Post Views: 1. 170 GÖYGÖL Əhməd Cavada Qucağında bir vaxt bəslədi sizi, Görmədi sizləri vəfalı Göygöl. Nişan vermə ona ayı, ulduzu, Artıq unutmuş o xəyalı Göygöl. * * * Əsrlərdən bəri ömrü xar idi. Zülm əlindən həyatdan bizar idi. Özü bir yoxluqkən, adı var idi, Görməmiş ömründə bu halı Göygöl. * * * Bu tutduğu işdən …
İyun 2018
Xalq şairi.Vaqif SƏMƏDOĞLU.Seçmə şeirlər
Post Views: 118 * * * Şeir yazmaq tutub məni. Ağlımı itirmişəm şeir yazmaq arzusundan. Dilimə gələn sözlərin quluyam, ürəyimdə qalanların dəlisi. Şeirə söykənib baxmaq istəyirəm dünya dediyimiz şeyə, dünyadan şeir arxasında gizləndiyim kimi… Hər itkim bir şeirə dönüb, hər sözümlə ömrümdə nəsə sönüb. Nə irəli getmək istəyirəm, nə geri. Nə sola, nə sağa. Dünya …
Xalq şairi.Zəlimxan YAQUB.Seçmə şeirlər
Post Views: 66 CENEVRƏ DÜŞÜNCƏLƏRİ Təbiət ruhumda ilahi bir sirr, Sayrışır gözümdə al, yaşıl, sarı. İnsanı heç zaman doydura bilmir, Tanrının ilhamla yaratdıqları. Nə fırca isidir, nə dəftər, qələm, Ovsuna düşmüşəm, sehrlənmişəm. İkinci addımı ata bilmirəm, Elə bil yerimdə möhürlənmişəm Nə varsa hər şeyi yaradıb Allah, Şair nə yaratsın, rəssam nə çəksin? Rəssamın gücü var, …
Xalq şairi.Bəxtiyar VAHABZADƏ.Seçmə şeirlər
Post Views: 185 KÖRPÜ ÇAYDAN UZAQ DÜŞÜB Dostum H.Şirməmmədə Hələ toxum cücərməmiş, Tarlamıza alaq düşüb. Başımız da daz olalı, Əlimizə daraq düşüb. Xəyallarım – qanad-qanad, Ətəyimdən dartdı həyat. Dünənimə Dürat, Qırat, Bu günümə ulaq düşüb. Əlim üzüldü diləkdən, Dilim yandı “gəl” deməkdən. Öz haqqını gözləməkdən Haqqın gözünə ağ düşüb. Bu tayda sən, o tayda mən, …
Xalq şairi.Xəlil Rza ULUTÜRK.Seçmə şeirlər
Post Views: 2. 122 Vur Elə mən özüm də bu gün yırtıcı… Yırtıcı nifrətim düşməni qovur. Ayıq kirpiklərim qisas qılıncı… Vur, ölən daşnakdır, adam deyil, vur ! Yırtıcı düşmənim düşməni qovur. Adam bənzəyir yalnız zahiri, Kirli caynaqları neştərdən iti. Dişinin dibində ölüm zəhəri, Gəlir Yer üzünün ən murdar iti. Kirli caynaqları neştərdən iti. Bu gün Azərbaycan …
“Açık Kara” dergisinin 4. sayısı yayında
Post Views: 44
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 35 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, SEVGİSİZ EY DÜNYA VARMI DƏYƏRİN?! Bir ürək yanmasa alovlanmasa, Sevgisiz ey dünya nədir dəyərin?! Bülbül nalə çəkib yar aramırsa. Qədrini kim bilər, qönçə güllərin. Sevgisiz ey dünya nədir dəyərin?! Sevirəm kəlməsin bir dil demirsə? Gözlər yar axtarıb ,yarı gəzmirsə? Ürək bu sevgiylə …
Xalq şairi Xəlil Rza Ulutürkün yeni kitabı işıq üzü görüb
Post Views: 36 “Kitab Klubu” nəşriyyatı tərəfindən “Müasirlərim” seriyasından Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Xalq şairi, Əməkdar incəsənət xadimi, M.F.Axundov adına ədəbi mükafat laureatı , filologiya elmləri doktoru, şair-ədəbiyyatşünas, tənqidçi Xəlil Rza Ulutürkün “Mən ümmanlar təşnəsiyəm” adlı yeni kitabı 440 səhifə həcmində 100 tirajla işıq üzü görüb. Kitaba şairin müxtəlif illərdə işıq üzü görən …
Kənan AYDINOĞLU.”Ən müqəddəs torpaqdayam”
