Post Views: 71 Baştan Ayağa Yareyim ( Gel gör beni aşk neyledi ) Gönlüm düştü bu sevdaya Gel gör beni aşk neyledi Başımı verdim kavgaya Gel gör beni aşk neyledi Ben yürürüm yana yana Aşk boyadı beni kana Ne akilim ne divane Gel gör beni aşk neyledi Mecnun oluben yürürüm Dostu düşümde görürüm Uyanır melul …
Avqust 2014
Kənan AYDINOĞLU.Yeni şeirlər
Post Views: 39 HƏM YUNUSSUZ, HƏM RUMİSİZ DÜNYADA Necə qəlbim alışmasın, yanmasın?! Necə qəlbim ömrü suçlu sanmasın?! Necə qəlbim tək Allahı anamsın?! Həm Yunussuz, həm Rumisiz dünyada?! Ustadlara mən ehtiram bəslədim, Cavanları Haqq yoluna səslədim. Həsrət çəkib mən Mehdini gözlədim,- Həm Yunussuz, həm Rumisiz dünyada! Dərinkən bir fəlsəfəni anladım, Günahlardan öz-özümü danladım, Həzin-həzin nəğmələrin dinlədim,- …
“AYBkitab.az” saytının təqdimat mərasimi keçiriləcək
Post Views: 73 10 sentybar 2014-cü il tarixdə, saat 14:00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “AYBkitab.az” saytının təqdimat mərasimi keçiriləcək.Layihənin rəhbəri Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gənclər Şurasının sədr müavini Xəyal Rzadır. İştirak etmək istəyənlər dəvətlidir.Kütləvi informasiya vasitələri də iştirak edəcək. Qeyd edək ki, AYBkitab layihəsi yeni kitabların nəşri, təqdimatı, online satışı üçün nəzərdə …
“Gənc Ədiblər Məktəbi”nin növbəti toplantısı keçiriləcək
Post Views: 39 Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nə istinadən yaydığı məlumata görə, yaxın günlərdə “Gənc Ədiblər Məktəbi”nin növbəti toplantısı keçiriləcək. Toplantıda “Gənc Ədiblər Məktəbi”nə yeni üzvlər qəbul olunacaq.Tədbirin Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda keçiriləcəyi gözlənilir. Qeyd edək ki, “Gənc Ədiblər Məktəbi” …
AYB-yə yeni katib təyin olundu
Post Views: 34 29 avqust 2014-cü il tarixdə Azərbaycan Yazıçılar Birliyində növbəti toplantı keçirilib.Toplantıda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qoca, Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid və digər qonaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin sədri Anar tədbir iştirakçıları …
Vüqar Əhmədin yeni kitabı işıq üzü gördü
Post Views: 45 Şair,nasir, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin növbəti əsəri barədə isti-siti məlumatı oxuculara təqdim edir. Qeyd edək ki, bu əsər 31-cu kitabı və üçüncü romanıdır. Əsər üç hissədən ibarət trilogiyadır. Vüqar Əhməd bu əsərdə Şah İsmayıl Xətainin dövründən günümüzə qədər, təxminən 500 illik bir dövrü əhatə etmiş, Azərbaycan xalqının etnogezində iştirak edən, …
Fidan ABBASOVA.”Min ümidim, dərgahım var…” (Yeni şeir)
Post Views: 61 Qara bəxtə ağ yazmayan, İlk eşq üçün yas saxlayan Körpə kimi hey ağlayan Ümidün ona bağlayan Bir kimsəm yox , Allahım var Min ümidim, dərgahım var…. Səfi düzə çevirən o Dərdi sevinc edəndə o Susuz səhra yaradan o Onsuz həyat sevgisi yox Amma mənim Allahım var Min ümidim, dərgahım var…..
