Post Views: 35 Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrdə 28 May-Respublika Günü münasibətilə silsilə tədbirlər keçirilib. İdarədən AZƏRTAC –a bildirilib ki, Sumqayıt şəhər S. Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə 3 nömrəli orta məktəbdə təşkil edilən “Azadlığa gedən yol” adlı tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və onun tarixi əhəmiyyətindən, keçdiyi çətin və şərəfli yoldan, …
May 2019
“Hece Taşları” aylık şiir dergisinin 52. sayısı yayında
Post Views: 38 Lamba Yandı Ben Camında Üşüdüm Ben bir şiir avcısıyım ağalar, ilk ava babamla birlikte çıktık, seyranî gösterdi hiciv kuşunu, derdiçok’u çok okudum dertlendim, hayati vasfi’yi ahmet çıtak’ı, yola çıktığımda öyle tanıdım, abim salavan’da ben engizek’te, gönlümüzün evsininde yatarak, onun ürküttüğü kuşu ben vurdum, benim ürküttüğüm kuşu o tuttu, herkes gitti bir ben …
Gənc xanım yazar İlahə İmanovanın şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub
Post Views: 41 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktorunun I müavini, istedadlı gənc xanım yazar İlahə İmanovanın doğum günü-yubileyi münasibətilə “Qısqanıram” adlı şeiri İran İslam …
Gənc xanım yazar Afət Viləşsoyun “Mənim adım Vətəndir” adlı yeni şeirlər və hekayələr kitabının təqdimat mərasimi və imza günü keçirilib
Post Views: 36 27 may 2019-cu il tarixində saat 14:00-da Azərbayvan Yazıçılar Birliyinin (AYB) “Natavan” Klubunda filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin və BDU nəzdində “Gənc istedadlar” liseyinin müəllimi Afət Abuşovanın- Viləşsoyun “Mənim adım Vətəndir” adlı hekayə və şeirlər kitabının təqdimat mərasimi keçirilmişdir.Tədbiri giriş sözü ilə şair, yazıçı, …
Nüsrət KƏSƏMƏNLİ.”Dostum”
Post Views: 146 Gəl, məni dost kimi dindir, danışdır. Dost bilsin qıraqdan camaat bizi. Mən deyim: dostumdur, sən de: tanışdır, Hamıdan gizlədək sevdiyimizi. Danışaq, gülüşək, gəzək yan-yana Onda adımıza söz də deyilməz. Gizli görüşümüz çıxsa meydana, Deyək ki, dost dostla görüşə bilməz? Yalandan bir oğlan şəkili gətir, Heç kim bilməsin ki, sevgiliyik biz. İstəsən arada …
Nigar Elmar qızı MƏMMƏDOVA.”ATAM ELMAR MÜƏLLİM DƏMİROVUN ƏZİZ XATİRƏSİNƏ” (İkinci elegiya)
Post Views: 39 “Hər gediş bir ayrılıq deyil… Çünki bəzən nə qədər uzağa gedirsən get, ürəyin həmişə qoyduğun yerdədir…” V.Butler Hər bir insanın dünyaya gəlməsində, inkişaf edərək həyatda bir şəxsiyyət olaraq formalaşmasında ailənin, əsasən də ata-ananın rolu əvəzolunmazdır. Məhz buna görə də ailəyə olan sevgi və hörmət pak, ülvidir. Bizə – övladlarına hər zaman doğru …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ayrılıq”