Post Views: 32 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Qocaman gözəl dünyanın, Nə gözü, nə də qaşıyam. Bu qərib, fani dünyaya, Gəldim qəm yükün daşıyam. Zərrəyəm, yaşadıqca mən, Ömrü boyu göz yaşıyam, Unutmuram, çox ağladım, Süzülmüşəm, yanaqdayam. Bu dünyada bir zaman bax, Günəşdim, ulduzdum, aydım. Şerimi illər öncə …
Şəfa VƏLİYEVA.Yeni şeirlər
Post Views: 42 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Sarı eşqə Tanrı ağlar, Bəndə ağlamaz… Ağlamaz… Qoca palıd çal başına Sarı bağlar… Qara bağlamaz… Bağlamaz… Əyilib səcdə edərəm Getdiyin hər dan üzünə… Məcnuna qibtə edərəm, Leylinin həya rübəndi Yaraşmaz nakam üzümə… Yandım… Aman, sarı palıd… Qoynunda koğuşun varmı? Bu …
Şəfa EYVAZ.Yeni şeirlər
Post Views: 47 Gülümsə İçində tufan qopur, üzün hələ gülürsə, Yaşayırsan deməkdir, yaşayırsan, gülümsə! Qəlbin alov tutanda, gözündən yaş gəlirsə, Yaşayırsan deməkdir, yaşayırsan, gülümsə! Hələ salam verirsə, yanından ötən biri, Günahsız bir körpənin dodaqları gülürsə, Bir əlin o birinə daha isti gəlirsə. Yaşayırsan deməkdir, yaşayırsan, gülümsə! Ruhun sızıldayırsa yaralı quş görəndə, İçində bir duanın səsi …
«Cəsarət və həqiqət»in hədəfində — Şəfaqət Cavanşirzadə
Post Views: 43 Cəsarət və həqiqət Özünüzü cəsarətli və səmimi birisi hesab edirsiniz? Suala cavabınız müsbətdirsə, suallara cavab verərkən cəsarətli və səmimi olmalısınız. Hazırsınızsa, başlayaq. Cəsarət: 1.Cəsarətinizin dayanacağı son məntəqə, ən cəsarətli addımınız nə ola bilər? Cəsarətimin son dayanacağı tək qaldığım günə qədərdir. Gərək cəsarətli olmağın üçün tutarlı səbəbin və ya səbəblərin olsun. Ən cəsarətli …
İlahə İMANOVA.”Elçi zanbaqlar” (Povestinin davamı)
Post Views: 38 Bir qız və ya qadın üçün rəqibinin qarşısına çıxmaq qürur və mənliyini, ləyaqətini alçaltmaqdan əlavə, həm də qarşısındakının ondan daha yaxşı olduğunu etiraf etmək demək idi. Qarşımda dayanmış gözəl qıza bu cəhəti yaraşdıra bilmədiyimdən halına acıyırdım. Yəqin ki, onun yerinə olsam, mən heç vaxt bunu etməzdim. ─Deyəcəyiniz sözləri təxmin etdiyim üçün, sizə …
Tural SAHAB.”Beşinci mərtəbədə rəqs” (Hekayə)
Post Views: 30 On gündən çox olardı ki, qarşıdakı binanın beşinci mətəbəsində- üzbəüz mənzildə qəribə hadisələr baş verirdi. Hər gün eyni saatda baş verən bu hadisə getdikcə onun marağını daha çox cəlb edirdi. Axşam saat on bir olan kimi pəncərədə bir qadın rəqs etməyə başlayır və bu oyun düz bir saat çəkirdi. Binalar bir- birinə …
Qələm yoldaşlarının gənc yazar Emil Rasimoğlunun doğum gününə şeir hədiyyələri
Post Views: 40 ( Emil Rasimoğlunun doğum günü üçün…) Dəniz torpağa söykənib, Sabahlarımız küləyə… Kül olmağı bacarırsan gözlərində Çək gözlərini yaxınlardan, Çətin günlərin adı “dostluq” qalsın. Sevgisiz… Qürbət bir gəmidir, yelkənsiz… Çək gözlərini uzaqlardan, Barmaqların yazıda dara çəkilsin, Sevinsin bunlar, sevinsin onlar… Bir daha süfrəyə yaxınlaş Böl iki yerə çörəyimizi, Elə gülüşlərimizi də… De ki, …
Əməkdar incəsənət xadimi Mədinə GÜLGÜN.Seçmə şeirlər