Əlirza HƏSRƏT.”Ağlatdın sən məni adına layiq…” (Yeni şeir)
Post Views: 45 Xəstəlik səninlə qol-boyun olub, Xoşbəxt eyləmisən bu çarpayını. Gözün xəstəxana divarlarında,- Axtarır bir ömrün ümid payını. Səni görməmişdim belə pərişan, Bu sinə dağımda qar uçqunu var. Düşüb kəməndinə baxışlarının,- Ürəyim ən rahat yastığın olar. Cənnət bağçasısan bu nişanda sən, Nəfəsin gül açıb,baxışın çiçək. Belə soyuq dəyər sənə ,gözəlim,- Sevən ürəyimi al üstünə …
Əlirza HƏSRƏT.”Zirvəyə baxmağa söz yadırğayıb” (Yeni şeir)
Post Views: 35 Hey sözsüz yerindən oxudum deyə,- Dilim bu nəğməyə tez yadırğayıb. Daha baxışımdan daldalanmağa,- Adına çıxdığım qız,yadırğayıb. Könül uduzdusa eşq savaşında, Hicran şirinləşər hər göz yaşında. Adam isitməyə ocaq başında,- Qaralan kül altda köz yadırğayıb. Kəsmək də bilmir ki bu qar haçandı, Ləngiyir ömrümə bahar haçandı. Duman içindədir dağlar haçandı…, Zirvəyə baxmağa göz …
Azərbaycanın ən məşhur rus dilli qəzeti olan«Зеркало» qəzetinin nəşri dayandırıldı
Post Views: 49 27 avqust tarixində ən məşhur rusdilli qəzet olan «Зеркало» və «Айна» qəzetlərinin baş redaktoru Elçin Şıxlinski redaksiyanın kollektiv heyətini toplayaraq, onlara daha qəzetin nəşrinin dayandırıldığını bildirib.Bundan əlavə o qeyd edib ki, özü də jurnalistlikdən uzaqlaşır. Səlahiyyətli mənbələr bildiriblər ki, 2005 – ci ildə parlament seçkilərindən sonra hakimiyyət Şıxlinsikiyə «Зеркало» qəzetinin hökumətyönlü etməyi …
Vüqar Əhmədin yaradıcılığının 30 ili tamam olur
Post Views: 53 Tanınmış şair Vüqar Əhmədin yaradıcılığının 30 illiyi tamam olur. Vüqar Mikayıl oğlu Əhməd 1963-cü il aprel ayının 17-də Bakı şəhərində hərbçi-dənizçi, ziyalı ailəsində anadan olub. Əslən soykökü – şəcərəsi Sultan Əhməd xanədanına mənsubdur. Babası doktor Kərbəlayi Mirmahmud Bəy Pirşağıda,babası həm doctor, həm də ilhiyyatçı Məşədi Soltan Əhməd Bakıda, ana babası ictimai xadim …
Azərbaycanlı müğənni BMT-nin elçisi təyin olundu
Post Views: 29 Azərbaycan əsilli məşhur britaniyalı bəstəkar-müğənni Sami Yusuf BMT-nin Ərzaq Proqramının aclıqla mübarizə üzrə elçisi təyin olunub. BMT İnformasiya Mərkəzinə istinadən bildirir ki, S.Yusuf uzun müddət Ümumdünya Ərzaq Proqramının fəaliyyətini dəstəkləyib və albomlarının satışından əldə etdiyi gəlirlərlə ehtiyacı olanlara ərzaq yardımı çatdırılması əməliyyatlarını maliyyələşdirib, BMT əməkdaşları ilə birlikdə Misir və İordaniyada suriyalı qaçqınlara …
Gənc yazar haqqında yeni saytın istifadəyə verilməsi nəzərdə tutulub
Post Views: 34 Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalına istinadən yaydığı məlumata görə, yaxın günlərdə Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlu haqqında yeni saytın istifadəyə verilməsi nəzərdə tutulub.Layihənin rəhbəri Gündəlik İnformasiya Agentliyinin Direktoru Kamran Murquzovdur. Əsas məqsəd gənc yazarın bu günə qədər …
Fidan ABBASOVA.”Bəlkə də gördüyüm yuxu deyilsən…” (Yeni şeir)
Post Views: 57 Sonsuz ümüd kimi doldun gözümə uğurlu yol bilib düşdüm izinə bir halal ocağın yanmış közünə bənzəyir gözlərin , əllərin və sən bəlkə də gördüyüm yuxu deyilsən….. Sıxır boğazımı acı bir qəhər dözürəm bunada yenə birtəhər ayılıb görərkən səni hər səhər üzündə bir gülüş gözlərin və sən bəlkə də gördüyüm yuxu deyilsən…. Tutub …
Debüt: Teymur HƏBİBİ (Gürcüstan Respublikası).Şeirlər
