Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 27 of 27 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”ANA!”

Post Views: 93 Alışıram şamlar kimi, Düşəndə hər sözün, ANA! Yoxsa, məni yetim qoydun, Bilə-bilə özün, ANA! Mənə ömür diləyərdin, Üzümə gül ələyərdin, Hey açırdın, bələyirdin, Çəkdin oğul nazı, ANA! Arılar tək sızıldaram, Ana, Sənsiz biqəraram, Cüyür kimi axtararam, Bulaqlardan izin, ANA! Yerdə necə dayanısan? Daha çətin oyanısan. Sanki dağlar tərlanısan, MUROVUN, KƏPƏZİN, ANA! ŞƏMŞİR …

Azərbaycan ədəbiyyatı

Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”Salam ver”

Post Views: 38 Kağız, yetişəndə bizim obaya, Qohuma, qarada, elə salam ver. Ərzim, iltimasım bir budur səndən, Səni əzəl alan ələ salam ver. Əgər görsən, qoca ustad atamı, Əvvəl-vvəl ona yetir butamı, Söylə, belə unutmazlar adamı, Tuti kimi şirin dilə salam ver. Ağdaban adlanan o gözəl oba, Cənnətdə bənzəyir əhsən, mərhaba, Alxanın yurduna kim çıxsa, …

Azərbaycan ədəbiyyatı

Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”Mənəm, mən”

Post Views: 40 İkicə hərf ilə aləm yaradan, Sənin ətəyindən tutan mənəm, mən. Öz adın xətrinə elə bir dərman, Uzun illər xəstə yatan mənəm, mən. Əllərim döşümdə, üzüm duada, Duam qəbul olsa, ərşi-əlada, Dadıma sən yetiş, ey bari-xuda, Deyərdim, arzuma çatan mənəm, mən. Dərdim tüğyan edir vulkanlar kimi, Qəlbimin hicranı tufanlar kimi, Yaş axır gözümdən …

Azərbaycan ədəbiyyatı

Şair Bəhmən VƏTƏNOĞLU.”Yadıma düşəndə”

Post Views: 31 Gəncliyimin oynar, gülər çağında, Qalmaz iman-din yadıma düşəndə. O arzuya, o vüsala yetdiyim, O günəşli gün yadıma düşəndə. Unutmaram o ilqarı, o andı, Çox da indi zaman ayrı zamandı. “Sarı Bulaq” xəyalımda dolandı, “Çənli Yurt”da çən yadıma düşəndə. Sellər, sular mənim çağlamaz, Səndən qeyri kəs yaramı bağlamaz. Deyirlər ki, kişi olan ağlamaz, …

Azərbaycan ədəbiyyatı

Şair Bəhmən VƏTƏNOĞLU.”Biləndən sonra”

Post Views: 41 Nə pünhan yer axtar, nə xəlvətə gəl, El-oba dərdimi biləndən sonra. Məcnun, Məcnun deyə düşüb arxamca, Uşaqlar üstümə güləndən sonra. Hicran toxumundan dərd əkəcəksən, Hər zaman ağlayıb yaş tökəcəksən. Hədər yada salıb ah çəkəcəksən, Əzrayıl üstümə gələndən sonra. Dönmür qeyri yana, dəyişmir halım, Sənsən gecə-gündüz fikrim, xəyalım, Vədəsində yan oduma, maralım, Ağlama …

Azərbaycan ədəbiyyatı

Şair Bəhmən VƏTƏNOĞLU.”Gəlibsən”

Post Views: 35 Bu uzaq yollara, a gözəl sonam, Peşmanmı gəlibsən, şənmi gəlibsən?! Xaindən, xəbisdən keçib aralı, Bədnəzər olandan genmiş gəlibsən?! Dilim baş aparsa, verim qadağa, Sən gələn yollara canım sadağa. Günəş zirvəsini yandıran dağa, Dumanmı gəlibsən, çənmi gəlibsən?! BƏHMƏNƏM, qurbanam özüm ellərə, Mirvari sözləri düzüm ellərə, A dünya gözəli, bizim ellərə, ALLAHmı göndərib, Sənmi …

Azərbaycan ədəbiyyatı

Şair Bəhmən VƏTƏNOĞLU.”A zalım”

Post Views: 39 Məni görmək arzulama sən Allah, İllər salıb saçlarıma dən mənim. Elim-günüm köç eyləyib arana, Bürüyübdür dağlarımı çən mənim. Vəfasızsan bir də məni arama, Dilə tutub saçlarımı darama, Gəl toxunma qaysaqlanmış yarama, Qoy tək çəkim öz dərdimi mən mənim. Ürəyimdən tellər keçdi, a zalım, Gözlərimdən sellər keçdi, a zalım, Aylar ötdü, illər keçdi, …