Post Views: 95 YAZMAQ ARZUSU Eldən soraq gəldi, sevin, ey nəğməm, Sevincin, şadlığın bir bulaq olsun. Azadlıq eşqilə gülsün bu aləm, Arada nə həsrət, nə fəraq olsun. Gülün, ey yazısız qalan varaqlar! Bəyaz sinənizdə yollar görünsün. Sizi nəfəsilə oxşasın bahar, O ağ qanadınız şeirə bölünsün. Gül sən də ey qələm, sakit durma heç, Qəlbimin atəşi …
Məhəmmədhüseyn ŞƏHRİYAR.Seçmə şeirlər
Post Views: 2. 859 BEHCƏTABAD XATİRƏSİ Ulduz sayaraq gözləmişəm hər gecə yarı, Gec gəlmədədir yar, yenə olmuş gecə yarı. Gözlər asılı, yox nə qaraltı, nə də bir səs, Batmış qulağım, gör nə döşürməkdədi darı. Bir quş: “Ayığam!”- söyləyərək, gahdan QARANLIQ GECƏLƏR Aman Allah, yənə şeytan gəlib iman apara, Qoruyun, qoymuyun imanuzu şeytan apara. Mənim insanlığımın gör …
Xalq şairi Süleyman RÜSTƏM.Seçmə şeirlər
Post Views: 120 HƏYAT YOLDAŞIMA Bu həyat yükünün öhdəsindən mən Heç gələ bilməzdim sən olmasaydın. Deyirəm, kim bilir, bəlkə bu qədər Sevilə bilməzdim sən olmasaydın? Eşqin möcüzələr yaratdığım, Mən bilə bilməzdim sən olmasaydın. Ömür kitabından dərdi, kədəri Tək silə bilməzdim sən olmasaydın. Yaxşı ki, sən varsan mənim yammda Mən gülə bilməzdim sən olmasaydın, Birgə yaşamağın …
Xalq şairi Söhrab TAHİR.Seçmə şeirlər
Post Views: 50 QOŞA GEDƏK! Kəmərinin gümüşünü Ver çaylara, kəhrizlərə. Ağ əlinin işığını Əmdir mavi dənizlərə. Xislətinin ipəyini Sər dağların ətəyinə. Öpüşünün ətrini bük Qonçaların ləçəyinə. Gülüşünü gül–gül çilə Dərələrin ürəyinə. Pıçıltını qoy bulağın dodağına. Saçlarının dalğasını Tök dənizin qucağına. Hər baxışda göz qırpmağı Öyrət uzaq ulduzlara. Nəfəsinin ətrini çək Həsrət çəkən yarpızlara. Səp səsinin …
Xalq şairi Balaş AZƏROĞLU.Seçmə şeirlər
Post Views: 38 ARZU Bəzən öz-özümə düşündükcə mən, Xəyallar qəlbimi alır əlimdən, Deyirəm: mən də bir əsgər olaydım. Nə ola ömrümün bu gənc çağında, Odlar ölkəsinin gen qucağında Geniş səhralara rəhbər oleydım. Dureydim sərhəddə əlimdə tüfəng, Qaranlıq mayaq kimi, Zamanlar keçirmiş qarlı dağ kimi. Öpeydi sinəmi yellər hər səhər, Düşeydi üstümə gülgün şəfəqlər, Günəşin rəngindən …
Gənc yazar Tural Sahabın “1” romanı işıq üzü görüb
Post Views: 60 Hələ günəşin dünyaya gəlməsinə xeyli vardı. Gecə olmasına baxmayaraq, sentyabr öz isti nəfəsi ilə üşüməyə qoymurdu bu şəhəri. İsti yay havası, şəhərin kənarından keçən çay; hər şey mükəmməl idi. Təbiət insanlardan fərqli olaraq kirlətmir, məhv etmir. Şəhər öz adını elə yaxınlığından axan bu çaydan götürmüşdü. Çay şəhəri olaraq tanınır, sevilirdi. Çay şəhəri …
Rafiq ODAY.”Azdı”
Post Views: 32 Dərə də dünyanın, düz də dünyanın, Əyri də dünyanın, düz də dünyanın, Düzləri qalıbdı düzdə dünyanın, – Onunçün düz olmaq istəyən azdı… Gədənin bəy olmaq qisməti artıb, Dosta atmaq kimi hiss, qəti artıb, Yaraya səpilmək xisləti artıb, Süfrədə duz olmaq istəyən azdı. Həyatdı, hamını “döz” güləşdirir, Əlində maşası köz güləşdirir, Çoxları sadəcə …
Şəfa VƏLİYEVA.”O evin tarixçəsi” (Hekayə)