Post Views: 391 Mən səni həyatda daşa dəyişdim, Torpağa dəyişdim, məzara döndün. Mən öz baharımı qışa deyişdim, Çinara dönmüşdün, hasara döndün. Bir ana bənd imiş bu əbədiyyət, Duydum buza dönən nəfəsimi də, Anamı əlimdən alan təbiət Gözü götürmədi, aldı səni də. Mən bir xəcalətdən çıxa bilmədim, Bu gizli dərdimi açıq desəm də. Sənə – sənə …
Mikayıl MÜŞFİQ.”Öyrəniş”
Post Views: 27 Həyat nədir? Sual verdim özümə, Mənasını çiçəklərdən öyrəndim. Yaşadıqca çarpışmayı, sevməyi Qəlbimdəki diləklərdən öyrəndim. Bir yay aldım çıxmaq üçün şikara, Tuş gəldim bir ahu gözlü nigarə. Nişan alıb ox atmağı, nə çarə, Daş ürəkli mələklərdən öyrəndim. Sular kimi köpüklənib daşmağı, Ellər kimi uca dağlar aşmağı, Min bir əməl arxasınca qoşmağı Dürlü-dürlü ürəklərdən …
Xalq şairi Rəsul RZA.”Pəncərəmi açmışam”
Post Views: 65 Pəncərəmi açmışam, Günəş gəzir otaqda. Küsmüş bir qonaq kimi xəbərsiz getdi şaxta. Bir qonaq ki, söhbəti çox uzundu; qəm gətirirdi səsi. Bir qonaq ki, iliklərə sızırdı acı, soyuq nəfəsi. Pəncərəmi açmışam. Çöldən evə yaz gəlir. Yaz yox, yazın qoxusu. Hələ yerin canından çıxmamışdır soyuqların qorxusu. Pəncərəmdən gələn yaz yazılmamış bir nəğmənin ilk …
Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Sevgilim, mən öləndə…”
Post Views: 112 Sevgilim, mən öləndə, Bir küncdə xısın-xısın Ağlayacaqsanmı sən? Kimin xarabasında Bir damla yaşa dönüb Düşəcəyəm gözündən? Ağla, qurbanım, ağla, Ağla, һeyranım, ağla, Evdə qonaqlar olsa, Çıxıb eşikdə ağla. Gözlə, gecə düşəndə Yorğan-döşəkdə ağla. Qulaq asma aləmin Sözünə bircə kərə. De, Vaqif ölməliydi, Gəl öldü naһaq yerə… Sevgilim, mən öləndə, Soraq sənə gələndə, …
Xalq şairi Səməd VURĞUN.”Ey könül! Min namə yaz bir gülüzarın eşqinə”
Post Views: 143 Ey könül! Min namə yaz bir gülüzarın eşqinə, Can evindən seyrə çıx bir xoş güzarın eşqinə. Hansı rəssamın əlilə canlanır dünya evi? Hər çəmən min qönçə açmış novbaharım eşqinə! Gəl, gəl, ey sevdalı bülbül, gəl gəzək gülşənləri, Sən gülün eşqilə dillən, mən də yarın eşqinə. Məcnun öz şurilə çox da aləmə səs …
Xalq şairi Məmməd RAHİM.”Qara gözlərin”
Post Views: 122 Saldı qara gözlərin neçə aşiqi bəndə, Qız, xaliqin öləydi səni xəlq eləyəndə. Kamına çatmayaydı, Səni yaradırdısa məni yaratmayaydı. Nə ad verim hüsnünə, dağlardakı qarmısan? Ömrə əsən sərin meh, Sehrli rüzgarmısan? Sənə mələkmi deyim, görməmişəm mələyi. Sənmi dolandırırsan söylə çərxi-fələyi? Bu necə yaraşıqdır, Bu nə sayaq bədəndir? Qız, vücudun nədəndir? Nəyə oxşadılıbdır, yarananda …
Tofiq BAYRAM.”Ay gecikən məhəbbətim!”