Azərbaycan ədəbiyyatı

Şair Bəhmən VƏTƏNOĞLU.”Niyə gözəl yaradıb”

Post Views: 26 Nə insafın, nə mürvətin var sənin, Allah səni niyə gözəl yaradıb?! Nə qəlbində məhəbbətin var sənin, Allah səni niyə gözəl yaradıb?! Nə Leyli tək məni Məcnun sanırsan, Nə Əsli tək Kərəm üçün yanırsan. Nə yaxşını, nə yamanı qanırsan, Allah səni niyə gözəl yaradıb?! Nə Bəhməni Nəsimi tək soyursan, Nə qovursan, nə yaxına …

Publisistika

Mirzə Cəlil və “Molla Nəsrəddin” xatirələr aynasında

Post Views: 62 YAZIÇI-PUBLİSİsT MƏMMƏDƏLİ NASİRİN YADDAŞINDAN SƏHİFƏLƏR Görkəmli ədib, yazıçı-publisist Cəlil Məmmədquluzadənin şah əsəri saydığımız “Molla Nəsrəddin” jurnalının yaranmasından 107 il ötməsinə baxmayaraq o, bu gün də ədəbiyyatşünaslıq elminin tədqiqat predmeti olaraq öyrənilməkdədir. Zənnimcə, “Molla Nəsrəddin”in yaşam tarixinin maraqlı tərəflərindən biri də Mirzə Cəlil kimi görkəmli ədiblə sıx əməkdaşlıq və dostluq edən və ustadın …

Publisistika

ANA DİLİMİZ – MİLLİ VARLIĞIMIZ

Post Views: 107 Hər bir xalqı ilk növbədə tanıdan, milli-mənəvi dəyərlərini yaşadan onun dilidir. Nahaq deməyiblər ki, dil ölərsə, xalq da ölər. Bu mənada Azərbaycan hər şeydən əvvəl öz dili, mədəniyyəti, ulu yaşayış məskənləri ilə çox qədim bir tarixə malik ölkədir. O da məlumdur ki, dilimiz müxtəlif dövrlərdə, yüzilliklər boyunca bir çox istilalara, təqiblərə və …

Publisistika

ŞƏFQƏT VƏ MƏRHƏMƏT İŞIĞINDA

Post Views: 34 Həyatımızın mühüm sahələrini əks etdirən, milli-mənəvi dəyərlərə, insani keyfiyyətlərə, tərbiyəvi məsələlərə əhəmiyyətli təsir göstərən mövzularda əsərlər yazmaq və yaratmaq azərbaycançılıq ideyalarının təbliğində böyük gücə malikdir. Ədəbiyyat, mədəniyyət və incəsənətdə belə mövzular qədərincədir. Bu günlərdə özünün məzmun və ideyası ilə qəlblərə istilik gətirən, insanı duyğulandıran, həm də heyrətləndirən bir kitabla tanış oldum. Fiziki …

Publisistika

“Öz içindən yanan bir ocağam mən”

Post Views: 32 XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Mirvarid Dilbazi çoxçeşidli mövzularda yazdığı əsərləri ilə böyük bir yaradıcı ömür yaşamışdır. Onun “zəhərə batırılmış badam içi” kimi keçən uşaqlığı, ilk gənclik çağları dünyanın siyasi çaxnaşma və təbəddülatlarla qaynayan bir dövrünə təsadüf etmişdi. Kökünün, nəslinin yaşadığı iztirablar, qorxular, sürgünlər, ölümlərlə müşayiət olunmuş acı xatirələri illərlə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Osman SARIVƏLLİ.”Qızlar mahnısı”

Post Views: 39 Ey sevgilim, bu yerlərdə görünmə, Anam dduyub, üstümüzə göz olur. Səni, məni istəməyən az deyil, Aralıqda söhbət olur, söz olur. Meh əsdikcə qızıl güllər öpüşür, Sən bülbüllər bağçamızda ötüşür, Səbi görcək ürəyimə od düşür, Görməyəndə bağrım başı köz olur. Ürəyimdə bir arzu var, bir dilək; Dolanıram bu dağlarda maraltək. Deyirlər ki, bizə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Səməd VURĞUN.”Əyilmə”

