Əziz dostlar, gənc yazarlar və Sumqayıt poeziyasevərləri, sizi 2 İyul saat 12-00 da, “28 May” mədəniyyət evində İbrahim İlyaslının təşəbbüsü və təşkilatçılığı ilə Gənc yazarlarla görüşə dəvət edirik. Buyurun gəlin, isti yay günlərinə poeziya ilə sərin bir bahar nəsimi qarışsın.
Category: Azərbaycan ədəbiyyatı
-
Aydan ABDULLAYEVA.”Gözəlim payız…”
Umudları yarpaqlara tapşıraq,
Mənim payızlarım üzüdönükdü…
Gəl, bircə yol ayrılığı unudaq,
Kəpənək ömrüdü ömür… sönükdü…Biraz torpaq olaq, yelə sovrulaq…
Səhər şehində durulaq nə olar…
Sevdamızı yudum-yudum yaşayaq,
Axşama tapınsın qoy ayrılıqlar…Ölümü mən sənə yaraşdırmıram…
Payız sevdamıza ölüm qıymasın…
Saat əqrəbində köçkün ömürlər,
Payız toyumuzu unutdurmasın…Yel-yel ötüncə.. yadımdan çıxıb..
Ayrılıq gələcək, ölüm gələcək..
Hələ neçə-neçə payız darıxıb,
Torpaq istisinə… bizə gələcək…Sonrakı payızlar nəm qoxuyacaq..
Daha gəlməyəcək o “gəlin payız…,,
Payıza bir kimsə toxunmayacaq…
Təkcə ikimizindi gözəlim payız… -
Müzəffər Məzahimi doğum günü münasibətilə təbrik edirik! (1 iyul 1957-ci il)
Müzəffər Məzahim (Gözəlov Müzəffər Məzahim oğlu) 01 iyul 1957-ci ildə Neftçala rayonunun Qədimkənd kəndində anadan olmuşdur.
1981-1983-cü illərdə Bakı Plan- Uçot Texnikumunu “ Mühasibat Uçotu ,, ixtisası üzrə, 1987-1993-cü illərdə Moskva M . Qorki adına Ədəbiyyat İnistutunun Poeziya şöbəsini bitirmişdir.
Şer yazmağa orta məktəbdə oxuduğu vaxtlarda başlamış, şerləri müxtəlif dövrü mətbuatda dərc olunmuşdur. O dövrkü “ Azərbaycan gəncləri ,, “ Bakı axşam ,, “ Sovet kəndi ,,“ Bərəkət ,, “ Qala ,, və s. qəzetlərdə , “Azərbaycan “, “ Ulduz “, “ Qobustan “, “ Təşviqatçı”, “ Dialoq”, “ Göyərçin ,, və s . jurnallarda dəfələrlə dərc olunub. “ Görüşünə gəlmişəm”, “Ata ocağı” və “Gələn baharadək” adlı üç şerlər kitabları çaptan çıxıb. Bir çox poemaların və “Bilgə xaqan” tarixi dramasının müəllifidir.
Hal-hazırda Neftçala rayonunun Qədimkənd kəndində yaşayır.ÖYRƏNİRƏM
Dünya mənim yaşıdımdır,
Mən dünyanın uşağıyam.
Ömür məndən yuxarıdır,
Mən ölümdan aşağıyam.Bu dünyanı seyr edirəm,
Tale adlı pəncərədən.
Fələk ölü hazırlayır,
Mənim kimi biçarədən.Ömrü ömrüm qədərdirsə,
Qədər nədən qədir bilmir?
İnsafını Allah kəsib,
Möhlət, aman nədir bilmir.Bu dünya tək mənzillidir,
Rahat ömür sürən yoxdur.
Qapısında bir giriş var,
Çıxışını görən yoxdur.Yaşamağı hamı blir,
Yaşanmağı öyrənirəm.
Çox daşıdım,
son mənzilə
Daşınmağı öyrənirəm.AYLA QOŞA GƏL
Könlümü titrədən həsrət yelidir,
Görüş yerindəyəm, gələcəkmisən?
Gecənin yuxusu səksəkəlidir,
Qəlbimin nigaran döyüntüsündən.Ümidim göylərdən asılı qalıb,-
Demişdin: Gələcəm ay doğan kimi.
Bu salxım söyüd də küsülü qalıb,
Darıxır mən sənsiz darıxan kimi.Söykənib könlümün kövrəkliyinə,
Məcnun bülbüllərin açılıb dərdi.
Həyandır gecənin bu təkliyinə,
Bülbülün naləsi, mənim həsrətim.Ulduzlar min illik karvan yoludur,
Bəlkə də min ildir gətirir səni.
Yarıb neçə-neçə qara bukudu,
Ay gəlib görüşə ötürür səni.İndicə gələrsən, gözləyirəm mən,
Kainat boydadır sinəmdə ürək.
Gəl, ayla qoşa gəl, günəşlə gedək,
Bu bülbül naləli tənha gecədən. -
Aydan ABDULLAYEVA.”Qadındı… qadınlar dözə bilirlər…”
gedirsən.. al apar bir qadın ahı..
birdə ki… içimdə boğulan qəhər…
kişilər özündən uydurub axı,
“qadındı… qadınlar dözə bilirlər…sənin gözlərində susan qadına
sən ən çox… hüznü yaraşdırmısan…
bəlkə də demirsən… mən sənə yadam…
bəlkə də yuxunu qarışdırmısan…mən elə divanə… mən elə solğun…
mən elə dərd-sər düşkünüyəm ki…
mən elə sən gedən yollardan yorğun…
mən elə yoxluqda üşüyənəm ki…indi… de… mənmi dözən qadınam?..
ya sənmi bir eşqin məğrursan?! de…
igid, fırtınadan qaçan adama,
fırtına dinib də “əyilən” deyil…bu ki eşqdi.,. səni məni dinləməz…
bizə istədiyini edər… “oturar…”
bəlkə də deyərsən “dəyməz ee… dəyməz…
bəlkə də “ən gözəl günahın” olar…,, -
Aydan ABDULLAYEVA.”Sən məni düşünmə…”
hələ dumanların duru vaxtıydı…
hüznün doğmasıydım… sevincin yadı…
ayna sulardan da gün uzağıydı…
aydan “bəxt üzürdü” bir “nakam qadın…”hələ incikliyim… nazdan ötəydi…
nazım ulduzlara keçərdi ancaq…
qadınlıq “o şıltaq qızdan” ötəydi…
qadındı… nə vaxtsa Ana olacaq…hələ torpağın da dan üzü vardı…
könlümü alardı… geri verməzdi…
yaşıl yarpağın da qan üzü vardı…
Allahdan başqası dilin bilməzdi…hələ küllənirdi gecəmdə kimsə…
mənə qarğıyırdı bəlkə… nə bilim…
qədərin sözünü eşitmədim mən…
deməli qovuldum… yoxdu bir evim…nəsə… ötənləri unutmam gərək…
məni bir şeirə bük… dənizlərə at…
vidalar “ürəyimə bir tikə çörək…”
sən məni düşünmə… “yaşa başını qat…,, -
GƏNCLƏRƏ YAŞIL İŞIQ
Əslində bizim gənc yazarlara dəstək layihələrimizin tarixi 10 ildən də o yana gedib çıxır.
Gənc şairlər və yazıçılar üçün 2001-ci il tarixindən – ilk ədəbi almanaxımızın işıq üzü görməsiylə başlayıb (15 il ərzində 15 ədəbi almanax tərtib edərək nəşr etdirmişik).
Cənc jurnalistlər üçün isə 2004-cü il tarixindən – Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının nəzdində – “Gənc Jurnalistlər Şurası”nin yaradılması ilə. Bunun təsdiqi kimi o vaxt mətbu orqanımız olan “Jurnalis” bülletenindəki yazını təqdim edirəm.
Xatırladım ki, bu missiyanı bu gün də “Möhtəşəm Azərbaycan” qəzeti, “edebiyyat-az.com” və “gündelik.info” saytları vasitəsilə davam etdiririk.
Uğurlu günlər diləyilə:Rafiq Oday, şair-publisist,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri,
“Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru,
Respublikanın Əməkdar jurnalisti -
Rahilə DÖVRAN.”Ovundurur özümüzü”
Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,Günahımız nədir görən,
Əzdi zalim əyyam bizii.
El pərişan, pərən-pərən,
Kül qapadıb közümüzü.Əlif qamət dönüb dala,
Vüsal qalıb, gör nə hala?
Qəhər, kədər dalba- dala,
Həsrət yumub gözümüzü.Hiss etmədən dolduq yaşa,
Bəyaz qırov qondu başa.
Uzaq olduq dost, sirdaşa,
Duyan yoxdu sözümüzü.Öz hökmü var, hər zamanın,
Ismi bəlli say-sayanın.
Hər yazdığı bu Dövranın,
Ovundurur özümüzü. -
Rahilə DÖVRAN.”Ürəyim bir ovuc Kərəm külüdür”
Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,Əzəldən mən səni görməyəydim kaş,
Ələmdə, fəryadda gecə-gündüzüm.
Qəm könül evimdə qurubdur bardaş,
Sönən kül altında gizlənib közüm.Məcnuntək səhrada gəzir izlərim,
Hicran başım üstə qəm bulududur.
Qarışıb zamana kəlmə, sözlərim,
Oxuyub, sızlayan yanıq bir uddur.Fərhadın çaldığı külüng sinəmdə.
Ürəyim bir ovuc Kərəm külüdür.
Gözlərim qübarda, gözlərim nəmdə,
Hissim, duyğularım qəm bükülüdür. -
Kənan AYDINOĞLU.”Gəncəmizin rəsmini çək”
Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvüBədii yaradıcılıq fəaliyyətində Gəncəyə xüsusi yer ayıran, şeirlərini və hekayələrini böyük məmnunluq hissi ilə oxuduğum, müəllifin Gəncə ilə bağlı şeirlərini “Gəncədə yazılan şeirlər” deyə adlandırdığım Canım Bacım Şəfa Vəliyevaya xüsusi minnətdarlıq hissi ilə
Azərbaycan-Ana torpaq,
Vaxt olub ki, vahid olub.
Qədim Gəncənin qapısı,
Tarixlərə şahid olub.Nizaminin, Məshətinin
şeirləri dodaqdadı.
“Xosrov, Şirinin” dastanı,
Gəncəmizdə-ocaqdadı.Saraylarda əyanlar da,
Gəncəmizə heyran qalıb.
Nizami öz ilhamını,
Axı Gəncəmizdən alıb.Ruhuma dopdoğma hisslər,
Gəncədə könlümdən keçib.