Post Views: 106 İllər boyu səni gəzdim, Ay gecikən məhəbbətim! Sən yubandın, mən tələsdim, Getdi gənclik təravətim, Ay gecikən məhəbbətim! Mən bir yanda sənə möhtac, Sən bir yanda gəzdin əlac. İki qəlbdə bir ehtiyac, Övladıyıq bir həsrətin, Ay gecikən məhəbbətim! Saç ağartdım bu yollarda, Harda idin, söylə harda?! Bir yarpağam son baharda, Saralıram yetim-yetim, Ay …
Ustad Aşıq ƏLƏSGƏR.Seçmə şeirlər
Post Views: 46 EYLƏMİŞƏM Ala gözlüm, səndən ayrı düşəli, Hicranın qəmiylə kef eyləmişəm, Ah-vayınan günüm keçib dünyada, Dərd alıb, qəm satıb, nəf eyləmişəm. Səndən ayrı şad olmuram, gülmürəm, Canımdan bezmişəm, ölə bilmirəm, Nə müddətdi qulluğuna gəlmirəm; Bağışla təqsirim, səf eyləmişəm. Həsrət qoyma gözü gözə, amandı! Yandı bağrım, döndü közə, amandı! Keçən sözü çəkmə üzə, amandı! …
Ustad Məhəmmədhüseyn ŞƏHRİYAR.”Azərbaycan”
Post Views: 50 Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan! Xoş günlərin getməz müdam xəyalımdan, Azərbaycan! Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram, Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan! Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə Abad olub, azad olub, mülkü-İran, Azərbaycan! Bisütuni-İnqilabda Şirin-Vətən üçin Fərhad Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan! Vətən eşqi …
Xalq şairi Cabir NOVRUZ.”Sevin Azərbaycanı!”
Post Views: 122 Azərbaycanı sevin, sevin Azərbaycanı, Bu gün odlu sevgiyə onun ehtiyacı var… Sevin odum, ocağım, evim Azərbaycanı, İndiki dərdlərinə eşqimiz əlac olar… Yaraları göynəyir, yaraları sızlayır, Ey millətin qeyrətli oğulları, qızları, Sevgimiz xilas edər bu gün Azərbaycanı, Azərbaycanı sevin, sevin Azərbaycanı… Adını uca tutun hər arzudan, diləkdən, Doymayın, usanmayın ona ana deməkdən… O, …
Ənvər ƏLİBƏYLİ.”Bakı, əziz şəhər…”
Post Views: 64 Bakı, əziz şəhər, mehriban diyar, Sinəndə boy atıb oldum bəxtiyar, Səndə ilk eşqimin yadigarı var. Sən mənim söhbətim, Şərəfim, şöhrətim, Tükənməz dövlətim, əzizimsən, Gözəl Bakı! Ürəyim səninlə edir iftixar, Xəzərin qoynunda saldın buruqlar. Qəlbimdə qəlbinin hərarəti var. Baxdıqca doymuram gözəlliyindən, Şirin nəğmə qədər sevimlisən sən, Hər yerdə, hər yanda deyəcəyəm mən. Sən …
Zeynal XƏLİL.”Bu gecə”
Post Views: 35 Fikrimdə aylı, ulduzlu, asiman var, bu gecə… Qəlbimdə körpə quzutək bir ümman var, bu gecə… Təkcə sən yoxsan, əzizim, bilir aləm bu gecə, Neyçin olmadın de, ey yar, mənə həmdəm bu gecə? Araza “axma” – desəm mən, inan, axmaz bu gecə Şimşəyə “çaxma” – desəm mən, inan, çaxmaz bu gecə… Təkcə sən …
Hüseyn Cavid.”Mənim Tanrım”
Post Views: 75 Hər qulun cahanda bir pənahı var, Hər əhli-halın bir qibləgahı var, Hər kəsin bir eşqi, bir allahı var, Mənim tanrım gözəllikdir, sevgidir. Gözəl sevimlidir, cəllad olsa da; Sevgi xoşdur, sonu fəryad olsa da, Uğrunda mənliyim bərbad olsa da, Son dildarı gözəllikdir, sevgidir. Gözəlsiz bir gülşən zindana bənzər, Sevgisiz bir başda əqrəblər gəzər, …
Hafiz BAXIŞ.”Mənim dünyam”
Post Views: 54 Qərinələr ulu yaşın, Mənim dünyam, mənim dünyam. Kimlər olmuş gör sirdaşın, Mənim dünyam, mənim dünyam. Nizaminin öz aləmi, Füzulinin söz aləmi, Nəsiminin yüz aləmi – Mənim dünyam, mənim dünyam. Bir əlində mey dolu cam, Gəldi-getdi qoca Xəyyam. Mən də sənə bir qonağam, Mənim dünyam, mənim dünyam. Qardaş olsa, qoca bəşər, Nə qan, …
İslam SƏFƏRLİ.”Bakı, sabahın xeyir!”