Post Views: 45 Teymur HƏBİBİ (Teymur Bayramov Rzaqulu oğlu) 9 iyul 1986-cı ildə Gürcüstanda – Qarayazı mahalının Ağtəhlə kəndində ziyalı ailəsində anadan olub. Ailənin ikinci övladıdır. 1989-cu ildən ailə üzvləri ilə birlikdə Bakıda yaşayır. Erkən yaşlarından ədəbiyyata sevgisi olan Teymur şeir, sənət ocağının qoynunda böyüyüb. Ona bu istedad soykökündən, hələ məktəb illərindən müxtəlif mövzularda şeirlər …
Debüt: Günel XƏZAN (Salyan).Köşə yazısı
Post Views: 47 Günel XƏZAN (Yəhyayeva Günel Nazim qızı) 1995-ci il iyul ayının 14-də Salyan rayonunda anadan olub.2000-ci ildə A.Pənah adına 1 saylı Humanitar liseyinə daxil olub.2012-ci ildə həmin liseyi bitirib.2014-cü ildə Bakı Asiya Universitetinin Tarix fakültəsinə qəbul olub.2014-cü ildən Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinidir. * * * …
Hüseyn ARİF.Şeirlər
Post Views: 122 BİR “DOSTUM” DA VAR Dostlar arasında bir “dosdum”da var, Heç vaxt beləsilə zarafat olmaz. Nə qədər ad alıb, nişan qoparda, Yenə dirsəklənib, o rahat olmaz. “Xeyirxah” lələsi düşüb get-gələ, Çoxların tovlayıb, salıb əngələ, Şöhrət dəlisinə deyən yox hələ Belə mükafatdan mükafat olmaz! Ey Hüseyn Arif, həyat həyatdı, Ömür müvəqqəti, gün amanatdı Müdrik …
Debüt: Təhməz ZABİT (Salyan).Yeni şeirlər
Post Views: 83 Təhməz ZABİT (Əlizadə Təhməz Zabit oğlu) 1993-cü il sentyabr ayının 1-də Salyan rayonunun II Varlı kəndində anadan olub. 1999-2004-cü illərdə II Varlı, 2004-2008-ci illərdə I Varlı, 2008-2010-cu illərdə M.İsmayılov adına Yolüstü kənd orta məktəblərində təhsil alıb. 2010-2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının “Azərbaycan dili və Ədəbiyyatı” fakültəsində bakalavr dərəcəsi üzrə ali …
Nəcibə İLKİN.Yeni şeirlər
Post Views: 47 BU YAĞIŞ Döyür pəncərəmi payız yağışı, Dəli sevgimizin göz yaşı kimi, Səni arzulayır kövrək baxışım, Neçə min illərin sirdaşı kimi. Elə möhtacam ki, bax bu an sənə, Qəlbimin ağrısın yağış da duyur. Səngimək bilməyə bu yağış yenə Bəlkə sevgimizin günahın yuyur. Həsrət ünvanlıdı, vüsal gileyli, Mənə gizli-gizli baxan bu yağış. Baxışı Məcnundu, …
Hikmət MƏLİKZADƏ.Yeni şeirlər
Post Views: 42 Azərbaycan Yazıçılar və Jurnalsitlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü. *** Torpaqdı, – sonunda bir ovuc küldü, Nəyinə gərəkdi ad, qəbirlərin? Ölmə, qəbrin üstə bir gül bitər ki, Sevdası titrəyər yad qəbirlərin. Başını dik saxla düz ağac kimi, Heç kim köç aramır yolun altında. Gedəndə, elə get, büdrəmə, yoxsa, Üç …
Rafiq ODAY.”Ali Baş Komandanım” (Şeir)
Post Views: 36 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, “Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru, “Azərikimya” İstehsalat Birliyi Mətbuat xidmətinin rəhbəri, AYB və AJB üzvü, şair-publisist, «Qızıl qələm», «Həsən Bəy Zərdabi» və «Qafqaz Media» mükafatları laureatı Bütün türk dünyasının gözü dikilib sana, Türk dünyası bir yana, Azərbaycan bir yana, Yüz milyonluq millətə Azərbaycan …
Ruslan Dost ƏLİ.”Uşaqlıq himi” (Yeni şeir)
Post Views: 47 Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü hərə bir züm-zümə edir keçmişdən, hərə içində bir bəstə saxlayır. məni bu od-ocaq qızdırmır daha, məni xatirələr isiti saxlayır. gəlib məhləmizdə az tutmayıblar, qızlar gəlinciyi, donu əlimdə. mən də böyüməyə tərəf qaçardım, qarqı atım vardı, onun belində. gedib kitablarda quş axtarardım, rəsm dəftərimə şəkil çəkməyə. “klas”a …
Doğum gününüz mübarək!
