Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 60 of 122 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Taleh” (Hekayə)

Post Views: 36 Qaranlıq, tənha bir qış gecəsi… Qatarın dəmir ayaqlarının taqqıltısı və arabir eşidilən fit səsi olmasaydı, o özünü bu dünyanın adamı bilməz, hansısa kimsəsiz, qərib bir çöllükdə hiss edərdi. O tələsirdi… Səhərə tələsirdi… Açılacaq səhər onu bir il yarımlıq ayrılıqdan sonra anasına, doğmalarına qovuşduracaqdı. Bayaqdan bəri vaqonun kupeləri arasında vargəl edən bələdçi artıq …

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Bahar qızı”

Post Views: 51 Bahar qızı, baharına Qar ələndi, üşüdünmü? Pərən-pərən arzuları Çimirinə daşıdınmı? Laylan beşik gördümü heç, Bələdinmi dərdini heç? Səssiz evin sordumu heç Barlı bağlar yaşıdınmı? Suç işlədin, suçun ögey, Varın ögey, heçin ögey, Qaç çölünə, için ögey, Sən biçimdə daş – adammı?!

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Çatarmolar”

Post Views: 41 Sinəm basdı sinəsinə Qollarımı sinə-sinə. Bir ah çəksəm sənə… sənə Çatarmolar, çatarmolar? Dağı bağa ha daşıyım Yenə laldı ev-eşiyim. Layla desəm boş beşiyim Yatarmolar, yatarmolar? Allah gendə, bəndə gendə, Kimdi görən bu bədəndə? Ay ürəyim Göy sinəmdə Batarmolar, batarmolar.

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Son məktubum”

Post Views: 40 Bu, sənə son məktubum, Qanımın son damlası. Oxu, gözlərin səpsin Oduma son damla su. Sən bir ömür xatirəm, Sən alnımda yazımdın. Sən çölümdəki boran, Sən içimdə yazımdın. O yaz qönçə barına Həsrətkən qışa köçdü. O yaz gözlərimdəcə Bir qara daşa köçdü. Verdiyin dərd yerində Dağ olacaq göy otlar. Ağrının sinəsində Soğulacaq göy …

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Bilirsənmi?!”

Post Views: 36 “Səni sevdim qar üstündə yem axtaran quş kimi“ Ramiz Rövşən Bilirsənmi, Onu necə sevirdim, Ananın balanı sevdiyi kimi. Sərçənin qar üstdə dəni sevdiyi, Arının balını sevdiyi kimi. Bilirsənmi, O, gizlinim, o sirrim, O sirri tutmaqdan qala olmuşam. Elə gözdən düşüb, təklənmişəm ki, Lalası sovrulan tala olmuşam. Bilirsənmi, Ona necə həsrətəm, Yad eldə …

AJB Sumqayıt şəhər təşkilatı

Emil Rasimoğlunu doğum günü münasibətilə təbrik edirik! ( 27 iyun 1991-ci il)

Post Views: 44 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi Sizi, Emil RASİMOĞLU, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvünü, Prezident təqaüdçüsünü, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bürosunun …

Ana səhifə

Emil RASİMOĞLU.”…Sən demə, hər şamın arxası bir qadın yuvası imiş…”

Post Views: 32 Ağaclardakı dənizlər, dənizlərdəki yanan kimsəsiz kibritlər və göy üzündəki torpaq. …və bir də alnımdakı qandallı qırışların edam günü. Evimizin divar saatı bağışlayır ana bətnlərinin günahını, unuduram aynaların küçəsini Vətən olan hər yerdə. …Sən demə, hər şamın arxası bir qadın yuvası imiş. Məni bağışlamağa can atma, kəsməyib siqaret bədənindəki yağışlar. …hələ də maestronun …

Sumqayıt RMTİ

26 iyun “Silahlı Qüvvələr günü” münasibətilə hərbi hissələrdə konsertlər keçirilib