Post Views: 82 Qayıdıb xoş güzərdən, Günəş qalxır Xəzərdən. Sevgilim keçən yerdən, Bütün şəhər yeriyir Bakı, sabahın xeyir! Hörükləri qaradır, Qaşları ayparadır. O bir aləm yardır, Hamı örəkdən deyir: Bakı, sabahın xeyir! Xumarlanır ləpələr, Gülür mehriban şəhər. Sevgilim səhər-səhər Zər şəfəqdən don geyir, Bakı, sabahın xeyir! Mənbə: Klassik Ədəbiyyat İnciləri
Ələkbər ZİYATAY.”Nə deyim, məni sənsiz görəndə?”
Post Views: 47 Özün getdin, intizarın qaldı, yar! Məhəbbətin yoxsa gözə gəldi, yar?! Tanışların bəlkə bizə gəldi, yar, De, nə deyim, məni sənsiz görəndə? Deyimmi, yar əhdini, andını pozdu getdi? Əllərini əlimdən, hirs ilə üzdü getdi? Özün yaxşı bilirsən, Sən ki, yaxşı bilirsən: Hirs gələr – göz qızarar! Hirs gedər – üz qızarar! Evimizdən bir …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Zirvə”
Post Views: 41 Zirvəyə qalxıram dolama yolla, bu yol əziyyətdi, tamaşa deyil. Qalxıram tədbirlə, hisslə, ağılla, zirvənin mənzili birbaşa deyil. Kəsir qabağımı gah sis, gah duman, gözümdə yorğunluq, saçlarımda dən. Qalxıram, daş qopur ayağım altdan, dağ mənə söykənir, mən dağa hərdən. İllər pillələrmiş bizdən ötəri, Yollara gah bürkü, gah şaxta düşür. Şöhrətin sevinci, yaşın kədəri, …
Xalq şairi Süleyman RÜSTƏM.”Könlüm yenə min şövq ilə, canan, səni istər”
Post Views: 102 Könlüm yenə min şövq ilə, canan, səni istər, And olsun əziz canına ki, can səni istər. Çəkməz ətəyindən əlini, çəksə də hicran, Eylər canını canına qurban, səni istər. İlham alıram incə səsindən, nəfəsindən, Tək mən deyiləm, şanlı bu dövran səni istər. Sən qəlbi təmiz, alnı açıq, şux gözəlimsən, Ellər də olub hüsnünə …
Əli KƏRİM.”Qaytar Ana borcunu…”
Post Views: 56 Bir gözəl, bir sevimli oğul böyütdü ana. O bəd, uğursuz günü – ərinin öldüyünü Bildirmədi heç ona. Kədəri dalğa-dalğa doldusa da ürəyə Lakin nə saç yolaraq verdi əsən küləyə, Nə şivən etdi ana. Ürəyində ağlayıb, gülmək öyrətdi ona, Dözərək davanın da dərdinə, bəlasına, Öz boğazından kəsib yedirdi balasına… Bir oğul böyütdü ki, …
Xalq şairi Musa YAQUB.”Onu biləcəksən…”
Post Views: 362 İndi nazın böyük, ürəyin aram, Eh, mən də səninçün belə qalmaram… Bir də görərsən ki, bir ərk yerin yox, Qalmısan neçə yad baxışın altda. Qəfil görəcəksən çətirin də yox, Əsirsən bir qərib yağışın altda. Günəşdə üstünə kölgə salan yox, Tənhasan, amma heç yada salan yox. Sönüb səndən ötrü o isti ocaq. Onda …
Xalq şairi Fikrət QOCA.”Ana”
Post Views: 195 Əziz anam, şirin sözlü anam, Qəlbin kövrək, eşqin solmaz bahar. Gülər üzlü, qara qözlü, anam. Hara getsəm gözün mənə baxar. Ana, qəlbim bu laylarla gəzər Doğma səsin ömrü, günü bəzər Laylay dedin ana, laylay dedin mənə, Həyat verdin mənə, əziz ana. Laylan hələ yaşar, laylan ellər aşar, Günəş kimi yana yana, ana. …
Xalq şairi Ramiz RÖVŞƏN.”Bir səhər yuxudan durub”
Post Views: 80 Bir səhər yuxudan durub Özünü uşaq görəsən. Görəsən hamı evdədi, Ölənləri sağ görəsən. …Qorxasan qaçıb gedələr, – Tez qapını bağlayasan. Geri dönüb içəridə bir təzə qonaq görəsən. Görəsən ki, qapqaradı o qonaq başdan ayağa. Ondan başqa hamısının üst-başını ağ görəsən. Pəncərədən içəriyə dola, dola gün işığı. İçəridə boş-boşuna yanan bir çıraq görəsən. …
