərin,
    Daha yolu rəvandı aşılmaz zirvələrin,
    Bütün dünya çevirib yurduma öz diqqətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Ən böyük əmanətin İlham Əliyev bizə,
    Bir də müqəddəs Vərən – döğma ocaq, ev bizə.
    Onunçün o, qatır ki, gecəsini gündüzə,
    Heç zaman laxlamasın özülü bu qüdrətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Azərbaycan – Türkiyə qardaşlıq nümünəsi,
    Bütün cahan bir ola boğa bilməz bu səsi,
    Hələ qarşımızdadır Qarabağ təntənəsi,
    Ürəyində gömərik düşmənin bəd niyyətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    And içirik günəşin sübh doğan çağına,
    And içirik qan ilə boyanan torpağina,
    And içirik üçrəngli müqəddəs bayqağına,
    Kokünü kəsəcəyik hər zülmün, hər zillətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

  • “Dastana çevrilən Rəhbərin ömrü” layihəsi

    jpg

    12 dekabr 2014-cü il tarixdə Azərbaycan Xalqının Ümummilli Lideri, “Müasir Azərbaycan” əsərinin müəllifi Heydər Əlirzə oğlu Əliyevin vəfatının 11-ci ildönümü tamam olur.Bununla əlaqədar olaraq, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyinin qərarına əsasən, Ümummilli Lideri anmaq, yada salmaq məqsədilə “Dastana çevrilən Rəhbərin ömrü” adlı layihə həyata keçirir.Layihə çərçivəsində Ümummilli Lider haqqında qələmə alınan ədəbi-bədii nümunələr, poeziya örnəkləri, poemalardan parçalar, məqalələr Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının səhifələrində dərc olunaraq facebook sosial şəbəkəsində ictimaiyyətin nəzərinə çatdırılacaq.
    Layihə çərçivəsində yazılarının dərc olunmasını istəyən yazar dostlarımızdan xahiş olunur ki, yazılarını facebookda olan hesabıma və ya office@edebiyyat-az.com, office@gundelik.info elektron poçtlarından hər hansı birinə göndərsinlər.Yazılar 9 dekabr 2014-cü il saat 14:00-dan-11 dekabr 2014-cü il saat 17:00-a qədər qəbul olunur.

  • Debüt: Habil YAŞAR (Bakı şəhəri).Yeni şeirlər

    habil_yashar

    Habil YAŞAR 1983-cü il fevral ayının 26-da Bakı şəhərində anadan olub.1990-2000-ci illərdə Bakı şəhəri 271 saylı orta məktəbdə təhsil alıb.2000-2004-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.”Səni sevdim sevəcəyəm”(2001), “Məni sevgi yaratdı”(2003-təqdimat Yazıçılar Birliyi,Natəvan klubu),“Yoxluğumun Varlığı”(2012) kitablarının müəllifidir.2004-2005-ci ildə ordu sıralarında hərbi xidmətdə olub.
    Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.Dünya Gənc Türk Yazarlar Birliyi(Maliyyə Nəzarət Təftiş Komissiyası Sədri-2013)
    Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurası(Maliyyə Nəzarət Təftiş Komissiyası
    üzvü-2009)
    Beynəlxalq İnsan Hüquqları(2007)
    Dünya Azərbaycanlıları Konqresi üzvü (2010)
    CASCFEN (MTK üzvü-2012)
    Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü (2014)
    Fəaliyyət: Şərqi Avropa Ölkələri Gənclər Əməkdaşlığı Konfransı(2009-Bakuruyani,Gürcüstan)
    Londonda(10-13 dekabr2010)keçirilən Dünya Azərbaycanlıları Konqresinin XI qurultayının iştirakçısı
    Seçkilər(Məntəqə katibi2012-ə dək)
    Mükafatlar: Prezident təqaüdçüsü(Ədəbi fəaliyyətinə görə)
    “Vicdanlı Qələm”(“Qafqaz”Media İctimai Birliyi,jurnalistika fəaliyyətinə görə)
    Qazaxıstanın Türküstan şəhərində keçirilən “19 Mayıs Türk Dünyası Genclik Buluşması” nda etdiyim xidmətlərdən dolayı təşəkkürnamə
    “Müşfiq” mükafatçısı(“Xəyal” Production2012)
    Türk dünyasına xidmət ödülü(Dünya Gənc Türk Yazarlar Birliyi 2013)
    Sultan Özateş 1. Uluslararası Ankara Kültür ve Sanat Şölenində Şiir-yazı yarışmasında 2856 şer işrə 3-cü yer.(2014-26 yanvar).
    Müxtəlif: “XX-XI ƏSRİN ZİYALI VƏ YARADICI İNSANLARI”Ensklopedik kitabda bir səhifə(2008)
    “Çağdaş Azerbaycan Şiiri”(2009-Ankara,türkiyə türkcəsində iki şer)
    Sözləri: Habil Yaşar, Musiqisi və İfaçısı: Abış Surxayoğlu. Qadınlar

