Post Views: 55 Saçlarından tel əsəndə, Telinə qurban olmuşam. Dilin sözə tələsəndə, Dilinə qurban olmuşam. Təzə çıxan süd dişinə, Qəh-qəhəli gülüşünə. Tırıp- tırıp yerişinə, Çox baxıb heyran olmuşam. Yanağının gülü solsa, Könlün bir an tutqun olsa, Bir ağrıyla gözün dolsa, Mən ürəyi qan olmuşam. Keçib getdi ayım, ilim, Sən açıldın, qönçə gülüm, ” Ana” deyən …
İyul 14, 2019
Xalq şairi Hüseyn ARİF.”Gəlib gözlərimin keçir önündən”
Post Views: 53 Gəlib gözlərimin keçir önündən, Sinəmi qabağa gərdiyim günlər. Əynimdə boz şinel alov içindən, Fırtına qoynuna girdiyim günlər. Yatmaqdıq atəşdən atəşə qədər, Sədası torpaqdan günəşə qədər, Qırx birinci ildən qırx beşə qədər, Döyüşdə imtahan verdiyim günlər. Sellər-sular kimi qaynayıb-daşar, Dastanlar yaradıb, mahnılar qoşar, Canlı xatirəyə çevrilib yaşar, Bir vaxt gözlərimlə gördüyüm günlər.
Xalq şairi Osman SARIVƏLLİ.”Unutduq”
Post Views: 31 Cavanlarla məşğul olduq sübhi-şam, Yad etmədik, qocaları unutduq. Çox dəm vurduq etibardan, heyif ki, Sədaqəti, etibarı unutduq.
Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Bacarsaydım qurudardım”
Post Views: 39 *** Bacarsaydım qurudardım, Dünyanın dənizlərini, Xəzər yudu bu gün, gülüm, Sahildəki izlərini. O balaca ləpirləri Çoxmu gördü dünya mənə, Gözmü dəydi izlərinə? Yerə vurdun sözlərimi, Dindi yerim sarı simi… Eşitmişəm yol üstəsən, Yaz, göndərim gözlərimi, Harda ağlamaq istəsən…
Xalq şairi Səməd VURĞUN.”Dağlar”
Post Views: 101 Binələri çadır- çadır Çox gəzmişəm özüm, dağlar! Qüdrətini sizdən aldı Mənim sazım, sözüm, dağlar! Maral gəzər asta – asta, Enib gələr çeşmə üstə. Gözüm yolda, könlüm səsdə, Deyin, necə dözüm, dağlar? Hər obanın bir yaylağı, Hər tərlanın öz oylağı; Dolaylarda bahar çağı: Bir doyunca gəzim, dağlar! Qayaları baş – başadır, Güneyləri tamaşadır. …