Xalq şairi Mirvarid DİLBAZİ.Seçilmiş şeirlər
Post Views: 65 Xatirələr olan yerdə Daşların da dili vardır, Xatirələr olan yerdə. İnsanların sevincləri, Həsrətləri qalan yerdə. Məni bulaqlar dindirər, Hey ağladar sevindirər. Sular odumu söndürər, Anam layla çalan yerdə. Hər duyğunun öz adı var, Fikrin qəmlisi, şadı var. Könlüm qaldı qoca çinar, Kölgəsini salan yerdə. Bənövşələr üşüyəndə Bir qanadlı ürəyim var, Yuvasında tutmur …
Xalq şairi Hüseyn ARİF.”Aşıq Mirzə Bayramova”
Post Views: 214 Mən beşikdə ikən telli sazınla Laylamı sən çaldın, ay Mirzə dayı Yenə dilləndirdin “Yanıq Kərəmi” Canıma od saldın, ay Mirzə dayı. Ağır toylar gördün, nişanlar gördün, Mahaldan-mahala atını sürdün. Gəlinlər gətirdin, qızlar köçürdün, Çox nəmərlər aldın, ay Mirzə dayı. Sənət meydanında imtahan olur, Hüseynin əhvalı pərişan olur. Səsin tutulanda könlüm qan olur, …
Xalq şairi Osman SARIVƏLLİ.”Günah onun özündədir”
Post Views: 98 Dostum, incə barmaqların Sədəflərin üzündədir. Mənim meylim bir sazında, Bir də şirin sözündədir. Qarayazı meşəsində, Cavan ovçu həvəsində, Qulağın maral səsində, Gözün ceyran izindədir. Tarixi var hər daşın da, Tərlanın on beş yaşında, Bəzən qarlı dağ başında, Bəzən Muğan düzündədir. Baxan kimi sərraf gözün, Təmtəraqlı yalan sözün Canı yoxdur, dedin özün, Məna …
Xalq şairi Nəbi XƏZRİ.”Külək”
Post Views: 75 Yenə payız gəldi qonaqlar kimi… Soldu məhəbbətim yarpaqlar kimi… Ürək pıçıldayır dodaqlar kimi… Külək, niyə belə əsirsən, külək? Niyə ümidimi kəsirsən, külək? Sevgilim görüşə çağırmış məni, Mən necə unudum olub-keçəni? O deyir astaca: “Sevmirəm səni…” Sən niyə sözünü kəsirsən, külək? Külək, niyə belə əsirsən, külək? O, ürək ağrıtdı, ürək incitdi, Bir eşqin …
Xalq şairi Vahid ƏZİZ.Bayatılar
Post Views: 102 BAYATILAR Ürəyimdə ayaz var, Nə qış gedib,nə yaz var Oyatma bənövşəni, Kol dibində ayaz var Kədərli baxmayaydın, Göz yaşım axmayaydı Yad baxmağı bir yana, Yar yada baxmayaydı Bu dünya çətin qala, Yolları çətin qala Yaxşı yarı yazda gəz, Payıza çətin qala Qalanın daşı oldum, Gözümün yaşı oldun Dünyada gün görmədim, Sevəndə naşı …
Baba VƏZİROĞLU.”Təkcə səndən nigaranam…”
Post Views: 43 Ömrüm boyu gözümdə kam, Bu həsrəti daşıyıram. Mən birtəhər yaşayıram, Təkcə səndən nigaranam… Yandı qəlbim, soldu keçdi, Bir də sevmək daha gecdi, Mənə olan oldu, keçdi, Təkcə səndən nigaranam… Mən sahilsiz bir gecəyəm, Heç bilmirəm kiməm, nəyəm, Nə vecinə, mən necəyəm, Təkcə səndən nigaranam… Gəlib hərdən düşər yada, O günlər bir nağılsa …
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ
Post Views: 30 Söz: Əhməd Cavad Musiqi: Üzeyir Hacıbəyov Azərbaycan! Azərbaycan! Ey qəhrəman övladın şanlı Vətəni! Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz! Üçrəngli bayrağınla məsud yaşa! Üçrəngli bayrağınla məsud yaşa! Minlərlə can qurban oldu, Sinən hərbə meydan oldu! Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu! Sən olasan gülüstan, Sənə …
Xalq şairi Məmməd ARAZ.”Azərbaycan-Dünyam mənim”
