Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 16 of 16 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar İlahə İmanovanın şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub

Post Views: 41 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktorunun I müavini, istedadlı gənc xanım yazar İlahə İmanovanın doğum günü-yubileyi münasibətilə “Qısqanıram” adlı şeiri İran İslam …

Mədəniyyət

Gənc xanım yazar Afət Viləşsoyun “Mənim adım Vətəndir” adlı yeni şeirlər və hekayələr kitabının təqdimat mərasimi və imza günü keçirilib

Post Views: 36 27 may 2019-cu il tarixində saat 14:00-da Azərbayvan Yazıçılar Birliyinin (AYB) “Natavan” Klubunda filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin və BDU nəzdində “Gənc istedadlar” liseyinin müəllimi Afət Abuşovanın- Viləşsoyun “Mənim adım Vətəndir” adlı hekayə və şeirlər kitabının təqdimat mərasimi keçirilmişdir.Tədbiri giriş sözü ilə şair, yazıçı, …

Azərbaycan ədəbiyyatı

Nüsrət KƏSƏMƏNLİ.”Dostum”

Post Views: 146 Gəl, məni dost kimi dindir, danışdır. Dost bilsin qıraqdan camaat bizi. Mən deyim: dostumdur, sən de: tanışdır, Hamıdan gizlədək sevdiyimizi. Danışaq, gülüşək, gəzək yan-yana Onda adımıza söz də deyilməz. Gizli görüşümüz çıxsa meydana, Deyək ki, dost dostla görüşə bilməz? Yalandan bir oğlan şəkili gətir, Heç kim bilməsin ki, sevgiliyik biz. İstəsən arada …

Publisistika

Nigar Elmar qızı MƏMMƏDOVA.”ATAM ELMAR MÜƏLLİM DƏMİROVUN ƏZİZ XATİRƏSİNƏ” (İkinci elegiya)

Post Views: 39 “Hər gediş bir ayrılıq deyil… Çünki bəzən nə qədər uzağa gedirsən get, ürəyin həmişə qoyduğun yerdədir…” V.Butler Hər bir insanın dünyaya gəlməsində, inkişaf edərək həyatda bir şəxsiyyət olaraq formalaşmasında ailənin, əsasən də ata-ananın rolu əvəzolunmazdır. Məhz buna görə də ailəyə olan sevgi və hörmət pak, ülvidir. Bizə – övladlarına hər zaman doğru …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ayrılıq”

Post Views: 391 Mən səni həyatda daşa dəyişdim, Torpağa dəyişdim, məzara döndün. Mən öz baharımı qışa deyişdim, Çinara dönmüşdün, hasara döndün. Bir ana bənd imiş bu əbədiyyət, Duydum buza dönən nəfəsimi də, Anamı əlimdən alan təbiət Gözü götürmədi, aldı səni də. Mən bir xəcalətdən çıxa bilmədim, Bu gizli dərdimi açıq desəm də. Sənə – sənə …

Azərbaycan ədəbiyyatı

Mikayıl MÜŞFİQ.”Öyrəniş”

Post Views: 27 Həyat nədir? Sual verdim özümə, Mənasını çiçəklərdən öyrəndim. Yaşadıqca çarpışmayı, sevməyi Qəlbimdəki diləklərdən öyrəndim. Bir yay aldım çıxmaq üçün şikara, Tuş gəldim bir ahu gözlü nigarə. Nişan alıb ox atmağı, nə çarə, Daş ürəkli mələklərdən öyrəndim. Sular kimi köpüklənib daşmağı, Ellər kimi uca dağlar aşmağı, Min bir əməl arxasınca qoşmağı Dürlü-dürlü ürəklərdən …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Rəsul RZA.”Pəncərəmi açmışam”

Post Views: 65 Pəncərəmi açmışam, Günəş gəzir otaqda. Küsmüş bir qonaq kimi xəbərsiz getdi şaxta. Bir qonaq ki, söhbəti çox uzundu; qəm gətirirdi səsi. Bir qonaq ki, iliklərə sızırdı acı, soyuq nəfəsi. Pəncərəmi açmışam. Çöldən evə yaz gəlir. Yaz yox, yazın qoxusu. Hələ yerin canından çıxmamışdır soyuqların qorxusu. Pəncərəmdən gələn yaz yazılmamış bir nəğmənin ilk …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Sevgilim, mən öləndə…”

Post Views: 112 Sevgilim, mən öləndə, Bir küncdə xısın-xısın Ağlayacaqsanmı sən? Kimin xarabasında Bir damla yaşa dönüb Düşəcəyəm gözündən? Ağla, qurbanım, ağla, Ağla, һeyranım, ağla, Evdə qonaqlar olsa, Çıxıb eşikdə ağla. Gözlə, gecə düşəndə Yorğan-döşəkdə ağla. Qulaq asma aləmin Sözünə bircə kərə. De, Vaqif ölməliydi, Gəl öldü naһaq yerə… Sevgilim, mən öləndə, Soraq sənə gələndə, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Səməd VURĞUN.”Ey könül! Min namə yaz bir gülüzarın eşqinə”