    Körpə dilənir

    Görürəm mən nələr,görmürəm Allah,
    Ağlıma gəlməyən,başıma gəlir.
    Niyə yaşayıram,ölmürəm Allah,
    Böyüklər bir yana,körpə dilənir.

    Əl açıb yalvarır,körpə dil tökür,
    Bir tikə çörəyə ehtiyacı var.
    Mənimsə qəlbimə qaranlıq çökür,
    Necə yaşayacaq həyatı onlar.

    İstehza baxışlar,acı gülüşlər,
    Hədəf qızcığazın üzərindədir.
    Adamın başına göydən daş düşər,
    Bu körpə balanın günahı nədir?

    Dilənir bir mələk,günahsız bəndə,
    Heç kəsə bu tale qismət olmasın.
    Ağlayım eybi yox,mən öz içimdə,
    Amandır körpələr qoy ağlamasın.

    Körpənin gününə yanır ürəyim,
    Xəcalət çəkirəm utandığımdan.
    Yaşamağa haqqım varmıdır mənim,
    Bir insan taleyi məhv olur aman.

    Yalvarış

    Məni hidayətə yetirən Allah,
    Bu gözəl islama gətirən Allah,
    İşimi xeyirlə bitirən Allah,
    Məni xoş məqsədə,amala yetir.

    Mühəmməd eşqinə bağışla məni,
    Sağçılardan eyıə,bağışla məni,
    Müjdələ ehsanın yağışla məni,
    Görməyə o hüsnü-camala yetir.

    Dünəni bu günə qovuşduran sən,
    Dərdimi-sərimi sovuşduran sən,
    Ümmanı zərrəyə doluşduran sən,
    Mənim də elmimi kamala yetir.

    Sənin istəyinlə sənə gələrəm,
    Usandım demədən yenə gələrəm,
    Gün olar sonuncu günə gələrəm,
    Məni axirətdə vüsala yetir.

    Yana-yana gözlərimdə yaş sənə,
    Gecə-gündüz səcdə edər baş sənə,
    Bir an öncə qovuşaydım kaş sənə,
    Məni rəhmətinə,cəlala yetir.

    Həzrəti Mühəmməd başımın tacı,
    Həyatı olubdur acıdan,acı,
    Tükənməz könlümün bu ehtiyacı,
    Məni o nəbiyə,rəsula yetir.

    Əlim ətəyindən üzülü qalmaz,
    Ruhum səndən bir an küsülü qalmaz,
    Sevmədiyin nə var özülü qalmaz,
    Məni istədiyin halala yetir.

    2008

    Yazmaq istəyirəm səni büsbütün…

    Yazmaq istəyirəm sevgilim səni,
    Yazıb ürəyimi boşaltmaq üçün.
    Bəlkə də səninlə məndən xəbərsiz,
    Bu dünya durduqca yaşatmaq üçün,
    Yazmaq istəyirəm səni büsbütün…

    Yazmaq istəyirəm ovsun gözündən,
    Könlümü oxşayan şirin sözündən,
    Bəlkə də xəbərin yoxdu özündən,
    Özünü özünə tanıtmaq üçün,
    Yazmaq istəyirəm səni büsbütün…

    Yazmaq istəyirəm ruhumla səni,
    Mürəkkəblə deyil, qanımla səni,
    Görmək istəyirəm yanımda səni,
    Bir ömür yolunu oxumaq üçün,
    Yazmaq istəyirəm səni büsbütün…