Post Views: 45 Azərbaycan – qayalarda bitən bir çiçək, Azərbaycan – çiçəklərin içində qaya. Mənim könlüm bu torpağı vəsf eləyərək, Azərbaycan dünyasından baxar dünyaya. Azərbaycan – mayası nur, qayəsi nur ki, Hər daşından alov dilli ox ola bilər. “Azərbaycan!” – deyiləndə ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər… Oğulları Kür gəzdirər biləklərində, Oğulların göz atəşi …
Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Azərbaycan”
Post Views: 279 Azərbaycan, adın oddur, özün – işıq, sözün- işıq. Biz də sənin bu müqəddəs torpağından boy atmışıq, Sənsən bizim bu dünyada məsləkimiz, amalımız, Yolumuza işıq saçsın ulduzumuz, hilalımız. Nəfəsimiz – ulu Qorqud dədəmizin öz nəfəsi, Mahnımızda yaşar bizim babaların addım səsi. Bu torpaqda, bu diyarda dünən vardıq, bu gün varıq, Biz keçmişə güvəndikcə …
İlham Əliyev 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda iştirak edib
Post Views: 42 Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər. Rəsmi qəbul Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başladı. Dövlətimizin başçısı rəsmi qəbulda nitq söylədi. Prezident İlham Əliyevin nitqi -Hörmətli xanımlar və cənablar. Mən …
Şəfa VƏLİYEVA.”hər bazarertəsi tənha ağaclar”
Post Views: 29 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı hər bazarertəsi tənha ağaclar sevinir duyanda gülüşlərini… o boz göyərçinlər, ala qarğalar sevdirir Tanrının əl işlərini… səninlə açılan hər səhər yaşıl, yerişin yaraşır bütün yollara… nə olsun xəyalın sərhədlər aşır?! mənimçün uzaqdı ikicə dalan… hərdən ürəyimə sığmır iş vaxtın- sonsuzluq …
Şəfa VƏLİYEVA.”Bütün zəlzələlər, qar uçqunları”
Post Views: 22 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı bütün zəlzələlər, qar uçqunları, bir insan ruhunun sancısındandı… şeirlər hisslərin uçurumları, romanlar ən ucuz intiharlardı… səhər “sevda!”-deyə yansa könlümüz, axşam can ağrısı qor edir bizi… uğrunda şeirlər öldürdüyümüz, bir ağ gün eşqinə öldürür bizi… Nə gözəl aldadır bizi bu dünya; …
Sumqayıt Dövlət Texniki Kollecində “Nəsimi ili” ilə əlaqədar şeir müsabiqəsi keçirilib
Post Views: 37 Ötən həftə Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində “Nəsimi ili” ilə əlaqədar şeir müsabiqəsi keçirilib. Kollecin “Ana dili və ədəbiyyat” fənn birləşməsinin təşkilatçılığı ilə keçirilən müsabiqədə tələbələr Azərbaycan şairlərinin şeirlərini səsləndirərək qiraət məharətini nümayiş etdiriblər. Münsiflər heyətində təmsil olunan professor, Azərbaycan Respublikası mədəniyyət işçisi, “Göyərçin” jurnalının baş redaktoru Rafiq Yusifoğlu, …
Azərbaycan Respublikasının Xalq yazıçısı Afaq MƏSUD
Post Views: 45 Vəliyeva Afaq Məsud qızı — Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə heyətinin sədri[1], yazıçı, dramaturq, əməkdar incəsənət xadimi (2003), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), 1991-ci ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi, Rusiyanın Elm və İncəsənət Pyotr Akademiyasının (PANİ) həqiqi üzvü. Azərbaycan Respublikasının …
Azərbaycan Respublikasının Xalq yazıçısı Kamal ABDULLA
Post Views: 85 Kamal Abdulla (tam adı: Abdullayev Kamal Mehdi oğlu) — dilşünas, ədəbiyyatşünas, yazar, ictimai xadim; filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi; Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Bakı Slavyan Universitetinin rektoru (2000-2014); Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai elmlər bölməsinin akademik – katibi (2010-2014); Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər …
Azərbaycan Respublikasının Xalq şairi Musa YAQUB
Post Views: 62 Yaqubov Musa Səfiməmməd oğlu (Musa Yaqub; 10 may 1937, Buynuz, İsmayıllı rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970), Milli Məclisin deputatı (1995-2000), Azərbaycan Respublikasının Xalq şairi (2019) Həyatı Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim …
Azərbaycan Respublikasının Xalq şairi Ramiz RÖVŞƏN
Post Views: 151 Rövşən Ramiz Məmmədəli oğlu (15 dekabr 1946, Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ) — şair, yazıçı, esseist, kinossenarist,[1] tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981). Azərbaycan Respublikasının Xalq şairi (2019). Həyatı Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub[2]. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta …
Azərbaycan Respublikasının Xalq şairi Vahid ƏZİZ
Post Views: 34 Vahid Əziz (tam adı:Cəfərov Vahid Əziz oğlu) — şair, tərcüməçi, Azərbaycan Respublikasının Xalq şairi (2019), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1978), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1974). Həyatı Vahid Əziz 1945-ci il noyabrın 23-də Ermənistanın Dərələyəz mahalının Əzizbəyov rayonunun Əzizbəyov kəndində qulluqçu ailəsində anadan olmuşdur[1]. Azərbaycanın Tərtər rayonuna köçdüklərindən orta məktəbi orada bitirmişdir (1963). …
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 33 Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: “Xalq şairi” Cəfərov Vahid Əziz oğlu (Vahid Əziz) Əliyev Ramiz Məmmədəli oğlu (Ramiz Rövşən) Yaqubov Musa Səfiməmməd …
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 29 Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər: Bulanova Oksana İqorevna Əhmədov Ənvər Misir oğlu Qəniyev Maarif Soltan oğlu Mustafayev Sabir Məmməd oğlu …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Səmimiyyət…”
Post Views: 32 Yığcam, oxunaqlı povest və hekayələr, esse və mənsur şeirlər müəllifi, gözəl dost və səmimi insan kimi xətrini istədiyim hörmətli yazıçımız, tanınmış Musa Quluzadənin 80 yaşı tamam olmuşdur. İllər həqiqətən öz sözünü deyir: qara saçdan ağ saçlara qədər ləyaqətli bir yol keçmiş Musa müəllim bu gün də insani keyfiyyətlərilə mənə əzizdir. Əvvəllər imzasını …
Gənc xanım yazar Afət Viləşsoyun “Mənim adım Vətəndir” adlı yeni şeirlər və hekayələr kitabının təqdimat mərasimi və imza günü keçiriləcək
Post Views: 76 27 may 2019-cu il tarixində saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natavan klubunda Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Prezident təqaüdçüsü, filologiya üzrə fəlsəfə doktoru, istedadlı gənc xanım yazar Afət Viləşsoyun tirajla “Mənim adım Vətəndir” adlı yeni şeirlər və hekayələr kitabı təqdimat mərasimi və imza günü …
Xəyalə SEVİL.Yeni şeirlər
Post Views: 32 “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Anamın əlləri Anamın əlləri qocalır yaman, Əllərinə cavan qırışlar düşür. Aybaay, günbəgün ,saatbasaat Cavanlığı barmağından sürüşür. Anamın əlləri qocalır yaman, Üstünə illərin ağrısı çökür. Qocaman bir evin qayğı yükünü İndi də qocalmış əlləri çəkir. Bu qocalmış əllər …