Post Views: 36 Elməddin Nicat 1982-ci il avqust ayının 23-də Kəlbəcər rayonunun Zeylik kəndində anadan olub.1999-2003-cü illərdə Gəncə Dövlət Universitetinin Tarix fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2007-ci ildə ailə həyatı qurub. 2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür. Şeirləri müxtəlif mətbu orqanlarda, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.”Dağlar, yuxunuz çin …
Qabil ƏDALƏT.Yeni şeirlər
Post Views: 47 * * * Gecə telefonda, başımı başına söykəyib, dərdlərindən aldığım payımı başımın altına qoyub, səsindəki təbəssümə bürünüb, ümidimi qucaqlayıb yatdım. Qoparıb ruhumu bədənimdən sənə sarı gəldim. Sevginlə məst idim bir az dumanlı… Əllərim uzalı qalmışdı saçlarına gecə gözlüm… Ümidlərim qucagı boş qayıtmışdı qoynuma. Bu gecə də telefondan nefes kimi asıldım. Günəş yavaş …
Əbil HƏSƏNOV.”Ananın fəryadı” (Hekayə)
Post Views: 58 Ananın övladları neçə illər idi ki,əsirlikdə idilər.Özü isə yarımcan idi.Bədənini bir hissəsi düşmən gülləsinə tuş gəlmişdi.Ancaq buna baxmayaraq, çətinliklə də olsa da,düşmən əlindən sağ salamat çıxarmış oğlanlarını böyüdürdü ki,onun qisasını alsınlar,əsirlikdə olan bacılarını xilas edib,düşmən tapdağında olan torpaqlarımızı azad etsinlər.Oğlanları böyüdükcə ana daha da sevinirdi.Axı necə sevinməsin ki,qisas günü yaxınlaşırdı.Oğlanları tərbiyəli, mərifətli …
Qazax rayonunda M.P.Vaqifin yaradıcılığına həsr olunmuş tədbir düzənlənib
Post Views: 34 22 avqust 2014-cü il tarixdə Qazax rayonunda Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi Barat Vüsalın təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Molla Pənah Vaqifin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri Barat Vüsal ilk növbədə tədbir iştirakçılarını salamlayıb, sonra isə …
“Azərbaycanımın Qəhrəman qızı”
Post Views: 34 Adınla yaşayıram Pəncərəmi sənin, Əlinlə döyür külək. Taqqıltı eşidəndə, Yamanca ovunuram. Tələsik addımlarla, Gedib qapıya tərəf. Sənin yerişin sanıb, Özümü unuduram.. Qayıdıb asta-asta, Üz-üzə dayanıram, Şəkillə, gəlmək üçün. Sənsizliyin içində, Səninlə ölmək üçün. Gecənin qaranlığı, Sarılır otağıma. İsti, ilıq nəfəsin, Baş qoyur yatağıma. Hər otağın küncündə, Xatirələr bağırır. Günümə, saatıma, Dəqiqəmə dağılır. …
Tural ADIŞİRİN.Yeni şeir
Post Views: 38 Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü * * * O göyçək əlindən tutmağım çətin- öz evin,öz süfrən,çörəyin-duzun… Mənim ürəyimdə sənin həsrətin, Sənin qucağında-körpəcə qızın… Bir nazlı ayrılıq əlində şərbət, Qapım bağlanandan qapımı döyür. Mənim nəfəsimlə bir lal məhəbbət, Sənin nəfəsinlə bir qız böyüyür. Sənin işığından umacağım yox, O körpən gülürsə-dünya gözəldir Mənim …
“Mənim qəhrəmanim”
Post Views: 34 Bir universitetdə praktika keçirdim, dərs deyirdim. Eyni semestrdə həm mühazirə, həm seminar dediyim bir qız tələbə diqqətimi çəkməyə başlamışdı. Çox gözəl idi, qeyri-ixtiyari ona baxırdım, çox çalışqan idi, bütün imthanlarda ən yüksək qiyməti o alırdı. Həm də çox xanım xarakterli idi. Bir gün təsadüfən qızı nişanlısı ilə gördüm və boynuma alıram, ilk …
Gündüz SEVİNDİK.”Şeirimizdən, türkümüzdən savayı?” (Yeni şeir)
Post Views: 38 Kara gəlməz bu gördüyüm röya da, Bir balığam, səbr udmuşam dəryada… Bizdən sonra nə qalacaq dünyada, Şeirimizdən, türkümüzdən savayı? Bir sevginin qaldı ahı ortada, Mən adlı bir nökər-şahı ortada… Nə yaşadıq? Nə var axı ortada – Tənəmizdən, ərkimizdən savayı? Çılğın könül ülvi eşqin odası, Nə uzaqmış bu Məhəbbət Adası?… Mənim üçün bu …
Doğum gününüz mübarək!
