Post Views: 36 Qaranlıq, tənha bir qış gecəsi… Qatarın dəmir ayaqlarının taqqıltısı və arabir eşidilən fit səsi olmasaydı, o özünü bu dünyanın adamı bilməz, hansısa kimsəsiz, qərib bir çöllükdə hiss edərdi. O tələsirdi… Səhərə tələsirdi… Açılacaq səhər onu bir il yarımlıq ayrılıqdan sonra anasına, doğmalarına qovuşduracaqdı. Bayaqdan bəri vaqonun kupeləri arasında vargəl edən bələdçi artıq …
İyun 29, 2019
İradə AYTEL.”Bahar qızı”
Post Views: 51 Bahar qızı, baharına Qar ələndi, üşüdünmü? Pərən-pərən arzuları Çimirinə daşıdınmı? Laylan beşik gördümü heç, Bələdinmi dərdini heç? Səssiz evin sordumu heç Barlı bağlar yaşıdınmı? Suç işlədin, suçun ögey, Varın ögey, heçin ögey, Qaç çölünə, için ögey, Sən biçimdə daş – adammı?!
İradə AYTEL.”Çatarmolar”
Post Views: 41 Sinəm basdı sinəsinə Qollarımı sinə-sinə. Bir ah çəksəm sənə… sənə Çatarmolar, çatarmolar? Dağı bağa ha daşıyım Yenə laldı ev-eşiyim. Layla desəm boş beşiyim Yatarmolar, yatarmolar? Allah gendə, bəndə gendə, Kimdi görən bu bədəndə? Ay ürəyim Göy sinəmdə Batarmolar, batarmolar.
İradə AYTEL.”Son məktubum”
Post Views: 40 Bu, sənə son məktubum, Qanımın son damlası. Oxu, gözlərin səpsin Oduma son damla su. Sən bir ömür xatirəm, Sən alnımda yazımdın. Sən çölümdəki boran, Sən içimdə yazımdın. O yaz qönçə barına Həsrətkən qışa köçdü. O yaz gözlərimdəcə Bir qara daşa köçdü. Verdiyin dərd yerində Dağ olacaq göy otlar. Ağrının sinəsində Soğulacaq göy …
İradə AYTEL.”Bilirsənmi?!”
Post Views: 36 “Səni sevdim qar üstündə yem axtaran quş kimi“ Ramiz Rövşən Bilirsənmi, Onu necə sevirdim, Ananın balanı sevdiyi kimi. Sərçənin qar üstdə dəni sevdiyi, Arının balını sevdiyi kimi. Bilirsənmi, O, gizlinim, o sirrim, O sirri tutmaqdan qala olmuşam. Elə gözdən düşüb, təklənmişəm ki, Lalası sovrulan tala olmuşam. Bilirsənmi, Ona necə həsrətəm, Yad eldə …