Post Views: 37 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri cənab Rafiq Oday və kollektivi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı, şairə-publisist Rahilə xanım Dövran ANAMIZ …
Avqust 2019
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 50 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, YOLLAR “Ömürdən-gündən” – silsiləsindən Beşikdən qəbrədək bir məsafədir, Insanın ömrünə uzanan yollar. Hər yol bir nağıldır, bir əfsanədir, Ömrün hər anına, uzanan yollar. Yollar var keçilməz, kəsəkli, daşlı, Yollar var qaranlıq, dava-dalaşlı. Bəzən yol gedərlər gözləri yaşlı, Ömrün hər anına, uzanan yollar. …
Şairə-publisist Nəcibə İLKİN.”Nişanlı məzar” (Hekayə)
Post Views: 58 Adəti üzrə məktəbdən çıxan kimi dayanacağa tərəf tələsdi. Yenə də fikirli idi. Çatılmış qaşlarının tən ortasındakı düyün simasında təbii görünürdü. Kənardan baxan istənilən adam bu qızın çiynində bir dərd yükünü daşıdığını hiss edərdi. Qaldı ki, Rəvana- onu demək olar ki hər gün addım-addım izləyən birinin gözündən bu gizli ah, kədər qaçası deyildi. …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 30 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü SÖZÜN DÜZÜ Səhrada iz tez itir, Sözü çəkmə səhraya, Elə danış, elə din, Gəlim çatım haraya. Sözün işığına çıx, Azı çoxdan abırlı, Söz var saçı ağarıb, Söz barlı-baharlı. Söz var qaraqabaqdı, Söz var …
Məryəm İsmayılovanı doğum günü münasibətilə təbrik edirik! ( 29 avqust 2013-cü il)
Post Views: 25 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və Kollektivi Sizi, İsmayılova Məryəm Rüfət qızını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! …
Kənan AYDINOĞLU.Yeni şeirlər
Post Views: 25 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. GƏLİR “Kim bilmir, mən səni seçmişəm axı, Beş deyil, on deyil, yüzlər içində”. Nəriman Rüstəm. Yenə səsləyirəm səni uzaqdan, Buraya-yaxına gələnim gəlir. Bürüyüb obanı işığa, nura, Şadlanıb, sevinib, gülənim gəlir. Baxanda həsrətlə o nazik telə, Atıb qədəmini obaya, elə. …
Şair-publisist Əli Rza Xələflinin yeni kitabı işıq üzü görüb
Post Views: 65 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatı laureatı, “Kredo” qəzetinin Baş redaktoru, şair-publisist Əli Rza Xələflinin yeni – “Ruhun daşqını” adlı kitabı işıq üzü görüb. AZƏRTAC xəbər verir ki, kitabın rəyçisi, filologiya elmləri doktoru Elçin Mehrəliyev, …
26 avqust-Gundelik.info-Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin “6” yaşı tamam olur
Post Views: 25 Təsisçisi və direktor: Rafiq ODAY Rafiq ODAY ( Bayramov Rafiq Hüseyn oğlu) 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədridir.”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və …
Zeynəb Rövşən qızı Məmmədovanı doğum günü münasibətilə təbrik edirik! (28 avqust 2010-cı il)
Post Views: 23 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı bürosunun rəhbərini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun …
Yazar Münevver hanım Düverin doğum gününü kutluyoruz! (Ağustos)