Post Views: 34 Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə mədəniyyət müəssisələrinin kollektivləri hərbi hissələrdə konsert proqramı ilə çıxış ediblər. Sumqayıt şəhər və Dostluq Mədəniyyət evi, Corat Qəsəbə Mədəniyyət evi, C.Cabbarlı adına Mədəniyyət evi, 28 May Diyarşünaslıq evi, Gənclik klubu ayrı-ayrı hərbi hissələrdə konsert proqramı ilə çıxış etdilər. Gənc müğənnilər Şamo Babayev, Günel Eyvazova, Rəşad Bəşirov, …

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Yolum ocaq”

Post Views: 30 İçimdə ürəyim kösöv, Çölüm ocaq, çölüm ocaq! Uzun bir yola çixiram, Yolum ocaq, yolum ocaq! Az gileylən, ruhum, darda, Yer geyəcəm ilk baharda. Əməllərim günahlarda Yolunacaq, yolunacaq! Əl qaldırdı rəqsə alım, Bəyazlar mənə çox zalım. Tələsin, vida “Vağzalı”m Çalınacaq, çalınacaq.

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Qızılgül”

Post Views: 32 Ürəyiмdə qübаr еdən dərdiмi, Dаnışмаrам…dаnışмаrам, qızılgül!.. Həsrətiмin gilеy dоlu cığrınа, Qаrışмаrам… qаrışмаrам, Qızılgül! Bоylаnırам bоyun-bоyun bоynunа, Hоylаnırам bu tаlеyin оynunа, Bircə günlük yаr оluммu qоynunа, Sоruşмаrам… sоruşмаrам, Qızılgül! Yахınındа qаrа dаğlаr qаrlıdı, Vüsаl uмаn həsrətindən kаrlıdı, Dеsən: könlüм vəfаdаrlı, yаrlıdı, Bаrışмаrам… bаrışмаrам, Qızılgül!..

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Səni gözləyir”

Post Views: 31 Gözlərini Bənövşən Аçмır, səni gözləyir. Yаz оlsа dа ətrini, Sаçмır, səni gözləyir. “Оyаn”- dеyir sübh меhi, Bükür bоynunu “еh”i, Yаrpаğındаkı şеhi, Içмir, səni gözləyir. Qоrхur yаd əllər dəyər, Qurur kоl аltdа dəyə, “Sözlüм gələcək” – dеyə, Köçмür, səni gözləyir.

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Sevgi nağılı”

Post Views: 39 Gəl, sənə bir nağıl söyləyim, O nağıl ömrümün noğulu idi. O nağılda biri vardı – o Səndin, O nağılda biri yoxdu – o məndim. O nağılda Sən Günəşdin, mən gecə. O nağılda Sən məndəydin, Mən təkcə! O nağılda gözlərin göz işığım, Səsin İlahi səsi, Səsin “Azan”ım idi. O nağılda baxışın ürək dağım, …

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Ona deyin”

Post Views: 32 Ona deyin, verdiyi Dərdi də sevər oldum. Gözüm hər acısını Gördü də, sevər oldum. Ona deyin, əcəl də Məndən üz çeviribdi. Təxti olan köksümü Atəşi deviribdi! Ona deyin, bahara Çıxmam! Çıxmam bu qışla. Ona deyin can verən, “Can” deyəni bağışla! Ona deyin, Bağışla! 30 may 2014

AJB Sumqayıt şəhər təşkilatı

Sumqayıtda istedadlı jurnalist İlhamə Məhəmmədqızının 50 illik yubileyi ilə əlaqədar tədbirlərə start verilmişdir

Post Views: 62 İyun ayının 23-də Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə “Möhtəşəm Azərbaycan” qəzeti redaksiyasının akt zalında Azərbaycan Jurnalistlər Birliyinin və Dağıstan Yazıçılar Birliyinin üzvü, “Həsən bəy Zərdabi”, “Müqəddəs qələm” və digər media mükafatları laureatı, bir sıra nüfuzlu qəzet və jurnallarda məsul vəzifələrdə çalışmış, hazırda “İdeal Market” qəzetinin təsisçisi və baş redaktoru, …

"Ədəbi Körpü" dərgisi

Səxavət İZZƏTİ (ƏNDƏLİB).”USTAD YƏHYA ŞEYDA”