Azərbaycan Yazıçılar Birliyində “Nəsimi ili” münasibətilə çap olunmuş ədəbi almanaxın təqdimatı keçirilib –FOTOLAR
Post Views: 34 Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Nəsimi ili” münasibətilə çap olunmuş ədəbi almanaxın təqdimatı keçirilib. Tədbirə gələn yazarlar və poeziya sevərlər öz ürək sözlərini söyləyiblər. Sonda tədbir iştirakçılarına kitablar hədiyyə olunub. Şair Publisist Ramilə Atəş, Ziyafət Tovuzlu, Samir Həsrət, Gülmayə Qasımova və bir çox şairlərə yaradıcılıq uğurlarına görə “NƏSİMİ ” POEZİYA DİPLOMU təqdim …
Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
Post Views: 31 Mayın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Tədbir institutda praktika keçən Bakı Avrasiya Universitetinin Filologiya ixtisası üzrə IV kurs tələbələri ilə birlikdə hazırlanıb. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq qeyd …
İmadəddin Nəsiminin 650 illiyi münasibətilə Azərbaycan Dövlət Televiziyasında yeni layihəyə start verilib
Post Views: 39 İmadəddin Nəsiminin 650 illiyi münasibətilə Azərbaycan Dövlət Televiziyasında yeni layihəyə start verilib. Respublika üzre “Sözün sehri” adlı bədii qiraət müsabiqəsinin seçim turu başa çatdıqdan sonra altmışa yaxın iştirakçı arasından final mərhələsi üçün seçilən 14 iştirakçının ifası mayın 22-sində Muğam Mərkəzində açılış mərasimində dinlənilmişdir. Dilimizin saflığının qorunması, düzgün oxunması, səlis ifadə edilməsi istiqamətində …
“Nəsimi ili” ilə əlaqədar Özbəkistanın əlyazmalar fondunda şairin əsərlərindən ibarət nadir əlyazmalar aşkar edilmişdir
Post Views: 34 Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Nəsimi ili” ilə əlaqədar olaraq Özbəkistan Milli Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunda saxlanılan əlyazmaların müəyyən edilməsi, onların kataloqunun hazırlanması, onların surətlərinin qarşılıqlı əsaslarla Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu ilə mübadiləsi layihəsinin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd olunan layihənin icrası …
Nizami Gəncəvinin “Sirlər xəzinəsi” Türkiyə Kitab və Mədəniyyət Sərgisində
Post Views: 28 Türkiyə Dəyanət Vəqfi (TDV) tərəfindən 38-ci Türkiyə Kitab və Mədəniyyət Sərgisinin açılışı olub. Türkiyənin tanınmış 105 nəşriyyat evinin qatıldığı sərgi mayın 31-dək öz işini davam etdirəcək. Hər gün yüzlərlə ziyarətçini qəbul edən sərgidə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” layihəsi çərçivəsində son 3 ildə nəşr olunan 38 adda …
Özbəkistanın “Gülüstan” jurnalında Anarın “Zəncir” hekayəsi çap olunub
Post Views: 35 Özbəkistanın “Gülüstan” jurnalında Azərbaycanın Xalq yazıçısı Anarın “Zəncir” hekayəsi çap olunub. Hekayəni orijinaldan ədəbiyyatımızın dostu Mamatkul Hazratkulov çevirib. O, Azərbaycan ədəbiyyatı ilə yaxından tanışdır, ölkəmizdə yazıçı və şairlər arasında çoxlu dostları var. Ayrı-ayrı vaxtlarda Anarın, Elçinin və digər yazıçıların əsərlərini özbək dilinə çevirib. Son illərdə Anarı Daşkənddə “Mən, sən, o və telefon” …