Batmağa yollanar gün yavaş-yavaş,
Şəkilim üşüyər başın üstündə.
Mən dəli bir sevgi, sən həykəltaraş,
Yon mənim əksimi daşın üstündə.
Bu daş ki, sükutdur-sükut hələlik,
Tozumdan gözünə vurmasın külək.
Biraz tənhalıq ver, biraz dəlilik,
Vicudum ruhunu oxşasın gərək!
Ürək qoy sinəmin üstünü oyub,
Bəlkə də qədrimi bilərsən mənim.
Darıxsan gözünün üstünə qoyub,
Arada tozumu silərsən mənim.
Yenə daş oyandım bu sübh çağına,
Gözlərim kor oldu yaraşığından.
Qaldır əllərini tut qabağına,
Qoru gözlərimi gün işığından!