Post Views: 43 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi Yəhya Şeyda 1924-cü ilin may ayının 10-da şərqin ən qədim şəhərlərindən olan Təbriz şəhərində anadan olmuşdur. Onun atası Səttarxan hərəkatının iştirakçılarından, Təbrizin məşrutə mücahidlərindən olan “Yüzbaşı” ləqəbli Həsən Çərəndabidir. Şeyda, Firdovsi mədrəsəsinin ədəbiyyat bölümünü bitirmiş, fars və ərəb dillərini mükəmməl şəkildə …

"Ədəbi Körpü" dərgisi Azərbaycan ədəbiyyatı

Gənc yazar Kənan Aydınoğlunun şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub

Post Views: 71 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğlunun “Sənsiz yaşamağın sirrini öyrət” adlı şeiri İran İslam Respublikasının …

Sumqayıt RMTİ

“Sumqayıtda ədəbi həyat”ın təqdimatı

Post Views: 28 Sumqayıt Poeziya Evində Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi, Ə.Kərim adına Poeziya Evinin və AYB Sumqayıt bölməsinin təşkilatçılığı ilə görkəmli tənqidçi, filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Vaqif Yusiflinin “Sumqayıtda ədəbi həyat” adlı kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Poeziya Evinin direktoru, şair İbrahim …

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Anama”

Post Views: 30 Pir yolunda pir olmusan, Anam, getmə pirə, dəyməz! Dilək-dilək qovrulmağın, İçindəki sirrə dəyməz! Bircə gülü solsa əgər, Sanma bağban qan-yaş tökər. Bağına bax, bəhər-bəhər Al-yaşılda tərə dəyməz! Balan oldum, balın oldum, Bal yolunda yalın oldum, Sonda bu kor yolu buldum, Bunca dərdə, sərə dəyməz! Bahar ömrüm keçdi daha, Ağ gün mənlə öcdü …

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Anama”

Post Views: 33 Bir dəli sevdaya düşmüşəm, ana, İntihar sevdasına! Amma Qıymıram sənin ürəyinin bir parçasına, Qıymıram sənə! Bax, ana, Bircə canımnan başqa heç nəyim yoxdu. Onu da borcluyam Sən Tanrıma! Bilirəm, onsuz da qatiləm! Mənli arzularının, İstəklərinin, Sənə verəmədiyim nəvələrinin “qatili”! İndi də balanın qatili olmaqdan qorxuram! Ana! Sənin ölümünü gözləyirəm! Başımdakı bu sevdanın …

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Yığış gedək”

Post Views: 34 A köksümdə döyünənim, Mərdim, mərdim, yığış gedək. Səni səni sevməyənə Verdim… verdim, yığış gedək. Gül açmadı yenə bu yaz, Ümid düşdü çənə bu yaz… Qara saçım, səni bəyaz Hördüm… hördüm, yığış gedək. Nədən saldın mənə meyil, Di içimdə söyül, döyül. Bu dünya bizimki deyil, Dərdim, dərdim, yığış gedək!

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Qadın”

Post Views: 40 İstəkdən yoğrulsan da, İstəklə doğulmadın. O qədər çox idi arzun Arzundaca boğuldun! Yum! Yum gözlərini, qadın! Sevdin! Ruhun uzaqda Cismin doğma yataqda, Ananın naxış-naxış, Həvəs-həvəs tikdiyi Yastığı cırmaqlayan Dırnaqların şişəmi? Məhrəminə satdığın Cismin dözür şişəmi? Bu dünya çox kiçikdir. Bir qadın içindəki Sevgini basdırmağa Yer acizdi torpaqda, Torpaq bəyaz bayraqdı! Sən azad …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.””Ədəbiyyat qəzeti” mənim tale qəzetimdi…”

Post Views: 37 Əzizim Azər! Qəzetinizin 85 illik yubiley günü yaxınlaşır. Mübarək olsun. Yubiley ili ərəfəsində çox şeyi demək, çox şeyi də xatırlamaq olar. “Ədəbiyyat qəzeti” artıq çoxdan bütov bir epoxanı müxtəlif, mürəkkəb mərhələlərlə birlikdə əhatə edən salnaməyə və salnaməçiliyə, tarixə və tarixçiyə çevrilmişdi. Yazıçı kimi, yazıçı qəzetinin də ayrıca öz tərcümeyi-halı olur. O, indi …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Vətən oğulları, Vətən qızları…”