    29.11.2014 02/00

  • “Bitməz könlümüzün Vətən sevgisi” antologiyasının təqdimat mərasimi keçirilib

    10477888_751011121602621_5981547926048009701_n

    22 noyabr 2014-cü il tarixdə saat 16:00-da, Bakı şəhəri, Səbail rayonu, Axın Poeziya Klubunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən həyata keçirilən “Vətən sevgisi sərhədlə başlamır, sərhədlə bitmir” layihəsi çərçivəsində işıq üzü görən “Bitməz könlümüzün Vətən sevgisi” antologiyasının təqdimat mərasimi keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli,Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Qobustan” jurnalının şöbə müdiri Narıngil Nadirqızı, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü,”Ulduz” jurnalının “Poeziya” şöbəsinin redaktoru Fərqanə Mehdiyeva, Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Azərbaycan” jurnalnın “Poeziya” şöbəsinin redaktoru Qəşəm Nəcəfzadə,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şair, jurnalist Namiq Dəlidağlı,Dünya Gənc Türk Yazarlar Birliyinin Yönətim Kurulunun başqan yardımcısı, gənc xanım yazar Əfsanə Bayramqızı, Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisi, DGTYB üzvü, gənc xanım yazar Gülnarə İsrafilqızı, Axın Poeziya Klubunun sədri, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc xanım yazar Günay Həsənli, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, DGTYBüzvü, gənc xanım yazar Gülnar Səma,Bakı Slavyan Universitetinin “Ədəbi Yaradıcılıq” fakültəsinin tələbəsi, gənc xanım yazar Ülkər Piriyeva, “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc xanım yazar Gültən Qədirli, DGTYB Yönətim Kurulunun üzvü, gənc yazar Emil Rasimoğlu, AYB və DGTYB üzvü, gənc yazar Qabil Ədalət, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Şərq bölgəsinin ədəbiyyatı” bölməsinin Baş redaktor müavini, DGTYB üzvü, gənc yazar Vasif Zöhraboğlu,
    Gündəlik İnformasiya Agentliyinin “Xəbərlər” bölməsinin əməkdaşı, şair, jurnalist, gənc yazar Məmməd Hacızadə, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının fotoqrafları, DGTYB üzvləri, gənc yazarlar Nofəl Ümid və Sərvər Kamranlı, Gündəlik İnformasiya Agentliyinin Direktoru Kamran Murquzov, Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlu, Gündəlik İnformasiya Agentliyinin “Ədəbiyyat” bölməsinin əməkdaşı, gənc yazar İsa Həsənoğlu, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc yazar İltimas Səmimi, Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc yazar Elşad Barat və və digər qonaqlar iştirak ediblər.Düzənlənən tədbirə qatılan qonaqlar gənc yazar Qabil Ədalətin rəhbəri və tərtibatçısı olduğu layihənin Vətənpərvərlik ruhda böyüməkdə olan gənc nəslin inkişafı və dünya görüşünün dəyişməsinə müsbət təsir edəcəyindən söhbət açdılar.
    Tədbir iştirakçılarının bir qismi yeni işıq üzü görmüş antologiyada yer alan şeirlərindən səsləndirdilər, yeni layihənin uğurlu və davamlı olmasını dilədilər.
    Tədbirin aparıcısı, DGTYB Yönətim Kurulunun üzvü, gənc yazar Emil Rasimoğlu layihənin həyata keçirilməsində göstərdikləri köməyə görə hər kəsə təşəkkürünü bildirdi xüsusi fərqlənin gənc yazarlar-Əfsanə Bayramqızını, Gülnar Səmanı, Nofəl Ümidi, Sərvər Kamranlını, Kənan Aydınoğlunı “Diplom”lara layiq gördü.Tədbirin gedişatında “Bayat” Ədəbi Birliyinin mətbu orqanı “Bayat” dərgisinin yeni sayının işıq üzü görməsi haqqında da məlumat tədbir iştirakçılarının nəzərinə çatdırıldı.
    Nəhayət, tədbirin sonunda layihə rəhbəri və tərtibçisi Qabil Ədalət düzənlənən tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirdi və yeni yaradıcılıq uğurları və fəaliyyəti dilədi.Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.

