Post Views: 56 Gənc Şairlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı, İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi), TURKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası), Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kİtabxanası, TİKA, Azərkitab – Kitab Təbliğatı Mərkəzi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyilə may-iyun aylarında Azərbaycanda VIII Şairlər Günü qeyd olunacaq. Bu il Şairlər Günü …
İyun 5, 2018
Xalq şairi Nəriman HƏSƏNZADƏ.Seçmə şeirlər
Post Views: 126 TƏLƏSMƏ Dedim mən sevirəm, dedi sevginən, Dedim qoşa gəzək, dedi tələsmə. Dedim bağ içidi, dedi seyr elə, Dedim bir gül üzək, dedi tələsmə. Dedim bir vədə ver, xəyala varma, Dedi zəhmət çəkib özünü yorma. Dedim, qadan alım, dedi yalvarma, Dedim onda küsək, dedi tələsmə. Dedim mən aşiqəm al yanağına, Dedi bülbül qonar …
Xalq şairi Zəlimxan YAQUB.Seçmə şeirlər
Post Views: 368 ÇƏKƏR Görüş var bir ömrü versən də azdır, Görüş var getməyə adam can çəkər. Görüş var şadlığı sığmır illərə, Görüş var fərəhi bircə an çəkər. Yaşasan ən şirin arzuyla, kamla, Sevincin sel olar, dərdinsə damla. Ürəkdən verilən xoş bir salamla Əli əl isidər, qanı qan çəkər. Ayrılıq həyatda hər şeydən çətin, Min …
Xalq şairi Bəxtiyar VAHABZADƏ.Seçmə şeirlər
Post Views: 534 BƏXTİYARAM MƏN Səninlə Ömrün payızında sevdim, sevildim, Elə bilirəm ki, ilk baharam mən. Arxanca sürünən kölgənəm sənin, Harda qərar tutsan, orda varam mən. Mey olsan, yanında bir qədəh ollam, Gül olsan, çətrini öpən meh ollam. Ot olsan, bir anda dönüb şeh ollam. Dağ olsan, zirvənə yağan qaram mən. Başımı qoyaram gündə yüz …
Xalq şairi Vaqif SƏMƏDOĞLU.Seçmə şeirlər
Post Views: 42 Günəşli yay günündə… Günəşli yay günündə göylərə qalxıb, buludlarda yolunu azan, və qarlı-şaxtalı qış günündə yuvasını tapan göyərçin kimiyəm. Uşaqlıqda azıb, bir bağlı yuva qarşısında durmuşam neçə ildir. Dimdiyimdən qan damır yerə… 1986 Gəmiyə baxa-baxa… Gəmiyə baxa-baxa dənizi də yadımdan çıxartdım. Gəmiyə baxa-baxa unutdum gördüklərimi, tanıdıqlarımı. Yadıma görmədiyim limanlar düşdü. Qəribə dillər …
Xalq şairi Süleyman RÜSTƏM.Seçmə şeirlər
Post Views: 155 SÜLEYMANA GÖSTƏRİN! Cənublu qardaşlarıma Qırx il var ki, görməmişəm Təbrizi, Ordan mənə bir nişana göstərin. Özünüzü hər bu taya gələndə, Ayrılıqdan bağrı qana göstərin. Əlinizdə hər nə varsa oralı Şair könlü pərişana göstərin. Sinəsinə həsrət dağı çəkilmiş, Hamınızdan nigarana göstərin. Yaşarsa da bu görüşdən gözləri Onun kimi yana-yana göstərin. Heç olmazsa cansız …
Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.Seçmə şeirlər