Post Views: 55 Ramiz Duyğunun şeirinə rəy Bu yaxınlarda Yazıçılar Birliyinin Natəvan klubunda hərbiçi şair dostum Ramiz Duyğunun 80 yaşı hörmətlə qeyd edildi. Oxucuları onu təbrik etdi, yeni yaradıcılıq uğurları arzuladılar. “Ədəbiyyat qəzeti”nin 16 mart 2019-cu il tarixli sayında isə şairin “Nərmin və Elnur dastanı”nı oxudum. Zəng vurub fikrimi bildirdim. Əsər ithafla başlayırdı: “Qarabağ döyüşlərində …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”İstiqlalın ilk günü”

Post Views: 30 X.R.Ulutürkün xatirəsinə Xəlil təzə qayıtmışdı Dönüb oda, Oxuyurduq, tələbəydik Dünənəcən Moskvada. KQB-nin zindanından Qayıtmışdı, O, yarıcan qayıtmışdı Öskürürdü aradabir. Yox, öskürmür, Püskürürdü Aradabir. Ordan vulkan qayıtmışdı. Azərbaycan həbsdəydi, Azərbaycan qayıtmışdı. Sığışmırdı məcrasına – Daşa-daşa qayıtmışdı. İçində bir Nazim Hikmət, Nuru Paşa qayıtmışdı. Firəngizi yanındaydı, Təbrizi yox. O, Təbrizi evdə görmək istəyirdi, Ta …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Bu eşqlə”

Post Views: 42 Gənc yazıçı Günel xanımın atası xalq yazıçısı Anarın, anası akademik, musiqişünas Zemfira xanımın 55 illik həyat hekayəsinə həsr etdiyi filmə baxdım Hər qızın hünəri deyil Atasına, anasına, İki könül dünyasına, Beşiyinə, laylasına Layla desin öz dilində, Bakirə bir qız dilində. Bu Zemfira, o da Nigar, Biri Rəsul, biri Anar. Sən onlardan yadigarsan, …

Publisistika

İki zirvə Çələngi… – Şair Nizamidən – alim Nizamiyə…Nəriman Həsənzadə yazır

Post Views: 45 Dünyaya Bəhmənyar və Tusi gəldi, indi də onların varisi gəldi. Mahmud Qaşqarinin türkçü qələmi, sənin əlindədi indi, Nizami… On bir il bundan əvvəl yazdığım poemada Nizamiyə müraciətlə deyirdim: Nizami, millət də bəzən tək qalır, onu da tək görüb hərifləyirlər. Unu ələyirlər, bir kəpək qalır, unu yox, kəpəyi tərifləyirlər… 1949-cu iliydi. Millətimizi öz …

Mədəniyyət

Xalq şairi Vahid Əzizin yaradıcılıq gecəsi keçirilib

Post Views: 41 Xalq şairi Vahid Əzizin “Azərkitab” Kitab Təbliğatı Mərkəzində yaradıcılıq gecəsi keçirilib. AZƏRTAC xəbər verir ki, gecəni giriş sözü ilə “Azərkitab”ın layihə rəhbəri Sabir Həsənov açaraq şairin həyat və yaradıcılığından söz açıb. O, Vahid Əzizi Xalq şairi fəxri adı alması münasibətilə təbrik edib və bunu ölkə başçısının söz adamlarına verdiyi ən yüksək qiymət …

Mədəniyyət

Bədii, sənədli və animasiya film ssenariləri müsabiqəsinin nəticələri açıqlanıb

Post Views: 34 Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il martın 1-də “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncamın 1-ci bəndinin icrasını təmin etmək məqsədilə ictimai təşkilatların, kino qurumlarının və Mədəniyyət Nazirliyinin nümayəndələrindən ibarət İşçi Qrupu tərəfindən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və digər aidiyyəti qurumların təklifləri nəzərə alınmaqla “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın …

Mədəniyyət

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar Bosniya və Herseqovinada tədbir keçirilib

Post Views: 26 Bosniya və Herseqovinanın Milli və Universitet Kitabxanasında, Qazi Xosrov bəy Kitabxanasında və digər müəssisələrdə saxlanılan dahi Azərbaycan klassikləri İmadəddin Nəsimi, Nizami Gəncəvi və Məhəmməd Füzuliyə aid əlyazmaların tədqiq edilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Əlyazmaların və əski çap kitablarının tərcüməsi” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə …

Mədəniyyət

Heydər Əliyev Sarayında növbəti konsert – “Sazlı-sözlü diyarım mənim”

Post Views: 36 İyulun 2-də Heydər Əliyev Sarayında “Sazlı-sözlü diyarım mənim” adlı aşıq konserti keçiriləcək. Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertdə sevilən aşıqlar Altay Məmmədli, Solmaz Kosayeva, Ağamurad İsrafilov, Nargilə Mehdiyeva, Gözəl Kəlbəcərli, Cahangir Quliyev, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı, Avdı Musayev, Şaiq İncəli, şairələr Pərvanə Zəngəzurlu, Güllü Eldar Tomarlı və “Çeşmə” folklor qrupu, “Ruhani” …

Azərbaycan ədəbiyyatı

Debüt: Ülvi ƏLƏKBƏRZADƏ. Yeni şeirlər

Post Views: 40 Həyatın üzü Bu gün həyatın, gerçək üzü üçün şeir yazmaq istədim.. Bülbülün səsini batırmaq istəyən, qarğa üçün.. Həsrətlə uşaq evində ata- analarının yolunu gözləyən, körpələr üçün.. Qocalar evinə atılmış gözü yaşlı, valideyinlər üçün.. Övlad həsrəti çəkənlər üçün, vətən dərdi çəkənlər üçün, gözü yaşlı, yolumuzu gözləyən, Qarabağ, Şuşa, Laçın, Xocalı üçün bir şeir …

Azərbaycan ədəbiyyatı Ədəbiyyatşünaslıq

“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib

Post Views: 38 AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bir neçə ildir ki, oncildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin hazırlanmasına başlanılıb. Nəzərdə tutulan oncildlikdə ədəbiyyatımızın bütün dövrlərini əhatə edən mərhələlər üzrə icmallar veriləcək, onun inkişaf və zənginləşməsində xüsusi xidmətləri olan ədəbi simalar haqqında oçerklər təqdim ediləcək. AZƏRTAC xəbər verir ki, iyunun 18-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat …

Azərbaycan ədəbiyyatı

“Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin birinci cildi işıq üzü görüb

Post Views: 48 Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsindən Edebiyyatqazeti.az-a verilən məlumata görə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin birinci cildi nəşr edilmişdir. İnstitut Elmi Şurasının 15 oktyabr 2018-ci il tarixli 12 saylı iclas protokolunun qərarı ilə nəşr olunan birinci cild “Şifahi xalq ədəbiyyatı” bölməsini əhatə edir. …

Mədəniyyət

Bakıda çap edilən “Gənc Qırğız şeiri antologiyası” xəbəri xarici mətbuatda

Post Views: 28 Bu yaxınlarda çap edilən “Gənc Qırğız şeiri antologiyası”nın xəbəri xarici mətbuat səhifələrində işıqlandırılıb. Qırğızıstanın məşhur “Kabar”, For.kg, Kaktusmedia xəbər saytları öz səhifələrində bu xəbərə geniş yer ayırıblar. Bu haqda məlumatı Qırğız mətbuatına Azərbaycanın Qırğızıstandakı Səfirliyinin ataşesi Müstəcəb Tağıyev xəbər verib. 35 gənc qırğız şairinin müxtəlif mövzuda yaradıcılıq örnəkləri toplanmış nəşrə daxil edilən …

