Post Views: 33 Üzündə xalqının böyük kədəri, Xəyalında Vətən xatirələri. Öldü yurdumuzun igidi, əri, Qəbri qazılmadı öz torpağında. Azərbaycan!-dedi o son nəfəsdə, Bir xalqın həsrəti vardə bu səsdə. Üçrəngli bayrağı başının üstə, Öldü, o müqəddəs söz dodağında. Ruhuna min rəhmət, Məhəmməd Əmin! Yurdu qurtarmağa etmişdin əmin. Apardın könlündə bu elin qəmin, Yurdun dar günündə, yaman …
Aprel 30, 2019
Xalq şairi Hüseyn ARİF.”Mənimiydi”
Post Views: 31 Bir saat bir yerdə tutmazdı qərar, Araz mənimiydi, Kür mənimiydi. Ömrümün, günümün gəlhagəlində, İnci mənimiydi, dür mənimiydi. Səsim gah Qazaxda, gah Qarabağda, Meşədə, çəməndə, çayda, bulaqda, Meyvəli aran da, çiçəkli dağ da, Elə bilirdim ki, bir mənimiydi. Hüseyn Arifin bağrını deşdin, Harda qərar tutub, haraya köçdün? Ay oğul, sən niyə qabağa düşdün, …
Xalq şairi Osman SARIVƏLLİ.”Qara torpaq”
Post Views: 28 Bu yaxşı cənnətdir, unutmayasan- Görürəm gəlirsən hərdən bağa da. Bircə meyvələrə baxrısan, ey dost, Sən göz qoy arabir bu torpağa da. Torpağa qulluq et, yoxsa nə çıxar, Min dəfə budağa, gülə baxmaqdan? Budaqlar gövdədən, gövdə köklərdən, Köklər də can alır qara torpaqdan. Məni kim tanımır, görməyən kimdir? Öyünmək bilmirəm, demirəm ağam. Özüm …
Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Dayan, sonra ağlayarsan”
Post Views: 34 Dayan, sonra ağlayarsan, Hələ sənə bir şerim var. Otaq kiçik, amma isti, Eşikdəsə beşgünlük qar. İndi qayıt yalvar mənə, Oxumayım şeri sənə. Şerlə layla deyirəm, Qarda qalan izlərinə. Yuxu görür getdiyin yol, Yatır qar üstə izlərin. Baharda çaılsın, gülüm, Qışda yumulan gözlərin… 1982
Xalq şairi Səməd VURĞUN.”Ana”
Post Views: 41 Pək cocuğdum, yerə gömdülər səni, Həyata qanadsız atdılar məni. Bax, necə pozulub ömür gülşəni, Həyat sənsiz mənə zindandır, ana! Qoynunda bəslənir gözəl diləklər, Layiqdir səcdəyə sənə mələklər, Nerdəsən, gözlərim həp səni bəklər, Bax evladın nasıl giryandır, ana! Sən bir günəş idin, doğdum da, batdın, Yazıq evladını qəmlərə atdın. Bir cavab ver, hanki …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ölənlərdən qalanlara”
Post Views: 34 Yunus İmrə sayağı Dünya qatır başımızı, qarışdırır aşımızı. Yetmiş, səksən yaşımızı biz də bayram eləyirik. Tərif, hədiyyə, mükafat, ya bir təltif, ya fəxri ad. Belə sakit, belə rahat dünyanı ram eləyirik. İnanırıq yalanlara, tərifə əl çalanlara. Ölənlərdən qalanlara, – sonra salam eləyirik.
Xalq şairi Zəlimxan YAQUB.”Mənim bircə dinim var, dinimin adı sevgi”
Post Views: 42 Dillər ayırır bizi, dinlər ayırır bizi, Şeytanlar nifaq salır, cinlər ayırır bizi. Sevgilər yox, qəzəblər, kinlər ayırır bizi, Həyatımın, ömrümün, dinimin adı sevgi. Mənim bircə dinim var, dinimin adı sevgi. Ruh Adəmə verildi, Adəmi ruh yaratdı, Bəşəri xilas üçün gəmini Nuh yaratdı. Savaşı, qan-qırğını, qara günü yaratdı, Harayımın, səsimin, ünümün adı sevgi. …
Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Larisaya”
Post Views: 58 On üç yaşlı körpə bala, Yazıq anan necə dözsün Bu kədərə, bu məlala? Məzarının baş ucunda kuklan da var. Bu gün layla çalmalıykən sən kuklana Kuklan sənə laylay çalar. Sən özün də kukla idin. Bu dünyanın əvvəlini, axırını Heç bilmədin. Kim kuklaya güllə atar? Atan oldu. İnsanlığı, mərhəməti, Ədaləti, həqiqəti Bir qərəzə …
Xalq şairi Fikrət QOCA.”Almas İldırımın birinci yüzilliyinə”
Post Views: 33 Bakıda İldırım çaxdı, Baxt ulduzun göydən axdı. Dövran yandı, ellər yaxdı, Bilinməz güzara kimi. Yaşamaq çox ağır işdi, Ürəyini həsrət deşdi. Doqquz cəhənnəmdən keçdi – Rəncbərdən yazara kimi. Nərd kimidir bu kainat, Al özünü zər kimi at. Oyun oldu ömür, həyat Bu zərdən o zərə kimi. Tale əkib, baxtı biçib, Göz yaşların …