Post Views: 34 Səbinə Dəniz (Məmmədova Səbinə) 1989-cu ild avqust ayının 21-də Sumqayıt şəhərində anadan olub.1996-cı ildə Sumqayıt şəhər 26 saylı orta məktəbinə daxil olub.2007-ci ildə həmin məktəbi bitirib.2008-2012-ci illərdə Azərbaycan Universitetinin filologiya fakültəsində ali təhsil alıb. Universitet illərindən başlayaraq dövri mətbuatında yazıları çap olunur. Həmçinin əməkdaşlıq etdiyi “168 saat” qəzetində araşdırma və başqa türlü …
Hikmət MƏLİKZADƏ.”Ömrün payız sehri” (Məqalə)
Post Views: 39 Azərbaycan Yazıçılar və Jurnalsitlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü. Bizə elə gəlir ki, tale izharları yaradıcı şəxs üçün həyat qayəsidir; çünki zamanın əks etdirdiyi həqiqətlər bu tipiklikdə real qiymətini alır. Buna görə həyata bağlılıq insan düşüncəsində əsas yerlərdən birini tutur. Zənnimizcə, şeirlərinin hamısında vətən, yurd sevgisi sərgiləyən, oxucularına bütün …
Hikmət MƏLİKZADƏ.”Vaxtsızlıq və vaxt təzahürü” (Məqalə)
Post Views: 41 Azərbaycan Yazıçılar və Jurnalsitlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü. Ənənəvi-modern üsluba sirayətetmə bir çox qələm sahibinə yeni ədəbi meyllərə çıxış üçün belə deyək, bir zəmin yaradır. Duyğusal-ruhsal əhatədə ovqatdəyişmə məğzlərinə xüsusi önəm verən istedadlı şair Xatirə Fərəcli də bu ədəbi missiyanın önündə gedənlərdəndir. Səmimi deyək ki, Xatirə Fərəclinin şeirlərində …
Tural SAHAB.”Sevginin şeirini yazacam mən” (Yeni şeir)
Post Views: 34 Sevginin şeirini yazacam mən inanmadığınız istəmədiyiniz gizli- gizli yandığınız sevginin bir dəstə sevgi ilə bir mələk göndərəcək, Tanrı öpmək üçün göz yaşımdan silmək üçün kini, nifrəti yaddaşımdan bürünəcəm sevgiyə sevgi qoxulu sevgi rəngli Seirin sevgisini yazacam mən gözəl sözlərlə toxunacam sevginin qəlbinə insan ürəyindəki nifrətin bəndinə Göy qurşağı kimi rəngli yağacaq yağmurlar …
Tural SAHAB.”Göy qurşağı” (Köşə yazısı)
Post Views: 40 – Baba, ay baba niyə Göy qurşağı bu qədər rəngarəng və bu qədər uzaqdı bizdən? – Bilmirsənmi, ay bala?!- sən ki, bu qədər məktəb oxudun, diplomların var – Yox, yox ay baba kitablar doğrunu demir, məncə. Kitablar aldadır bizi, məsələn Tahir və Zöhrə yaşayıb deyir kitablar, ancaq həyatda nə Tahirlər yaşayır, nə …
Doğum gününüz mübarək!
Post Views: 30 Rəşad Məcid 1964-cü il avqust ayının 21-də Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən “Elm və həyat” jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, sonra 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib. 1990-1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və …
Oktay HACIMUSALI.”Anadoluda Xarıbülbül sevdalı bir şair” (Məqalə)
Post Views: 41 (Türkiyəli şair Osman Başın “Xarıbülbül” kitabını vərəqləyə – vərəqləyə süzülüb gələn düşüncələr) Türk Türk olalı, dərdinə sarıldı. Amma ağlamadı, gözlərində düşməninə nifrət, dostuna sədaqət yaşadı. Onun ümidləri gözlərindən oxundu. Sevdasına sarıldı həm də. Çünki, sevdasından böyük, sevdasından ulu, sevdasından qutsal heç nə yox idi və ola da bilməzdi. Bir eşq nağılına qulaq …
Hikmət MƏLİKZADƏ.Yeni şeirlər
Post Views: 24 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü. *** Xəstə baxışların qaba sızıltılara sürtür özünü, ürəyinin ritmi pozulur tez-tez kökdən düşən piano kimi. Gözlərin hələ də can verir yad baxış altda. Nə vaxtsa səni istəyənlərin sayı indi sənə köhnə palaz kimi baxanların sayı qədər olub yəqin ki… Sən …