Post Views: 29 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Şükufə xanım çox narahat idi. Şəhərə səs yayılmışdı ki, cümhuriyyət quranların evləri əllərindən alınır. Əslində, Şükufə xanım bu səsin yayılacağını çoxdan gözləyirdi… Nəsib bəyin ölüm xəbəri gələn gündən… Bu evin Yusifbəylilərə göz dağı olacağı elə həmin gündən bəlliydi. Bəlli olan …
Şəfa EYVAZ.”Gülümsəyib keçmək lazımdı bəzən həyata”
Post Views: 33 Gülümsəyib keçmək lazımdı bəzən həyata, Sadəcə gülümsəmək. Tüpürüb ağrılarına, Səni ağrıdanlara da Qucaq-qucaq, buket-buket gülümsəmək. Əllərini tutmayan Soyuq əllərə inad, Ürəyindən gəlməyən Bir “salam”ı verməyə üşənən dillərə inad Gülümsə! Kədər səndən böyük ki deyil… Əslində yazdıqların Körpə ürəyinin iniltisidi. Yad qulağa xoş gələn hüznlü sətirlərin Yaralı hisslərin əsintisidi. Bütün bunları bilən varmı …
Şəfaqət CAVANŞİRZADƏ.”Kənddəki evimizin uğursuzluğu” (Roman)
Post Views: 25 Güc-bəlayla, boğazımızdan kəsə-kəsə, hər fəslə bir paltar ala-ala özümüzə rayonların birində ev aldıq ki, yaydan-yaya gedib istirahət edək, on iki ayın heç olmasa bir ayında təmiz hava udaq, gözümüz canlı-canlı meşə görsün, dağ görsün, yağış yağanda torpaq qoxusu burnumuzdan beynimizə tüğyan eləsin, alınmadı. İlk gündən burnumuzdan gəldi. Dədəm evi ucuz alanda gərək …
Nəcibə İLKİN.Yeni şeirlər
Post Views: 38 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Deyirlər bu gün şair günüdü Deyirlər ki, bu gün şair günüdü, Şairlərin hansı günü yoxdu ki?! Əzab, həsrət, hicran, bir də qəm yükü, Şairin yemidi, şair toxdu ki?! Əynində vətənin şəhid …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 36 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü SƏNSİZ Getmə məni ağlar qoyub, ayaq saxla dərdimə yan, Qayıt Allahı sevirərsən,qoyma aşiqi pərişan. Yalvarıram dön bir bax, gör məndə bir can qalıbmı, Səndən ayrı yaşamağa yoxdu daha məndə bir can. Təbibim ol, …
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Post Views: 48 Hörmətli həmvətənlər! Müqəddəs Ramazan bayramı münasibətilə sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. İlahi hikmətlər xəzinəsi “Qurani-Kərim” on bir ayın sultanı sayılan mübarək Ramazan ayında nazil olmuşdur. Müsəlmanlar bu ayda Uca Yaradan qarşısında vicdani borcunu yerinə yetirmək fürsəti əldə edir, …
«Azərikimya» İstehsalat Birliyində 15 iyun–Azərbaycan xalqının Milli Qurtuluş gününə həsr olunmuş geniş tədbir keçirilmişdir
Post Views: 46 «Azərikimya» İstehsalat Birliyində 15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş gününə həsr olunmuş geniş tədbir keçirilmişdir. Kimyaçılar öncə Ümummilli lider Heydər Əliyevin Sumqayıtdakı möhtəşəm abidəsini ziyarət etmiş, önünə tər güllər düzmüşlər. Sonra Birliyin akt zalında davam etdirilən tədbirdə çıxış edən natiqlər qeyd etmişlər ki, çağdaş tariximizin 34 ili ümummilli liderimizin adı ilə …
Şair-filosof Əlişad QARAQASIMLI.”Hörümçək toru”