Post Views: 28 Münevver Düver Kısa Öz Geçmiş Orta Asya Türkü olan Bozoklar, 24 oğuz boylarından, Yıldızhan’ın Avşar boyundan olup Orta Asya’nın hazar denizi kıyısından Horasan yolu ile Anadolu ya gelmişlerdir. Bu büyük göçte aile Kadirli, Kozan, Adana, Çukurova ya yerleşmiştir. Kalabalık bir nüfusa sahip olan ailedeki birçok kişide sanatçı ruhu vardır. Ећair olan anneanne …
Əziz MUSA.”Vaxt”
Post Views: 28 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Hər an ömrümüzdən ötüşüb keçir, Dönür xatirəyə hər ötüşən gün. Zaman ömrümüzü doğrayır, biçir, Tələsin insanlar yaxşılıq üçün. Vaxt, zaman məlhəmdi hər bir yaraya, Budaqdan meyvəni zaman qoparır, Vaxt baxmır sevincə, haya, haraya, …
Əziz MUSA.”Gəldin”
Post Views: 32 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Elə ki, ömrümə, günümə gəldin, Eşqinin oduna ruhum alışdı, Qəlbimə, könlümə hakim kəsildin, Sevincim , istəyim başımdan aşdı. Mən səni görəndən ey nazlı pəri, Sən oldun dilimdə ən şirin sözüm, Açıldı ömrümün təzə …
Əziz MUSA.”Sevgidən o yana”
Post Views: 32 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Ürəklər alışıb yansın odlara, Məhəbbət deyilmir hər sevdalara, Nəqmə qoşulacaq təzə adlara, Sevgidən o yana, yalandı dünya. Axı hər yanana Kərəm demrilər, Sevgiyə bağlıdı bütün ömürlər, Ürəyə, sevgiyə olmur əmrlər, Sevgidən o yana, …
İradə AYTEL.”Qara qız”
Post Views: 46 Bəxtinə rəngin düşdü, A bəxtəvər olanım! Hanı baharın, qışdı? Dərdi gövhər olanım! Bu yaz səninki deyil, Bu qız dünənki deyil, Çək yazını dara qız, Qara qız, ay qara qız! Hanı şirin nağılın, Hanı balın, noğulun? Tələ qurdu yığvalın, Düşdün tara, tora, qız, Qara qız, ay qara qız! Gəlinlik libasını Gözüyolda saçların Geyindikcə …
İradə AYTEL.”Oldun”
Post Views: 36 Elə yaddın, elə uzaq, Yaxın oldun… yaxın oldun. Həsrətinlə ilmələnən Qorxum oldun… qorxum oldun. Ha gizlətsəm ürəyimdə, Səni gəzdim hər deyimdə. Od qaladın kürəyimdə Ahım oldun… ahım oldun! Yurdsuz nəfəs, cansız bədən, Nə sən varsan, nədə ki mən… Yuvasınnan çıxıb gedən, Ruhum oldun… ruhum oldun!
İradə AYTEL.”Sən mənim alım yazım”
Post Views: 38 Sənnən xəbər gözlədim, Kipriyə qaş düşəndə. Quru-quru alışdım Araya yaş düşəndə. Oxunnan çıxıb yayım, Oxuma! Yatıb toyum! Ətaydı buta payım, Yuxuma daş düşəndə. Bu nə tale, nə yazı, A baharım, ayazım? Sən mənim alın yazım Alnıma qış düşəndə!
Ustad Məhəmmədhüseyn ŞƏHRİYAR.”Yetim uşaq”
Post Views: 78 Öz doğma diyarında çəkdin nələr, ey yetim, Ayaqyalın, başaçıq, ac, dərbədər, ey yetim. Axan göz yaşın kimi niyə qiymətsiz oldun, Açılmamış qönçəsən, niyə gül kimi soldun? Qəminlə ürəyimi gəl, dağlama, ey yetim, Həsrətli göz yaşımsan, sən ağlama, ey yetim! Bağbansız sütül ağac, yandım sənin halına, Necə dözüm bu acı, dözülməz əhvalına? Dinlədim …
Xalq şairi Süleyman RÜSTƏM.”Yazmışam adını”
Post Views: 49 Sevgilim, söyləmə vəfasız mənə, mənə, Mən ki, yad edirəm hər zaman, hər zaman səni. Qəlbimdən bircə an qopara bilməz, Nə boran, nə tufan, nə hicran səni. Yazmışam adını günə, aya, aya mən. Düşmüşəm eşq adlı, eşq adlı bir sevdaya mən. Səninçün gəlmişəm bu dünyaya mən, Mənimçün yaradıb yaradan səni.
