Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 60 of 135 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Xalq şairi Mirvarid DİLBAZİ.”Məhəmməd Əmin Rəsulzadənin Əksi Qarşısında”

Post Views: 33 Üzündə xalqının böyük kədəri, Xəyalında Vətən xatirələri. Öldü yurdumuzun igidi, əri, Qəbri qazılmadı öz torpağında. Azərbaycan!-dedi o son nəfəsdə, Bir xalqın həsrəti vardə bu səsdə. Üçrəngli bayrağı başının üstə, Öldü, o müqəddəs söz dodağında. Ruhuna min rəhmət, Məhəmməd Əmin! Yurdu qurtarmağa etmişdin əmin. Apardın könlündə bu elin qəmin, Yurdun dar günündə, yaman …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”Mənimiydi”

Post Views: 31 Bir saat bir yerdə tutmazdı qərar, Araz mənimiydi, Kür mənimiydi. Ömrümün, günümün gəlhagəlində, İnci mənimiydi, dür mənimiydi. Səsim gah Qazaxda, gah Qarabağda, Meşədə, çəməndə, çayda, bulaqda, Meyvəli aran da, çiçəkli dağ da, Elə bilirdim ki, bir mənimiydi. Hüseyn Arifin bağrını deşdin, Harda qərar tutub, haraya köçdün? Ay oğul, sən niyə qabağa düşdün, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Osman SARIVƏLLİ.”Qara torpaq”

Post Views: 28 Bu yaxşı cənnətdir, unutmayasan- Görürəm gəlirsən hərdən bağa da. Bircə meyvələrə baxrısan, ey dost, Sən göz qoy arabir bu torpağa da. Torpağa qulluq et, yoxsa nə çıxar, Min dəfə budağa, gülə baxmaqdan? Budaqlar gövdədən, gövdə köklərdən, Köklər də can alır qara torpaqdan. Məni kim tanımır, görməyən kimdir? Öyünmək bilmirəm, demirəm ağam. Özüm …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Səməd VURĞUN.”Ana”

Post Views: 41 Pək cocuğdum, yerə gömdülər səni, Həyata qanadsız atdılar məni. Bax, necə pozulub ömür gülşəni, Həyat sənsiz mənə zindandır, ana! Qoynunda bəslənir gözəl diləklər, Layiqdir səcdəyə sənə mələklər, Nerdəsən, gözlərim həp səni bəklər, Bax evladın nasıl giryandır, ana! Sən bir günəş idin, doğdum da, batdın, Yazıq evladını qəmlərə atdın. Bir cavab ver, hanki …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Mənim bircə dinim var, dinimin adı sevgi”

Post Views: 42 Dillər ayırır bizi, dinlər ayırır bizi, Şeytanlar nifaq salır, cinlər ayırır bizi. Sevgilər yox, qəzəblər, kinlər ayırır bizi, Həyatımın, ömrümün, dinimin adı sevgi. Mənim bircə dinim var, dinimin adı sevgi. Ruh Adəmə verildi, Adəmi ruh yaratdı, Bəşəri xilas üçün gəmini Nuh yaratdı. Savaşı, qan-qırğını, qara günü yaratdı, Harayımın, səsimin, ünümün adı sevgi. …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Larisaya”

Post Views: 58 On üç yaşlı körpə bala, Yazıq anan necə dözsün Bu kədərə, bu məlala? Məzarının baş ucunda kuklan da var. Bu gün layla çalmalıykən sən kuklana Kuklan sənə laylay çalar. Sən özün də kukla idin. Bu dünyanın əvvəlini, axırını Heç bilmədin. Kim kuklaya güllə atar? Atan oldu. İnsanlığı, mərhəməti, Ədaləti, həqiqəti Bir qərəzə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Fikrət QOCA.”Almas İldırımın birinci yüzilliyinə”

