Post Views: 43 Nemətsə də gözəl şer, Şair olan qəm də yeyir. Ömrü keçir bu adətlə, Uğurlu bir səadətlə. Görən məni nədir deyir: Saçlarına düşən bu dən? Şair, nə tez qocaldın sən! Dünən mənə öz əlində Gül gətirən bir gəlin də Gözlərində min bir sual Heykəl kimi dayandı lal… O bəxtəvər gözəlin də Mən oxudum …
Mart 2018
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Daşı sevməliyik biz indən belə”
Post Views: 53 Gül gətirdim, çiçək qoydum üstünə, Gül sənindi, yer sənindi, sən mənim. Sara Yenə qəbristana düşübdü yolum, Daş yonur, qum tökür burda ustalar. Anana baş daşı qoyurlar oğlum, Səndən xatirədi məndən yadigar Oğlundan,ərindən… Son borcumuzdu, Qalan borclarımız bir yan qalsın. O, həyat aşiqi, o, yer qızıydı, Qoy ondan yer üstə nişanə qalsın. Həyatda …
Xalq şairi Zəlimxan YAQUB.”Gəl, şəklini çəkim, dünya!”
Post Views: 738 Şəkil çəkmək istəyirəm, Gəl, şəklini çəkim, dünya! Rəssam olmaq təbim gəlib, Gəl, şəklini çəkim, dünya! Ruhum gəzsin ahəng ilə, Əlim oynasın rəng ilə, Çirkin ilə, qəşəng ilə, Gəl, şəklini çəkim, dünya! Pəncərə sən, baxan mənəm, Sularında axan mənəm. Rəngi rəngə yaxan mənəm, Gəl, şəklini çəkim, dünya! Gözündəki nəmi çəkim, Qəlbindəki qəmi çəkim. …
Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Ana dili”
Post Views: 371 Dil açanda ilk dəfə ana söyləyərik biz, “Ana dili” adlanır bizim ilk dərsliyimiz. İlk mahnımız laylanı anamız öz südüylə İçirir ruhumuza bu dildə gilə-gilə. Bu dil, – bizim ruhumuz, eşqimiz, canımızdır, Bu dil, – bir-birimizlə əhdi-peymanımızdır. Bu dil, – tanıtmış bizə bu dünyada hər şeyi. Bu dil, – əcdadımızın bizə qoyub getdiyi …
Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Son gecədir bu gün yenə”
Post Views: 40 *** Son gecədir bu gün yenə, Sabah yenə son səhər. Son yel dolur son yelkənə, Qayıq üzür birtəhər… Axırıncı ağacdır bu, Əsir sonuncu külək. Bağlayıb sonuncu yolu Yenə sonuncu fələk… İndi son küçə üstünə Yağacaq son addımlar. Yenə dönəcəklər tinə Sapsarı son adamlar… Doğulur sonuncu insan, Sonuncu insan ölür. Yenə son dəfə …
İlahə İMANOVA.”Peşman” (Hekayə)
Post Views: 30 Düz otuz səkkiz il bundan əvvəl ata olmaq sevincini yaşamışdım. Bəlkə o zamanlar gənc olduğumdan atalıq hissinin nə olduğunu, məsuliyyətini belə dərk etmirdim. Valideynlərim, dostlarım məni oğul atası olmağım münasibəti ilə təbrik edəndə, orta məktəbi bitirərkən qırmızı diplomu əlimə aldığım və daha sonra ali məktəbə qəbul olduğum həmin günlərdə olduğu kimi böyük …
AĞIR KİTAB
Post Views: 52 İllərin hesabatını vermək kimi bir məsuliyyət hər bir yaradıcı adama, öz çalışmaları ilə nəzər nöqtəsində olan hər bir quruma məxsusdur. Bu məxsusluğu DGTYB fərqli yaşayır. Hər il DGTYB-nin adını fərqli layihələrlə, ümumtürk ədəbiyyatına ərməğan olunan müxtəlif ədəbi toplularla duyuruq. 2017-ci ildə DGTYB “Bölgələrdən səslər-3” adlı gənc yazarların yaradıcılığına işıq tutan antologiya, Rusiyanın …
Xalq şairi Nəriman Həsənzadənin yeni kitabı işıq üzü görüb
Post Views: 33 “Kitab Klubu” nəşriyyatı tərəfindən “Müasirlərim” seriyasından Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Xalq şairi, Əməkdar incəsənət xadimi, Fərdi Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor, şair-dramaturq Nəriman Həsənzadənin “Dostlar məni gözləyir” adlı yeni kitabı 408 səhifə həcmində 100 tirajla işıq üzü görüb. Kitaba şairin müxtəlif illərdə işıq üzü görən kitablarından seçmə şeirlər və …
Yusif Vəzir Çəmənzəminlinin yeni kitabı işıq üzü görüb
Post Views: 36 “Kitab Klubu” nəşriyyatı tərəfindən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsindəki ilk səfiri, görkəmli dövlət xadimi, istedadlı yazıçı Yusif Vəzir Çəmənzəminlinin “Cənnətin qəbzi” adlı yeni kitabı 156 səhifə həcmində 100 tirajla işıq üzü görüb. Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı zəngin ədəbi irsindən hekayə, nağıl və publisistik nümunələr daxil …
“Açık Kara” dergisinin 1. sayısı yayında
Post Views: 27 YOLA ÇIKARKEN Küfürle Küfürle edebiyatın yanyana konduğu, küfürsüz şiir, hikâye, roman, tiyatro sinema, hatta günlük konuşmalarda bile cümlelerin arasına küfür serpiştirilmeden sözün ve sesin uzaklara taşınamayacağını savunanların çoğunlukta; küfür ile edebiyatın içiçe olmayacağını savunanlar kelaynak kuşları gibi azınlığı temsil ediyorlar malesef. Küfür, TDK’da: Tanrı’nın varlığı ve birliği gibi dinin temellerinden sayılan inançları …
Şair-filosof Əlişad QARAQASIMLI.A.S.Puşkindən tərcümə
Post Views: 63 Qəlbən “Sən” sözünü, boş “Siz” sözüylə O, mələk, o gözəl dəyişdi birdən. Könlümdə bir munis arzu oyatdı, Misratək sıyrılıb çıxdı qəlbimdən. O, qızdan gözümü çəkə bilmirəm, Baxıb gözlərinə üşənirəm mən. -Necə gözəlsiniz!-deyirəm ona, “Mən sizi sevirəm!”-düşünürəm mən.
Şair-filosof Əlişad QARAQASIMLI.Şeirlər
Post Views: 38 * * * Vətəni, torpağı olmayanların Fikrini deməyə sözü də olmaz. “Torpaqdan pay olmaz” deyən bir xalqın Özgə torpağında gözü də olmaz. Göylərə baş vuran çinardır Vətən, Biz doğuçağında yaşıl budağıq. Səmaya qalxanda-əlçim bulud, Torpağın üstündə gəzən torpağıq. Günəş gülümsəsin Vətən göyündə, Nurlu torpaqları hər an var olsun. Qəlbim dilə gəlir bir …