Debüt: Bahadur QOBUSTAN (Qobustan rayonu).Şeirlər
Post Views: 65 Bahadur QOBUSTAN (Seyidov Bahadur Eyub oğlu) 1984-cü il 1 avqust tarixində Qobustan rayonunun Bəklə kəndində anadan olub. Orta məktəbi Doğulduğu kənddə başa vurub. 2002 ci ildə Gəncə Dövlət Ünveristetinə qəbul olub və 2006 cı ildə bu həmin Univeristetdən məzun olub. Unvristet illərində (2002-2006) Töhfə qəzetində müxbir kimi çalışıb. 2006-2007 ci illrdə hərbi …
Sentyabr ayında “Elimiz.Günümüz” qəzeti fəaliyyətini bərpa edəcək
Post Views: 33 Çağdaş Azərbaycan ədəbi mühitində fəaliyyət göstərən mədəniyyət və ədəbiyyat yönümlü mətbu orqanlar içərisində daha çox yazarların ədəbi-bədii nümunələrini, poeziya örnəklərini, məqalələrini, publisistik qeydlərini, poemalarını səhifələrində dərc etməklə ictimaiyyətin nəzərinə çatdıran “Elimiz.Günümüz” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Qiymət Məhərrəmli jurnalistlərə …
Saqif QARATORPAQ.”Çarəsizlik” (Hekayə)
Post Views: 31 Bu bizim hekayəmizdi-sənin və mənim.Düzünü desəm sənin, ömrümün köhnə divarına yazdığın bir eşq hekayəsi.Ona əndrabadi adlar da qoya bilərik.Əgər istə- sən…Məsələn, “Vurulmuşlar”, “Dəli kimi sevənlər” və sairə və ilaxır.Ancaq mə- nim təmtəraqlı adlardan xoşum gəlmir.Ona görə də”Çarəsizlik”qoydum.Bilmirəm, xoşuna gələcəkmi?Bircə onu bilirəm ki,bəyənsən də,bəyənməsən də bacardığım budur.Neyləmək olar.Varını verən utanmaz.Nə isə…Deyəsən mətləbdən uzaq …
Rüfət AXUNDLU.Yeni şeirlər
Post Views: 47 * * * Sevda bizim üçün oyuncağıymış, Sən demə, oynayıb baş qatırıqmış. Oynada-oynada bu oyuncağı, Məcnunun ruhuna daş atırıqmış. Yalanla dolu bir məhəbbət üçün, Min hiylə, min dona girə bilmişik, Hələ söylənməyən həqiqət üçün, Nələri biz qurban verə bilmişik. Nələri itirib, nəyi tapmışıq? Bunu nə sən bilir, nə mən bilirəm. Yalan süstlüyündən …
GƏNC YAZAR GƏNC YAZAR HAQQINDA
Post Views: 35 Şəfa VƏLİ (Ruslan Dostəli yaradıcılığı) Ruslan haqqında ikinci yazıdır bu… Birincini onun haqqında elə yazmışdım ki, elə bil məktəbdə inşa yazmışdım… Orda o qədər elmi cümlələr vardı ki… Hər dəfə onu Ruslana oxumaq istədim, hər dəfə də Ruslan nəyləsə xətrimə dəydi… Oxumadım… Yaxşı ki, oxumamışam, qardaşım… İnciməzdin məndən… Axı istəyirəm inciyəsən… İstəyirəm …
Şəfa VƏLİYEVA.Yeni şeir
Post Views: 44 -nəyi vəsf etsin bu şair? Ayrılıq doymaz ki sözdən… Nə var ikimizə dair? Xatirələr küsüb bizdən… -yazılan bütün misralar Yarım ümid-yarım şübhə… Yandırılan bəyaz şamlar Öləziyər üzü sübhə… -evimizin pəncərəsi Yaddan çıxıb açıq qalıb… Ürəyimin pəncərəsin Hələ açan tapılmayıb…
Deyişmə: Aybəniz QAFANLI və İlkin ABBAS
Post Views: 48 AYBƏNİZ Nigaranam elə səndən, Danış görüm, həncərisən? Baxıb durma mənə gendən, Danış görüm, həncərisən? İLKİN Mən baxmıram sənə gendən, Bir saf eşq gözlərəm səndən, Gəl nigaran qalma məndən Yaxşıyam, sən həncərisən? AYBƏNİZ Əllərini üzmə məndən, Belə kənar gəzmə məndən, Sən Allah gəl bezmə məndən, Danış görüm, həncərisən? İLKİN Əllərini üzən kimdir? Səndən …
Gülnarə İSRAFİLQIZI.”Sənin üçün” (Yeni şeir)
Post Views: 47 Getmə Gedişinlə qığılcım alışar addımlarında, Sarılar addımlarıma. Baxarsan hər addım sənsiz, Yeridikcə yandırır varlığımı. Getmə Susuzluğundan, Enər yarpaq-yarpaq, Tökülərəm, Sən gedən yollara. Sənin üçün, Nəğmə olaram dodaqlara. Getmə.