Post Views: 50 Həyat! O çox zaman görünür iyrənc, Bu səhnədə min bir qanlı pərdə var Sən bu çətinliyə düssən də, ey gənc, İçində saxlanan qüdrətə yalvar! Zaman! O amansız, qatil bir düskün Bəzən dünyaları döyər siddətlə. Səni də məhv etmək istərsə bir gün, Hər seyə qarsı çıx, həm də cürətlə. Cürət! Odur bizi güldürən …

Mədəniyyət

“Trans/Missia-Rise of Eastern Art” adlı yeni beynəlxalq teatr festivalı təsis olunub

Post Views: 37 Gürcüstan, Polşa, Ukrayna və Litvanın müvafiq strukturlarının birgə əməkdaşlığı sayəsində yeni beynəlxalq teatr festivalı təsis olunub. AZƏRTAC xəbər verir ki, yeni festival “Trans/Missions-Rise of Eastern Art” adlanır. Geniş miqyaslı olacaq festival əsasən dramaturgiyaya üstünlük verəcək. Bununla belə digər janrlar da burada təmsil oluna biləcək. Yaradıcı kollektivlər festivalda teatr tamaşaları ilə yanaşı, konsert …

Ana səhifə

İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək

Post Views: 36 Azərbaycan kinorejissoru Adil Azayın “Şəhərin iç sədası” sənədli filmi avqustun 24-dən 27-dək Ufada keçiriləcək “Gümüş Akbuzat” IV Beynəlxalq kinofestivalında göstəriləcək. AZƏRTAC başqırd KİV-nə istinadla xəbər verir ki, festivalın müsabiqə proqramı çərçivəsində tamaşaçılara dörd gün ərzində 48 film təqdim ediləcək. Həmçinin, yaradıcılıq görüşləri, diskussiyalar və ustad dərsləri də nəzərdə tutulub. Bu il festivalın …

Mədəniyyət

Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

Post Views: 33 Avqustun 19-da Qazaxda ziyalılar parkında Xalq şairi Mirvarid Dilbazinin doğum günü münasibətilə tədbir keçirilib. Tədbir rayon icra hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax filialının təşkilatçılığı və “Mirvarid Dilbazi Məclisi”nin təşəbbüsü ilə reallaşıb. AZƏRTAC xəbər verir ki, əvvəlcə şairin parkındakı büstü ziyarət olunub. Mərasimi giriş sözü ilə AYB-nin Qazax zona filialının sədri, …

Mədəniyyət

Türkiyəli tənbur ifaçısı Murat Salim Tokac Filarmoniyada konsert verəcək

Post Views: 53 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri çıxış edəcək. AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertin solisti türkiyəli tənbur ifaçısı Murat Salim Tokac olacaq. Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili …

Ana səhifə

“Sonuncu Pərdə” filminin ilk tizeri yayılıb

Post Views: 32 Rejissor Emil Quliyevin ekranlaşdırdığı “Sonuncu Pərdə” filminin ilk tizeri yayılıb. AZƏRTAC xəbər verir ki, ekran işinin quruluşçu operatoru Orxan Abbasov, ssenari müəllifləri Emil Quliyev və Qorqud Cəfərdir. “Art film Baku” şirkətinin istehsalı olan filmdə Xalq artisti Vidadi Həsənov, aktyorlar Oqtay Mehdiyev, Cövdət Şükürov, Nofəl Şahlaroğlu, Əlibəy Məmmədli, Əzizə Həşimova və başqaları çəkilib. …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 34 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü MƏNİ Bu dünyanın hər üzünü görmüşəm, Acı dövran ağladıbdı hey məni, Çiyinlərim yara olub, əyilib, Daşımaqdan ağır-ağır heybəni. Sərt küləklər qarsıb hər gün üzümü, Kor taleyim bağlayıbdı gözümü, Tanrı verib mənə səbri, dözümü, …

Sumqayıt RMTİ

Sumqayıtn 70 illyi münasibətilə mədəniyyət müəssisələrinin kollektivləri Sumqayıt bulvarında konsert proqramı təşkil edib

Post Views: 42 Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər “28 May” Diyarşünaslıq evi Sumqayıt bulvarının konsert meydançasında Sumqayıt şəhərinin 70 illiyi və əhalinin asudə vaxtının təşkili ilə əlaqədar konsert proqramı təşkil edib. Konsertdə “28 May” Diyarşünaslıq evində fəaliyyət göstərən bədii özfəaliyyət kollektivləri cıxış edibər. Gənc müğənnilər Elnarə Abdullayeva, Dəniz Fərziyeva, Şamo Babayev, Mətanət …