Xalq şairi Məmməd RAHİM.”Yurdumun”
Post Views: 38 (İxtisarla) Çiçəkləri ətri-ənbər qoxuyan, Al günəşli cənnəti var yurdumun; Bülbülləri cəh-cəh vurub oxuyan Bir səfalı xilqəti var yurdumun. Şərq elinə işıq saçan məşəldir, Gözəlləri mələklərdən gözəldir, Eşqi sönməz bir müqəddəs əməldir, Çox mənalı söhbəti var yurdumun. Ağ cunadan yaşmaq tutur dağları, Gəlin kimi al geyinir bağları, Ağızlarda gəzir, qədim çağları, Qəhrəmanlıq şöhrəti …
Əməkdar incəsənət xadimi Mədinə GÜLGÜN.Seçmə şeirlər
Post Views: 55 Şəhid balalara Dərdimi necə deyim, vallah deyə bilmirəm, Mən necə üsyan edim yerə-göyə, bilmirəm. Başıma qara salıb, qara geyə bilmirəm, Bu şəhid balaların ölən çağı deyildi. Ağlatdılar daşı da, torpağı da, ay Allah, Sındırdılar bir körpə budağı da, ay Allah. Bağlı qaldı neçə bəy otağı da, ay Allah, Bu şəhid balaların ölən …
Xalq şairi Balaş AZƏROĞLU.”Addımlar”
Post Views: 34 Sənət meydanına qədəm qoyuram, Qoy sözüm güc alsın elimdən mənim. Nə qədər çətindir, bunu duyuram, Ay dostlar, tutunuz qolumdan mənim. Körpəcə bir quşam asiman dərin, Mən o dərinliyə uçmaq istərəm. Nəğmə dəftərimin, söz dəftərimin Adını “Vətən”lə açmaq istərəm. Mənim arzum budur, bir oğul kimi, Kaş bu çətinliyə dözə biləydim. Vətənə sevgimi, elə …
Xalq şairi Mirvarid DİLBAZİ.Seçmə şeirlər
Post Views: 74 Hər papaq qoyana kişi desəm mən, Kişilər inciyər səxavətimdən. Elə qadınlar da böyüdüb vətən, Günahdır onlara kişi deməsəm. Kişi -alınmayan qala deməkdir. vətənə arxadır, elə köməkdir. Kişi -məhvəridir yer kürrəsinin, Onun çiyni üstə durur qitələr. Ocaqdır, odunda onun isinin, Mayakdır, ümmanda o yol göstərər. Çıraqdır, bir evdə o sönsə əgər, O evə …
Xalq şairi Hüseyn ARİF.”Söylə yadındamı?”
Post Views: 103 Söylə yadındamı o axşam çağı?.. Dinməyən mən oldum, dinən sən oldun. İlk eşqin ocağı alovlanmamış Sönməyən mən oldum, sönən sən oldun Doymamış sabahın tər nəfəsindən, Sevdalı quşların təranəsindən, Sözündən, əhdindən, iradəsindən Dönməyən mən oldum, dönən sən oldun. Pozuldu ilqarın, dəyişdi andın, Torpaqda alışıb havada yandın. Axır gözlərinlə görüb inandın Enməyən mən oldum, …
Xalq şairi Osman SARIVƏLLİ.”Sən olmadınmı?”
Post Views: 36 Gözəlim, mən hara, aşıqlıq hara, Bu sazı çalıdıran sən olmadınmı?! Öz gizli eşqimi, pünhan dərdimi, Aləmə bildirən, sən olmadınmı?! Alnında gah günəş, gah qara duman, Hərdən gülərüzlü, hərdən pərişan, Yaralı qəlbimi bəzən ağladan, Bəzən də güldürən, sən olmadınmı?! Nizə kiprikləri “qana-qan” deyən, Qoşa hörüklərə “cüt olan” deyən, Bir gündə min dəfə mənə …
Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Yəni heç yadıma da düşməyəcəksən?”