  • “Bitməz könlümüzün Vətən sevgisi” antologiyası işıq üzü görüb

    Kitab.jpg

    “Bitməz könlümüzün Vətən sevgisi” adlı antologiya 2014-cü ildə Bakı şəhərində
    Azərbaycanın Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və həyata keçirilən “Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir” adlı layihə çərçivəsində “Yazıçı” nəşriyyatı tərəfindən 124 səhifə olmaqla, 600 tirajla işıq üzü görüb.Layihənin rəhbəri Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, AYB və DGTYB üzvü, gənc yazar Qabil Ədalətdir.Layihə çərçivəsində Azərbaycan Respublikasında yaşayıb, ədəbi-bədii yaradıcılıqla məşğul olan yazarların vətənpərvərlik ruhda ədəb-bədii nümunələri, poeziya örnəkləri, məqalələri, poemaları, publisistik qeydləri və digər nümunələri eyni adlı kitabda cəmləşdirilib.Kitabın məsləhətçiləri Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas, Təmamət Azər, korrektoru Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Şərq bölgəsinin ədəbiyyatı” bölməsinin Baş redaktor müavini, DGTYB üzvü, gənc yazar Tural Adışirindir.

  • Debüt: Emil RASİMOĞLU (Salyan).Yeni şeirlər

    10401883_1440887946165403_7254518012399833604_n

    TƏRCÜMEYİ-HAL

    Emil Rasimoğlu -1991-ci il iyun ayının 27-də Salyan rayonunun Yuxarı Xalac kəndində anadan olmuşdur.1998-ci ildə Xalac kənd 2 saylı orta məktəbinə getmiş, 2009-cu ildə həmin məktəbi bitirmişdir. Hələ məktəbdə oxuyarkən-2003-cü ildən bədii yaradıcılığa başlamışdır. 2008-ci ildən “Kürün töhfəsi” ədəbi birliyinin üzvü, 2012-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, 2013-cü ildən Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin üzvü, “Gənc Ədiblər Məktəbi”nin üzvü, 2012-ci il oktyabr ayından “Ziyalı Ocağı” İctimai Birliyinin Redaksiya, Yaradıcı, Nümayəndə Heyətinin Fəxri üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyyətinin üzvü və “Azərbaycan ədəbiyyatı”, ”Türkiyə ədəbiyyatı”, ”Publisistika”, ”Elektron kitablar” bölmələrinin əməkdaşı, 2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü seçilmişdir. Şeirləri “Yeni Azərbaycan”, ”Respublika gəncləri”, ”Kaspi”, ”Aysberq və həyat”, “İlham çeşməsi”, “Yeni Axtarış”, “İrəvan Press”, “Möhtəşəm Azərbaycan”,”Qələbə” və digər qəzetlərdə, 2010-cu ildə “Muğanın səsi”, 2012-ci ildə “Bölgələrdən səslər” kitablarında çap olunmuş, Dünya Gənc Türk Yazarlar Birliyinin elektron orqanına, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalına yerləşdirilmişdir.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə edilmişdir. Müntəzəm olaraq dövrü mətbuatda şeirləri çap olunur. 2013-cü ildə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən diplomla təltif olunmuşdur. Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinin tələbəsidir.

    Getmə uzaqlara…

    Qəlbimdən,bəxtimdən,nə də gözümdən,
    Ayrılıb ox kimi itmə,sən Allah.
    Axtarıb tapmaram,ölüm taparam,
    Getmə uzaqlara,getmə sən Allah.

    Oldun taleyimə nəsib,sevgilim,
    Ürəyim səsinlə əsib,sevgilim.
    Əlimi boş qoyub,küsüb,sevgilim,
    Getmə uzaqlara,getmə sən Allah.

    Çoxları baharda qəmlə qışlayıb,
    Hələ sevgi çağım indi başlayıb.
    Mənə bir ömürlük dərd bağışlayıb,
    Getmə uzaqlara,getmə sən Allah.

    Sən getsən,ruhum da,çıxıb gedəcək,
    Məni torpaq üstə yıxıb gedəcək,
    Gələnlər gözünü sıxıb gedəcək,
    Getmə uzaqlara,getmə sən Allah.

    Gələr Günəşdə yox,yağışımda nur,
    Görünməz cığırada,yoxuşumda nur.
    Sinəmdə od sönər,baxışımda nur,
    Getmə uzaqlara,getmə sən Allah.