Gülnarə SADİQ.”Vətənəm” (Yeni şeir)
Post Views: 38 Mən Anayam! Mən Vətənəm! Gör nə qədər oğul dağı Verib mənə əzəl düşmən. Dərbəndimə yas tutmamış Borçalımı apardılar. Zəngəzura yas tutmamış, Bu həsrətə alışamamış Təbrizimi qopardılar. Bir yara var ürəyimdə, Şuşa adlı nazlı gəlin. Bir acı var ürəyimdə , Laçın adlı adlı dağlar qızı. Bu dərdim bu kədərim, Babəkimin,Koroğlumun Qeyrətinə yaman dəyib, …
Fidan ABBASOVA.”Nə qədər oğullar itirdin, Vətən?!” (Yeni şeir)
Post Views: 36 Nə qədər oğullar itirdin vətən? sayını artırır düşmən həmləsi Başın sağ olsun qoy sənin ey Vətən dilimizdə şüar bu söz kəlməsi… Analar qan tökür göz yaşı deyil axı bu qanların cavabı yoxmu? şəhid məzarına hamı baş əyir o dinclik , uzaqda çoxmu? Mən dözə bilmirəm bu haqsızlığa gör şəhid anası necə dözəcək …
Harika UFUK (Türkiye Cümhuriyyeti, Adana).Muhteşem şiirler
Post Views: 25 ADANA SEVDASI ADANA’MDAN SELÂM SANA TÜRKİYE’M Toros güzelleri amber kokuyor, Adana’mdan selam sana Türkiye’m! Gönül tezgâhında sevgi dokuyor, Adana’mdan selam sana Türkiye’m! Bakü petrolünü akıtır Ceyhan, Ceyhan’a kardeştir eşsizdir Seyhan, İki kardeş konuk, Çukurova’m han, Adana’mdan selam sana Türkiye’m! Meşhurdur Kozan’ın mandalinası, Bucak’ta yetişir meyvenin hası, Kozan yiğitleri, yiğidin ası, Adana’mdan selam …
Esat ERBİL (İrak, Erbil).”Azerbaycan” (Yeni şiir)
Post Views: 32 Tüm Türk vatanımız birdir bölünmez, Ağlayanlar gülsün Azerbaycanım, Turan eller bizim tarih silinmez, Sevinçle kalp dolsun Azerbaycanım. Bayrağında vardır yeşil kırmızı, Hep bizleri toplar ayı yıldızı, Gönül istiyecek arzular sizi, Sevmeyen ölsün Azerbaycanım. Dokuz İklimin var isterim gezmek, Serin göllerinde ne hoştur yüzmek, Tek umudum budur düşmanın ezmek, Koymam yerin bölsün Azerbaycanım. …
Mayisə ƏSƏDULLAQIZI.”Cənnətə gedəcik” (Yeni şeir)
Post Views: 28 Hərdən düşürsən yadıma, Bu vaxtacan çalışaraq qazanılan var-dövləti həm itirən, peşman olan insan təki, Üzündəki hər bir çizgin qırış-qırış, Bilmirəm nəyə görəsə, tale görüşdürdü bizi, oldun qəlbimin əzizi… Bu nisgilli, həm alovlu ürəyimin həm söhbəti, həm də sözü… Bir xatirə qaldı səndən, Saxlamışam gözlərimin qarasında, Sevgi ilə həsrətimin arasında! Axirətə getsəm belə, …
Gənc xanım yazar Gülnarə İsrafilqızının şeirləri Qardaş Türkiyə Cümhuriyyətində dərc olundu
Post Views: 27 Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən Tokat Şairler ve Yazarlar Derneğinə istinadən yaydığı məlumata görə, “Kümbet” eğitim, kültür, sanat ve edebiyyat dergisinin 33-cü buraxılışında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın istedadlı gənc xanım yazarı, Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, …
Gülnarə SADİQ.Yeni şeirlər
Post Views: 60 LALƏM MƏNİM Bu könül baxçamda,vüsal bağımda, Nə gözəl açmısan tər Laləm mənim. Yanan ürəyimdə,solan çağımda, Solmaz ümidimsən,tər laləm mənim. Qoymaram hüsnünə baxanlar olsun, Baxıb da,qoxunu alanlar olsun, Səni eşq oduna salanlar olsun, Süslənən gülümsən,tər laləm mənim. Sadiqin qələmi hey səndən yazar, Baxıb camalına yolunu azar, Loğmansan gəl gör ki,nədir bu azar? Xəstəyəm,dərmanım …
Gündüz SEVİNDİK.Yeni şeirlər
Post Views: 29 * * * Hanı bu bəxtin hakimi? Oğulsan apar yükümü… Ömrüm boyu dəniz kimi, Qabarmışam, çəkilmişəm. Gəldimsə Dərdin xoşuna, Məni burax özbaşıma – Anam, bəxtəvər başına, Böyümüşəm, yekəlmişəm… Səs salma, haldayam, adam, İçimdən gələn haydayam, Doğulandan bu boydayam – Öz əynimə tikilmişəm!… * * * Bu həyat tanışdı bizə, Dünya bir qarışdı …
Müsahibimiz gənc yazar İlkin Abbasdı
Post Views: 59 Müsahibimiz haqqında qısa bilgilər -Ədəbi-bədii yaradıcılığa neçənci ildə, hansı yazı ilə başlamısınız? -Əvvəla, çox sağolun ki, məni öz rublikanızda görməyə layiq bildiniz. bunun üçün sizə təşəkkür edirəm.. Ədəbi yaradıcılığa 2008-ci ildə yazdığım “Azərbaycan Dili” adlı şeirlə başlamışam. Əslində ədəbiyyata marağım orta məktəb illərindən başlayıb. -Son zamanlar dövri mətbuat səhifələrində şeirləriniz dərc olunmur.Bu …
Bahadur ƏLİZADƏ.”Qara paltarlı qadın” (Hekayə)
Post Views: 38 (Ramiz Rövşənin eyniadlı şeirindən ilhamlanaraq) 2020-ci ilin yay ayı idi. Hər kəsin işlədiyi və pul qazanmaq üçün başı qarışdığı bir dövr idi. Hələ indiyədək Bakını bu qədər insanla dolu görmək mümkün olmamışdı. Mühəndislərə daha çox ehtiyac duyulan bir dövrdə yaşayan Zakir iş baxımından korluq çəkmirdi. Zakirin ailəsi rayonda qalırdı . Həftə sonu …
KÜMBET’İN 33 SAYISI YAYINDA!
Post Views: 40 Kapağında Sultan 2. Abdülhamit Han döneminde Tokat giysilerinin yer aldığı bir fotoğraf bulunan dergimizin 33. sayısı 33. sayısı okuyucularının görüşüne sunuldu.Derginin editör yazısını aşağıya alıyoruz: EDİTÖRDEN Ülke dışında ve içinde büyük beğeni kazanan 32. sayımızdan sonra yine sizlerleyiz. Anadolu’da dergi çıkarmanın ve devam ettirmenin güçlüğünü bilen, bundan dolayı bizlere destek konusunda kayıtsız …
Fidan ABBASOVA.Yeni şeir
Post Views: 38 Mən boyudum görə görə yalanlar dərd çəkəni dərdi çəkənlər anlar əzəl gündən yaxşılarla – yamanlar bu günlərə gəlib çıxdı bizimlə mən yamanı görmüş oldum gözümlə… Bir ümüdə sarılanlar çox oldu bağ salanlar xəzan gəldi yox oldu ac qarınlar birdən birə tox oldu bu günlərə gəlib çıxdıq səbirlə mən yamanı görmüş oldum gözümlə… …
Fidan ABBASOVA.Yeni şeir
Post Views: 42 Sən mənimçün bu həyatda ilk nübar payım olsanda saçlarına ağ dən düşmüş qocalmış qarı olsanda bənövşətək boynu bükük tez açıb- erkən solsanda ürəyimdə yana – yana sevgidən bir od olsanda ümüdümü itirərkən sabahıma doğan günəş əllərimi buraxmadan isdilikdən yanan atəş içimdəki coşqun həvəs, qəlbimdəki dəmir qəfəs, aldığım hər anda nəfəs, gördüyüm hər …
Şəfa VƏLİYEVA.”Bilirəm…daha səninçün” (Yeni şeir)
Post Views: 25 Bilirəm… daha səninçün Ölmüşəm də… itmişəm də… Bilmədin… elə səninçün Ölmüşəm də… bitmişəm də… Bu ikili yalnızlığı Qovdum… canımdan getmədi… Dərd sevgilim yalnızlığı Duydu…yanımdan getmədi… Ürəyim yumruğum boyda… Nolsun… sən ki yerləşmisən… Ruhun…hisslərin ovcumda… Varlığınla çox adisən… Hələ də öyrənmədinmi? Bu qara qızdı bəxt payın? Yoxsa sevə bilmədinmi? Gələn payızdı… bəxt yayın… …