Post Views: 65 Yəni heç yadıma da düşməyəcəksən? Necə unutdura biləcəksən özünü mənə ? Yəni sənə bənzəyən bir nəğmə, bir dəniz sahili, ya bir ağac kölgəsi çıxmayacaq qarşıma ? Yox,qurtara bilməyəcəksən, qaça bilməyəcəksən yaddaşımdan, hələ ki, yer üzündə bircə nəğmə, bircə ağac, bircə sahil var…
Xalq şairi Səməd VURĞUN.”Mən tələsirəm!
Post Views: 66 Dostlar, badələri qaldırın içək! Gecə, ulduzludur, hava da sərin. Demirəm məst olub dünyadan keçək… Deyirəm mehriban düşüncələrin İsti qücağında qızınaq bir az… Qoy uzansın gecə, geciksin səhər, Yuxuya getməsin məclisdəkilər – Mənim söhbətimdən yorulmaq olmaz. Hələ yer üstündə, insan yanında Deyib danışmaqdan doymamışam mən… Uzadaq ömrünü hər bir anın da, Yel kimi …
“Gənclər şəhəri” Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş “Həzin nəğmələrdə yaşayan şəhər” adlı ədəbi-bədii gecə keçiriləcək
Post Views: 29 Əziz sumqayıtlılar! Sizi şəhərimizin 70 illik yubileyinə həsr olunmuş “Həzin nəğmələrdə yaşayan şəhər” adlı ədəbi-bədii gecəyə dəvət edirik! Tədbir 24 avqust 2019-cu il tarixində saat 19:00-da Heydər Parkında, Sumqayıt Poeziya Evinin qarşısında keçiriləcək. Tədbir Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, AYB və AAB Sumqayıt Bölmələrinin, Şəhər Mədəniyyət Evinin və Ə.Kərim adına Poeziya Evinin …
Əziz MUSA.”Cəbrayıl”
Post Views: 35 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Səni tək-tənha qoyduq, Yağıların əlində, Gör kimlər at oynadır, İgidlərin elində, İndi ah-nalə bitib, Köçkünlərin dilində, Səndən ayrı neyləyək, Həsrətə dözmür ürək, Cəbrayıl, ay Cəbrayıl. Neyləyir Xan çinarım, Gur bulaqlar axırmı? Yenə Ağoğlan …
“Açık Kara” dergisinin 18. sayısı yayında
Post Views: 32
Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”ANA!”
Post Views: 93 Alışıram şamlar kimi, Düşəndə hər sözün, ANA! Yoxsa, məni yetim qoydun, Bilə-bilə özün, ANA! Mənə ömür diləyərdin, Üzümə gül ələyərdin, Hey açırdın, bələyirdin, Çəkdin oğul nazı, ANA! Arılar tək sızıldaram, Ana, Sənsiz biqəraram, Cüyür kimi axtararam, Bulaqlardan izin, ANA! Yerdə necə dayanısan? Daha çətin oyanısan. Sanki dağlar tərlanısan, MUROVUN, KƏPƏZİN, ANA! ŞƏMŞİR …
Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”Məni”
Post Views: 33 Usanmışam öz canımdan, Qəm veribdi, bada məni. Yaralandım ayağımdan, Saldı yanar oda məni. Tez qocaldır qəm insanı, Çağırma həkim, loğmanı. Çatdırdı çərxin dövranı, Bir pak, təmiz ada məni. ŞƏMŞİR çəkir nə cəfadır, Bir görüşmək min səfadır. O yar necə bivəfadır? Daha salmır yada məni. 1963.
Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”Salam ver”
Post Views: 38 Kağız, yetişəndə bizim obaya, Qohuma, qarada, elə salam ver. Ərzim, iltimasım bir budur səndən, Səni əzəl alan ələ salam ver. Əgər görsən, qoca ustad atamı, Əvvəl-vvəl ona yetir butamı, Söylə, belə unutmazlar adamı, Tuti kimi şirin dilə salam ver. Ağdaban adlanan o gözəl oba, Cənnətdə bənzəyir əhsən, mərhaba, Alxanın yurduna kim çıxsa, …
Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”Mənəm, mən”
Post Views: 40 İkicə hərf ilə aləm yaradan, Sənin ətəyindən tutan mənəm, mən. Öz adın xətrinə elə bir dərman, Uzun illər xəstə yatan mənəm, mən. Əllərim döşümdə, üzüm duada, Duam qəbul olsa, ərşi-əlada, Dadıma sən yetiş, ey bari-xuda, Deyərdim, arzuma çatan mənəm, mən. Dərdim tüğyan edir vulkanlar kimi, Qəlbimin hicranı tufanlar kimi, Yaş axır gözümdən …
Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”Bir də gül”
Post Views: 168 Cavanın gülməsi qocaya xoşdu, Gül, ay qızım, mən qocaya, bir də gül! Xətt ağarıb, diş tökülüb, üz batıb, Gülünc edib o xudaya, bir də gül! Əlimdən çıxıbdı cavanlıq dəmi, Qocalıq dağlayıb bütün sinəmi, Qoymur düz danışam, əyib çənəmi, Salıb mən nə hay-haya, bir də gül. Bir vaxt cavan idim mən də sizin …
Şair Bəhmən VƏTƏNOĞLU.”Yadıma düşəndə”
Post Views: 31 Gəncliyimin oynar, gülər çağında, Qalmaz iman-din yadıma düşəndə. O arzuya, o vüsala yetdiyim, O günəşli gün yadıma düşəndə. Unutmaram o ilqarı, o andı, Çox da indi zaman ayrı zamandı. “Sarı Bulaq” xəyalımda dolandı, “Çənli Yurt”da çən yadıma düşəndə. Sellər, sular mənim çağlamaz, Səndən qeyri kəs yaramı bağlamaz. Deyirlər ki, kişi olan ağlamaz, …
Şair Bəhmən VƏTƏNOĞLU.”Biləndən sonra”
Post Views: 41 Nə pünhan yer axtar, nə xəlvətə gəl, El-oba dərdimi biləndən sonra. Məcnun, Məcnun deyə düşüb arxamca, Uşaqlar üstümə güləndən sonra. Hicran toxumundan dərd əkəcəksən, Hər zaman ağlayıb yaş tökəcəksən. Hədər yada salıb ah çəkəcəksən, Əzrayıl üstümə gələndən sonra. Dönmür qeyri yana, dəyişmir halım, Sənsən gecə-gündüz fikrim, xəyalım, Vədəsində yan oduma, maralım, Ağlama …
Şair Bəhmən VƏTƏNOĞLU.”Gəlibsən”
Post Views: 35 Bu uzaq yollara, a gözəl sonam, Peşmanmı gəlibsən, şənmi gəlibsən?! Xaindən, xəbisdən keçib aralı, Bədnəzər olandan genmiş gəlibsən?! Dilim baş aparsa, verim qadağa, Sən gələn yollara canım sadağa. Günəş zirvəsini yandıran dağa, Dumanmı gəlibsən, çənmi gəlibsən?! BƏHMƏNƏM, qurbanam özüm ellərə, Mirvari sözləri düzüm ellərə, A dünya gözəli, bizim ellərə, ALLAHmı göndərib, Sənmi …
Şair Bəhmən VƏTƏNOĞLU.”A zalım”
Post Views: 39 Məni görmək arzulama sən Allah, İllər salıb saçlarıma dən mənim. Elim-günüm köç eyləyib arana, Bürüyübdür dağlarımı çən mənim. Vəfasızsan bir də məni arama, Dilə tutub saçlarımı darama, Gəl toxunma qaysaqlanmış yarama, Qoy tək çəkim öz dərdimi mən mənim. Ürəyimdən tellər keçdi, a zalım, Gözlərimdən sellər keçdi, a zalım, Aylar ötdü, illər keçdi, …
