Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 21 of 21 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Zeynal XƏLİL.”Bu gecə”

Post Views: 35 Fikrimdə aylı, ulduzlu, asiman var, bu gecə… Qəlbimdə körpə quzutək bir ümman var, bu gecə… Təkcə sən yoxsan, əzizim, bilir aləm bu gecə, Neyçin olmadın de, ey yar, mənə həmdəm bu gecə? Araza “axma” – desəm mən, inan, axmaz bu gecə Şimşəyə “çaxma” – desəm mən, inan, çaxmaz bu gecə… Təkcə sən …

Azərbaycan ədəbiyyatı

Hüseyn Cavid.”Mənim Tanrım”

Post Views: 75 Hər qulun cahanda bir pənahı var, Hər əhli-halın bir qibləgahı var, Hər kəsin bir eşqi, bir allahı var, Mənim tanrım gözəllikdir, sevgidir. Gözəl sevimlidir, cəllad olsa da; Sevgi xoşdur, sonu fəryad olsa da, Uğrunda mənliyim bərbad olsa da, Son dildarı gözəllikdir, sevgidir. Gözəlsiz bir gülşən zindana bənzər, Sevgisiz bir başda əqrəblər gəzər, …

Azərbaycan ədəbiyyatı

Hafiz BAXIŞ.”Mənim dünyam”

Post Views: 54 Qərinələr ulu yaşın, Mənim dünyam, mənim dünyam. Kimlər olmuş gör sirdaşın, Mənim dünyam, mənim dünyam. Nizaminin öz aləmi, Füzulinin söz aləmi, Nəsiminin yüz aləmi – Mənim dünyam, mənim dünyam. Bir əlində mey dolu cam, Gəldi-getdi qoca Xəyyam. Mən də sənə bir qonağam, Mənim dünyam, mənim dünyam. Qardaş olsa, qoca bəşər, Nə qan, …

Azərbaycan ədəbiyyatı

İslam SƏFƏRLİ.”Bakı, sabahın xeyir!”

Post Views: 82 Qayıdıb xoş güzərdən, Günəş qalxır Xəzərdən. Sevgilim keçən yerdən, Bütün şəhər yeriyir Bakı, sabahın xeyir! Hörükləri qaradır, Qaşları ayparadır. O bir aləm yardır, Hamı örəkdən deyir: Bakı, sabahın xeyir! Xumarlanır ləpələr, Gülür mehriban şəhər. Sevgilim səhər-səhər Zər şəfəqdən don geyir, Bakı, sabahın xeyir! Mənbə: Klassik Ədəbiyyat İnciləri

Azərbaycan ədəbiyyatı

Ələkbər ZİYATAY.”Nə deyim, məni sənsiz görəndə?”

Post Views: 47 Özün getdin, intizarın qaldı, yar! Məhəbbətin yoxsa gözə gəldi, yar?! Tanışların bəlkə bizə gəldi, yar, De, nə deyim, məni sənsiz görəndə? Deyimmi, yar əhdini, andını pozdu getdi? Əllərini əlimdən, hirs ilə üzdü getdi? Özün yaxşı bilirsən, Sən ki, yaxşı bilirsən: Hirs gələr – göz qızarar! Hirs gedər – üz qızarar! Evimizdən bir …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Zirvə”

Post Views: 41 Zirvəyə qalxıram dolama yolla, bu yol əziyyətdi, tamaşa deyil. Qalxıram tədbirlə, hisslə, ağılla, zirvənin mənzili birbaşa deyil. Kəsir qabağımı gah sis, gah duman, gözümdə yorğunluq, saçlarımda dən. Qalxıram, daş qopur ayağım altdan, dağ mənə söykənir, mən dağa hərdən. İllər pillələrmiş bizdən ötəri, Yollara gah bürkü, gah şaxta düşür. Şöhrətin sevinci, yaşın kədəri, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.”Könlüm yenə min şövq ilə, canan, səni istər”

Post Views: 102 Könlüm yenə min şövq ilə, canan, səni istər, And olsun əziz canına ki, can səni istər. Çəkməz ətəyindən əlini, çəksə də hicran, Eylər canını canına qurban, səni istər. İlham alıram incə səsindən, nəfəsindən, Tək mən deyiləm, şanlı bu dövran səni istər. Sən qəlbi təmiz, alnı açıq, şux gözəlimsən, Ellər də olub hüsnünə …

Azərbaycan ədəbiyyatı

Əli KƏRİM.”Qaytar Ana borcunu…”

Post Views: 56 Bir gözəl, bir sevimli oğul böyütdü ana. O bəd, uğursuz günü – ərinin öldüyünü Bildirmədi heç ona. Kədəri dalğa-dalğa doldusa da ürəyə Lakin nə saç yolaraq verdi əsən küləyə, Nə şivən etdi ana. Ürəyində ağlayıb, gülmək öyrətdi ona, Dözərək davanın da dərdinə, bəlasına, Öz boğazından kəsib yedirdi balasına… Bir oğul böyütdü ki, …

Ana səhifə

Xalq şairi Musa YAQUB.”Onu biləcəksən…”

Post Views: 362 İndi nazın böyük, ürəyin aram, Eh, mən də səninçün belə qalmaram… Bir də görərsən ki, bir ərk yerin yox, Qalmısan neçə yad baxışın altda. Qəfil görəcəksən çətirin də yox, Əsirsən bir qərib yağışın altda. Günəşdə üstünə kölgə salan yox, Tənhasan, amma heç yada salan yox. Sönüb səndən ötrü o isti ocaq. Onda …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Fikrət QOCA.”Ana”

Post Views: 195 Əziz anam, şirin sözlü anam, Qəlbin kövrək, eşqin solmaz bahar. Gülər üzlü, qara qözlü, anam. Hara getsəm gözün mənə baxar. Ana, qəlbim bu laylarla gəzər Doğma səsin ömrü, günü bəzər Laylay dedin ana, laylay dedin mənə, Həyat verdin mənə, əziz ana. Laylan hələ yaşar, laylan ellər aşar, Günəş kimi yana yana, ana. …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Ramiz RÖVŞƏN.”Bir səhər yuxudan durub”

Post Views: 80 Bir səhər yuxudan durub Özünü uşaq görəsən. Görəsən hamı evdədi, Ölənləri sağ görəsən. …Qorxasan qaçıb gedələr, – Tez qapını bağlayasan. Geri dönüb içəridə bir təzə qonaq görəsən. Görəsən ki, qapqaradı o qonaq başdan ayağa. Ondan başqa hamısının üst-başını ağ görəsən. Pəncərədən içəriyə dola, dola gün işığı. İçəridə boş-boşuna yanan bir çıraq görəsən. …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Mirvarid DİLBAZİ.Seçilmiş şeirlər

Post Views: 65 Xatirələr olan yerdə Daşların da dili vardır, Xatirələr olan yerdə. İnsanların sevincləri, Həsrətləri qalan yerdə. Məni bulaqlar dindirər, Hey ağladar sevindirər. Sular odumu söndürər, Anam layla çalan yerdə. Hər duyğunun öz adı var, Fikrin qəmlisi, şadı var. Könlüm qaldı qoca çinar, Kölgəsini salan yerdə. Bənövşələr üşüyəndə Bir qanadlı ürəyim var, Yuvasında tutmur …

Ana səhifə

Xalq şairi Hüseyn ARİF.”Aşıq Mirzə Bayramova”

Post Views: 214 Mən beşikdə ikən telli sazınla Laylamı sən çaldın, ay Mirzə dayı Yenə dilləndirdin “Yanıq Kərəmi” Canıma od saldın, ay Mirzə dayı. Ağır toylar gördün, nişanlar gördün, Mahaldan-mahala atını sürdün. Gəlinlər gətirdin, qızlar köçürdün, Çox nəmərlər aldın, ay Mirzə dayı. Sənət meydanında imtahan olur, Hüseynin əhvalı pərişan olur. Səsin tutulanda könlüm qan olur, …

Ana səhifə

Xalq şairi Osman SARIVƏLLİ.”Günah onun özündədir”

Post Views: 98 Dostum, incə barmaqların Sədəflərin üzündədir. Mənim meylim bir sazında, Bir də şirin sözündədir. Qarayazı meşəsində, Cavan ovçu həvəsində, Qulağın maral səsində, Gözün ceyran izindədir. Tarixi var hər daşın da, Tərlanın on beş yaşında, Bəzən qarlı dağ başında, Bəzən Muğan düzündədir. Baxan kimi sərraf gözün, Təmtəraqlı yalan sözün Canı yoxdur, dedin özün, Məna …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəbi XƏZRİ.”Külək”

Post Views: 75 Yenə payız gəldi qonaqlar kimi… Soldu məhəbbətim yarpaqlar kimi… Ürək pıçıldayır dodaqlar kimi… Külək, niyə belə əsirsən, külək? Niyə ümidimi kəsirsən, külək? Sevgilim görüşə çağırmış məni, Mən necə unudum olub-keçəni? O deyir astaca: “Sevmirəm səni…” Sən niyə sözünü kəsirsən, külək? Külək, niyə belə əsirsən, külək? O, ürək ağrıtdı, ürək incitdi, Bir eşqin …

Ana səhifə

Xalq şairi Vahid ƏZİZ.Bayatılar

Post Views: 102 BAYATILAR Ürəyimdə ayaz var, Nə qış gedib,nə yaz var Oyatma bənövşəni, Kol dibində ayaz var Kədərli baxmayaydın, Göz yaşım axmayaydı Yad baxmağı bir yana, Yar yada baxmayaydı Bu dünya çətin qala, Yolları çətin qala Yaxşı yarı yazda gəz, Payıza çətin qala Qalanın daşı oldum, Gözümün yaşı oldun Dünyada gün görmədim, Sevəndə naşı …

Azərbaycan ədəbiyyatı

Baba VƏZİROĞLU.”Təkcə səndən nigaranam…”

Post Views: 43 Ömrüm boyu gözümdə kam, Bu həsrəti daşıyıram. Mən birtəhər yaşayıram, Təkcə səndən nigaranam… Yandı qəlbim, soldu keçdi, Bir də sevmək daha gecdi, Mənə olan oldu, keçdi, Təkcə səndən nigaranam… Mən sahilsiz bir gecəyəm, Heç bilmirəm kiməm, nəyəm, Nə vecinə, mən necəyəm, Təkcə səndən nigaranam… Gəlib hərdən düşər yada, O günlər bir nağılsa …

Azərbaycan ədəbiyyatı

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

Post Views: 30 Söz: Əhməd Cavad Musiqi: Üzeyir Hacıbəyov Azərbaycan! Azərbaycan! Ey qəhrəman övladın şanlı Vətəni! Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz! Üçrəngli bayrağınla məsud yaşa! Üçrəngli bayrağınla məsud yaşa! Minlərlə can qurban oldu, Sinən hərbə meydan oldu! Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu! Sən olasan gülüstan, Sənə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Məmməd ARAZ.”Azərbaycan-Dünyam mənim”

Post Views: 45 Azərbaycan – qayalarda bitən bir çiçək, Azərbaycan – çiçəklərin içində qaya. Mənim könlüm bu torpağı vəsf eləyərək, Azərbaycan dünyasından baxar dünyaya. Azərbaycan – mayası nur, qayəsi nur ki, Hər daşından alov dilli ox ola bilər. “Azərbaycan!” – deyiləndə ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər… Oğulları Kür gəzdirər biləklərində, Oğulların göz atəşi …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Azərbaycan”

Post Views: 279 Azərbaycan, adın oddur, özün – işıq, sözün- işıq. Biz də sənin bu müqəddəs torpağından boy atmışıq, Sənsən bizim bu dünyada məsləkimiz, amalımız, Yolumuza işıq saçsın ulduzumuz, hilalımız. Nəfəsimiz – ulu Qorqud dədəmizin öz nəfəsi, Mahnımızda yaşar bizim babaların addım səsi. Bu torpaqda, bu diyarda dünən vardıq, bu gün varıq, Biz keçmişə güvəndikcə …

Azərbaycan Prezidenti

İlham Əliyev 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda iştirak edib

Post Views: 42 Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər. Rəsmi qəbul Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başladı. Dövlətimizin başçısı rəsmi qəbulda nitq söylədi. Prezident İlham Əliyevin nitqi -Hörmətli xanımlar və cənablar. Mən …