Post Views: 68 Unudulmaz el bəzəyi, el oğlu, Hər gün onu saz dinlədi, saz andı. Yaratdığı gəraylıda, qoşmada, Yüz il, min il şair ömrü uzandı. Var oynayan, dümbək çalan, var aşıq, Ustad aşıq hər məclisə yaraşıq. Saz əhlinə, söz əhlinə yar aşıq, Müqəddəsdi, ağsaqqaldı, ozandı. Ömür verib divarına, daşına, Yaş artırıb sözümüzün yaşına. Nanəcibin, müxənnətin …
İyun 7, 2019
Xalq şairi Zəlimxan YAQUB.”Döyüşən Türk, oyanan Türk, qalxan Türk!”
Post Views: 110 Ayaz nədir, şaxta nədir, bürkü nə, Nə qorxudar haqq yolunda Türkü, nə? Birə düşsün düşmənlərin kürkünə, Dəniz kimi dalğalan, Türk, çalxan, Türk, Döyüşən Türk, oyanan Türk, qalxan Türk! Silkələdin göyün yeddi qatını, Qucaqladın doğu ilə batını. Dur yəhərlə ərənlərin atını, Dəniz kimi dalğalan, Türk, çalxan, Türk, Döyüşən Türk, oyanan Türk, qalxan Türk! …
Xalq şairi Zəlimxan YAQUB.”Mən sənin qəlbinə necə yol tapım?!”
Post Views: 52 Gəl mənim ömrümün şirin dünyası Məhəbbət adlanan pirin dünyası Fərhad əfsanəsi, Şirin dünyası Qalamı uçurum, qaya mı çapım?! Mən sənin qəlbinə necə yol tapım?! Ömrüm sənə sarı düşən güzardı Əvvəli beşikdi, sonu məzardı Ay Allah bu azar nə xoş azardı Ürək ağrılarım, könül əzabım Mən sənin qəlbinə necə yol tapım?! Ürəkdən ürəyə …
Xalq şairi Zəlimxan YAQUB.”Bu qız niyə havalanıb görəsən?”
Post Views: 74 Görünməmiş bir sənətmi yaradıb Bu qız niyə havalanıb görəsən? Cəhənnəmdə bir cənnətmi yaradıb Bu qız niyə havalanıb görəsən? Oda düşmüş odu almır eyninə Odmu düşüb ürəyinə, beyninə? Yer üzünü alıb gedir çiyninə, Bu qız niyə havalanıb görəsən? Göynən gedir yerə dəymir ayağı Asimanda uçur mələk sayağı. Elə bil ki, budu ərşin dayağı, …
Xalq şairi Zəlimxan YAQUB.”Yoldayam”
Post Views: 143 Dan yerindən əsən mehə bələndim, Mehdən gəlib mehə gedən yoldayam. Duru gəlib duru qalmaq eşqinə Şehdən gəlib şehə gedən yoldayam. Libası qəm, paltarı qəm, donu qəm, Günlərimiz beşi sevinc, onu qəm. Bu dünyanın əvvəli qəm, sonu qəm, Ahdan gəlib aha gedən yoldayam. Yağış mənim, boran mənim, qar mənim, Uçurum mənim, keçid mənim, …
HƏKİM-ŞAİR ƏFRAHİM HÜSEYNLİ: ŞAİRLİK MƏNİM ALIN YAZIMDIR…
Post Views: 81 Əfrahim Hüseynli 23 fevral 1954-cü ildə Cəlilabad rayonunun Alar kəndində anadan olmuşdur. Orta məktəbi doğma kənddə bitirmişdir. 1972-ci ildə Azərbaycan Tibb İstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1978-ci ildə yüksək qiymətlərlə təhsilini başa vuraraq terapevt ixtisası almışdır. Əmək fəaliyyətinə Bakı şəhəri, Qədirli adına Hövzə xəstəxanasında həkim-terapevt kimi başlamışdır. İki il bu tibb …
Rumıniyanın AGERPRES milli xəbər agentliyi İmadəddin Nəsimi barədə məqalə yayıb
Post Views: 33 Rumıniyanın AGERPRES milli xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovun böyük Azərbaycan şairi İmadəddin Nəsimi barədə “Orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində İmadəddin Nəsiminin mənəvi irsi” sərlövhəli məqaləsini yayıb. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin dahi şairin 650 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından və dövlət başçısı tərəfindən bu ilin “Nəsimi ili” elan edilməsindən …
Varis Yolçuyevi doğum günü münasibətilə təbrik edirik! (7 iyun 1966-cı il)
Post Views: 38 Yolçiyev Varis Musa oğlu — yazıçı, jurnalist, Rusiya Yazıçılar İttifaqının üzvü[1]. Həyatı Varis Yolçiyev 7 iyun 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1991-ci ildə “168 saat” qəzetinə baş redaktorluq, 1993-cü ildə “7 gün” qəzetinə redaktorluq edib. 1995-ci ildə Azərbaycan Dövlət Televiziyasının “Gecə kanalı” proqramının …