    Aylar da,illər də,kəm gələcəkdir,
    Kipriyin üstünə nəm gələcəkdir,
    Bəs getsən,görüşə kim gələcəkdir?!
    Getmə uzaqlara,getmə sən Allah.

    Ocaq var nur yoxdu,ocaq var çəndi,
    Tək-tənha kədərlə otaq var çəndi,
    Uzaqlar dumandı,uzaqlar çəndi,
    Getmə uzaqlara,getmə sən Allah.

    Mütləq bilib…

    Torpağından dərgahına üz tutub,
    Dizim üstə qol açmışam,İlahi!
    Ürəyimlə qollarıma,qolumla,
    Dualara yol açmışam,İlahi!

    Bel bükmədim yerdə “mən”in önündə,
    Xeyrə qarşı şər-düşmənin önündə.
    Mütləq bilib bircə sənin önündə,
    Varlığımla alçalmışam,İlahi!

    Nəfəs verdin cana gəldim anamda,
    Zülmətində hey dincəldim anamda.
    Doğulanda qupba güldüm anamda,
    Eşqin ilə gül açmışam,İlahi!

    Özgə yəhərində,özgə yəhərdə,
    Səyyah oldum yaratdığın “şəhər”də.
    Tapıb səni hər açılan səhərdə,
    Yolun üstə əl açmışam,İlahi!

    Mən kim idim qamətimi şux tutam,
    Bədənimə ruhumu dayaq tutam,
    Yer üzündə söz kəsəm,ayaq tutam,
    “Danış”:-dedin,dil açmışam,İlahi!

    Zaman dərdi…

    Vətənimin taleyində neyləyim,
    Qara yelli zaman dərdi var imiş.
    Yaşadıqca düşünürəm, İlahi,
    Yaman günün, yaman dərdi var imiş.

    Qiyamətdi! Ana sına, ürəkdən,
    Can qovurub yana, sına ürəkdən…
    Neçə şəhid anasına ürəkdən,
    Ah çəkdirən “cavan” dərdi var imiş.

    Tanrım, selnən axan qanın yu, yurdun,
    Yarasına məlhəm ola su… yurdun,
    Dözəmmirəm, alovlanıb bu yurdun,
    Nəfəsində yanan dərdi var imiş.

    Ağ səhərli bəxti öldü çağların,
    Zirvələrdi önündə alçaqların,
    Ayrılıqda tənha, mətin dağların,
    Səmasında duman dərdi var imiş.

    Bütövlükdə sərhədi var, gör kimin,
    Tapdalanan torpaq kimin, yer kimin?!.
    Başı məğrur, əli qılınc türkümün ,
    Sinəsində Turan dərdi var imiş.

  • Debüt: İsa HƏSƏNOĞLU (Naxçıvan MR).Yeni şeirlər

    10818593_717633538314366_1000672302_n

    İsa HƏSƏNOĞLU (İsa Həsən oğlu Əliyev) 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində dünyaya göz açıb.1999-cu ildə Culfa şəhər 2 saylı orta məktəbin birinci sinfinə qədəm qoyub.2010-cu ildə orta məktəbi bitirib və həmin il Bakı Dövlət Universitetinin “Komputer elmləri” ixtisası üzrə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olub. Hal-hazırda Bakı Dövlət Universitetin magistratura pilləsi üzrə I kurs tələbəsidir.
    Ədəbiyyata marağı, onunla yaxından tanışlığı orta məktəb illərinə təsadüf edir. 2009-cu ildən bəri ədəbi fəaliyyəti mövcuddur. Şeirləri “Bakı Universiteti” qəzetində çap olunmuşdur.
    2012-ci ildə dərc olunan “Könül dəryası” adlı şeirlər toplusu kitabı oxucularla ilk görüşüdür.
    2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgələrdən Paytaxta… Paytaxtdan Bölgələrə” adlı layihə çərçivəsində işıq üzü görən “Bölgələrdən səslər” kitabının ikinci hissəsində şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.