Post Views: 143 Ey könül! Min namə yaz bir gülüzarın eşqinə, Can evindən seyrə çıx bir xoş güzarın eşqinə. Hansı rəssamın əlilə canlanır dünya evi? Hər çəmən min qönçə açmış novbaharım eşqinə! Gəl, gəl, ey sevdalı bülbül, gəl gəzək gülşənləri, Sən gülün eşqilə dillən, mən də yarın eşqinə. Məcnun öz şurilə çox da aləmə səs …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Məmməd RAHİM.”Qara gözlərin”

Post Views: 122 Saldı qara gözlərin neçə aşiqi bəndə, Qız, xaliqin öləydi səni xəlq eləyəndə. Kamına çatmayaydı, Səni yaradırdısa məni yaratmayaydı. Nə ad verim hüsnünə, dağlardakı qarmısan? Ömrə əsən sərin meh, Sehrli rüzgarmısan? Sənə mələkmi deyim, görməmişəm mələyi. Sənmi dolandırırsan söylə çərxi-fələyi? Bu necə yaraşıqdır, Bu nə sayaq bədəndir? Qız, vücudun nədəndir? Nəyə oxşadılıbdır, yarananda …

Azərbaycan ədəbiyyatı

Tofiq BAYRAM.”Ay gecikən məhəbbətim!”

Post Views: 106 İllər boyu səni gəzdim, Ay gecikən məhəbbətim! Sən yubandın, mən tələsdim, Getdi gənclik təravətim, Ay gecikən məhəbbətim! Mən bir yanda sənə möhtac, Sən bir yanda gəzdin əlac. İki qəlbdə bir ehtiyac, Övladıyıq bir həsrətin, Ay gecikən məhəbbətim! Saç ağartdım bu yollarda, Harda idin, söylə harda?! Bir yarpağam son baharda, Saralıram yetim-yetim, Ay …

Azərbaycan ədəbiyyatı

Ustad Aşıq ƏLƏSGƏR.Seçmə şeirlər

Post Views: 46 EYLƏMİŞƏM Ala gözlüm, səndən ayrı düşəli, Hicranın qəmiylə kef eyləmişəm, Ah-vayınan günüm keçib dünyada, Dərd alıb, qəm satıb, nəf eyləmişəm. Səndən ayrı şad olmuram, gülmürəm, Canımdan bezmişəm, ölə bilmirəm, Nə müddətdi qulluğuna gəlmirəm; Bağışla təqsirim, səf eyləmişəm. Həsrət qoyma gözü gözə, amandı! Yandı bağrım, döndü közə, amandı! Keçən sözü çəkmə üzə, amandı! …

Azərbaycan ədəbiyyatı

Ustad Məhəmmədhüseyn ŞƏHRİYAR.”Azərbaycan”

Post Views: 50 Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan! Xoş günlərin getməz müdam xəyalımdan, Azərbaycan! Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram, Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan! Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə Abad olub, azad olub, mülkü-İran, Azərbaycan! Bisütuni-İnqilabda Şirin-Vətən üçin Fərhad Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan! Vətən eşqi …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Cabir NOVRUZ.”Sevin Azərbaycanı!”

Post Views: 122 Azərbaycanı sevin, sevin Azərbaycanı, Bu gün odlu sevgiyə onun ehtiyacı var… Sevin odum, ocağım, evim Azərbaycanı, İndiki dərdlərinə eşqimiz əlac olar… Yaraları göynəyir, yaraları sızlayır, Ey millətin qeyrətli oğulları, qızları, Sevgimiz xilas edər bu gün Azərbaycanı, Azərbaycanı sevin, sevin Azərbaycanı… Adını uca tutun hər arzudan, diləkdən, Doymayın, usanmayın ona ana deməkdən… O, …

Azərbaycan ədəbiyyatı

Ənvər ƏLİBƏYLİ.”Bakı, əziz şəhər…”

Post Views: 64 Bakı, əziz şəhər, mehriban diyar, Sinəndə boy atıb oldum bəxtiyar, Səndə ilk eşqimin yadigarı var. Sən mənim söhbətim, Şərəfim, şöhrətim, Tükənməz dövlətim, əzizimsən, Gözəl Bakı! Ürəyim səninlə edir iftixar, Xəzərin qoynunda saldın buruqlar. Qəlbimdə qəlbinin hərarəti var. Baxdıqca doymuram gözəlliyindən, Şirin nəğmə qədər sevimlisən sən, Hər yerdə, hər yanda deyəcəyəm mən. Sən …