Şükür olsun Ulu Tanrı,
Gəncəmizdə Sizi seçib.Kimlər gəldi bu dünyaya,
Nizami qüdrətində bəs?!
Ecazkardı təbiəttək,
Bunu görüb, bilsin hər kəs.Bambaşqadı nə aldadım,
Gəncədə açılan səhər.
Özümü şahidi olmuşam, –
Gəncə əzəmətli şəhərGəncəyə aşiq olmuşam,
Yar əğyara vurulan tək.
Ey könüllərin aşiqi,
Gəncəmizin rəsmini çək.Çox sevindim, nə aldadım,
Yaz fəslinin son günləri,
Gülnar “toyu”-deyir oldu.
Qəlbinin süzülən şeir,
Gəncə haqqında yazılan,
Ən sevdiyim şeir oldu
Dərin hörmət və ehtiramla,Bakı şəhəri.30 iyun 2016-cı il.
-
Mais TƏMKİN.”Nə var ki?..” (Yeni şeir)
Həyatda itirən, uduzan da biz,
Talanıb- çapılan yurda nə var ki?
Aranı tülkülər, çaqqallar vurur,
Adı bədnam olan qurda nə var ki?Haqsızlıq dünyanı bürüyüb gedir,
Haqq donub heyrətdən, quruyub gedir.
…Gün dəyir, yox olub əriyib gedir,
Torpağa ələnən qarda nə var ki?..Hər naşı sözündə nöqsan aradı,
Mais, de, ondanmı qəlbin paradı?
Yazdığım bir-iki cızmaqaradı,
Sözdü də yazıram, burda nə var ki?… -
Mais TƏMKİN.”Düzələn deyilik… “
“Hikməti sözündə axtar” (kitab)
Paxıllıq kök salıb canımızdadı,
İlişib damara, qanımızdadı.
Şeytan uzaq deyil, yanımızdadı,
Tanrını düşünmür ürək, baş, daha,
Düzələn deyilik, a qardaş, daha!Adəmin ağlını iblis alıbsa,
Ortaya min fitnə-fəsad salıbsa,
Qan tökmək Qabildən* bizə qalıbsa,
Qurtarmaz bu dava, bu dalaş daha.
Düzələn deyilik, a qardaş, daha.Bir şahlıq quşundan tapan nicat yol,
Şükürlər etməyib Tanrıya bol-bol.
Hər gündə Allaha yalvarsaq min yol,
Qonmaz çiynimizə gözəl quş daha.
Düzələn deyilik, a qardaş, daha.Halaldan yoğrulmuş maya bilmirik,
Əxlaq yoxa çıxıb, həya bilmirik.
Yesək də dünyanı, doya bilmirik,
Tükənmir gözlərdə tamah, iştaha,
Düzələn deyilik, a qardaş, daha!Gül-çiçək sandığın ot-ələf çıxır,
Dost-həmdəm bildiyin naxələf çıxır.
Ucu görunəndə tez kələf çıxır,
Xəyanət eyləyir dost-sirdaş daha.
Düzələn deyilik, a qardaş, daha!Arsızlar həyanı, arı öldürüb,
Gözəli, cavanı qarı* ,,öldürüb,”
İmamı halalca yarı öldürüb,
Çox gizli sirrimiz olar faş daha,
Düzələn deyilik, a qardaş, daha!Mənəmlik dəb düşüb, sözə qalan yox,
Həqiqi sözümdə saxta, yalan yox.
Ağsaqqal sözünü vecə alan yox,
Nəsihət faydasız, xahiş boş daha,
Düzələn deyilik, a qardaş, daha!Ömrümüz ötməyir o anlar kimi,
Yaxşıydıq, olmuşuq yamanlar kimi.
İqlim də dəyişib insanlar kimi,
Vaxtında gəlməyir bahar, qış daha,
Düzələn deyilik, a qardaş, daha!Ariflər qanandı, Mais, söz atma,
İşarə anlayar, əbəs göz atma.
Sözünü qısa et, çox da uzatma,
Artıq söz xalqa da gəlməz xoş daha,
Düzələn deyilik, a qardaş, daha!17.06. 2003
-
Müzəffər MƏZAHİM.”Özünə güvən”
Yenə də həmlə var yüz yerdən sənə,
Ey Türküm, sıx dayan, səfini pozma.
Qoyma zərbə dəysin bu şərdən sənə,
Qoru qürurunu, kefini pozma.Sən qranit dağsan, əyilməz, mətin,
Çox küləklər əsib başının üstən.
Dözüb tablamısan olsa da çətin,
Bir daş da qopmayıb daşının üstən.Sən öz dərdlərinə özünsən şəfa,
Vermə yad əlinə fürsəti, fəndi.
Bu gün xəyanətdən çəksən də çəfa,
Bağla çirkab axan bərəni, bəndi.Ey Türk, təklənmisən əsrlər boyu,
Tələ qurmaq olub işi yağının.
Həsəddən axsa da ağzının suyu,
Sənə batmayıbdır dişi yağının.Şərəfli tarixin başının tacı,
Özünə güvəndin düşəndə dara.
Qılincınla tapdın yurda əlacı,
Zəhmin diz çökdürüb qəsibkarları.Mərdlik, şücayətdir ucaldan səni,
Fitnə-fəsadlara uyma, ayıq ol.
Bu ucsuz-bucaqsız dağma Vətəni,
Düşmən tapdağında qoyma, ayıq ol.Özünsən özünə öz əmanətin,
Qədim tarixlərdə öyülən Türküm.
Heç vaxt əyilməsin qəddin, qamətin,
Tək tanrı önündə əyilən Türküm. -
Müzəffər MƏZAHİM.”Şax-şax”
Dəng eyləməyin qoy qazanım pulları şax-şax,
Gərdiş eləyim “Cip”lər ilə yolları şax-şax.Dövlət pulunu həzm edirəm min cür üsulla,
Mədəm əridir avro, manat, dolları şax-şax.Hər harda ola yağlı bir aş orda başam mən,
Açsın mənə millət yenə də qolları şax-şax.Arvad-uşağım keyf eləyir qışda Dubayda,
Yayda gəzirik Karlovıda xolları şax-şax.Bir şəxsə kömək eyləmərəm ölsə acından,
Millət hələ çox gəzdirəcək çulları şax-şax.Sağlar mənə xidmətdədi, yox başqa təmənnam,
Mən ram edirəm rüşvət ilə solları şax-şax.Az tənqid elə bizləri, onsuz da, Müzəffər,
Sözlər ki, yetişdirməyəcək kalları şax-şax. -
Şəfa VƏLİYEVA.”Gəl, bir şeir danışım”
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısıƏntiqə Səməndərə
Dostum, küsə bilərsən,
Yenə ikinci oldun.
Getdi bütün sevgilər,
Mənsə seyrci oldum.Sənə “bağışla” demək
Günahım sayılacaq.
Dodağım büküləcək,
Gözlərim qıyılacaq.Bu qız sənə tanışdı,
Darıxar özü üçün.
Gəl, bir şeir danışım,
Elə belə, söz üçün.Küssək də hər axşamdan,
Bu günlə barışmışıq.
Bir də, soruşmasan da,
“O”nunla ayrılmışıq. -
Şəfa VƏLİYEVA.”Səni sevirəm, tanqo…”
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısıGəncənin hər küçəsi
Xatirənlə rəqs edir…
Tarix: bizdən ötəsi…
Ünvan: hələ yol gedir…Ah…Gəncə küçələri…
Işıqlar sarı atlas…
Dölmələr əl jestləri…
Tozanağı ehtiras…Xatirənin ardınca
Düşmüşəm məhlə-məhlə…
Hisslərim dam boyunca…
Ağlayıram ürəklə…Axır damarlarımda
Çılğın sevda oyunu…
Xatirəm qollarında,
Səni sevirəm, tanqo… -
Rafiq ODAY.Rübailər
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalistSon ümid də budağından üzüldü,
Həsrət yaşı gözlərimdən süzüldü.
Çıxıb getdi, arxasına baxmadan,
Elə bil ki, heç yoxmuşam yüz ildiGözlərinin həsrət adlı yaşı mən,
Bu sevgidə sən çoxbilmiş, naşı mən.
Ərzurumun gədiyinə varmadan,-
Necə töküm ətəyimdən daşı mən?!Bu sinəmin dağ əridən ahı yüz,
Son pənahım, gəl sinəmdən ahı üz.
Məni edib qara sevda əsiri,
Gör haçandı o maralgöz, ahu üzBu sinəmin çalın-çarpaz dağı min,
Dərəsi min, təpəsi min, dağı min.
Hər an mərdə arxa durun, insanlar,
Mərd tənhadı, fürsət gəzən yağı minDünya gidi, ömür fani, yol kəsə,
Arxa zülmət, ön müəmma, sol kəsə.
Çənlibel var, Koroğlu var, Qırat var,
Gədə-güdə kimdi gəlib yol kəsə?!Bir əl hökmrandı yüz əlin üstə,
Kimsə cəza almaz düz əlin üstə.
Ağaclar payızda bulud gözüylə
Diz çöküb ağlayar xəzəlin üstə -
Gənc yazar Kənan Aydınoğlunun şeiri “Kardelen” dərgisində çap olunub

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin inkişafına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-jurnalist, gənc yazar Kənan Aydınoğlunun Ön Asiyada Türkdilli təsəvvüf ədəbiyyatının ilk böyük nümayəndəsi, sufi şair Yunus Əmrənin əziz ruhuna sevgi və sayqıyla, hörmət və ehtiramla ithaf etdiyi “Dünyanın güzel şeri Yunus Emreden gelip” şeiri Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Kardelen” dərgisinin 88 sayında Türkiyə türkcəsində çap olunub.Layihənin rəhnəri və müəllifi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, respublikanın Əməkdar jurnalisti, şair-publisist, cənab Rafiq Odaydır.
Şeiri Türkiyə türkcəsin çevirən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tərcüməçi-jurnalist Kamran Murquzovdur.