    AZƏRBAYCAN

    Bütün varlığımla bağlıyam sənə,
    Yolunda şəhidlik hədəfdir mənə,
    Üçrəngli bayrağın şərəfdir mənə…
    O dalğalandıqca dincəlir canım,
    Səadət qatarı Azərbaycanım!

    Tarix boyu gəlməz dərdlərin saya,
    Soydaşlar bölünmüş o tay,bu taya,
    Sorağın yayılmış bütün dünyaya…
    Ey mənim şöhrətim,ey mənim şanım,
    Ömrümün baharı Azərbaycanım!

    Qarabağ qəlbimdə çevrilib közə,
    Daş ürək gərəkdir bu dərdə dözə.
    Həsrətəm Göyçəyə,Dərbənd,Təbrizə…
    Sənsən intizarım,sənsən hicranım,
    Könlümün qubarı Azərbaycanım!

    Qızında var Nigar,Həcər qeyrəti,
    Oğlunda Koroğlu,Babək qüdrəti,
    Xalqında yaşayır mərdlik adəti…
    Uğrunda fədadır hər damla qanım,
    İgidlik yazarı Azərbaycanım!

    Nizami,Nəsimi,Füzuli ölməz,
    Zəmanə Vaqifdən yetirə bilməz,
    Sabirtək satirist bir daha gəlməz…
    Ey ürfan aləmim,ey söz ünvanım,
    Şairlər diyarı Azərbaycanım!

    Görsən də bəlalar çətindən çətin,
    İndi müstəqillik olub qismətin.
    Zəngindir tarixin,mədəniyyətin…
    Gücünlə əriyir yağı düşmanım,
    Başı dik,yuxarı, Azərbaycanım!!!

    3 avqust 2012-ci il.

    Necə dərin gözlərin var!

    “Necə dərin gözlərin var!”
    Şirin sözlüm,
    Gülər üzlüm,
    Saf baxışlı ahu gözlüm!
    Gözüm doysa, könlüm baxar,
    Necə dərin gözlərin var!
    O saflığa,dərinliyə
    Hər baxdıqca istəsəm də,
    İstəməsəm də dalıram.
    Gücüm olmur çıxım üzə,
    Yavaş-yavaş boğuluram.
    Bir gün həmin dərinlikdə burulğana düşsəm əgər,
    Gözlərində ölsəm əgər,
    Mənə qüsl verməsinlər.
    Çünki sənin aydan arı,
    Sudan duru, Gözlərində paklaşmışam.
    Paklığıma şübhən qalsa,
    Yuyulmağım vacib olsa…
    Bilirəm ki, gedişimlə çox incidəyəcəm səni,
    O halda,ey ahu gözlüm,
    Gedişimə axıtdığın, göz yaşınla yuyun məni.

    09.07.2014

    Ağlama,”sulu göz” deyən olmasın.

    Gül üzlüm,ayrılıq vaxtı yetişdi,
    Ağlama,”sulu göz” deyən olmasın.
    Könlünə əhdimlə qıfıl vururam,
    Mən yoxkən qapısın döyən olmasın.

    Sən əsgər yarısan,dik tut başını!
    Məndən söhbət düşsə,tut göz yaşını,
    Yerə dik hayqıran saf baxışını
    Nalə çəkdiyini duyan olmasın.

    Səni küskün gördüm,böyüdü dərdim
    Sınmaz qürurumu yoluna sərdim,
    Əlimdə olsaydı sərhəd çəkərdim
    O kövrək xətrinə dəyən olmasın.

    “Əlvida” deməyə varmayır dilim,
    Gizlət kədərini,ey solğun gülüm,
    Səni məğrur görüm,əyilməz görüm,
    Əyilməz qəddimi əyən olmasın.

    Ey İsa, yarının boşdu barmağı,
    Eşqinə güvənib qoparma bağı,
    Unutma ki,tez-tez məktub yazmağı,
    Bəylik libasını geyən olmasın.
    19.04.2014

    BAHAR QARI

    Aram-aram, həzin-həzin,
    Qar ələnir göydən yerə.
    Geyindirir ağ gəlinlik ağaclara,çiçəklərə.
    Hər dənəsi bambaşqadır,
    Bir aləmdir,bir dünyadır.
    Bir-birini incitmədən,
    Bir-birinə toxunmadan rahat-rahat uçuşurlar,
    Sanki, yerə yetmək üçün bir-birilə yarışırlar,
    Yerə yetmiş dostlarına yetmək üçün tələsirlər,
    Təbiəti çox incidən,
    Ləkələyən pislikləri örtmək üçün tələsirlər.
    Xəbər tutub bundan külək,
    Yeri, göyü titrədərək
    Əsir, qara vermir aman,
    Görünür ki, yağan qarı,
    Torpağa qısqanır yaman.