Post Views: 33 Bakıda İldırım çaxdı, Baxt ulduzun göydən axdı. Dövran yandı, ellər yaxdı, Bilinməz güzara kimi. Yaşamaq çox ağır işdi, Ürəyini həsrət deşdi. Doqquz cəhənnəmdən keçdi – Rəncbərdən yazara kimi. Nərd kimidir bu kainat, Al özünü zər kimi at. Oyun oldu ömür, həyat Bu zərdən o zərə kimi. Tale əkib, baxtı biçib, Göz yaşların …

Azərbaycan ədəbiyyatı

Azərbaycan mətbuatının ilki: “Əkinçi” qəzeti

Post Views: 79 Sahib(lər) Həsən bəy Zərdabi Təsisçi(lər) Həsən bəy Zərdabi Baş redaktor Həsən bəy Zərdabi Yazıçılar M.F.Axundzadə S.Ə.Şirvani N.Vəzirov Ə.Gorani İsa Sultan Şahtaxtli Məhəmmədtağı Əlizadə Şirvani Əlimədəd Abdullahzadə (Məhbus Dərbəndi) Məmnun Əlqədari Ələkbər Elçizadə Xaçatur Qorxmazov Yaranma tarixi 22 iyul 1875 Dil Azərbaycan dili Nəşrini dayandırıb 29 sentyabr 1877 Baş qərargah Bakı Tiraj 300-400 …

Azərbaycan ədəbiyyatı

“Molla Nəsrəddin” (jurnal)

Post Views: 68 “Molla Nəsrəddin” jurnalı — Azərbaycan dilində satirik-yumoristik jurnal.[1][2][3] “Molla Nəsrəddin”in birinci sayı 1906-ci il aprel ayının 7-də Tiflisdə (köhnə təqvimlə 20-də) işıq üzü görüb. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) …

Ədəbiyyatşünaslıq

Dastan haqqında məlumat

Post Views: 115 Dastan – Azərbaycan şifahi xalq ədəbiyyatının həcmcə ən böyük növlərindən biri. Azərbaycan ədəbiyyatında dastana epos da deyilir. Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr, həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şeir parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bəzən …

Ədəbiyyatşünaslıq

Lirik növ

Post Views: 420 Lirika “lira” sözündən olub, yunanca simli musiqi alət deməkdir. Şərq ədəbiyyatında lirik şeirlərə rübai şeirlər də deyilir. Rübab da ərəb sozu olub, simli alətin adidir. Lirik novun əsas əlaməti müəllifin hiss-həyacanlarının, fikir və arzularının ifadəsidir. Lirik əsərdə müəyyən bir hadisədən danışılmır. Burada hadisədən alınan təsir və onun nəticəsində şairin qəlbində yaranan hisslər …

Ədəbiyyatşünaslıq

Epik növ

Post Views: 244 Epik növ (yun. έπος — nəql etmək) — müəyyən bir hadisə və ya əhvalatın danışmaq, nəql etmək yolu ilə təsvir olunduğu ədəbi növ. Ədəbiyyatşünaslıqda “danışmaq”, “nəql etmək” əvəzinə əksər hallarda təhkiyə sözü işlənir. Epik əsərlər süjetli olur və onların məzmunu hadisə və ya əhvalatla bağlı olur. Epik əsərlərdə tiplərin, xarakterlərin ətraflı, hadisələrin …

Ədəbiyyatşünaslıq

Dramatik növ

Post Views: 399 Dramatik növün başlıca xüsusiyyəti, əsərdə baş verən hadisələrin, surətlərin hərəkəti və danışığı yolu ilə canlandırılmasıdır. Dramatik əsərlər səhnədə tamaşaya qoyulmaq üçün yazılır. Belə əsərlərdə iki tərkib hissəsi olur: remarka və surətlərin danışığı. Dramatik növünün aşağıdakı janrları var: Faciə, Komediya, Dram Faciə — əsasını barışmaz həyat konfliktləri, xarakter və ehtirasların kəskin toqquşması təşkil …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Bizim şeir gecəmiz”

