Post Views: 34 Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan Xoş günlərin getməz müdam xəyalımdan Azərbaycan Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə Abad olub, azad olub, mülkü-İran, Azərbaycan Bisütuni-İnqilabda Şirin-Vətən üçin Fərhad Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan Vətən eşqi …
Avqust 6, 2014
Məmməd ARAZ.”Ayağa dur, Azərbaycan!”
Post Views: 36 Nə yatmısan, qoca vulkan, səninləyəm! Ayağa dur, Azərbaycan, səninləyəm! Səndən qeyri biz hər şeyi bölə billik! Səndən qeyri biz hamımız ölə billik! Bu, Şəhriyar harayıdı, Bu, Bəxtiyar harayıdı! Hanı sənin tufan yıxan, Gurşad boğan yurda oğul oğulların! Qara Çoban, Dəli Domrul oğulların. Çək sinənə-qayaları yamaq elə, Haqq yolunu ayağına dolaq elə, Bayrağını …
Səməd VURĞUN.”Azərbaycan”
Post Views: 42 El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən, Anam doğma vətənimsən! Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan! Mən bir uşaq, sən bir ana, Odur ki, bağlıyam sana, Hanki səmtə, hanki yana Hey uçsam da yuvam sənsən, Elim, günüm, obam sənsən! Çox keçmişəm bu dağlardan, Durna gözlü bulaqlardan! Eşitmişəm uzaqlardan Sakit axan arazları, Sınamışam …
Süleyman RÜSTƏM.”AZƏRBAYCANA GƏLSİN”
Post Views: 46 Vətənimin seyrinə çağırıram elləri, Sərvət görmək istəyən Azərbaycana gəlsin! Bəzənib başdan-başa şəhərləri, kəndləri Cənnət görmək istəyən Azərbaycana gəlsin! Qanımızda dövr edən sədaqətdir, sədaqət, Günəşdən də parlaqdır gözümdən bu həqiqət. Dostuna, qardaşına təmənnasız məhəbbət, Hörmət görmək istəyən Azərbaycana gəlsin! Gözəlliklər Vətənə gözəllərindən gəlir, Dostluğun-qardaşlığın təməllərindən gəlir, Könüllərin nıüqəddəs əməllərindən gəlir, Qüdrət görmək istəyən …
Əziz MUSA.”Əsgərim” (Yeni şeir)
Post Views: 33 Qan ağlayır, ağı deyir bulaqlar, Yol gözləyir o dərələr, o dağlar. Səbrin də bir hüdudu var, həddi var, Düşmən üstə şir tək yeri, əsgərim, Qarabağı qaytar geri, əsgərim. Yad əlində əsir qalan Vətən var, Bu savaşda neçə ölən-itən var. Yurd uğrunda şəhid olub oğullar, Çatdır bizə xoş xəbəri, əsgərim, Qarabağı qaytar geri, …
Məhərrəm CƏLİLABADLI.”Haqqın dərgahına qalxdı Şəhidlər!” (Yeni şeir)
Post Views: 36 Qoparmayın şəhid adlı yaramı, Düşmənlər duymasın, bu fəryadımı. Bilmirəm sevinim ya ağlayımmı, Adın tarixlərə, yazdı şəhidlər, Haqqın dərgahına, qalxdı şəhidlər! Ay ana, saçını dərddən ağartma, Gəlib gedənlərdən oğlunu sorma. Qara bəxtim deyib, yanma-alışma, Adın tarixlərə yazdı şəhidlər, Haqqın dərgahına qalxdı şəhidlər! Həyatda candan şirin deyin nə var? Şirin candan keçdi, vətənçün onlar. …