    30.03.201

    SANIRDIM

    Qabaqlar mən belə deyildim,gülüm,
    Dünyanı mənasız, əbəs sanırdım.
    Xəyanət mərmisi dəyəndən bəri,
    Özümü ürəkdən şikəst sanırdım.

    Gedişi sakitcə , sezilməz oldu,
    Hirsimdən göz yaşım süzülməz oldu,
    Bir müddət ayrılıq dözülməz oldu,
    Duyduğum hər səsi o səs sanırdım.

    Mənə həmdəm oldu naleyi-ahım,
    Aldandım yox ikən təqsir, günahım,
    Nə dünənim vardı, nə də sabahım,
    Həyatı aldığım nəfəs sanırdım.

    Qəlbimi verməzdim daha kimsəyə,
    Sən gəldin, baxışım döndü hər şeyə.
    Bir zaman yalqızdım, tənhaydım deyə
    Ömrümü kiçik bir qəfəs sanırdım.

    Güldürdün hər şeyə nifrət edəni,
    Firavan həyata döndərdin məni,
    Özüm də bilmədən sevmişəm səni,
    Mən səni keçici həvəs sanırdım.

  • Debüt: Günay HƏSƏNLİ (Gəncə şəhəri).Yeni şeirlər

    10174900_715715711806063_8525064819558902131_n

    Günay HƏSƏNLİ (Həsənli Günay Nəriman qızı) 1987-ci il noyabr ayının 9-da Gəncə şəhərində anadan olub. Orta təhsilini Tovuz rayon Dönük Qırıqlı kəndindəki D.Süleymanov adına tam orta məktəbdə alıb.
    Çox erkən yaşlarından şeirlər yazmağa başlayıb. Şeirləri dövrü mətbuatda mütəmadi dərc olunub. “Qızıl qələm”, “Heydər ata” və s. mükafatlara layiq görülüb.
    Respublikada nəşr olunan “Kompas”, “İslahat”, “Dövlət və qanun”, “Tovuz”, “Azərbaycan Dünyası”, “SM-press”, “Azərbaycan”, “Azad Qələm” və bir sıra almanaxlarda ədəbi-bədii publisistlik yazıları müxtəlif qəzetlərdə dərc olunub. SMTV(hazırkı TTV) adlı televiziya şirkətində aparıcı-repartyor kimi çalışıb. Hal-hazırda Axın İctimai Birliyində ümumi şöbə rəhbəri və Günəş jurnalında xususi müxbir kimi çalışır. Axın Poeziya Klubunun sədridir.Varislər Ədəbi Məclisinin, Dünya Gənc Türk Yazarları Birliyinin və Gənc Ədiblər Məktəbinin üzvüdür.
    Bakı Slavyan Universitetinin tələbəsidir.Bir oğlu, bir qızı var.

    HEYİF ÇIXIR

    Etibar yox bu dünyaya,
    Dünya məndən heyif çıxır.
    Heç bilmirəm neynəmişəm,
    Düşməni tək mənə baxır.

    Neçə dağın partlatmışam,
    Vüqarımı sınıb görən?
    Sinəsinə od tulladım,
    Meşəsimi yanıb görən?

    Məcrasından çıxarmışam
    Çaylarının axarını?
    Bacarsaydım dəyişərdim
    Həqiqətin baxarını.

    İnsanına kələk qurub,
    Çevirmişəm oyuncağa?
    Evcik qurub oynatmışam?
    Biri ata, biri ana…

    Dartılmışam sapand kimi,
    Tışlanmışam göy üzünə?
    Çoxmu möhkəm dəymişəm ki,
    Göylərinin göy gözünə?

    DAŞ

    Daş olub tökülmüşəm,
    Bu dünyanın başına.
    O da döndərib mənim,
    Baharımı qışıma.