Post Views: 39 Hörümçək torundan çox xoşum gəlir… Hörümçək toruna düşmək istərəm. Azalsa, qəlbimdə bir qətrə həvəs,- Cəhənnəm odunda bişmək istərəm. Hörümçək torundan çox xoşum gəlir… Onu nəğmə bilib bir ömür boyu Gündüz də, Gecə də oxuyuram mən. Dosta, aşinaya məhəbbətimi Hörümçək torundan toxuyuram mən. Hörümçək torundan çox xoşum gəlir… Sapları şəfəqdən, işmələri nur. HATƏMÜL-ƏNBİYA …
Rafiq ODAY.Yeni şeirlər
Post Views: 61 UŞAQ ŞEİRLƏRİ 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə BİRİMİZƏ ÇATMAYIR Nənə nağıl danışır, Göydən üç alma düşür. Nəvələrin günləri, Bax beləcə ötüşür. Almaların üstündə, Dalaşırdı nəvələr. Axı alma üç idi, Onlar isə dörd nəfər. Kiçik nəvə Dürdanə, Bir gün dedi:- Ay nənə, Bəs niyə almaların Sayı heç vaxt artmayır? Axı …
Şair-publisist Əkbər QOŞALI.Seçmə şeirlər
Post Views: 99 * * * Hər gün verilməmiş bir salamım var, hər gün gördüklərim gözümdən çıxar. Mənim bu dünyadan bir alasım var, bir də bir adam var sözümdən çıxar. Dillər var adımı təzə saxlayıb, gözlər var üstümdə nəzər saxlayıb, Bir qəlbi sınıq qız nəzir saxlayıb, onun da həsrəti dözümdən çıxar. Dedilər yol getsən yorulmaq …
Şəfa VƏLİYEVA.”Ruh yanğınından sağ çıxmaq”
Post Views: 29 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı (“Ünvanımı tapan kitablar” silsiləsindən) Saatlara əsir olan günlərin birində qapının cırıltısı pəncərəmdəki kölgəmi titrətmişdi. Uzaqlığın yaxınlığında iki kəlmə kəsilmişdi Tanrıyla bəndə arasında; biri “aman” idi: “Aman, Tanrım!” Sonuncu qorxunun ilk can hayındaykən Tanrıdan aman diləmək acizliyimizdənmidir? Yoxsa, cəsarətimizdənmi? Cavabımız yox… …
Şəfa EYVAZ.Yeni şeirlər
Post Views: 34 * * * Bütün ağrıları çəkib sinəmə, Bir ovuc ürəyə sığışdırmışam. Daha gözlədiyim kimsə qalmayıb, Gözümü yollardan yığışdırmışam. Gündüz gözü, gecə könlü yorarmış… Gecə uzun, ulduzları saymışam. Bu gecə nə qorxu, nə də dəhşət var, Hamsını yuxuma qarışdırmışam. Bəlkə məsləhətdir, alıb aparar, Duaların ətəyindən tutmuşam. Ha suvarsan qara daşı göyərmir, Allah, yer …
Fidan ABBASOVA.”Hayat ilginc gün gəlir hiç olanlar padişah olur”
Post Views: 38 Hayat ilginc gün gəlir hiç olanlar padişah olur, hırsızlar zəngin,metreslər eş, eşəklər adam olur. Gün gəlir odundan kapı, taşdan saray olur. Gün gəlir kezbanlar destan, onları destan yapanlar mestan olur. Gün gəlir hadsizlik özgüvən, sayqı yaln, sevgi dolan olur. Gün gəlir çivisi çikar dünyanın, konuşamaynlar hatip, şifa verəməyənlər tabib, yazamayanlar katip olur. …
Nofəl ÜMİD.Yeni şeirlər
Post Views: 44 YOLUNU GÖZLƏDİM Sən getdin, qəm aldı qoynuna məni, Çökdürdün ömrümə dumanı, çəni. Fələk də gətirdi saçıma dəni, Hər gecə əllərim uzandı göyə, Yolunu gözlədim, dönərsən deyə. Sən getdin, səninlə getdi bu ürək, Həsrət acısında bitdi bu ürək, Söndü, daşa döndü, itdi bu ürək, Köksüm buz bağladı… Bilirsən niyə? Yolunu gözlədim, dönərsən deyə. …
Sərvər KAMRANLI.Yeni şeirlər
Post Views: 34 * * * Soyuqluğu necə yaman üşüdür, Ağladır ruhumu, ağladır, Allah! Atıb ev-eşiyin o qız gedəndən, Bağlıdır qapısı, bağlıdır, Allah! Asılıb qalmışam dərd yaxasından, Özüm də özümə qənim olmuşam. Hardadı bəxt yazan… tapıb soruşun, Görün bu taleyi ondan almışam? İçimdə oxunmur eşqin nəğməsi, Yox olub könlümdən sevgili çağlar. Gəl, qayıt evinə, ay …
