Post Views: 67 Azərbaycanım Torpağı-türbətSuları-şərbət,Günəşi məlhəmAyrılığı- qəm Azərbaycanım! Aranı,dağı,Tərlan oylağı,Könlüm çırağı,Qızılgül bağı Azərbaycanım! Ana nəfəslim,Qaranquş səslim,Ellim, obalım,Dağlar havalım Azərbaycanım! Qızları dilbər,Oğulları ər,Odum,ocağım,Ana qucağımQalsam həyatım,Ölsəm torpağım Azərbaycanım! «Yay nəğməsi» Göy otların üstdə yatdıq,Səhər quşları oyatdıq,Quzeylərdə şehə batdıq.Günəş bizim, ay bizimdir,Bu səfalı yay bizimdir. Qovduq əsən küləkləri,Dərdik şehli çiçəkləri,Seyr elədik şimşəkləri.Günəş bizim, ay bizimdir,Bu səfalı yay bizimdir. …