Qeyd edək ki, bundan öncə şair-jurnalist Kənan Aydınoğlunun “Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib” şeiri Türkiyə türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 29 sayısnda dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.Gülnarə ŞÖHRƏDDİNQIZI,
“Möhtəşəm Azərbaycan” qəzeti -
İltimas İSMAYIL.”İnan”
Sevda sildi gözden feri
Döker gönül ecel teri
Gittiğin o günden beri
Harabeye döndüm inan…Duygularım karman çorman
Gönül evim darma duman
Gözde yaşlar seldir yaman…
Viraneye döndüm inan….Keder doldum hep üzgünüm
Çözüldü yar kalp dizginim
Yerlerdeyim çok ezginim
Avareye döndüm inan…Savruldum bak çöllerdeyim
Ağızlarda, dillerdeyim
Koptum senden ellerdeyim
Divaneye döndüm inan…
Divaneye döndüm inan…23.06.2016
-
İltimas İSMAYIL.”Ne fayda…”
Ömrüme son bahar yelleri esti
Saçlarıma güller taksan ne fayda
Seller sular aktı umudu kesti
Ateşler yağdırıp yaksan ne fayda
.
Bir ömür gözlerim yollarda kaldı
Hasretin kalbimi dertlere saldı
Seven yüregimi soğuk, kar aldı
Sevdalı gözlerle baksan ne fayda.Yıllarca kalbime doldurdun çile
Bu suskun aşığı getirdin dile
Gözümden döküldün hep gile-gile
Yağmura koşulup aksan ne fayda.Bu sana yazdığım belki ağıdır
Elveda sevdigim hasret çağıdır
Aramızda duran alev dağıdır
Yıldırıma dönüp çaksan ne fayda.26.02.16
-
Mais TƏMKİN.”Dağlar”
Vətən keşiyində dayanan ərdi,
Xeyrə könül açar, şərə sipərdi.
Özü başdan-başa qızıldı, zərdi,
Aldanmaz nə qızıl, nə zərə dağlar.Zirvədə Qartalın zəfər səsiylə,
Kəkliyin, Turacın zümzüməsiylə,
Könüllər ram edən möcüzəsiylə,
Yaradıb hər yanda mənzərə -dağlar.O kimdi, hüsnünə baxıb coşmadı?
Sevinci qəlbində aşıb-daşmadı?
Sirli qıfılbənddir, təcnis, qoşmadı,
Sığışmaz bir şeirə, qəzələ dağlar.Bitib tükənməyən bir xəzinədi,
Hər yetən dərk etməz bu ecaz nədi.
Köksündə qayalar mərmər sinədi,
Bənzəyir can alan gözələ – dağlar.Yamyaşıl ağaclar solu, sağında,
Bir yeni dünya var hər bucağında.
Ömrümün çiçəkli, güllü çağında,
Ruhumu yenidən təzələ, dağlar!29.04.2006
-
Günel ƏLİYEVA.”Bu getmək deyil ki”
Gedirəm mən daha
Yetişdi zaman.
Yetişdi ayrılıq, vida saatı.
Dərdimi içimə çəkib gedirəm.
Taleyin sınağı çox ağır oldu,
Kəlmələr içindən bəxtimə düşən
”Sənsizlik” sözünü seçib gedirəm.
Gedirəm ,bu görüş ,bəlkə, son görüş,
Gedirəm, bəlkələr bir gün görməmiş.
Könlümü əzaba məhkum edirəm.
Ayağım aparır məni uzağa,
Qəlbimi qəlbində qoyub gedirəm.
Qorxuram yolumuz bir də qovuşmaz
Mən sənin gözünə həsrət gedirəm.
Lal olub ,dinməyir danışan dilim,
Nə edim ,mən sənsiz axı nə edim?
Sənli xatirəmi sənsiz tək gəzim?!
Ruhumu ruhuna təslim edirəm.
Bu getmək deyil ki
Sənə gəlirəm. -
Günel ƏLİYEVA.”Dayanın, çalmayın sonuncu zəngi!”
Dayanın ,çalmayın sonuncu zəngi!
O zəngdə illərin xatirəsi var.
Sevinci, kədəri,
Min təlatümü,
O zəngdə könlümün ilk nəğməsi var.
Bir də qayıdarmı o günlər geri?
Unutmaq mümkünmü heç o günləri?
Ən gözəl xatirə yazan dəftəri?
Bizə elm adında həyat öyrədən,
Hər biri nazımızı çəkən bezmədən.
Unutmaq olarmı müəllimləri?
Qızıldan qiymətli hər kəlmələri.
Dayanın çalmayın sonuncu zəngi!
Hicranın səsindən yaman qorxuram.
Sükutun səsi tək o müdhiş olar.
Gözlər dərd əlindən kövrələr, dolar.
Məktəbə gələrdik hər gün bu yolla,
Sözümüz tutmazdı bizim qayğıyla.
Qayğısız saatlar ,qayğısız vaxtlar,
Bir vaxt deyəcəyik ”o xoşbəxt anlar”.
Həyatın silləsi sərt gələn zaman,
Müəllim sözünə duyub ehtiyac.
Hər dəfə keçmişə qayıdacağıq.
Bütün xatirələr yada düşəcək,
Gah gülüb ,gah da ki ağlayacayıq.
Ərköyünlük etməyimizdən,
Dərs oxumamaq bəhanəsiylə
Məktəbdə unutduğumuz,
Bəzən də vərəqlərini cırdığımız,
Üstünə adımızı ,soyadımızı deyil
Bütün xatirələrimizi
Yazdığımız kitablarımızı.
Sonra da müəllimlərin
Qəzəbinə tuş gəldiyimiz
Saatlarımızı.
Dayanın, çalmayın sonuncu zəngi!
Ayrılıq qorxusu böyütdü məni.
Böyüdüm mən indi,
Elə bu saat,
Elə bu dəqiqə,
Elə bax bu an.
Ruhumla ,özümlə,
Mən varlığımla,
Böyüdüm,
Mən daha böyük insanam.
Yəqin ,ona görə yaman peşmanam.
İndi sevirəm mən bütün fənləri,
O keçən günləri ,xatirələri.
Almayın əlimdən siz ötənləri.
Dayanın ,çalmayın sonuncu zəngi!
Göz yaşımız sel olub aparar sizi.
Biz indi anladıq ki ,məktəb sevgi dənizi.
Biz indi anladıq ki ,məktəb həyatın özü. -
Esmira RƏHİMLİ.”Yalan” (Hekayə)
Yalın dizlərimi yerə vura-vura ona doğru irəlilədim. Qapının yanındakı stulda oturmuşdu. Əynində yumşaq yun parçadan açıq sarı rəngdə gözəl paltar var idi. Həyəcanla ayaqlarını qucaqlayıb üzümü dizlərinə yapışdırdım.
– Yaxşı, söhbəti dəyiş, indi ağlayacaq…
Bibimin sözləri indiki kimi qulaqlarımdadır. Anamın bundan bir neçə dəqiqə əvvəl dediklərini o dəqiqə anlamışdım: “Ölsəydim bunlara kim baxardı?”
Ölmək nədir bilmirdim. Nəyi bilirdim ki?! Hələ təzəcə ayaq açmışdım. O vaxt bir cücənin belə ölümünü görmədiyim halda bu sözü eşidən kimi qəlbimin dərinliyində çox güclü bir sarsıntı duydum. Mənə elə gəldi ki, göydən iri, güclü bir əl uzanacaq. Anam bu əlin ovcunda qalacaq. Sonra bu əl anamı göyün heç kimə məlum olmayan qaranlıq, qorxulu dərinliklərinə aparacaq və mən onu bir daha görməyəcəyəm.
Sinəmin altında sanki bir quş çırpınmağa başladı. Anam əlilə kürəyimi oxşayıb: – Yaxşı, yaxşı, ölməmişəm sağam, görmürsən? – dedi. Dodağım səyriyə-səyriyə soruşdum:
– Ölməzsən?
Anam: – Yox, yox, ölməyəcəyəm… – deyib başımı aldatdı. Ömrüm boyu bu qorxu ilə yaşadım. Bir gün o əl göydən uzanıb anamı ovcuna aldı. Çəkib göylərin qaranlıq dərinliklərinə apardı. Dizlərini qucaqladım, öpdüm:
– Bəs demişdin ölməyəcəksən?23-06-2016
-
İltimas İSMAYIL.”Seni unutmam…”
Geri gelmen belki imkânsız ama
Her zaman anarım seni unutmam
Bindiğin o gemi dümensiz ama
Rüzgâra dönerim, seni unutmam.Güneş batar, ay’ı gizler geceler
Sabah akşam dilim seni heceler
Ahım yerde durmaz, göğe yüceler
Mum gibi sönerim seni unutmam.Simurq bir kez sever ömrü boyunca
Ateşle aşkını yaşar doyunca
Vefasız sevdaya gönül koyunca
Alevsiz yanarım seni unutmam.Resmine sarılıp öyle yaşarım
Hayali sevgimle coşup taşarım
El ele tutuşup yıllar aşarım
Yalana kanarım, seni unutmam.İltimasın sözü burada biter
Ayrılık zor gelir, hüsrana iter
Bensiz de mutlu ol, bu bana yeter
Ölümü denerim, seni unutmam.23.06.2016
-
İltimas İSMAYIL.”Şəhidlər ölməzdir, vətən bölünməz”
Şəhidlər ölməzdir, vətən bölünməz
Qarabağ bizimdir, əsla verilməz
Əsgərlər sipərdir sədler geçilmez
Şəhidlər ölməzdir, vətən bölünməz.Bütün dünya duysun haqq səsimizi
Vətənə verdik son nəfəsimizi
Söndürməz ölüm də həvəsimizi
Şəhidlər ölməzdir, vətən bölünməz.Haydı igidlərim siraya durun
Düşmənın bağrına yaralar vurun
Göylerdə ucalıq taxtını qurun
Şəhidlər ölməzdir, vətən bölünməz.Qəhrəman ordumuz dastanlar yazır
Kafirin hiyləsin yamanca pozur
Dığa ermenin məzarın qazır
Şəhidlər ölməzdir, vətən bölünməz.Xain duşmən bizim gücü anlayır
Her tərəfdə yalan, yalnış banlayır
Yaltaqdır, onu, bunu yanlayır
Şəhidlər ölməzdir, vətən bölünməz..Bir igid can versə beşi gələcək
Yuvada ılanın başın əzəcək
Son nəfəsdə murdar qonşu biləcək
Şəhidlər ölməzdir, vətən bölünməz.Halallık istəyib evdən getdilər
Torpaq muqəddəsdir, and da içdilər
Qarabağ dardadır, haya yetdilər
Şəhidlər ölməzdir, vətən bölünməz. -
Müzəffər MƏZAHİM.”Durdun sırasında…”
Gözəl şairimiz Saday Şəkərliyə
azadlıq arzusu iləAzadlıq əbədi haqqındır sənin,
Bir gün alacaqsan haqqını, qardaş.
Bəxtə daş atanlar qalmaz cəzasız,-
Günahdır, tapdanmaz haqq qını, qardaş.Keçdin bu dünyanın qıl körpüsündən,
Səni qorxutmadı qır qazanları.