Kənan AYDINOĞLU.”Mən köçəndə bu dünyadan vaxtım, zamanım danışar”
Post Views: 32 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Mən köçəndə bu dünyadan vaxtım, zamanım danışar, Saz Qorqudun yadigarı neyim, kamanım danışar. Nələr gördüm, nələr dedim tariximə yazılıbdı, Hər sözümü, hər kəlməmi yaşanan anım danışar. Ölümə məhkumam mən də bir gün Haqqa qovuşacam, Qiyamətdə Haqq önündə ruhum və …
Gənc yazar İntiqam Yaşarın “Evdə yoxam” şeirlər kitabı işıq üzü görüb
Post Views: 31 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc yazar İntiqam Yaşarın “Evdə yoxam” adlı yeni şeirlər kitabı işıq üzü görüb. Kitab müəllifin oxucularla sayca üçüncü görüşüdür. Kitabda müəllifin son illərdə qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri toplanıb. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Oxucuların rəğbətini qazanacağına ümid …
O.M. Mirqasımovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 41 O.M. Mirqasımovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Oqtay Mirəsədulla oğlu Mirqasımov “Şərəf” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 7 iyun 2018-ci il. Mənbə: https://president.az
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında ƏSASNAMƏ
Post Views: 55 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında ƏSASNAMƏ Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir 1. Ümumi müddəalar 1.1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (bundan sonra – Xidmət) mədəni irsin …
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin STRUKTURU
Post Views: 53 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin STRUKTURU Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir 1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatı (şöbələr və sektorlar) 2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti 3. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 4. Regional mədəniyyət idarələri. Mənbə: …
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında ƏSASNAMƏ
Post Views: 64 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında ƏSASNAMƏ Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir 1. Ümumi müddəalar 1.1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi (bundan sonra – Nazirlik) mədəniyyət, incəsənət, tarix və mədəniyyət abidələrinin qorunması, nəşriyyat və kinematoqrafiya sahələrində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən …
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Post Views: 52 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram: 1. “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur). 2. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur). 3. “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin …
Beynəlxalq Muğam Mərkəzində VIII Şairlər Günü ilə bağlı tədbir keçirilib