Mədəniyyət

İmadəddin Nəsiminin 650 illik yubileyi Kazan şəhərində qeyd olundu

Post Views: 33 Ötən həftə Tatarıstanın Kazan şəhərində Azərbaycan Milli Mədəni Muxtariyyatı tərəfindən Xalqlar Dostluğu evində Azərbaycan şairi, filosofu İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Kazanda yaşayan azərbaycanlı ziyalılar, tələbə və gənclər, həmçinin bir sıra iş adamları iştirak ediblər. Tədbiri giriş sözü ilə “Odlar yurdu” qəzetinin baş redaktoru Vasif Abdullayev açaraq …

Mədəniyyət

Daşkənddə yazıçı Yunus Oğuzun “Ovçu” romanının təqdimatı olub

Post Views: 53 Daşkənddə yazıçı Yunus Oğuzun “Ovçu” romanının təqdimatı ilə Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nə yekun vurulub. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə baş tutan tədbirdə elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, soydaşlarımız, jurnalistlər iştirak edib. AMM-nin direktoru Samir Abbasov qonaqları salamlayaraq dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, …

Ana səhifə

Qədim Musiqi Alətləri Dövlət Ansamblı konsert proqramı ilə çıxış edəcək

Post Views: 28 İyulun 5-də Heydər Əliyev Sarayında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Dövlət Ansamblı konsert proqramı ilə çıxış edəcək. Ansamblın bədii rəhbəri və konsertmeysteri Xalq artisti Munis Şərifovdur. Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gecədə Xalq artisti Teyyub Aslanov və Əməkdar artist Nuriyyə Hüseynova iştirak edəcək. Konsertdə xalq …

Mədəniyyət

III Respublika Xalq Teatrları Festivalının final mərhələsi keçiriləcək

Post Views: 32 İyunun 23-25-də “Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı”na müvafiq olaraq III Respublika Xalq Teatrları Festivalının final mərhələsi, bağlanış mərasimi və I Respublika Xalq Teatrları Konfransı keçiriləcək. Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında 37 xalq teatrı kollektivi fəaliyyət göstərir. Əhalinin asudə vaxtının təmin …

Mədəniyyət

Daşkənddəki iki mərkəz arasında memorandum imzalanıb

Post Views: 37 Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyət və ədəbiyyatı günləri” çərçivəsində son layihə olaraq paytaxtdakı “Turon” Kitabxana-İnformasiya Mərkəzi ilə əməkdaşlıq haqqında Memorandum imzalanıb. AZƏRTAC xəbər verir ki, memoranduma əsasən tərəflər mədəniyyət və ədəbiyyat sahəsində birgə layihələrin icrası, müxtəlif tədbirlərin keçirilməsi, Azərbaycan və Özbəkistanın mədəniyyətinin, ədəbiyyatının …

Mədəniyyət

Mədəniyyət naziri və müavinləri bölgələrdə vətəndaşlarla görüşəcək

Post Views: 30 Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən iyunun 21-də saat 11:00-da mədəniyyət naziri Əbülfəs Qarayev Balakən rayon Mədəniyyət Mərkəzində (Balakən şəhəri, Heydər Əliyev prospekti 42) Balakən və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, həmin gün saat 11:00-da mədəniyyət nazirinin birinci …

"Yeni nəşrlər"

İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə “Cananı sevirəm” adlı qəzəllər kitabı özbək dilində çap olunub

Post Views: 28 Özbəkistanda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə “Cananı sevirəm” adlı qəzəllər kitabı özbək dilində çap olunub. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə çap olunan kitabı Azərbaycan dilindən tanınmış şair və tərcüməçi Tahir Qəhhar çevirib. Layihənin rəhbəri və ön sözün müəllifi AMM-in direktoru Samir …

Mədəniyyət

Nəsiminin qəzəllər toplusu Moskvada işıq üzü görüb

Post Views: 46 Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə rus dilində ərsəyə gətirilmiş “И стал Путем Истины я сам” kitabı (Azərbaycan Dövlət Tərcümə Mərkəzi) Moskvada nəşr olunub. Tərcümə Mərkəzindən bildirilib ki, kitaba daxil edilmiş 200-ə yaxın qəzəl və rübai Nəsimi yaradıcılığını işıqlandıran “Поезия вечной истины” adlı məqalə, eləcə də əsərlərdə yer alan mürəkkəb …