Nahaqqın önündə pəs edərmi heç,
Tanrı aşiqləri, haqq ozanları?Sözü əlac bildin dərdlərinmizə,
Yazdın, şəfa tapsın yaralı Vətən.
Fəqət bilmədin ki, durub pusquda,
Sənə söz atacaq hər yoldan ötən.Böhtan dayaq durdu, yeridi yalan,
Gəldi taleyinə, bəxtinə qədər.
Büküb ürəyinə əzizlədiyin,
Müqəddəs arzular qəlbini didər.Dədə Nəsiminin, ulu Vaqifin,
Cavidin, Müşfiqin, Əhməd Cavadın…
durdun sırasında Saday Şəkərli,-
Məhbus şairlərə qoşuldu adın …Azadlığın üçün, Vətən, can verən,
Oğullar qoynunda məhbusa dönür.
El üçün alışıb-yanan şairin,
Çırağı qaralır, ocağı sönür. -
İltimas İSMAYIL.”Sen benimsin”
Nazlı yarım
Yazlı yarım
Sazlı yarım
Sen benimsin.Kara gözlüm
Tatlı sözlüm
Güzel yüzlum
Sen benimsin.Günahkarım
Tevbekarım
Sebepkarım
Sen benimsin.Çıkak düze
Gedek bize
Söyle yüze
Sen benimsin.Dön tanıma
Ak kanıma
Gel yanıma
Sen benimsin.Eller biler
Kalbim diler
Yaşım siler
Sen benimsin.Efkar oydu
Gönlüm doydu
Her kez duydu
Sen benimsin.08.05.2016.
-
İltimas İSMAYIL.”Kaç gün oldu haber almadım senden”
Yüzüm kederlidir, gözlerim sulu
Kaç gün oldu haber almadım senden
Boğazım dügümlü , yüregim dolu
Kaç gün oldu haber almadım senden.Bulutlar toplansın, yağmur ağlasın
Gök yüzü tutulsun, kara bağlasın
Yıldırımlar yağsın, yeri dağlasın
Kaç gün oldu haber almadım senden.Sanki Güneş küsmüş yüzü gülmüyor
Geceler bitmiyor, tanım gelmiyor
Gözlerim arıyor, yarı bulmuyor
Kaç gün oldu haber almadım senden.Yollar da yoruldu, usandı benden
Postacı görünce kaçıyor genden
Ruhum pervazlanıp, çıkıyor tenden
Kaç gün oldu haber almadım senden.Yüreğim atmıyor, ölüyorum yar
Bu aşk beni aştı, biliyorum yar
Tanrıdan tek seni diliyorum yar
Kaç gün oldu haber almadım senden.09.03.16
Bakü -
Zeynəb Dərbədlini doğum günü münasibətilə təbrik edirik! (25 iyun 1970-ci il)
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, “Cəsarətli qələm” media mükafatı laureatını, sevimli nəğməkar şairini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınzdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olması diləyir.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
SƏNSƏN
Ana, mənim ürəyimin,
Ən böyük dəvası sənsən.
Zəyif, nursuz gözlərimin,
Işığı, şəfası sənsən.
Mənim mənasız ömrümün,Qəmgin, yaralı könlümün.
Susuz, havasız günümün,
Həm suyu, havası sənsən.
Darıxmışam sənin üçün,
Ağlayıram için için.Söylə, yaşayıram neyçün?
Ömrümün mənası sənsən.
Bir, barsız budağam məndə,
Mənim tək olmaz bir bəndə.
Bu Zeynəbin hər günündə,
Xeyiri, duası sənsən.DƏRBƏNDDİR
Ürək açır meşələri, bağları,
Min bir dərdlərin dəvası Dərbənddir.
Çiskinli, dumanlı, çənli dağları,
Əsirlərin nur havası Dərbənddir.Cümə Məscidi dünyanın bəzəyi,
Həmişə ətirli gülü, çiçəyi.
Tarixə həkk olan daşı, kəsəyi,
Fətəli Xanın dünyası Dərbənddir.Hər yerində bulağı var, daşı var,
Çiçəkli baharı, qarlı qışı var.
Öyrənmək istəsən neçə yaşı var,
Qoç Koroğlu macərası Dərbənddir.Gözəl Muminənin ulu türbəsi,
Abidədir, bircə daşın tikəssi.
Dilin unutmağa qoymaz heç kəsi,
Hər millətin Əlifbası Dərbənddir.Dəmir qapıları, dəmir izləri,
Heyran edir ona baxan gözləri.
Bir cənnətdir təpələri, düzləri,
Heç vaxt alınmayan Qala Dəebənddir.Ona göz dikənin üzü qaradır,
Şairləri burda yazıb, yaradır.
Zeynəbdən soruşssaz, yerin haradır?
Deyər vətəni, obası Dərbənddir. -
Esmira RƏHİMLİ.”Mənim yaşıdım” (Hekayə)
Həftənin beş günü işə getməli idim. Ona görə də hər həftənin altıncı günü atamla anama baş çəkmək üçün bağa gedirdim. Haçan getsəm eyvanda bir məstan pişik görərdim. Yenə də orda idi. Anam onu görcək: – Xoş gəlmisən! – deyib onu yedirtdi. Çox keçmədən pişik qəfildən tüklərini qabardıb qaçdı. Arxaya dönüb baxanda iki qəhvəyi rəngli it gördüm. Anam onları görən kimi: – Qaragöz, Mərcangöz bu da sizin – deyib onları da yemlədi. Təəccüblə ondan soruşdum:
– Axı sən heyvansevər deyildin, nə oldu sənə?
– Neyləyim, sizdən öyrəndim. Axırda məni də öz tayınız elədiz. Həm də burda darıxanda onlarla başımı qatıram.
– Nə qəşəng itlərdir!
– Hələ biri də var, onu görsən lap ürəyin gedəcək! Elə qəşəngdir, ağappaq pambıq topasına oxşayır. Gözləri də qapqaradır.
– Balacadır?
– Yox, balaca deyil.
– Qocadır?
– Yox, qoca da deyil.
– Yaxşı bu it balaca deyil, qoca da deyil, bəs bu hansı yaşdadır?
Anam mənə sataşmaq üçün bəhanə tapmışdı. Vəziyyətdən yararlanıb fürsəti fovtə vermədi:
– Bilirsən, o nə balacadır, nə də qoca. Elə sən yaşda olar! -
Müzəffər MƏZAHİM.”Vətəndir”
Sənə çörək, su verən,
Bolluca ruzu verən,
Şip-şirin arzu verən,
Ulu torpaq Vətəndir.Müqəddəsdir Ana tək,
Qoynu əlvan gül-çiçək,
Qoyma sola, becər,ək,
Bu barlı bağ Vətəndir.Bu gördüyün çöl-çəmən,
Sarı zəmi, bollu dən,
Zirvəsi bulud əmən,
Vüqarlı dağ Vətəndur.Gözəl göllər, guşələr,
Şəlalələr, köşələr,
Gur çaylar, sıx meşələr,
Qaynar bulaq Vətəndir.Ayla, ulduzla qalxan,
Üç məğrur rəngələ baxan,
Uğrunda qanlar axan,
Ulu bayraq Vətəndir.Himni könül dindirən,
Coşduran, sevindirən,
Qəlbini isindirən,
Bu gur ocaq Vətəndir. -
Abdulla MƏMMƏD.”Qadası”
Mən bu yolda saçlarımı ağartdım,
Ağarmadı sənsiz günüm,qadası.
Qədərimə de, nə qədər göz yumum?
Ötüşməyir çənsiz günüm qadası.Göz yaşınam-quru dərdə yaşam mən,
Sel deyiləm dağ çayı tək daşam mən.
Bəlkə sənin nəzərində daşam mən?
Üzə gülmür ayım, günüm, qadası.Nəsibimmiş şimşək kimi çaxmağın,
İntizarın od püskürən çaxmağım…
Olmasaydı eşq qapısın çaxmağın,
Ağlamazdı sənli günüm, qadası.Fikirlərin nə qaradır, nə ağdır,
Yersiz küsüb, inciməyin nahaqdır.
Bilməyirsən-nə yalandır, nə haqdır?
Yetmir sənə ürək ünüm, qadası?!Sənsiz yağır yağmur ümid yollara,
Barı bir yol bu yollardan yol ara!
Canım nədir, ürəyimi yollaram,
Sən istəsən ömrüm-günüm qadası.Qayıt, gülüm-könlüm gülsün, gülüm, sən
Gül üzünlə bir üzümə gülümsə.
Gözlərimdə qəlbən gülən gülümsən,
Gəlsən, gülər ayım, günüm, qadası.Gəl, gülüm, gül, gül ömrümün mənası,
Qəmlə ötən günlərimdən məna sız.
Abdullayam, sənsiz ömrü mənasız.
Calayıram günə günü, qadası.Azərbaycan.Quba.
08.06.2016. -
Rahilə DÖVRAN.”Vəfasız”
Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,Nə vaxtdır həsrətə dalıb qalmışam,
Şəklini əlimə alıb qalmışam,
Sənsiz xəzan olub ,solub qalmısam,
Vəfasız,vəfasız,vəfasız yarım!Köçəri quş kimi uçub getmisən,
Əyləcsiz qatartək keçib getmisən,
Bivəfa ismini seçib getmisən,
Vəfasız,vəfasız,vəfasız yarım!Oduma alışıb yanan olmuşdun,
Arifdin,dərdimi qanan olmuşdun,
Hanı bəs sən mənə canan olmuşdun?
Vəfasız,vəfasız,vəfasız yarım!Mənə yol göstərən mayağım idin,
Tutan əlim idin,ayağım idin,
Güvəncim sən idin,dayağım idin.
Vəfasız,vəfasız,vəfasız yarım!Kimsəsiz dağlarda duman olarmış,
Ümid tükənəndə güman olarmış.
Ayrılıq ölümdən yaman olarmış,
Vəfasız,vəfasız,vəfasız yarım! -
Rahilə DÖVRAN.”Nəsihət”
Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,Hələ gəncsən, bahar kimin süstləmisən donunu,
Qasırğalar,fırtınalar kəsməyibdir yolunu,
Fürsət varkən bir də düşün,axır günü,sonunu,
Caxar şimşək,qopar tufan,qönçə ikən solarsan.Kimsə qoşa ata bilməz qismətinin zərini,
Gücü yetməz dayandırsın çərxi-fələk pərini.