Post Views: 61 İyunun 6-da Beynəlxalq Muğam Mərkəzində VIII Şairlər Günü ilə bağlı tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirə dünyanın müxtəlif ölkələrindən qələm adamları, eyni zamanda, Milli Məclisin deputatları, ədəbi ictimaiyyətin nümayəndələri qatılıb. Azərbaycanın və Türkiyənin dövlət himnlərinin ifası ilə başlayan mərasimdə bu il anadan olmasının 110 illik yubileyinin qeyd edildiyi Mikayıl Müşfiqin həyat …
Gənc yazar İntiqam Yaşarın “Evdə yoxam” şeirlər kitabının təqdimat mərasimi keçiriləcək
Post Views: 28 .10 iyun 2018-ci il tarixində saat 13:40-da Azərbaycan Milli Kitabxanasının nəzdindəki “Açıq kitabxana”da yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc yazar İntiqam Yaşarın “Evdə yoxam” adlı yeni şeirlər kitabının imza törəni keçiriləcək. Kütləvi informasiya nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, müəllifin yazar dostlarının da iştirakı …
Rafiq ODAY.Yeni şeirlər
Post Views: 48 ÖMÜR NAĞIL MİSALI – AYLAR, İLLƏR QANADLI Şəxsiyyətinə hörmət, qələminə rəğbət bəslədiyim, mənimçün doğma və dəyərli insan olan Adilə Nəzərə Yenə dost dediklərin öz qınına çəkildi, Günün namərd əliylə göy əskiyə büküldü, Zülmətlə çarpışan dan gözlərində söküldü, Açıldı bir sabah da, salam, sabahın xeyir. Ömür nağıl misalı – aylar, illər qanadlı, Ürəyini …
İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 61 İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2018-ci ilin iyun ayında Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, görkəmli nasir və ssenarist, xalq yazıçısı İsa Muğannanın (İsa Mustafa oğlu Hüseynovun) anadan olmasının 90 illiyi tamam olur. Müasir Azərbaycan nəsrinin əsaslı surətdə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı İsa Muğanna mədəni-mənəvi …
“Müəllim ömrü”
Post Views: 65 İnsan çox zaman illərin necə ötüb keçdiyinin fərqinə varmır. Amma nə vaxtsa dönüb geriyə baxmağa, ömrünün enişli-yoxuşlu çağlarına nəzər salmağa daxili ehtiyac duyur. İlləri yelə vermədiyinə, həyatını mənasız yaşamadığına əmin olanda isə özündə mənəvi rahatlıq tapır. Təbii ki, belə ömür hamıya qismət olmur. Taleyi bu qismətdən yan keçməyən insanlar da az deyil. …
Azərbaycanda VIII Şairlər Günü qeyd olunacaq
Post Views: 56 Gənc Şairlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı, İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi), TURKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası), Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kİtabxanası, TİKA, Azərkitab – Kitab Təbliğatı Mərkəzi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyilə may-iyun aylarında Azərbaycanda VIII Şairlər Günü qeyd olunacaq. Bu il Şairlər Günü …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.Seçmə şeirlər
Post Views: 126 TƏLƏSMƏ Dedim mən sevirəm, dedi sevginən, Dedim qoşa gəzək, dedi tələsmə. Dedim bağ içidi, dedi seyr elə, Dedim bir gül üzək, dedi tələsmə. Dedim bir vədə ver, xəyala varma, Dedi zəhmət çəkib özünü yorma. Dedim, qadan alım, dedi yalvarma, Dedim onda küsək, dedi tələsmə. Dedim mən aşiqəm al yanağına, Dedi bülbül qonar …