    Vaxtsız belimi büküb,
    Qara damımı söküb,
    O da daşını töküb,
    Mənim dərsli başıma.

    Sağdan atdım ona daş,
    Soldan atdım ona daş,
    Çevrilib gəldi birbaş
    Dəydi mənim başıma.

    Daş atma, daşa dəyər,
    Oxu çək, qaşa dəyər,
    Min baş, bir başa dəyər,
    Kül dünyanın başına.

    20.04.2014

    Zaman

    Sən məni haraya gətirdin zaman?
    Namus da,qeyrət də,ar da satılır.
    Hərraca qoyulub insan ürəyi
    Bülbüllə yanaşı sar da satılır.

    İnsanlıq adında şey qalmayıbdır,
    Belke orda-burda közərəni var.
    İnsanlıar əyilib doğru yolundan,
    Bəlkə də bir neçə düzələni var.

    İnsan ləyaqəti,insan qeyrəti,
    Hər addım başında tapdanıb gedir.
    Yerində dayanıb,dursan da sakit,
    Zaman özü səni bax, məcbur edir.

    İnsan öz əliylə qazır quyunu,
    Qazanın özünü salır bu zaman.
    Pulu olan deyir yıxılmaram mən,
    Mağallaq aşanda ağlayır yaman.

    Dəyirman daşı tək fırlanır zaman,
    Bu gün biri qalxır, sabahsa enir.
    Əhli-cahan bilir onun işini,
    Bax,insanlar nə danışır,nə dinir.

    Dinib neynəyəcək təlxək zamana,
    Dərhal onu zaman araya qoyar.
    Min kələk gətirər onun başına,
    O da bu həyatdan tamamca doyar
    .
    Tərki-dünya olar insanın ruhu,
    Bununla bir ömür bitmiş sayılar.
    Bir körpə dünyaya göz açar bu vaxt,
    Bu qanuna “zaman”adı qoyular.

    15.08.2004

    Ölüm məni istəmir
    Mən ölüm istəyirəm,
    Ölüm məni istəmir.
    Məni öldürmək üçün
    Gəlib rüşvət istəyir.
    Tumarlayıb başını
    Sevə-sevə söylədim.
    Qardaşımsan,bacımsan,
    Səni istəyir bu can.
    Apar məni nə olar!
    Lap ata, anam da ol,
    Şirinimsən, acımsan.
    Gəl çıx otur başımda
    Sən mənom daşa dönmüş
    Şəkilli baş tacımsan.
    Boylanma mənə gendən
    Qorxma gəl mənə sarı.
    Səni sevdiyim qədər,
    Sevə bilməz yar-yarı.
    Selə dönüb gəlirsən,
    Yuyursan sağ-solumu.
    Aparsan bütöv apar
    Gəl qırma qıç,qolumu.
    Mən səni gözəyirəm,
    Gözləyənim var deyə.
    Neçə qollar açılıb,
    Hey səsləyir “gəl” deyə.
    Mən ölüm istəyirəm,
    Ölüm məni istəmir.
    Məni öldürmək üçün
    Gəlib rüşvət istəyir.
    Söylə sənə nə verim?
    Acgöz olub getmisən.
    Dünyanın varındanmı?
    Arlının arındanmı?
    Yarlının yarındanmı?
    O uca zirvələrin,
    Ərinməz qarındanmı?
    Söylə sənə nə verim?
    Gücüm canıma çatar,
    Gəl də canımı apar.
    Canımı rüşvət verim…
    “Ölümü aldarıram,
    Susun,susun,dinməyin!”
    Rüşvət verdiyim canın,
    Həmin o can olduğun
    Ölümə bildirməyin…

    25.04.2014

    DOYUM

    Gəl bağrıma basım səni,
    Başımı çiyninə qoyum.
    Kövrəlmişəm sənin kimi,
    Bərkdən ağlıyım, doyum.

    Sən gurulda, mən hönkürüm,
    Çağlasın Arazım, Kürüm,
    Göz yaşıma divar hörüm,
    Dərddən ağlıyım, doyum.

    Gözümüzdən süzülsün nəm,
    Yer üzünə qoysun qədəm,
    Mən buludam, bulud da mən,
    Hərdən ağlıyım, doyum.

    28.09.2014