Mədəniyyət

“SUMQAYITDA ƏDƏBİ HƏYAT” kitabının təqdimat mərasimi keçiriləcək

Post Views: 32 22 iyun 2019-cu il tarixində saat 12:00-da Əli Kərim adına Sumqayıt Poeziya Evində görkəmli tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusiflinin yeni nəşr olunmuş “SUMQAYITDA ƏDƏBİ HƏYAT” kitabının təqdimat mərasimi keçiriləcək. Bütün ədəbiyyatsevərlər dəvətlidir. Qeyd edək ki, kitabın redaktoru Pr. İsa Həbibbəyli, rəyçisi Pr. Qəzənfər Paşayev, ön söz müəllifi Sumqayıt “Poeziya Evi”nin rəhbəri, …

Azərbaycan ədəbiyyatı

Azərbaycanın ilk Dövlət Mükafatı laureatı Əliağa VAHİD.Həyatı və Yaradıcılığı

Post Views: 70 Həyatı 100 illiyində buraxılmış Azərbaycan poçt markası Əliağa Vahid 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olmuşdur. Mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, …

Azərbaycan ədəbiyyatı

Əməkdar incəsənət xadim Əli TUDƏ.Həyatı və Yaradıcılığı

Post Views: 78 Cavadzadə Əli Qulu oğlu (Əli Tudə) — Azərbaycan şairi, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Yazıçılar Birliyinin üzvü, Əmək veteranı (1986), Əməkdar incəsənət xadimi (1987). Həyatı Əslən Ərdəbilin Çanaxbulaq kəndindən olan atası Qulu və anası Şahbəyim Şimali Azərbaycana köçmüş və Əli 1924-cü il yanvarın 31-də Bakıda anadan olmuşdur. Atası Qulu neft …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Söhrab TAHİR.”Apar, bu məktubu anama çatdır”

Post Views: 62 Ağdərə cəbhəsində bir əsgər şairə məktub vermişdir ki, anasına çatdırsın. Sənə yalan deyə bilmədiyimdən, Səndən gizli gəldim cəbhəyə. Ana. Bağışla bir yol da günahımı sən, Öpüb baş əydiyin böyük QURANA. Bilirdim, ağlayıb yalvaracaqdın “Mənə rəhmin gəlsin, gözlə özünü!” Mənimlə cəbhədə olur nə vaxdır Ana tapşırığın, ata dözümün. Bəlkə də Allaha çatıbdır duan, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Balaş AZƏROĞLU.”Buludlar”

Post Views: 102 Yenə ağ çalmalı Kəpəzin üstdə Çətirtək durmusuz, qara buludlar. Deyin, külək qovmuş, günəş dağıtmış, Sizi kim gətirmiş bura, buludlar? Niyə qaraldınız bu bahar çağı? Siz də mi gördünüz ayrılıq dağı? Görünsə günəşin qızıl saçağı, Hara gedəcəksiz, hara, buludlar? Cənub ellərinə siz gedən zaman, Bir sözüm çıxmasın qoy yadınızdan. Məni xəbər alsa gülüzlü …

Azərbaycan ədəbiyyatı

Əməkdar incəsənət xadimi Mədinə GÜLGÜN.”Xəzər, mən”

Post Views: 43 Dayanmışıq üz-üzə Xəzər, mən, Heyranıq şeirə, sözə Xəzər, mən. Sevirik körpələri Xəzər, mən, Sevirik ləpələri Xəzər, mən. Göydə günü sevirik Xəzər, mən. Gah susur, gah dinirik Xəzər, mən. Sevirik dostu, yarı Xəzər, mən. Sevirik insanları Xəzər, mən. Ötərik dalğa-dalğa Xəzər, mən. Heyranlıq bu dostluğa, Xəzər mən. 1973

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nigar RƏFİBƏYLİ.”Sənsiz”