Post Views: 46 Xalq şairi Söhrab Tahirə Yuxuda gördüm ki, yenə görüşdü, yığılıb el gəlir yanıma səssiz. Bakı elə böyük, elə genişdi; Söhrab, bildirişsiz, dəvətnaməsiz Təbrizdən, Səlmasdan, Gəncə tərəfdən, gəlib şerimizi dinləyir Vətən. Anan Nəsibəni görürəm, Söhrab, Al! – deyib, çörəyi batırır duza. Baş əyib, mən salam verirəm, Söhrab, bizim o taydakı oxucumuza. Uşaqlar görürəm …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Çöllərəmi tapşırdın məni”

Post Views: 1. 105 Gözlədə-gözlədə qocaltdın məni, Mən ki, yuxudaydım, ayıltdın məni. Nə tutdun əlində, nə atdın məni, Özgə əllərəmi tapşırdın məni? Ətrimi gül aldı, çiçək apardı, Üzümün rəngini bir rəng apardı. Çağırdım, səsimi külək apardı, Əsən yellərəmi tapşırdın məni? Bu günü gözlədim, sabaha qaldı, Sevincin axırı bir aha qaldı. Yeganə ümidim Allaha qaldı, Gələn illərəmi …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Yaşayır”

Post Views: 29 Poyluda mən doğulmuşam, Poyluda Nazim yaşayır. Könüldə sevgi-məhəbbət, sazda sarı sim yaşayır. Ağstafa, Poylu, salam! Alməhəmməd oğlu, salam! Ata payım, oğul balam, mənim əvəzim yaşayır. Atamın çırağı yanır, anamın ocağı yanır. Səni anır, məni anır – eşqim, həvəsim yaşayır. Poyluda bir ünvan qalıb, O, məndən nigaran qalıb. Gedən gedib, qalan qalıb, tanış-bilişim …

Azərbaycan Prezidenti

Azərbaycanın pravoslav xristian icmasına

Post Views: 33 Azərbaycanın pravoslav xristian icmasına Hörmətli həmvətənlər! Sizi – Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm. Yüz illər boyu Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh, qarşılıqlı hörmət və etimad şəraitində yaşaması müasir dünyada ölkəmizi nümunəvi tolerantlıq məkanı və multikulturalizm mərkəzlərindən …

Publisistika

Şəfa VƏLİYEV.”Afət VİLƏŞSOY haqqında bir neçə söz”

Post Views: 39 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Gəncənin Əttarlar küçəsiylə Cavadxan küçəsinin kəsişməsində bir qoca kişi otururdu həmişə. Heç vaxt yanından keçən insanların üzünə baxmazdı; ya yerə baxırdı, ya göyə. Tələbəydim, naşıydım, bir gün onun yanındaca ayaq saxladım, maddım-maddım qırışmış əllərinə, corabının başına dürtüşdürdüyü balaqlarına baxdım. -Baba, …

Ana səhifə

Emin PİRİ.”Birinci məktub”

Post Views: 38 Birinci məktub Bir az əsmər, bir az günəş-şokolad qız, sən gedəli Burda şirniyyatların dadı qaçıb. Venesiyanın suları gecələr pıçıldayırmı qulağına Sumqayıtın yalnızlığını? Heç gördünmü Eşqə qalxmışam desin kimsə? Hamı düşdü, düşdü. Düşmək qalxmaqdı necə ki, Yusifi endirdilər qalxmasıyçün Allahın eşq quyusuna. Sən də mənim eşq quyumsan balıqların Marian zirvəsi kimi. Ayaqlarımın addımlamağı …

Azərbaycan ədəbiyyatı

Hörmətli poeziyasevərlər!

Post Views: 28 Hörmətli poeziyasevərlər! Sizi 27 aprel saat 12:00-da gənc şairlər, prezident təqaüdçüləri – Emin Piri və Ulucay Akifin görüşünə və imza gününə dəvət edirik. Görüş Sumqayıt şəhərinin 70 illik yubileyi çərçivəsində Əli Kərim adına Poeziya Evinin və AYB-nin Sumqayıt bölməsinin təşkilatçılığı ilə keçirilir. Ünvan: Sumqayıt şəh., 9-cu mk/r, Heydər Parkı, Poeziya Evi

AJB Sumqayıt şəhər təşkilatı Publisistika

Rafiq ODAY.”RAHİLƏ VEYSƏLLİ YARADICILIĞINA BİR NƏZƏR”

Post Views: 42 RAHİLƏ VEYSƏLLİ – 65 Yazıçı, şairə, publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Rahilə Veysəllinin imzası ən azından sum­qa­yıtlı oxuculara “Ruh didərgin, can ağlayır”, “Dünyada bir mizan var”, “Mən demirəm, ürək deyir”, “İkiyə bölünmüş dünyam” adlı şeirlər, “Vətən fədaisi” və “Həsrət yanğısı” adlı bədii-publisistik, “Dərd şələsi” adlı iki hissəli povestlər və “Günahdan …

Azərbaycan ədəbiyyatı Mədəniyyət

Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirildi

Post Views: 31 22 aprel 2019-cu il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Gülnar Səmanın “Sözümüz sözdür” adlı publisistik məqalələrdən ibarət kitabının təqdimat mərasimi və imza günü keçirilib. Təqdimat mərasimini Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid açıq elan edərək müəllifin elmi və bədii yaradıcılıq fəaliyyəti haqqında məlumat verib. Sonra tədbirin aparıcısı şair …

Publisistika

İlahə İMANOVA.”Dünyanın ən insaflı 5 oğrusu”

Post Views: 43 1. İsveç Universiteti professorunun notebookunu oğurlamış oğru, onun içindəkiləri flash card`a köçürərək, professora yollayıb. Professor bu oğurluğu aşkarlayandan sonra dəhşətə gəlmişdi, çünki həmin notebookda onun 10 illik əməyi var idi. 2. Jamie Mc`Leratın kamerası onun şəxsi avtomobilindən oğurlanmışdır. Oğru kamera sahibinin ölümcül xəstə olduğunu öyrəndikdən sonra dərhal onu qaytarmağa qərar verir. Xərçəng …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.”Bu axşam”

Post Views: 33 Mənim nə gülüşüm, nə göz yaşım var, Doğru bildiyiniz yalan adamam. Sevincin, şadlığın tamına baxıb, Özünə tamarzı qalan adamam. Hər gün əlçim-əlçim buluda dönüb, Özü-öz başına yağan yağışam. Bayırdan qurulu saray görünüb, Könlü içəridən talan adamam. Məni tanımağa çalışma, adam, Sənə tanışamsa, özümə yadam. Nə qoruya bildim, nə də saxlaya, Bir ömrü …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Qədəhimdə son damla”

Post Views: 41 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Qədəhimdə son damla, masamda üç şeirim… qorxuram, bu ağılla yenə sənə yenilim… bilirəm, xoşbəxtlikdi insan kimi doğulmaq… bəs ölmək? o necədi? necədi bəxt ovlamaq? adını anmamaq üçün dilimi dişləyirəm… ölü doğulan eşqin dayəsi işləyirəm…

Publisistika

Həmid Araslı və türk-müsəlman xalqları ədəbiyyatı

Post Views: 64 Görkəmli ədəbiyyatşünas-alim və ictimai xadim, Əməkdar elm xadimi, akademik Həmid Araslı ədəbiyyat tariximizin folklor, aşıq yaradıcılığı, klassik irs və ədəbi əlaqə problemlərinin tədqiqi ilə məşğul olub və Azərbaycan ədəbiyyatı tarixinin yaradıcılarından biri kimi tanınıb. Alimin elmi tədqiqatlarında ədəbi əlaqələr mövzusu mühüm yer tutub. Bu əlaqələrin vacib tezisləri, mühüm elmi müddəaları ilkin renessans …

Azərbaycan ədəbiyyatı

Sumqayıt şəhərinin yaradılmasının 70 illiyi ilə bağlı Əli Kərim adına Poeziya Evi tərəfindən həyata keçirilməsi təklif edilən tədbirlər haqda M Ə L U M A T

Post Views: 57 I. Sumqayıt şəhərinin, eyni zamanda onun qurub-yaradılmasında və inkişafında fədakarlıq göstərmiş insanların əməyinin bədii tərənnümünü geniş oxucu auditoriyasına təqdim etmək məqsədi ilə Sumqayıta həsr edilmiş şeir və esselələrdən ibarət «Səni vəsf edirəm, doğma şəhərim» adlı almanaxın nəşr edilməsi. Kitab Sumqayıt Regional Mədəniyyət idarəsinin təsdiq etdiyi tərkibdə 5 nəfərdən ibarət redaksiya şurası tərəfindən …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı xanım yazar İradə Aytelin hekayələri Tehranda işıq üzü görüb

Post Views: 33 İran İslam Respublikasının paytaxtı Tehran şəhərində nəşr olunan “Qorxunun rəngi” adlı hekayələr toplusunda Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar (AYB), Azərbaycan Jurnalistlər Birliyinin (AJB), UASB-nin üzvü, “Kultur.az” internet dərgisinin təsisçisi və baş redaktoru, yazıçı-şair, publisist İradə Aytelin “Virtual sevgi”, “Pozqun mələk”, “Yetim laylalar”, “Və mən onu sevirdimmi?” hekayələri dərc olunub. Qeyd …

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Sevgi nağılı”

Post Views: 43 Gəl, sənə bir nağıl söyləyim, O nağıl ömrümün noğulu idi. O nağılda biri vardı – o Səndin, O nağılda biri yoxdu – o məndim. O nağılda Sən Günəşdin, mən gecə. O nağılda Sən məndəydin, Mən təkcə! O nağılda gözlərin göz işığım, Səsin İlahi səsi, Səsin “Azan”ım idi. O nağılda baxışın ürək dağım, …

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Qadınların 13 xəyanəti”

Post Views: 46 Hardasa oxumuşdum: “Əməli xəyanət fikri xəyanətin açıq-aşkar davamıdır”. Sevmədən ailə qurmaq qaçılmazdır, lakin sevmədən ömür sürmək günahdır! Sevmədiyi kişi ilə gecələrini paylaşmaq bədənini satmağın bir növüdür. Nə fərqi var; məhrəminə, ya naməhrəminə, hər iki halda bədən təcavüzə məruz qalır. Qadın ərinə övladlarından biri kimi, həm də ən ərkəsöyün övladı kimi yanaşmalıdır: əzizləməli, …

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Mərdim, mərdim, yığış gedək”

Post Views: 21 A köksümdə döyünənim, Mərdim, mərdim, yığış gedək. Səni səni sevməyənə Verdim… verdim, yığış gedək. Gül açmadı yenə bu yaz, Ümid düşdü çənə bu yaz… Qara saçım, səni bəyaz Hördüm… hördüm, yığış gedək. Nədən saldın mənə meyil, Di içimdə söyül, döyül. Bu dünya bizimki deyil, Dərdim, dərdim, yığış gedək! Mənbə: http://www.kultur.az

Publisistika

SOCAR-AQŞ-də KİV nümayəndələri üçün mətbuat konfransı

Post Views: 41 SOCAR-AQŞ-in baş ofisində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransını giriş sözü ilə SOCAR-AQŞ-in baş direktoru Ramin İsayev açaraq ölkəmizin aparıcı KİV nümayəndələri ilə görüşməyindən məmnun olduğunu bildirdi. Qeyd etdi ki, gördüyümüz işlər və qazandığımız uğurlar ictimaiyyətə məhz KİV-lər vasitəsilə çatdırılır. R.İsayev bildirdi ki, SOCAR-AQŞ 2007-ci ildə Azərbaycan Respublikası …

Publisistika

Son bir il: dinamik inkişafın yeni zirvəsi

Post Views: 38 Xalqımızın azadlıq mücadiləsində, müstəqilliyin möhkəmləndirilməsində, müasir innovativ iqtisadiyyatın bərqərar olmasında, ölkəmizin dünyada yüksək siyasi nüfuz qazanmasında Heydər Əliyev siyasi kursunun inkarolunmaz, mühüm əhəmiyyəti vardır. Ulu öndərin müəyyən etdiyi strategiya ilə irəliləyən Azərbaycan ilbəil yeni dəyişiklərlə daha yüksək mərhələyə qalxır. Dünyanın nadir uzaqgörən siyasətçiləri sırasında önəmli yer tutan ulu öndərin siyasi kursu sayəsində …

AJB Sumqayıt şəhər təşkilatı

Gülnar Səmanı doğum günü münasibətilə təbrik edirik! (22 aprel 1986-cı il)

Post Views: 38 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi Sizi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvünü, Prezident təqaüdçüsünü, Gənclər mükafatçısını, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbərini və əmədaşını doğum gününüz münasibətilə …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 35 QALMADI Bu gün olanlar oldu ta, Sabaha nəsə qalmadı. Yollar yoxuşa dirəndi, Getməyə kəsə qalmadı. Son ümid də axtalandı, Gözlərdə qan laxtalandı. Fələk satan, bəxt alandı, – Biz düşdük nəhsə, qalmadı. Dan söküldü, qürub getdi, Yalandan vay qurub getdi. Gedənlər hayqırıb getdi, Bir söz də pəsə qalmadı. Gülüm, saçların qulacdı, Baxdım – …

Mədəniyyət

Bakıda VI Bakı Beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək

Post Views: 34 Mədəniyyət Nazirliyinin dəstəyi ilə növbəti Bakı Beynəlxalq kitab sərgi-yarmarkası sentyabrın 27-də təşkil olunacaq. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, altıncı dəfə keçiriləcək sərgi-yarmarka üç gün davam edəcək. Nəşriyyat-poliqrafiya müəssisələri, kitab evləri və digər aidiyyəti qurumlar sərgi-yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, habelə yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, …

Ana səhifə

Kitabxanada “Nəsimi ili” çərçivəsində növbəti tədbir

Post Views: 36 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar pleykast hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, pleykast da İmadəddin Nəsiminin fotoşəkli, şairin kitabı, üzərində fotoşəkli olan xalça, 600 illik yubileyi ilə əlaqədar …

Ana səhifə

Mədəniyyət naziri Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Post Views: 34 Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Əbülfəs Qarayev aprelin 22-də saat 11:00-da Lənkəran şəhərində vətəndaşları qəbul edəcək. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, şəhərdəki Mədəniyyət Mərkəzində ( Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 99 ) keçiriləcək qəbulda Astara, Lerik rayonlarından və Lənkəran şəhərindən …

Ana səhifə

Bakı Musiqi Akademiyası bəstəkarlar üçün romans müsabiqəsi elan edib

Post Views: 40 Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə bəstəkarlar üçün “Nəsimi romans” adlı respublika müsabiqəsi elan olunub. AZƏRTAC xəbər verir ki, “Nəsimi ili” çərçivəsində reallaşan müsabiqə gənc bəstəkarları şairin irsi ilə tanış etmək, gələcək fəaliyyətlərində peşə inkişafı, yeni musiqili dil və onun inkişaf yollarını axtarmaq məqsədi daşıyır. Müsabiqədə 20-35 yaşarası akademik səviyyədə bəstəkarlıq …

Mədəniyyət

“İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı keçiriləcək

Post Views: 39 Aprelin 19-da Milli Kitabxanada ölkə başçısının müvafiq Sərəncamına əsasən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbir keçirəcək. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunacaq tədbir çərçivəsində “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının və “İsmayıl Şıxlı – 100” …

Mədəniyyət

Azərbaycan Bəstəkarlar İttifaqında dahi şair və mütəfəkkir Nəsiminin yaradıcılığına həsr olunmuş konfrans keçiriləcək

Post Views: 28 Aprelin 18-19-da Azərbaycan Bəstəkarlar İttifaqında dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş “Azərbaycan bəstəkarlarının yaradıcılığında Nəsimi obrazı və poeziyası” mövzusunda elmi-praktik musiqişünaslıq konfransı keçiriləcək. AZƏRTAC Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətinə istinadla xəbər verir ki, ikigünlük konfransda respublikanın tanınmış musiqişünaslarının Nəsiminin irsi və obrazının Azərbaycan musiqisində …

Mədəniyyət

“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanması ilə bağlı müzakirələr davam etdirilir

Post Views: 28 Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli Sərəncamına əsasən layihəsi hazırlanan “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası” ilə bağlı müzakirələr davam etdirilir. Konsepsiyanın hazırlanması ilə əlaqədar yaradılmış, tanınmış kino mütəxəssislərindən, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların və müstəqil prodüser mərkəzlərinin nümayəndələrindən, eləcə də dövlətin kino …

Mədəniyyət

Yazıçı Yunus Oğuzun “Ovçu” romanı Daşkənddə özbək dilinə tərcümə olunub

Post Views: 33 Tanınmış Azərbaycan yazıçısı, türkoloq alim Yunus Oğuzun Aprel döyüşlərinə həsr etdiyi “Ovçu” romanı Daşkənddə özbək dilinə tərcümə olunub. Kitabın Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə Daşkənddə nəşri və təqdimatının keçirilməsi nəzərdə tutulur. “Ovçu” romanını özbək dilinə alim, tərcüməçi Gülbahar Aşurova çevirib. Yazıçı romanda tarixə nəzər salıb, Azərbaycan cəmiyyətində …

Mədəniyyət

Bədii, sənədli və animasiya filmlərinin ssenari müsabiqəsi ilə bağlı əlavə məlumat…

Post Views: 31 Prezident İlham Əliyevin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” müvafiq Sərəncamının icrasına uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş bədii, sənədli və animasiya filmlərinin ssenari müsabiqəsi davam edir. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak üçün azbüdcəli tammetrajlı bədii, həmçinin uşaq mövzusunda bədii, qısametrajlı bədii, sənədli və animasiya filminin ssenarisinin təqdim …

Mədəniyyət

Mədəniyyət nazirinin birinci müavini Budapeştdə Nəsimiyə həsr olunacaq tədbirlərdə iştirak edəcək

Post Views: 34 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin haqqında Sərəncamına əsasən Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına, həmçinin ölkə başçısının “Nəsimi ili” elan edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin, Azərbaycanın Macarıstandakı səfirliyinin, Yunus Əmrə İnstitutunun və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə aprelin 24-də …

Azərbaycan Prezidenti

Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 32 Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2019-cu ilin may ayında görkəmli ədəbiyyatşünas və tənqidçi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanın Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmməd Cəfər Zeynalabdin oğlu Cəfərovun anadan olmasının 110 illiyi tamam olur. Akademik Məmməd Cəfər Cəfərov …

Azərbaycan Prezidenti

Gənc ədəbiyyatşünas-alim, istedadlı xanım yazar Gülnar Səmanın “Sözümüz sözdür” adlı yeni kitabının təqdimat mərasimi keçiriləcək

Post Views: 31 22 aprel 2019-cu il tarixində saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natavan klubunda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz bürosunun rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin …

Publisistika

“Gülnar Səmanın “Sözümüz sözdür” kitabında söz rəngi”

Post Views: 44 Zər qədrini zərgər bilərsə, söz qədrini də söz adamı bilər. Sözü ən kəsərli və ən güclü silah bilən hər söz adamı kimi Gülnar Səma da söz gücünə arxalanaraq öz sözünü sözün bədii ifadə imkanları daxilində çatdırmağa çalışır. O, fikrə canlılıq gətirən söz rənginin müxtəlif çalarlarından “Sözümüz sözdür” kitabını yazarkən də istifadə etmişdir. …

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar İlahə İmanovanın şeirləri “Hece Taşları” dərgisində çap olunub

Post Views: 55 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsi çərçivəsində Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktorunun I müavini, istedadlı gənc xanım yazar İlahə İmanovanın doğum günü-yubileyi münasibətilə “Susursan… dinmirsən yenə …