Şair Bəhmən VƏTƏNOĞLU.”Niyə gözəl yaradıb”
Post Views: 26 Nə insafın, nə mürvətin var sənin, Allah səni niyə gözəl yaradıb?! Nə qəlbində məhəbbətin var sənin, Allah səni niyə gözəl yaradıb?! Nə Leyli tək məni Məcnun sanırsan, Nə Əsli tək Kərəm üçün yanırsan. Nə yaxşını, nə yamanı qanırsan, Allah səni niyə gözəl yaradıb?! Nə Bəhməni Nəsimi tək soyursan, Nə qovursan, nə yaxına …
Mirzə Cəlil və “Molla Nəsrəddin” xatirələr aynasında
Post Views: 62 YAZIÇI-PUBLİSİsT MƏMMƏDƏLİ NASİRİN YADDAŞINDAN SƏHİFƏLƏR Görkəmli ədib, yazıçı-publisist Cəlil Məmmədquluzadənin şah əsəri saydığımız “Molla Nəsrəddin” jurnalının yaranmasından 107 il ötməsinə baxmayaraq o, bu gün də ədəbiyyatşünaslıq elminin tədqiqat predmeti olaraq öyrənilməkdədir. Zənnimcə, “Molla Nəsrəddin”in yaşam tarixinin maraqlı tərəflərindən biri də Mirzə Cəlil kimi görkəmli ədiblə sıx əməkdaşlıq və dostluq edən və ustadın …
ANA DİLİMİZ – MİLLİ VARLIĞIMIZ
Post Views: 107 Hər bir xalqı ilk növbədə tanıdan, milli-mənəvi dəyərlərini yaşadan onun dilidir. Nahaq deməyiblər ki, dil ölərsə, xalq da ölər. Bu mənada Azərbaycan hər şeydən əvvəl öz dili, mədəniyyəti, ulu yaşayış məskənləri ilə çox qədim bir tarixə malik ölkədir. O da məlumdur ki, dilimiz müxtəlif dövrlərdə, yüzilliklər boyunca bir çox istilalara, təqiblərə və …
ŞƏFQƏT VƏ MƏRHƏMƏT İŞIĞINDA
Post Views: 34 Həyatımızın mühüm sahələrini əks etdirən, milli-mənəvi dəyərlərə, insani keyfiyyətlərə, tərbiyəvi məsələlərə əhəmiyyətli təsir göstərən mövzularda əsərlər yazmaq və yaratmaq azərbaycançılıq ideyalarının təbliğində böyük gücə malikdir. Ədəbiyyat, mədəniyyət və incəsənətdə belə mövzular qədərincədir. Bu günlərdə özünün məzmun və ideyası ilə qəlblərə istilik gətirən, insanı duyğulandıran, həm də heyrətləndirən bir kitabla tanış oldum. Fiziki …
“Öz içindən yanan bir ocağam mən”
Post Views: 32 XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Mirvarid Dilbazi çoxçeşidli mövzularda yazdığı əsərləri ilə böyük bir yaradıcı ömür yaşamışdır. Onun “zəhərə batırılmış badam içi” kimi keçən uşaqlığı, ilk gənclik çağları dünyanın siyasi çaxnaşma və təbəddülatlarla qaynayan bir dövrünə təsadüf etmişdi. Kökünün, nəslinin yaşadığı iztirablar, qorxular, sürgünlər, ölümlərlə müşayiət olunmuş acı xatirələri illərlə …
Xalq şairi Mirvarid DİLBAZİ.”Lirik duyğu”
Post Views: 63 Nə vüsalım, nə həsrətim, Nə sevgim var, nə nifrətim, Nə sevincim, səadətim, Boş qalıbdır, boş, ürəyim! Nə yazı var, nə qışı var, Nə qarı, nə yağışı var, Nə dünyaya baxışı var, Daş olubdur, daş, ürəyim! Yanar dağdır, sönməyəydi, Zirvəsindən enməyəydi, Yanıb külə dönməyəydi, Kaş ürəyim! Kaş ürəyim! 1989.
