575949_448528385223558_1371442086_n

Qondu arzularım tikanlı telə,
Açım qanadımı çətir tut yelə.
Xatirən sığınan qucaqdım elə,
Yerini boş görüb qolum diksindi.

Divanə yolçudur ruhum bədəndə,
Hələ Vətən gəzir bu qərib bəndə.
Arxamca əlvida söylədin sən də,
Ayaqlar altında yolum diksindi.

Sən başqa məmləkət,mən ayrı ölkə,
Nədir üstümüzə düşən bu kölgə?
Dünyadan köçməyə qorxurduq bəlkə,
Sevib cana gəldik,ölüm diksindi.