Post Views: 78 Öz doğma diyarında çəkdin nələr, ey yetim, Ayaqyalın, başaçıq, ac, dərbədər, ey yetim. Axan göz yaşın kimi niyə qiymətsiz oldun, Açılmamış qönçəsən, niyə gül kimi soldun? Qəminlə ürəyimi gəl, dağlama, ey yetim, Həsrətli göz yaşımsan, sən ağlama, ey yetim! Bağbansız sütül ağac, yandım sənin halına, Necə dözüm bu acı, dözülməz əhvalına? Dinlədim …
Avqust 24, 2019
Xalq şairi Süleyman RÜSTƏM.”Yazmışam adını”
Post Views: 49 Sevgilim, söyləmə vəfasız mənə, mənə, Mən ki, yad edirəm hər zaman, hər zaman səni. Qəlbimdən bircə an qopara bilməz, Nə boran, nə tufan, nə hicran səni. Yazmışam adını günə, aya, aya mən. Düşmüşəm eşq adlı, eşq adlı bir sevdaya mən. Səninçün gəlmişəm bu dünyaya mən, Mənimçün yaradıb yaradan səni.
Xalq şairi Məmməd RAHİM.”Yurdumun”
Post Views: 38 (İxtisarla) Çiçəkləri ətri-ənbər qoxuyan, Al günəşli cənnəti var yurdumun; Bülbülləri cəh-cəh vurub oxuyan Bir səfalı xilqəti var yurdumun. Şərq elinə işıq saçan məşəldir, Gözəlləri mələklərdən gözəldir, Eşqi sönməz bir müqəddəs əməldir, Çox mənalı söhbəti var yurdumun. Ağ cunadan yaşmaq tutur dağları, Gəlin kimi al geyinir bağları, Ağızlarda gəzir, qədim çağları, Qəhrəmanlıq şöhrəti …
Əməkdar incəsənət xadimi Mədinə GÜLGÜN.Seçmə şeirlər
Post Views: 55 Şəhid balalara Dərdimi necə deyim, vallah deyə bilmirəm, Mən necə üsyan edim yerə-göyə, bilmirəm. Başıma qara salıb, qara geyə bilmirəm, Bu şəhid balaların ölən çağı deyildi. Ağlatdılar daşı da, torpağı da, ay Allah, Sındırdılar bir körpə budağı da, ay Allah. Bağlı qaldı neçə bəy otağı da, ay Allah, Bu şəhid balaların ölən …
Xalq şairi Balaş AZƏROĞLU.”Addımlar”
Post Views: 34 Sənət meydanına qədəm qoyuram, Qoy sözüm güc alsın elimdən mənim. Nə qədər çətindir, bunu duyuram, Ay dostlar, tutunuz qolumdan mənim. Körpəcə bir quşam asiman dərin, Mən o dərinliyə uçmaq istərəm. Nəğmə dəftərimin, söz dəftərimin Adını “Vətən”lə açmaq istərəm. Mənim arzum budur, bir oğul kimi, Kaş bu çətinliyə dözə biləydim. Vətənə sevgimi, elə …