Xalq şairi Hüseyn ARİF.”Yetişməmiş”
Post Views: 36 Külək qalxıb haray salır, Maral gölə yetişməmiş. Gün darıxır, qaş qaralır, Köç mənzilə yetişməmiş. Can alışıb qora dönür, Yaş yanağa yetişməmiş. Qara tellər, qara dönür, Əl darağa yetişməmiş. Yollar, izlər buz bağlayır, Vaxt çilləyə yetişməmiş. Həştad bizi yaxalayır, Yaş əlliyə yetişməmiş.
Xalq şairi Osman SARIVƏLLİ.”Qızlar mahnısı”
Post Views: 39 Ey sevgilim, bu yerlərdə görünmə, Anam dduyub, üstümüzə göz olur. Səni, məni istəməyən az deyil, Aralıqda söhbət olur, söz olur. Meh əsdikcə qızıl güllər öpüşür, Sən bülbüllər bağçamızda ötüşür, Səbi görcək ürəyimə od düşür, Görməyəndə bağrım başı köz olur. Ürəyimdə bir arzu var, bir dilək; Dolanıram bu dağlarda maraltək. Deyirlər ki, bizə …
Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Bütün pəncərələr yumulmuş gözdür”
Post Views: 45 Bütün pəncərələr yumulmuş gözdür. Bu evlər, küçələr deyilmiş sözdür. Yaralı buluddan yağan yağışdan günah yumasa da bir az bağışlar… Bəlkə bizdən bir az yan keçər bu gün, həyalı söyüşlər, doğma qarğışlar. Və quşlar, və quşlar qəfəsə vurğun, İlahi, çox sağ ol. Yenə də heysizəm, yenə də yorğun…
Xalq şairi Səməd VURĞUN.”Əyilmə”
Post Views: 50 Həyat! O çox zaman görünür iyrənc, Bu səhnədə min bir qanlı pərdə var Sən bu çətinliyə düssən də, ey gənc, İçində saxlanan qüdrətə yalvar! Zaman! O amansız, qatil bir düskün Bəzən dünyaları döyər siddətlə. Səni də məhv etmək istərsə bir gün, Hər seyə qarsı çıx, həm də cürətlə. Cürət! Odur bizi güldürən …
“Trans/Missia-Rise of Eastern Art” adlı yeni beynəlxalq teatr festivalı təsis olunub
Post Views: 37 Gürcüstan, Polşa, Ukrayna və Litvanın müvafiq strukturlarının birgə əməkdaşlığı sayəsində yeni beynəlxalq teatr festivalı təsis olunub. AZƏRTAC xəbər verir ki, yeni festival “Trans/Missions-Rise of Eastern Art” adlanır. Geniş miqyaslı olacaq festival əsasən dramaturgiyaya üstünlük verəcək. Bununla belə digər janrlar da burada təmsil oluna biləcək. Yaradıcı kollektivlər festivalda teatr tamaşaları ilə yanaşı, konsert …
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
Post Views: 36 Azərbaycan kinorejissoru Adil Azayın “Şəhərin iç sədası” sənədli filmi avqustun 24-dən 27-dək Ufada keçiriləcək “Gümüş Akbuzat” IV Beynəlxalq kinofestivalında göstəriləcək. AZƏRTAC başqırd KİV-nə istinadla xəbər verir ki, festivalın müsabiqə proqramı çərçivəsində tamaşaçılara dörd gün ərzində 48 film təqdim ediləcək. Həmçinin, yaradıcılıq görüşləri, diskussiyalar və ustad dərsləri də nəzərdə tutulub. Bu il festivalın …
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
Post Views: 33 Avqustun 19-da Qazaxda ziyalılar parkında Xalq şairi Mirvarid Dilbazinin doğum günü münasibətilə tədbir keçirilib. Tədbir rayon icra hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax filialının təşkilatçılığı və “Mirvarid Dilbazi Məclisi”nin təşəbbüsü ilə reallaşıb. AZƏRTAC xəbər verir ki, əvvəlcə şairin parkındakı büstü ziyarət olunub. Mərasimi giriş sözü ilə AYB-nin Qazax zona filialının sədri, …