Zaman bükər qəd-qaməti,artırar-dərd sərini,
Cavanlığım hanı deyib,caç-başını yolarsan.Xatirələr gəmisində hey cıxarsan səfərə,
Mərhəm liman tapammazsan,qərq olarsan qəhərə,
Gecələri göz yummazsan,güman qalar səhərə,
Ələnməyə hazır olan bulud kimin dolarsan.Şəvə saca qrov düşər,bəmbəyaz qar ələnər,
Xəstə könül fərəhlənməz,Haqqdan sevinc dilənər.
Ölər arzu, istəklərin,ag kəfənə bələnər,
Dinləyərsən “Dilqəmi”ni, “Yanıq Kərəm” çalarsan.Yana-yana, qibtə ilə, hey baxarsan gənclərə,
Sevinc səndən uzaq düşər,bürünərsən kədərə.
Deyinərsən qismətinə,Haqdan gələn qədərə,
Geyilməyən paltar kimi asılqanda qalarsan. -
Şəfa VƏLİYEVA.”Biz deyə bilmədik” (Hekayə)
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı– Gülüşündən bir qucaq sevda asılmışdı. Elə bilirdim ki, indicə dodaqlarının kənarındakı qırışlar açılacaq, o bir qucaq sevda küləkdən qorxmuş gilənarlar kimi ayaqlarım altına səpələnəcək. Mənsə, bax, bunu istəmirdim. Onun gülüşündən asılmış o bir qucaq sevdaya möhtac idim. Yaşamaq istəyirdim…
– Çox şişirdirsən, əzizim. Bu, heç də sən düşündüyün kimi romantik görüş olmayıb axı.
-Hə, əlbəttə! Mən heç də görüşümüzün romantik olmasını iddia etmək istəmirəm. Sadəcə, o anlarda özümün nə düşündüyümü anladıram. O, evli qadın… Mənsə, onun keçmişindən qalan sevgi dolu bir kölgə.
-Anlatmırsan, anlatmağa çalışırsan.
-Bağışla, amma deyəsən, bizim sözümüz bir-birimizə xoş gəlmir. Üz-üzə oturub özümüzü guya rahatca söhbət edirmiş kimi göstərməyə məcbur deyilik.-Cavan oğlan likör dolu qədəhi birnəfəsə başına çəkdi.
Onlar şəhərin mərkəzindəki məhşur kafenin xüsusi hücrəsində oturmuşdular. Baxışından hiyləgərlik tökülən, bəstəboy, saçları çallaşmış, ortayaşlı bank işçisi və hələ də bəbəklərində dünyaya olan inamını qoruyub saxlamağa çalışan ucaboy, sıx qara saçlı, otuz yaşlarında kompyuter mütəxəssisinin bu gün görüşməsinin səbəbi də sadə idi. Gənc oğlan bank işçisinin qeyri-qanuni nikahdan olan oğlu idi. Görünüşə görə, bank işçisi oğluna nə isə vacib söz demək istəyirdi. Söhbəti oğlunun sevdiyi qızdan başlamaqla onun az da olsa kövrəkləşdiyi anı tutmaq istəyirdi. Lakin gəncin öz sevdasını bu qədər romantik sözlərlə anlatmasını dinləməyə hövsələsi çatmırdı. Sözün dağ olunduğu yerə tez çatmaq istəyi ilə dilləndi:
-Akif, oğul bala, incimə. Mənim sevda yaşım çoxdan keçib. İndi mənim həyatım ancaq puldan asılıdır.
Oğlan əlində oynatdığı qədəhi masaya qoyub kinayəli gülümsündü:
-Bilirəm. Səni puldan başqa nə düşündürür, bax, onu da bilirəm. -Barmaqlarıyla “iki” işarəsi verib əsnədi.-Yuxum gəlir, qısa kəs, qalxaq.
-Mənə oxşayan tək bu “qısa kəs” deməyindi. Heçdən bu yaxşıdır ki! Buna da şükür!
Kişi əllərini qoşalayıb salavat çevirdi. Oğlan səsini ucaltdı:
-Bu da növbəti debüt. Likör iç, salavat çevir! Əhsən, Baxış müəllim!
-Məni dolama, küçük! Bayaqdan hövsələmi basıram, bəlkə, yadına düşər ki, qarşındakı atandı. Amma yox, görürəm! Görürəm, anan səni mənə olan nifrətində necə qaynadıb bişirib! Dur, rədd ol!
Akif onun bağırtısından halını da pozmadı. Əllərini çarpazlayıb başını irəli əydi:
-Çıxışınız bitdisə, bir kadr geriyə qayıdaq, Baxış müəllim. Mənə puldan danışırdız.
Kişinin üzündəki ifadə bu sözlərin ahənginə uyğun olaraq dəyişdi. Kənardan baxan bir rəssam özünü Klod Monenin sərgisində hiss edərdi. Sanki gün ərzində dəqiqədən-dəqiqəyə dəyişən işığı rəsmdə əbədiləşdirən Monenin fırçası Baxış müəllimin alnından başlayıb çənəsinədək xəfif bir sığal çəkdi.
-Bax, qısa kəsirəm, mənə pul lazımdı. Cəmi beşcə min dollar. Gedib maraqlanmışam, banklar ancaq bircə şərtlə kredit verir. Gərək, kiçik biznesin olsun.
-Bilirəm, devalvasiyadan bəri bütün kreditlər dollar olub.
-Hə də, yaman çətinləşib. Dollar da ki, bir gün yuxudan durursan bir manat əlli qəpik, o biri gün gözünü açırsan, iki manata bir addım qalıb. Nəysə, elnən gələn toy-bayramdı. Yaşamalıyıq.
Akif hələ də gözlərini atasının əllərindən çəkmirdi. Bu əllərin hər bir hərəkəti onda anlaşılmaz duyğular oyadırdı. Elə bilirdi, hardasa bu əllərin hərəkətinə uyğun bir musiqi çalınır, o musiqinin sədaları altında da sevdiyi qız başını ərinin sinəsinə söykəyib gülümsəyir. Xoşbəxtcəsinə…
-Hə, nə deyirsən? Sabah neçədə gələcəksən Cavadxan küçəsindəki banka? -Nəhayət, kişi əllərini masaya söykəyib gözlərini hərisliklə Akifin üzünə dikdi.
Düzdü, Akif, onun son sözlərinə qulaq asmırdı, amma atası “kiçik biznes lazımdı”-deyən kimi söhbətin onun üstünə “Kompyuter təmiri və proqram təminatı” yazılan birotaqlı “ofisindən” getdiyini anlamışdı. Baxış müəllim ondan əl çəkəsi deyildi. Odur ki, razılaşmaqdan başqa çarəsi yox idi.
-Saat on üçün sənədlər əlimdə ordayam. Qalxa bilərik!
Kişi şəstlə ayağa qalxıb qədəhlərin böyrünə bükülü on manatlıq qoydu, əliylə ofisianta işarə edib dedi:
-Xırdası lazım deyil!
Ata-bala qapının ağzında elə mehribancasına sağollaşdılar ki, onları izləyən rəssam bu dəfə özünü SSRİ-nin beynəlmiləl vətəndaşı hesab edərdi.
Akif evə gələnədək bütün yolboyu bayaq beynində qurduğu mənzərəni görürdü: sevdiyi qız ərinin sinəsinə söykənib xoşbəxtcəsinə gülümsəyir. Bu kiçik kadrdan bir addım irəli-geri düşünə bilmirdi. Elə bilirdi ki, təkcə bu kadr onu həyata bağlaya bilər, təkcə bu beynində qurduğu bir ömrün bir neçə dəqiqəsi ona həyatında yeni bir cığır seçib irəliləməyə stimul verəcək. Hələ o qızın üzündəki xoşbəxt ifadə! Akif bu xoşbəxtliyə sevinə bilmirdi. Ona elə gəlirdi ki, bu xoşbəxtlik də o qızın özü kimi “həyasız”dı. Hə, “hə-ya-sız”! Öz çarpayısına uzananda da hələ “həyasız xoşbəxtlik” beyninin içində həzin-həzin yellənirdi. Əlini atıb beyninin içindəki bu yelləncəyi dayandırmaq imkanı olsaydı… Sadəcə yatmaq istəyirdi. Yatmaq.
-Akif, yatmamısan ki? -Anası hüznlü baxışlarını onun açıq pəncərəsində süzdürdü. Bu baxışlar Akifə yönələndə artıq hüznə məzəmmət də qarışmışdı. -Bu pəncərəni örtmək, siyirməsini çəkmək cəmi iki dəqiqənin işidi.-Yaxınlaşıb pəncərəni bağladı. Otaqdan çıxhaçıxda isə laqeydcəsinə dedi.-Sevilyadan məktub var ev telefonunun yaddaşında.
Akif əvvəlcə dondu. İllər əvvəl, Sevilya ərə getməzdən bir neçə ay öncə ev telefonlarının nömrəsini ona vermişdi. Hər axşam işdən evə gəlincə anası laqeydcəsinə eyni kəlmələri deyirdi: “Sevilyadan məktub var ev telefonunun yaddaşında”. Və bir gün Sevilya ərə getdi. O gündən Akif bir daha ev telefonlarının nömrəsini heç bir qıza, qadına vermədi. Sevilyadan gələn məktubları isə onun toyunun səhəri günü yaddaşdan təmizləmişdi. Və indi, anası həmin laqeyd ifadə ilə həmin sözləri demişdi.
Yüyürərək ev telefonunu sinəsinə sıxdı, diktofonun düyməsini basıb stulda oturdu. Diktofondan gələn səs beynindəki yelləncəyi dayandırmış, onu həyata bağlayacağına ümid etdiyi kadrı bəd rənglərlə boyamağa başlamışdı:
-Akif… Günahın hamısı səndədi, bilirsənmi? Bilirəm ki, səsimi eşidib ağlayacaqsan. Nolar ki, ağla. Hətta, ağlayaq. Gəl bir yerdə ağlayaq. Göz yaşlarının da təkliyinə qıymıram. Unutmamısan məni. Bilirdim unudulmayacağımı. Əlimi sənə tərəf uzatmağım buna görəydi. Sənin əllərimə sadəcə bir baxış göndərib getmən daha gözəl tabloydu. İmza yerində adım vardı. Hələ də var. Akif, bilirsənmi?! Bir ömür yaşaya bilərdik. Günləri bölə bilərdik məsələn: mənim çay dəmləməyimə, fincanlarımızın qoşa duruşuna, güzgü önündəki darağa eyni anda əl uzatmağımıza.Dalaşa bilərdik məsələn: sən analitik verilişə, mən tarixi filmə baxmaq istəyərdim. Amma olmadı. Sənin cəsarətsizliyin buna imkan vermədi. İndi də oturub həyasızcasına xoşbəxtliyinimi yaşayırsan? Yox! Bilirəm ki, yox! Çünki unudulmamışam! Varam və olacağam! Akif, biz bu dünyada hamıya, hər şeyə “hə” dedik. “Ailəmiz”-dedik, “cəmiyyətimiz”-dedik, “iş yoldaşlarımız”, “küçəlilərimiz”, “uzaq-yaxın qohumlarımız”-dedik… Təkləndik, “mən”-dedik, “sən”-dedik, ancaq “biz”-deyə bilmədik. Biz deyə bilmədik…
Akif telefon aparatı qucağında stuldaca oturub ağlayırdı. Anası isə onun kiçik biznesinə aid olan sənədlər əlində qarşısında dayanmışdı.
-Akif, sabah saat doqquzda Atatürk prospektindəki banka gedib sənin adına pul götürəcəyəm. Daha bu işi uzatmaq olmaz. Səidə müəllimənin qızı Nigara nişan aparmaq, havalar soyumamış toyu eləmək üçün beşcə min dollar pul lazımdı. Daha evlənməlisən, camaat nə deyər?!
Akif başını ağır-ağır qaldırdı:
-Hə, ana. Camaat çox söz deyər… Çoox… Hamı deyər, hamı! Təkcə… Təkcə, biz deyə bilmədik… Biz…
Gəncə
-
Şəfa VƏLİYEVA.”Ölü doğulan şeir” (Hekayə)
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısıBu gün üçün qurduğu planlar yaman çox idi. Təzə iş yerində aynaları silməli, iki qapı o yandakı köhnə iş yerində kitab rəflərini səliqəyə salmalı, bazara gedib rayona gəlin köçmüş qızı üçün bir “təkərək” əvəlik almalı, günorta evə qayıdıb oğlu üçün xəngəl bişirməliydi. Tələsirdi. Bu tələskənlik onun qanına hopmuşdu, həyat tərzinə çevrilmişdi. Yolda rast gəldiyi tanışlardan kimsə təngnəfəsliyinə irad tutanda bircə kəlməylə hər şeyin izahını verirdi:
-Yüyürürəm!
Hə, o yüyürürdü. Həyatın bu başından o başına yüyürürdü. Tanrının ovuclarında ona uzadılan ömür payından hərdən bircə barmaq dadırdı; bu “hərdən” adlı zamanın saçından ayırdığı üç tel üçcə an çəkirdi, bir şeir doğulurdu ürək sancısından. O sancını çəkmək vaxtı da fərqli ölçü-biçidəydi; bir il, beş ay, səkkiz gün, bircə an. Bir dəfə şeir doğulan anda “ürəyindən salıb çilikləmək” istəmədi, yüyürüb kiçik dolabın üstündəki boz qeyd dəftərini açdı, dəftərin bir tərəfinə söykənmiş qırmızı qələmi əlinə götürüb misraları kağıza əmanət etmək istədi. Açdığı vərəqdə bir neçə cümlə yazılmışdı: “Həyatım anamın hər təzə iş yeri tapanda sevinməsiylə keçdi. O sevinirdi…Mənsə, için-için ağlayırdım.” O gün şeiri ölü doğulmuşdu…
Təzə iş yerinin qapısına çatmışdı. İçəri keçib çantasını yumşaq kresloya qoyanda fikrindən keçənlərə gülümsündü:
-Çantam məndən urvatlıdı, gah çiynimdə nazlanır, gah kreslolarda xumarlanır. Mənim bu kresloda oturmağa da vaxtım çatmır.
Aynasiləni götürmək üçün içəri otağa keçəndə gözünə ilk dəyən döşəmə üstünə qoyulmuş Nizami Gəncəvinin “Sirlər xəzinəsi” kitabı oldu. Qeyri-ixtiyari aşağı əyildi, əlləri kitaba uzandı. İncə, ağ barmaqlar onun qabarlı əllərini qabaqladı, kimsə kitabı açdı. Yalnız indi belini dikəldib otağa nəzər saldı. İki gənc qadın üzbəüz oturub kitabı araya qoymuşdular. Biri kitabı açıb pıçıltı ilə oxuyurdu, o birisi isə doluxsunmuş halda sanki ürək əməliyyatından çıxmış sevgilisini gözləyirdi; onun ürəyində özünə qarşı bir hissin qalıb-qalmamağını yerişindən bilmək istəyirmiş kimi. Kitabı oxuyan başını qaldırıb əminliklə danışmağa başladı:
-Sənin bir sinif yoldaşın qız olub, o sənə yalan danışmağı öyrədib. Bir oğlan səni sevirmiş, ona ümid verib, aldatmısan. O oğlanın nəfsi var səndə. Evdə ananla mübahisəniz tez-tez düşür adamlarla bağlı, o deyir filankəslə danışma, sən bildiyini eliyirsən. Xülasə, ağıllı ol! Kitab belə deyir.
Daha burda dayanmaq istəmədi. Əlləri, ayaqları titrəyirdi, onun nəzərində kitab böhtan atılaraq günahsızca məhbəsə salınana bənzəyirdi. Aynasiləni götürüb cəld otaqdan çıxdı. Heç iyirmi dəqiqə çəkmədi ki, köhnə iş yerinin qapısı ağzındaydı, ordakı küskün “Sirlər xəzinəsi”ndən fərqli olaraq burdakı nazlı, işvəli kitabları sığallaya bilir, ürəklə qucaqlayır, ürəyi istədiyini evə aparıb axşamlar on-on beş dəqiqə vərəqləyə bilirdi; oxumağa vaxtı çatmırdı.
Burdakı işini də bitirib bazarın yolunu tutdu. Gedə-gedə də fərəhlənirdi, qızına əvəlik almağa pulu vardı. Havalar bir az soyuyan kimi, oktyabrdan başlayaraq ayda bir dəfə qızına əvəlik alıb göndərirdi. Bir dəfə bazarda əvəlik satan tanışı demişdi:
-Qızın rayonda olur axı, orda bu əvəliyi özü yığa bilmirmi ki, sən şəhərdən alıb göndərirsən?
Öncə sual ona qəribə gəlmişdi, tanışı düz deyirdi, lakin tezcə də doğruluğuna heç bir şübhəsi olmayan sözləri dilinə gətirmişdi:
-Qızım istəyir ki, əvəliyi ona anası alıb göndərsin!
İndi də bir “təkərək” əvəliklə qızına bir ürək sevgi, bir nəfəs istilik, bir əl qabarı halallıq göndərəcəkdi, həmişəki kimi. Birdən qulağına tanış səs gəldi:
-Deyir ki, nə çox gülürsən? Deyirəm ki, magistr oxumağa cəhd eləmişəm, alınmayıb. Deyir ki, çox gülmə! Deyirəm ki, ingilis dilini mükəmməl öyrənərəm ha!!! Kiriyib getdi. Ha-ha-ha…
Duruxdu. Bu səs, bu intonasiya, həyasızcasına çəkilən şaqqanaqdan ürpəndi. Dönüb səs gələn səmtə baxdı, zənnində yanılmamışdı. İki əliylə çantasını eşən, telefonu sağ çiyninə qoyub başını üstünə əyən qızı illərdi ki, tanıyırdı. Lakin illər əvvəl bu qız onun nəzərində ən saf, utancaq, güləndə dişləri görünməyən, yolun ortasında səsini yüksəltməyən, saçları palıdı, dırnaqları boyasız bir gözəl idi. Onda hələ kompüter kursuna oxumağa gələr, həyalı-həyalı barmaqlarını klaviaturaya toxundurar, kirpiklərini ürkək baxışlarının üstündən pərdə kimi asardı. Sonra bu qızı daha görmədi. Bir neçə ay öncə həmin kursun müəlliminə rast gəlmişdi. Müəllim kursun bağlandığından, işsiz qaldığından, iş axtarsa da tapa bilmədiyindən danışdı. Bir az dövrandan, zamandan, hətta insanların yadlaşmasından da bir-birinə giley etdilər. Sözarası yaddaşında kövrəklik rəmzi kimi qalan qızı da soruşmuşdu. Ona elə gəlmişdi ki, müəllim bu sualı eşidəndən sonra boyu kiçilmiş, gözlərinin ətrafında qırış çoxalmışdı. Müəllim təəssüf dolu səslə dillənmişdi:
-O yazıq da… Anası rəhmətə getdi, atası ikinci dəfə evləndi, analıq da qızı çöllərə saldı. O tində-bu tində iş axtarır. Görsən, tanımazsan… Yaxşısı budur, görmə heç… Görmə.
Onda müəllimin dediyi bu sözlərə fikir verməmişdi, əksinə, o qızı görmək istəmişdi. Bu gün, bu an isə bir heykəlin qarşısında donmuş kimi ayaqları yerə mıxlanmışdı. Matdım-matdım hələ də çantasını eşən qıza baxırdı; sarı saçlar, boyalı dırnaqlar, saxta, nəyinsə intiqamını alırmış kimi sinəparçalayan gülüş, yuxarı qatlanmış kirpiklər ona heç də tanış deyildi. Təkcə o cingiltili səsi tanıyırdı. O səs də ona çox uzaqdan əl sallayır, vida edirdi…Lap uzaqdan.. İllərin ömür-ömür yığaraq saxlanc etməyə apardığı xatirə faytonunun zınqırovlu atlarının ayaqlarından qalxan tozun içindən…
Nəhayət, başını aşağı salıb ağır-ağır bazara tərəf addımladı. Bir neçə dəqiqədən sonra bazarın qapısına çatanda Tanrının ovuclarındakı ömür payından bir barmaq da dadmışdı…
Gəncə
-
Cabir ALBANTÜRK.”Yuğlama”
Vətən taleyini “vecinə alma”,
Milli taleyini “düşünmə”, bala.
Yad-yağı düşməndən “öcünü alma”,
Arvadın olsa da “boşanma”, bala…
Yazın şerinizi ki, “yazı”nızdır,
Vətənin, Millətin “nicatı” sizlər.
Yeməyə şirinçay-şor bəsinizdir –
“Sevginin boyatı, dərdin təzəsi”.
Sizin “cihadınız” cığalı sözlər,
Çalıb-oxuyanlar məclis məzəsi… -
Cabir ALBANTÜRK.”Yalıncıq törəmələri gümüş olanda”
Özgələr bu xalqın dərdini “çəkir”,
Güya doğmadılar, sanki özdülər…
Üzlərindən bədlik, özgəlik səkir –
Arxada rişxəndlə dodaq büzdülər…
Məhrəm mövzularla şan-şöhrət əkir,
Döyüşmək gərəksə, xəstə qazdılar…
Ocaq qırağında yadlar kirlikir,
Sanki sonumuzu güdən gözdülər…
Türk görəndə titrəyənlər dirilib,
Bu xalqı əzməyə fürsət gəzdilər…28.12.2015
-
Rafiq ODAY.”Yaşadım”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalistDüz əlli il ömür adlı,
Kürkün içində yaşadım.
Apaydın səma altında,
Bürkü içində yaşadım.Xəbər yollayın Orxana,
Dünya özü bir zorxana.
Göz açandan nə qorxu, nə
Hürkü içində yaşadım.Ümidi üzdüm yaşadım,
Canımdan bezdim yaşadım,
Yaşadım, düzdü, yaşadım,
Sürgün içində yaşadım.Nə kimsəyə ərk eylədim,
Nə kimsəni görk eylədim,
Mənliyimi börk eylədim,
Börkün içində yaşadım.Yada tutdum neçə il yön,
Ümid çıxdı puça min yol.
Heç deməzsən neçə milyon,
Türkün içində yaşadım.Dost-doğma bildim müşkülü,
Sevdim-oxşadım püşkümü.
Ömür deyilən beş günü,
Bir gün içində yaşadım. -
Günel ƏLİYEVA.”Unudarmı heç”
Şagird
Günlər ötdü ,illər keçdi.
Nələr oldu ,nələr bitdi.
Hər xatirə gözəl idi.
Unutmarıq sizi ,müəllim!
Unutmayın bizi siz də.
Unutmayın bizi ,müəllim!Müəllim
Yağdı yağış ,qopdu tufan,
Həyat yolu çətin yaman.
Aman Allah ,nə tez ötdü,
Gəldi keçdi erkən zaman.
Kədər dolu bu ömürdə
Sevinc dolu xatirələr
Yaddaşlardan silinərmi?
Silinərmi ,söyləyin heç?
Ulduzlar səmanı,
Dəniz dalğalarını,
İnsan doğmalarını ,
Bir müəllim şagirdini
Unudarmı ,unudarmı heç?Şagird
Oxu deyə israr etdiz,
Həyat yolu əyri yoldur.
Bir gün əgər yıxılsaq biz
Qalxmaq üçün
Sözünüzlə ,kəlmənizlə
Doğruya aparan yolun
Elmdən keçdiyini dediniz.
Vədə gəldi ,vaxt yetişdi,
Biz gedirik indi, müəllim!
Unutmarıq sizi, müəllim!
Unutmayın bizi siz də
Unutmayın bizi ,müəllim!Müəllim
Məşəqqətli ömür yolu,
Kimi haqlı, kimi suçlu,
Soruşsalar bu ürəyim
Neçə -neçə sözlə dolu.
Mən şeir söyləyirəm,
Əziz şagirdim,
Görürsənmi ,mən danışdıqca
Gözlər dolur, kövrək olur.
Səncə ,duyğularla yaşanan bir ömürdə
Unutmaq bu qədərmi asan olur?
Tufan qopsun, külək əssin,
Qasırğayla əvəzlənsin.
Lap belə boran nəfəsimizi kəssin.
Ayrılıq daha da artırar
Sevgiləri ,inanın siz.
Bir müəllim şagirdini
Unudarmı ,unudarmı heç? -
Cabir ALBANTÜRK.”Beş hallı bayatı”
Əzizim, ağlamazdım,
Hər cövrə ağrımazdım.
Sənsiz elə dağıldım,
Qəhrindən ağlım azdı…Bu dərdi bölmək olmaz,
Bu dərdlə ölmək olmaz.
Dərdi bölünməyənin
Sonunu bilmək olmaz…Ağlama, gözəl, ağlama,
Gözünü yaşla bağlama.
Özünə dərd olan kəsi
Göz yaşınla ayaqlama…Göylərin ağlı qandı,
Buludlar ağlağandı.
Ürək yağışa vurğun
İndi gəl ağlı qandır…Xəyallara vəkildim,
Çəkilməmiş şəkildim.
Qırx il donduğum yerdə
Bu gün yanıb-töküldüm… -
Abdulla MƏMMƏD.”Ağla sətir-sətir məni
Küssə ocaq qoru yar tək,
Dərdim məni qoruyar tək.
Ya Rəbb, yarı qoru yar tək,
Gül yarıma yetir məni.Yar yolunda yorğun güləm,
Həsrətimə vurğun güləm.
Eşq bağında solğun güləm,
Dər, dərdimdən götür məni.Boğazımda qəmli yuxam,
Kim deyir ki, qəmlə yoxam!
Yaxalaşıb qəmlə yaxam,
Ağla sətir-sətir məni.Ürəyimi üzə-üzə,
Üzə durdu qəmim üzə.
Kəsilməmiş qənim üzə,
Gəl özümə gətir məni.Üstələsə gəda xanı,
Gəzməz Yusif Züleyxanı.
Qul olmayan nəfsə, hanı?
Üzür haram ətir məni.Gah başlara gül ələyən,
Gah qüssə, gah kül ələyən.
Ümidləri güllələyən
Bu dünyadan itir məni.Abdullayam sözü ağlar,
Gözümdə qəlb sözü ağlar.
Eşq alovum söz-söz ağlar-
Kərbəlada bitir məni!Azərbaycan.Quba.
15.06.2016. -
Rahilə DÖVRAN.”Dədə”
Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,Bir ömür sovurub versəm də yelə,
Yaş gəlib əlliyə çatsa da belə.
Atəşim,alovum dönsə də külə,
Zamanla alışdım,sönmədim,Dədə.Zəmanə çox çəkdi məni sınağa,
Şaşmadım həyatda heç sola-sağa.
Fələyin gözünə dik baxa-baxa,
Mən Haqqın yolundan dönmədim,Dədə.Atalar çox deyib :-“Zaval yox düzə.”
Peşiman olanlar vurarlar dizə.
Çoxlu nacinslərlə gəldim üz-üzə,
Mən haqlı olsam da dinmədim,Dədə.Haqqı,ədaləti satıb ucuza,
Hələ indi gedir çoxları duza.
Məni bənzədərdin hərdən ulduza,
Bil ki,səmalardan enmədim,Dədə.Səndən sonra qaldım tənha, dünyada,
Əvvəlki dostlarım salmırlar yada.
Qalsam da səhrada payi-piyada,
Namərd kəhərinə minmədim,Dədə. -
İltimas İSMAYIL.”Dünya”
Serseri rüzgarlar içten sarıyor
Dağıtıyor bizi parenk parenk
Dağlara, taşlara hızla çarpıyor
Kırıyor, döküyor param parça ediyor,
Ağaçlarda ki yaprak,
Ayaklarımızın altında ki toprak gibi ofalanıyoruz,
Koruyacak yürek kalmadı
Kollayacak vicdan olmadı
İnsan oğlu gülmedi.Bölündük, dağıldık, hırpalandık,
Dünyanın dört bir yanına serpildik
“Yardım et”sesleri Arşa yükseldi.
Dünya yardım etmiyordu,
Edemiyordu,
Edenlerin eli yetmiyordu,
Savruldukça sağa sola,
Yıprandık ezildik
Üzüldükce üzüldük.Dünyada ki güçlüler,
Çekti here bir tarafa,
Dertlerimiz kalktı rafa,
Sürenler sürdü sefa,
Mazlumlarsa cövrü cefa.Ah uçsuz bucaksız dünya,
Sonunda kim duracak yanında,
Hal kalmamış bak canında
Bir tarafında yılanlar,
Bir tarafında solucanlar dolaşıyor,
Emiyor kanımızı,
Ağlatıyor anamızı,
Alem kendi derdinde,
Yerin göğe faydası yok,
Kimi ekmek bulamazken,
Kiminin karnı doğuştan tok.Adaleti olmadıkça,merhameti kalmadıkça
İflah olur mu bu dünya,
Bizimkisi sadece rüya
Yüzümüz nasıl gülecek?
İnsanlar da yoksa haya,
Bir gün batacak dünya…
Şunu hiç unutmayın,
Dünyanın yakası bizde,
Sallanıyor elimizde.08.05.2016
-
Müzəffər MƏZAHİM.”Xanbulançay”
Biz gözəllik amanında,-
Göründü sübh dumanında,
Dan ulduzu Xanbulançay.
Gözəlliyi bir tamaşa,
Saflığından göz qamaşar,
Dağlar qızı Xanbulançay.
Gəlindir ağ cünasında,
Əks etdirir aynasında,
Yurdumuzu Xanbulançay.
Bürünübdür yaşıl dona,
Təbiətin biz insana
şirin nazı Xanbulançay.
Yol gəlmişik sorağında,
Qoy dincələk qucağında,
Bütün yazı, Xanbulançay.Buludlara səda düşdü,
Gözlərimiz oda düşdü,
Şimşəklərin çaxışından.
Xanbulançay açdı sinə,
Çimdi sevinə-sevinə
Baharın nur yağışında.
Bir an keçdi, güldü göylər,
Gözlərini sildi göylər,
Günəşin od baxışından.
Dəmirləşdi dizlərimiz,
Hey dincəldi gözlərimiz,
Bu gözəlin ağuşunda.
Ovçusudur könüllərin…
Yorulmadıq sahillərin,
Eniçindən-yoxuşundan.Ləpələri dil-dil ötər,
Sahilində bülbül ötər,
Çiçəklərin nəğməsini,
Pıçıldayar bu dağlara,
Suya dəyən budaqlara,
Diləklərin nəğməsini.
Heyran-heyran dinlədim mən,
Üzərindən əsib keçə
küləklərin nəğməsini.
Oxuyar boşalan, dolan,
Gözəlliyə məftun olan
Ürəklərin nəğməsini.
Sular körpə, dağlar beşik,
Həzin-həzun çağlar beşik,
Mələklərin nəğməsini.Ayrılığın vaxtı çatdı,
Sularına əl uzatdım,
Qəmli-qəmli dindi sular.
Vida deyib düşdük yola,
Gözlərimiz dola-dola,
Buludlara döndü sular.
Şahə qalxdı dalğa-dalğa,
Çırpındıqca dağdan-dağa,
Dedim, yarar bəndi sular.
Ayrılsaq da görüşərdək,
Sızıldayıb kövrək-kövrək,
Yatağına sindi sular.
…Duman kimi hey əriyir,
Həzin-həzin nəğmə deyir,
Xəyalımda indi sular.1988-Lənkəran
-
Fidan ABBASOVA.”Dünyanın sən adlı yeri olsaydı”
Dünyanın sən adlı yeri olsaydı
qaçardım baş açıq, ayağı yalın
Desəm dayan zaman bir an dursaydı
ən yaxın zamansa mənimçün yarın….Nə indi gözümdə dəyişəcəksən
nə də ki dünənim dəyişəcəkdir
mən hara gedsəmdə sən mənimləsən
unutmaq isdəsən birləşəcəkdir.Barı öz dərdimi çəkim sən Allah
məni öz dərdinə ortaq eyləmə
sevgi insan üçün olsada dayaq
bir gün sevdiyini inkar eyləmə…Vədəsi boş olan sözə bənzəyib
kəsəri az olan cümləyə dönmə
ruhumu o yalan sözlə bəzəyib
bir şama çevrilib əriyib yanma..Dünyanın sən adlı yeri olsaydı
qaçardım baş açıq ayağı yalın
ürəyim həsrətdən elə yanıb ki
çevrilib büsbütün daşdanda qalın..Fidan incə ruhun hara gedibdir
sən onu sabahada axdarama daha
ömürü sevginə əsir edibdir
çevirsən sərt üzü özündən baha….. -
Fidan ABBASOVA.”Bir yol çıxdım sonu bəli gedirəm”
Bir yol çıxdım sonu bəli gedirəm
bu minvalla hara çatır əllərim
elə bilki ilk günki tək sevirəm
boğur məni sənsiz qalmış gözlərim…Darıxanda xəyalını qucuram
dalıb gecə sükutunu pozuram
min xəyallar arasında azıram
həsrət çəkir sənsiz qalmış gözlərim…Duyğularım dara çəkir qəlbimi
uca tanrı gözəl yazıb ömrümü
tuta bilsəm soyuq buz tək kölnümü
acı acı sıızldadır gözlərim..Dərdi verən dərmanını verərmiş
sevgi üçün yollara gül sərərmiş
çox sevginin özü belə zərərmiş
indi acı kəsər olub sözlərim…Darıxıram , boşluğunda ağlaram
hicran yükü ağır gəlir bağlaram
mən dərd ilə daşalaşmış bir dağlaram
taqətsizdir sənə gedən dizlərim..Fidan könül sarayında tək tənha
bir gün yoxsan bir güün olaram sanma
mən sevmişdim sevəcəkdim bax amma…
sənsizlikdə ağlar qaldı gözlərim….. -
Şəhla RAMAZANQIZI.”“Yarım”-deyib seçdi, canım”
Sənin kasıb olduğunu
Tənə ilə vuran oldu,
Məhəbbətin yollarında
Önümüzdə duran oldu.Bizim təmiz hislərimiz
Sınaqlardan keçdi, canım.
Səni qəlbim milyonlardan
“Yarım”-deyib seçdi, canım.Hər kəs bilir ürəyimin
Ritmini sən dəyişmisən.
Hədiyyə verəndə Tanrım,
Mənə hədiyyə düşmüsən.Duyğuları öldürməyə
Kimsələrin gücü çatmaz
Ürəyimdə təkcə sənsən,
Gözlər kimsəni aldatmaz. -
Şəhla RAMAZANQIZI.”Ayrılıq Küləyi”
Nə üçün sevgimizə dəydi ayrılıq küləyi?
Qapımı, pəncərəmi döydü ayrılıq küləyi.İnlətdi duyğuları Habilin kamanı kimi,
Zərif eşq pöhrəsini əydi ayrılıq küləyi.Sovurdu, səpdi qəlbə kül olmuş xəyallarımı,
Hər şeyi tərs çevirdi nəydi, ayrılıq küləyi?!Həsrəti, intizarı səpdi yollarım uzunu,
Bu əməlilə özün öydü, ayrılıq küləyi.Kim buna rütbə verib, incidir aşiqləri çox,
Elə bil Şəhla quldu, bəydi ayrılıq küləyi!! -
Şəfa VƏLİYEVA.”Qapı acıq, taybatay”
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısıQapı acıq, taybatay,
Getmək ürək istəyir.
Bax bu il… elə bu ay
Ölmək ürək istəyir.Ölməyə söz vermirəm,
Gedirəm… bax, gedirəm.
Sənə vida etmirəm,
Dərdə qonaq gedirəm.Gedişlər möhtəşəmdi,
Yola salan sağ olsun.
Dilimdə pörşələndi,
Burax, sözüm dağ olsun.Könlünə xoş gəlmədim,
Yolum uzağa düşdü.
Mən səni tərk etmədim,
Səndən qabağa düşdüm. -
Şəfa VƏLİYEVA.”Duman-duman çəkilir ey…”
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısıBaşımdan sevda havası
Duman-duman çəkilir ey…
Kədərlə sevinc davası
Baxış-baxış sökülür ey…Ey… bəxti olmayan sevdam,
Xoşuna gələn bəddimi?
Ey… yoxluğuyla ovudan
Hisslərimin sərhədini…Yox-dediyin əbədi Var!
Var-dediyin könlü yıxar.
Adında eşq məbədi var,
Əlim günbəzinə qalxar… -
Gülnarə İSRAFİL.”Özüm gedərəm”
Sən getmə, əzizim, özüm gedərəm,
Yollar ayağımın həsrətindədi.
Getmisən, yamanca qəribsəmişəm,
Bu hikmət dizimin əsməsindədi.Səni soruşuram, yollar lal olur,
İzini gəzirəm, izin qar olur.
Nəfəs alammıram, köksüm daralır,
Nəfəsim izinin kəsməsindədi.Sən getmə, dön geri, özüm gedərəm,
Yoluna səcdələr düzüm, gedərəm.
Çökərəm diz üstə dizin gedərəm,
Sevgin dizlərimin gəzməsindədi. -
Gülnarə İSRAFİL.”Gözüməmi düşüb gözünün izi”
Gözüməmi düşüb gözünün izi,
Elə bil üzümdən yad külək ötüb.
Ağrılar süzülüb dodaqlarından,
Gözümün yaşını sərt külək öpüb.Nə vaxtsa ayrılıq ümidi gəlib,
Nə vaxtsa firtına itirib məni.
Nə vaxtsa ömrümə bahar ələnib
Çəməndə, bağçada bitirib məni.İndi isti anım, sazax anımdı.
Sakitcə meh əsib üşüdür hərdən.
Demə könül evim yasaxlanıbdı,
Göylərə qaldırır, düşürür hərdən. -
Vüsal YURDOĞLU.”Duyursanmı məni?”
Gecə…
Yağış yağır…
Uzaqlardasan…
Duyursanmı məni?
Hardan duyasan?!
*****
Gecə… Hüzn dolub boş otağıma.
Yenə gözüm yolda, səni gözlərəm.
Səslərəm, xəyalın gəlməz yanıma,
Dərdimi içimdə necə gizlərəm?!
*****
De gülüm, hardasan?… Bu gecə vaxtı,
Bəlkə, telefona dikilib gözün?!
Nə deyə bilərəm?… Çətin həyatdır,
Bəlkə, sən deyəsən, qalıbsa sözün?…
*****
Demə!…, Heç danışma, yağışı dinlə!
Yenə sevdiyini gətirmə dilə!
Əgər xoşbəxt isən məndən uzaqda,
Mən də yaşayaram sənsizliyimlə!
*****
Gecə izləyirəm mavi Xəzəri,
O köhnə limanda işıqlar yanır,
Xatırlayıb səni, sənli günləri,
Ruhum tənha yatır, tənha oyanır…
*****
Düşür göydən yerə kədərim, qəmim,
Səhər açılmasa yağış dayanmaz…
Xeyir donu geymiş hədərim mənim,
Çıx get… get ağlımdan, burda dayanma!
*****
Gecə…
Yağış yağır,
Uzaqlardasan.
Duyursanmı məni?
Hardan duyasan?! -
Vüsal YURDOĞLU.”Sənin üçün…”
Qəm yemə gəl ömür boyu,
Dama-dama dolar quyu.
Axmasın gözünün suyu,
Mən axaram sənin üçün!Vəfa etməz ömür bizə,
Heyfslənməz eşqimizə.
Qıfıl vursa bəxtimizə,
Mən açaram sənin üçün!Sən sevsən də, sevməsən də,
Sevgi nədir bilməsən də,
Həsrətimdən ölməsən də,
Mən ölərəm sənin üçün!İmtahan et, məni yoxla,
İşim yoxdur acla, toxla.
Dərdi, qəmi mənə saxla,
Mən bölərəm sənin üçün!Çağırsam, gəlmə görüşə,
Sevgim düşər dilə, dişə.
Ehtiyac yox nəvazişə,
Mən sevərəm sənin üçün!Bəxtim sənsən, taleyim sən,
Mən Bakıyam, küləyimsən.
Həyat eşqim, mələyimsən,
Yaşayıram sənin üçün! -
Rafiq ODAY.”Dur, atına süvar ol”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalistBu yolun taleyilə
Ötən barışa bilmir.
Bir yanıqlı ney kimi
Tütən barışa bilmir.
Ondan üz çevirənlə
Vətən barışa bilmir.
Nakəslə, naxələflə
Sən də barışma, könül.Qoşun-qoşun düzülən
Bu qədər dərd bizimdi.
Qurşun-qurşun üzülən
Bu qədər mərd bizimdi.
İçində dərd gəzdirən
Bu qədər fərd bizimdi.
Sağaltmaz bu dərdləri
Bayatı, qoşma, könül.Bu ümid qalasının
Açarı məndə deyil.
Kim salıb məni görən
Bir belə bəndə deyir.
Tanrısına ağ olan
İmanlı bəndə deyil,
İmansızdan kənar gəz,
Dinsizdən haşa, könül.Sıxmaqdan bir kar aşmaz
Gözümün qorasını.
Sən özün tapmalısan
Dərdinin çarasını.
Lənətləmək gərəkdir
Ağını, qarasını.
İlan elə ilandı
Gördün bas daşa, könül.Qarabağ əldə deyil,
Turanın söhbəti var.
O xanəsi əzəldən
Viranın söhbəti var.
Cəm olmağa nə var ki,
Bir anın söhbəti var.
Bənddir bir haya ellər,
Bənddir bir marşa, könül.Daha yetər, qardaşım,
Savalanda yatdığın.
Dədə-baba yurdundan
Qovulanda yatdığın.
İllərdi döyülməyən
Davulunda yatdığın.
Dur, atına süvar ol,
Qılıncı qurşa, könül.





