Xalq şairi Zəlimxan YAQUB.Seçmə şeirlər
Post Views: 368 ÇƏKƏR Görüş var bir ömrü versən də azdır, Görüş var getməyə adam can çəkər. Görüş var şadlığı sığmır illərə, Görüş var fərəhi bircə an çəkər. Yaşasan ən şirin arzuyla, kamla, Sevincin sel olar, dərdinsə damla. Ürəkdən verilən xoş bir salamla Əli əl isidər, qanı qan çəkər. Ayrılıq həyatda hər şeydən çətin, Min …
Xalq şairi Bəxtiyar VAHABZADƏ.Seçmə şeirlər
Post Views: 534 BƏXTİYARAM MƏN Səninlə Ömrün payızında sevdim, sevildim, Elə bilirəm ki, ilk baharam mən. Arxanca sürünən kölgənəm sənin, Harda qərar tutsan, orda varam mən. Mey olsan, yanında bir qədəh ollam, Gül olsan, çətrini öpən meh ollam. Ot olsan, bir anda dönüb şeh ollam. Dağ olsan, zirvənə yağan qaram mən. Başımı qoyaram gündə yüz …
Xalq şairi Vaqif SƏMƏDOĞLU.Seçmə şeirlər
Post Views: 42 Günəşli yay günündə… Günəşli yay günündə göylərə qalxıb, buludlarda yolunu azan, və qarlı-şaxtalı qış günündə yuvasını tapan göyərçin kimiyəm. Uşaqlıqda azıb, bir bağlı yuva qarşısında durmuşam neçə ildir. Dimdiyimdən qan damır yerə… 1986 Gəmiyə baxa-baxa… Gəmiyə baxa-baxa dənizi də yadımdan çıxartdım. Gəmiyə baxa-baxa unutdum gördüklərimi, tanıdıqlarımı. Yadıma görmədiyim limanlar düşdü. Qəribə dillər …
Xalq şairi Süleyman RÜSTƏM.Seçmə şeirlər
Post Views: 155 SÜLEYMANA GÖSTƏRİN! Cənublu qardaşlarıma Qırx il var ki, görməmişəm Təbrizi, Ordan mənə bir nişana göstərin. Özünüzü hər bu taya gələndə, Ayrılıqdan bağrı qana göstərin. Əlinizdə hər nə varsa oralı Şair könlü pərişana göstərin. Sinəsinə həsrət dağı çəkilmiş, Hamınızdan nigarana göstərin. Yaşarsa da bu görüşdən gözləri Onun kimi yana-yana göstərin. Heç olmazsa cansız …
Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.Seçmə şeirlər
Post Views: 142 KƏLBƏCƏR Xəstələrə dərman olan, Təbib bulaqlı Kəlbəcər İstisuyu səda salan, Səsli-soraqlı Kəlbəcər. Qədir bilən, yol saxlayan, Dostlar üçün gül saxlayan. Yayda ağır el saxlayan, Sərin yaylaqlı Kəlbəcər. Gözündə var əhdi-vəfa, Eyşi-işrət, zövqü-səfa. Gələn burda tapar şəfa, Boyük sınaqlı Kəlbəcər. Yaxşı keçir hər əhvalı, Yadındadı dost xəyalı. Çaylar kimi axır balı, Sarı qaymaqlı …
Şair Bəhmən VƏTƏNOĞLU.Seçmə şeirlər
Post Views: 1. 345 BƏHMƏN VƏTƏNOĞLU (Bəhmən KalıĢ oğlu Abbasov – 1932 -2004) BƏHMƏN Bu mənəm, a qardaş, tanımadınmı? Könlü dərdli, dili nalalı Bəhmən. İndi yurdsuz qalıb, yuvasız qalıb, Gördüyün o yurdlu-yuvalı Bəhmən. Qəzalar, qədərlər əyibdi məni, Dərdim öz içimdən yeyibdi məni. Zaman zindanında döyübdü məni, Yoxdu o əzəlki havalı Bəhmən. Gələcək nəsilə şirin nağılam, Bir …
Şair ŞÜCAƏT.Seçmə şeirlər
Post Views: 1. 904 SÜCAƏT (Sücaət Yunus oğlu Əhmədov – 1946-2002) DAĞLAR Mən gedirəm qürbət elə, Sağ-salamat qal, a dağlar. Halallıq ver, qoy qalmasın Ürəyimdə xal, a dağlar. Hanı məndə dözüm sənsiz, Sönəcəkdir közüm sənsiz. Qan tökəcək gözüm sənsiz Olacağam lal, a dağlar. Dostum – yarım keçir gendən, Dərdim artır günü-gündən. Məni qəmdən, qəmi məndən, Al, …