Türkiyəli tənbur ifaçısı Murat Salim Tokac Filarmoniyada konsert verəcək
Post Views: 53 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri çıxış edəcək. AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertin solisti türkiyəli tənbur ifaçısı Murat Salim Tokac olacaq. Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili …
“Sonuncu Pərdə” filminin ilk tizeri yayılıb
Post Views: 32 Rejissor Emil Quliyevin ekranlaşdırdığı “Sonuncu Pərdə” filminin ilk tizeri yayılıb. AZƏRTAC xəbər verir ki, ekran işinin quruluşçu operatoru Orxan Abbasov, ssenari müəllifləri Emil Quliyev və Qorqud Cəfərdir. “Art film Baku” şirkətinin istehsalı olan filmdə Xalq artisti Vidadi Həsənov, aktyorlar Oqtay Mehdiyev, Cövdət Şükürov, Nofəl Şahlaroğlu, Əlibəy Məmmədli, Əzizə Həşimova və başqaları çəkilib. …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 34 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü MƏNİ Bu dünyanın hər üzünü görmüşəm, Acı dövran ağladıbdı hey məni, Çiyinlərim yara olub, əyilib, Daşımaqdan ağır-ağır heybəni. Sərt küləklər qarsıb hər gün üzümü, Kor taleyim bağlayıbdı gözümü, Tanrı verib mənə səbri, dözümü, …
Sumqayıtn 70 illyi münasibətilə mədəniyyət müəssisələrinin kollektivləri Sumqayıt bulvarında konsert proqramı təşkil edib
Post Views: 42 Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər “28 May” Diyarşünaslıq evi Sumqayıt bulvarının konsert meydançasında Sumqayıt şəhərinin 70 illiyi və əhalinin asudə vaxtının təşkili ilə əlaqədar konsert proqramı təşkil edib. Konsertdə “28 May” Diyarşünaslıq evində fəaliyyət göstərən bədii özfəaliyyət kollektivləri cıxış edibər. Gənc müğənnilər Elnarə Abdullayeva, Dəniz Fərziyeva, Şamo Babayev, Mətanət …
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
Post Views: 36 Sumqayıt Regional Mədəniyyət idarəsinin Abşeron rayon Novxanı kənd Sənətkarlıq klubunun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib. Belə ki, Artvində keçirilən 10-cu Uluslararası Tülüm və Muzik festivalına, Rizədə keçirilıən Uluslararası 30-cu Çay, Turizm və Yaz sporları festivalına və Trabzonda keçirilən Uluslararası Horon festivalına qatılan …
Eldar Nəsibli SİBİREL.”Əsgər çəkmələri”
Post Views: 37 Qəribə bir istək keçər könlümdən, Mən onu hamıyla bölmək istərəm: Əsgər çəkməsini elə bu gündən Tarix muzeyində görmək istərəm. Deyən yanılıram, düz demirəm mən , Xalq var ki, kədəri dağdan ağırdır. Bu gün də o yerdə yad əsgərlərin, Gediş-gəlişindən yollar yağırdır. Zalımdan mərhəmət gözləyənlərə Sözünü tüfənglər, lülələr deyir. Səadət yerinə , qonaq …
Azərbaycanın Bəxtiyar şairi
Post Views: 40 Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasından 94 il ötür. AZƏRTAC xəbər verir ki, Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin adı təkcə respublikamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi …