Post Views: 33 Çayçı qızlar nəğməsi Gözəl qız əlində çay gözəl olur, Buluddan çıxanda ay gözəl olur, Ürəklə verilən pay gözəl olur, Bol olsun Vətənə payınız, qızlar! Yaraşır ağ ələ məxməri rəngi, Ağın, qırmızının var öz ahəngi. Olsun başınızda zəhmət çələngi, Xoş gəlsin iliniz, ayınız, qızlar! Ətrinə gülabmı qatıllb belə? Yarpağı gündənmi tutulub belə? Gedir …
Avqust 7, 2019
Xalq şairi Hüseyn ARİF.”Xatırla məni”
Post Views: 211 Sevirəm çəməndə gülü, çiçəyi, Gələndə ilk bahar xatırla məni. Öpsün alınları dağlar küləyi, Güləndə rüzigar xatırla məni. Torpağı bəzəsin bənövşə, nərgiz, Ruhuma doğmadır hər cığır, hər iz, Geniş sinəsini açsın göy dəniz, Dinəndə dalğalar xatırla məni. Fəsillt dolanıb, ötdükcə zaman, Vaxt olur həyatda dəyişir insan. Mən səni unudan deyiləm inan, Sən də, …
Xalq şairi Osman SARIVƏLLİ.”Olarmı?”
Post Views: 121 Ey mələk, qınama bir sualım var,- Qəribəm, yanında qalım, olarmı? Sədəfli sazımı basıb bağrıma Qaşların eşqinə çalım, olarmı? Mən canandan, canan məndən ayrılıb, Ruh yaşarmı de, bədəndən ayrılıb? Gecənin bu çağı səndən ayrılıb, Çöllərə düşməyə halım olarmı? Ay niyə tutulur, söylə, ey nigar,- Səni hicran boğur, yoxsa intizar?! Bəlkə, ürəyində bir dərdin …
Xalq şairi Vaqif SƏMƏDOĞLU.Seçmə şeirlər
Post Views: 47 Bağışlayın, yorğunam, Bağışlayın, yorğunam, baş qaldırıb baxa bilmirəm sizə, buludlar. Ağınızı, qaranızı salamlaya bilmirəm bu gün. Bu gün içimdə sükut var. Kor. Kar. Şikəst bir sükut qoynundayam. Nə göydə, nə yerdə, tamam başqa yandayam, hayandayam buludlar? Üzüm-gözüm quma batıb Üzüm-gözüm quma batıb, Başım hara düşüb yatıb? Ayaqlarım göylə gedir, İzim buludlarda itir… …
Xalq şairi Səməd VURĞUN.Seçmə şeirlər
Post Views: 203 Quşlar qatar-qatar ellərdən keçər, Bəşər nəsil-nəsil dünyadan köçər; İnsanlıq gah zəhər, gah şərbət içər… Əzəldən belədir hökmü zamanın – Düyümlü bir sirri var asimanın! Çarxını qurduqça dövranın əli Bəzən ağlar olur, bəzən gülməli… İnsanın ən böyük eşqi, əməli Bəzən aslan kimi çırpınır darda, Bəzən də qərq olur fırtınalarda… Dəyişir səmtini daima sular, …
Molla Vəli VİDADİ.Seçmə şeirlər (Qoşmalar)
Post Views: 94 Ağlamazmı Еy məni qınayan, ağlama,dеyib, Ağlar yarı gеdən bəs ağlamazmı? İllər ilən həmdəmindən ayrılıb, Хоş nigarı gеdən bəs ağlamazmı? Оlmaya yanında yarı, cananı, Puça çıхıb gеdə ömri-cavanı, Günbəgün əksilib şövkəti, şanı, İхtiyarı gеdən bəs ağlamazmı? Bəхt çönüb, çünki zəmanə dönüb, Şadü хürrəm işi fəğanə dönüb, Ömrünün gülzarı хəzanə dönüb, Nоvbaharı gеdən bəs …
Molla Pənah VAQİF.Seçmə şeirlər (Qəzəllər)
Post Views: 202 * * * Kim ki, sevdayi-səri-zülfu-pərişanə düşər, Gah zindanə, gehi çahi-zenəxdanə düşər. Afəti-dəhr dəyer ol kəsə kim, kamildir, Mah hər gün ki, kəmalə yetə, nöqsane düşər. Mərd igidler özünə məhbəsi meydan bilir, Sanma kim, nakəsü namərd bu meydanə düşər. Eybdən saf çıxar, pakü mübərra görünür, Hər tila kim, küreyi-atəşi-suzanə düşər. Piçü tabə …
Ustad Aşıq ALI.Seçmə şeirlər (Qoşmalar və gəraylılar)
Post Views: 133 Ağlaram Səni xəstə gördüm qəlbim qan oldu, Ayıl bu qəflətdən, ellər, ağlaram. Ox dəydi sinəmə, yaram deşildi, Tökərəm didəmnən sellər, ağlaram. Coşanda ürəyim aşırdım dağlar, Düşəndə yadıma o keçən çağlar, Bu günü görəndə dostlarım ağlar, Tutulub dizlərim, bellər, ağlaram. Alıyam, dərdimi yetirdim yüzə, Gəzirdim səhrada, enmişəm düzə, Bir gözəl istərəm gözümlə süzə, …
Ustad Aşıq ƏLƏSGƏR.Seçmə şeirlər
Post Views: 114 Xoş gəldin Qədəm qoyub asta-asta, Sən bu diyara, xoş gəldin! Süzdürüb ala gözləri. Qaşları qara, xoş gəldin! Oğrun durub, qıya baxdın, Mücganın sinəmə çaxdın, Cismimi yandırıb yaxdın, Alışdım nara, xoş gəldin! Qaynayıb, peymanım dolub, Saralıb gül rəngim solub, Həsrətin çəkməkdən olub, Sinəm sədpara, xoş gəldin! Dostun vəfasını gördüm, Seçib, sevib, könül verdim, …
Aşıq Abbas TUFARQANLI.Seçmə şeirlər
Post Views: 211 Vaxtıdı Budu gəldi bahar fəsli, Dağların lala vaxtıdı. Açılıbdı qızıl güllər, Bülbülün bala vaxtıdı. Bülbüllər dolandı bağı, Bir xəlvət eylə otağı. Sənə qurban olum saqi, Mey ver, piyalə vaxtıdı. Mən Abbasam, boyu bəstə, Dərdindən olmuşam xəstə. Al başımı dizin üstə, Çal yataq, layla vaxtıdı. Könlüm Nə ağlarsan, nə sızlarsan, Bir dərdi beş …