Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 5 of 5 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Anama”

Post Views: 30 Pir yolunda pir olmusan, Anam, getmə pirə, dəyməz! Dilək-dilək qovrulmağın, İçindəki sirrə dəyməz! Bircə gülü solsa əgər, Sanma bağban qan-yaş tökər. Bağına bax, bəhər-bəhər Al-yaşılda tərə dəyməz! Balan oldum, balın oldum, Bal yolunda yalın oldum, Sonda bu kor yolu buldum, Bunca dərdə, sərə dəyməz! Bahar ömrüm keçdi daha, Ağ gün mənlə öcdü …

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Anama”

Post Views: 33 Bir dəli sevdaya düşmüşəm, ana, İntihar sevdasına! Amma Qıymıram sənin ürəyinin bir parçasına, Qıymıram sənə! Bax, ana, Bircə canımnan başqa heç nəyim yoxdu. Onu da borcluyam Sən Tanrıma! Bilirəm, onsuz da qatiləm! Mənli arzularının, İstəklərinin, Sənə verəmədiyim nəvələrinin “qatili”! İndi də balanın qatili olmaqdan qorxuram! Ana! Sənin ölümünü gözləyirəm! Başımdakı bu sevdanın …

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Yığış gedək”

Post Views: 34 A köksümdə döyünənim, Mərdim, mərdim, yığış gedək. Səni səni sevməyənə Verdim… verdim, yığış gedək. Gül açmadı yenə bu yaz, Ümid düşdü çənə bu yaz… Qara saçım, səni bəyaz Hördüm… hördüm, yığış gedək. Nədən saldın mənə meyil, Di içimdə söyül, döyül. Bu dünya bizimki deyil, Dərdim, dərdim, yığış gedək!

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Qadın”

Post Views: 40 İstəkdən yoğrulsan da, İstəklə doğulmadın. O qədər çox idi arzun Arzundaca boğuldun! Yum! Yum gözlərini, qadın! Sevdin! Ruhun uzaqda Cismin doğma yataqda, Ananın naxış-naxış, Həvəs-həvəs tikdiyi Yastığı cırmaqlayan Dırnaqların şişəmi? Məhrəminə satdığın Cismin dözür şişəmi? Bu dünya çox kiçikdir. Bir qadın içindəki Sevgini basdırmağa Yer acizdi torpaqda, Torpaq bəyaz bayraqdı! Sən azad …