Post Views: 142 KƏLBƏCƏR Xəstələrə dərman olan, Təbib bulaqlı Kəlbəcər İstisuyu səda salan, Səsli-soraqlı Kəlbəcər. Qədir bilən, yol saxlayan, Dostlar üçün gül saxlayan. Yayda ağır el saxlayan, Sərin yaylaqlı Kəlbəcər. Gözündə var əhdi-vəfa, Eyşi-işrət, zövqü-səfa. Gələn burda tapar şəfa, Boyük sınaqlı Kəlbəcər. Yaxşı keçir hər əhvalı, Yadındadı dost xəyalı. Çaylar kimi axır balı, Sarı qaymaqlı …
Şair Bəhmən VƏTƏNOĞLU.Seçmə şeirlər
Post Views: 1. 345 BƏHMƏN VƏTƏNOĞLU (Bəhmən KalıĢ oğlu Abbasov – 1932 -2004) BƏHMƏN Bu mənəm, a qardaş, tanımadınmı? Könlü dərdli, dili nalalı Bəhmən. İndi yurdsuz qalıb, yuvasız qalıb, Gördüyün o yurdlu-yuvalı Bəhmən. Qəzalar, qədərlər əyibdi məni, Dərdim öz içimdən yeyibdi məni. Zaman zindanında döyübdü məni, Yoxdu o əzəlki havalı Bəhmən. Gələcək nəsilə şirin nağılam, Bir …
Şair ŞÜCAƏT.Seçmə şeirlər
Post Views: 1. 904 SÜCAƏT (Sücaət Yunus oğlu Əhmədov – 1946-2002) DAĞLAR Mən gedirəm qürbət elə, Sağ-salamat qal, a dağlar. Halallıq ver, qoy qalmasın Ürəyimdə xal, a dağlar. Hanı məndə dözüm sənsiz, Sönəcəkdir közüm sənsiz. Qan tökəcək gözüm sənsiz Olacağam lal, a dağlar. Dostum – yarım keçir gendən, Dərdim artır günü-gündən. Məni qəmdən, qəmi məndən, Al, …
Xalq şairi Məmməd ARAZ.”Əlvida, dağlar!”
Post Views: 66 Bəlkə bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, dağ, salamat qal. Dalımca su səpir yoxsa buludlar? – Leysan, salamat qal, yağ, salamat qal! Qıy vuran qartallar yox oldu çəndə, Nərgizlər saraldı şehli çəməndə. Ey qaragöz pəri, dalımca sən də Boylan, salamat qal, bax, salamat qal! Gəldim, qarşıladı güllər-çiçəklər, Gedirəm, əl edir …
Xalq şairi Osman SARIVƏLLİ.Seçmə şeirlər
Post Views: 50 SÖYLƏ Dərdim çoxdur, dərdin alım, ay aşıq, Al sazı, bu dərdi hər yana söylə. Əqildən kəm olan duymaz, anlamaz, Mənim sözlərimi qanana söylə. Adamı oynatmaq insanlıq deyil, Eşqi hiss etməmək cavanlıq deyil, Mənim şikayətim divanlıq deyil, Nə sultana söylə, nə xana söylə. Həmişə əlində saxla cilovu, Yalnız ovçu bilər oylağı, ovu. Kim …
Xalq şairi Hüseyn ARİF.Seçmə şeirlər
Post Views: 254 VAR MƏNİM Yığılmır yollardan fikrim, xəyalım, Görən bu yollarda kimim var mənim? Sazda Kərəmiyə qoşulan səsim, Kamanda inləyən simim var mənim. Kəsilib qapıdan gedib-gələnim, Yox mətləb qananım, qədir bilənim. Dumanlar içində yorğun köhlənim, Tufanlar qoynunda gəmim var mənim. Hüseyn, nə oldu qönçə niyyətim? Daşlara toxundu ilk məhəbbətim. Özgəni güldürən sözüm-söhbətim, Özümü ağladan …
Xalq şairi Səməd VURĞUN.”Yada sal məni”
Post Views: 367 Aşıq Şəmşir, Dəlidağdan keçəndə, Kəklikli dağlardan xəbər al məni. Ceyran bulağından qızlar içəndə, Saz tutub, söz qoşub yada sal, məni. Hay vurub, qıy vurub, səs sal dağlara, Gözəllər oylağı göy yaylaqlara. Mənim bu dərdimi de oylaqlara – Sinəmdən oxladı bir maral məni. O ceyran baxışlı baxdı uzaqdan, Canımı odlara yaxdı nahaqdan. Yüz …