Post Views: 111 Bir son bahar da düşdü ömrümün təqvimindən, Nə sənə məhəbbətim, nə həsrətim azaldı. Özüm də heç bilmirəm niyə bir ömür boyu Gözüm uzaq yollarda – sənin yolunda qaldı. Bir qocaman dağ olsan səni vurub yıxardım. Ürəyimdən ən incə teli necə qopardım? Dünyada gözəl də çox, gözəl ürəklər də çox. Şirin-şirin arzular, incə …

Azərbaycan ədəbiyyatı

Ustad Məhəmmədhüseyn ŞƏHRİYAR.”İzn ver toy gecəsi məndə sənə dayə gəlim”

Post Views: 195 İzn ver toy gecəsi məndə sənə dayə gəlim Əl qatanda sənə məşşatə təmaşayə gəlim Sən bu məhtab gecəsi seyrə çıxan bir sərv ol İzn ver, məndə dalınca sürünüb sayə gəlim Mənədə baxdın o şəhla gözlə, mən qaragün Cürətim olmadı bir kəlmə təmənnayə gəlim Mən cəhənəmdədə baş yastığa qoysam sənlə Heç ayılmam ki …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.”Mənim deyil, sənindir!”

Post Views: 38 Eşqinlə gecə-gündüz vuran bu şair ürək İnan, sevgilim, inan, mənim deyil, sənindir! Sözə varmı ehtiyac, məndən gözəl bilirsən, Məni yaşadan bu can mənim deyil, sənindir! Bağımda bağban kimi çalışıb tər tökmüşəm, Gözlərimi səninçün bu yollara dikmişəm. Gəl, gör sənin adına, neçə güllər əkmişəm, Bu misilsiz gülüstan mənim deyil, sənindir! Sənə vurğundur könül, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Dünyanın”

Post Views: 183 Baş çıxarmaq həm çətindir, həm asan İblisindən, mələyindən dünyanın. Adəm satdı bir buğdaya cənnəti, Tora düşdü kələyindən dünyanın. Nə gözəldir, ürək geniş, söz açıq, Yaşamadım bir sevdamı yarımçıq. Əzab adlı dəyirmandan narın çıx, Keçəcəksən ələyindən dünyanın. Arzum üçün mələyən bir cüyürdüm, O təpədən bu təpəyə yüyürdüm. Niyə qorxum kəfənindən? Nə gördüm Beşiyindən, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Dünya”

Post Views: 900 Vaxtında uzadıb kömək əlini, Vermədin mənimlə əl-ələ, dünya! Nəyimə gərəkdi vaxtı keçəndə, Göydən qızıl yağdır, ləl ələ, dünya! Acı yel üstümdən əsdikcə əsdi, Yağan qar yolumu bağladı, kəsdi. Gəl, məni bu qədər yandırma, bəsdi, Mən ki nə Kərəməm, nə Lələ, dünya! Yolsuz yoxuşlarda yordum dizləri, Ahımla qurutdum göy dənizləri. Qaldı kürəyimdə kəndir …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Yaşayır”

Post Views: 28 Poyluda mən doğulmuşam, Poyluda Nazim yaşayır. Könüldə sevgi-məhəbbət, sazda sarı sim yaşayır. Ağstafa, Poylu, salam! Alməhəmməd oğlu, salam! Ata payım, oğul balam, mənim əvəzim yaşayır. Atamın çırağı yanır, anamın ocağı yanır. Səni anır, məni anır – eşqim, həvəsim yaşayır. Poyluda bir ünvan qalıb, O, məndən nigaran qalıb. Gedən gedib, qalan qalıb, tanış-bilişim …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Səməd VURĞUN.”Anam gəlini”

Post Views: 44 Başına döndüyüm, anam gəlini! Sən ilk qönçəsisən bizim gülşənin. Hər səhər günəşə uzat əlini, İşıqda, qüvvətdə adın var sənin… Sən ilk qönçəsisən bizim gülşənin. Öpsün ayağını çöldə çiçəklər, Quşların avazı bir toya dönsün. Tökülsün sinənə qara birçəklər, Gözəllik dünyada açıq görünsün Quşların avazı bir toya dönsün. Sən ilk pərisisən şеrin, sənətin, Adın …