Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 27 of 27 NƏTİCƏLƏR
Mədəniyyət

Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək

Post Views: 92 3-5 noyabr tarixlərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək. Forum Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Türkiyənin Antalya şəhərində reallaşacaq.Forumun məqsədi mədəniyyət elçiləri və onların şəbəkəsi vasitəsilə mədəniyyətimizin beynəlxalq səviyyədə mütəşəkkil təbliği, xaricdə yaşayan mədəniyyət xadimlərinin fəaliyyətinin stimullaşdırılması, incəsənət və yaradıcılıq sahələrinin inkişafına əlavə dəstəyin verilməsidir. …

Mədəniyyət

“Üzeyir Hacıbəyli Mükafatı” müsabiqəsi elan olunur

Post Views: 37 Azərbaycan musiqi mədəniyyətinin banisi, böyük bəstəkar, musiqişünas, publisist, dramaturq və pedaqoq, akademik Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı musiqi və incəsənət təhsili müəssisələrində çalışan təhsilverənlər arasında “Üzeyir Hacıbəyli Mükafatı” müsabiqəsini elan edir.Məqsəd:Nazirliyin tabeliyindəki musiqi və incəsənət məktəb və mərkəzlərində tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin …

Mədəniyyət

Asim Əliyevin 75 illik yubileyi qeyd edilib

Post Views: 46 Qəbələ rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Qəbələnin musiqi mədəniyyətinə misilsiz xidmətləri olan incəsənət xadimi, xanəndə Asim Əliyevin 75 illik yubiley mərasimi keçirilib. Yubiley tədbirində mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, YAP Qəbələ rayon təşkilatının, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin nümayəndələri, incəsənət xadimləri və musiqiçilər, A.Əliyevin yaxınları və rayon …

Azərbaycan Prezidenti

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 78 2026-cı ilin fevral ayında Bakı şəhərində Birinci Türkoloji Qurultayın təşkilinin 100 ili tamam olur. Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, türk dünyasının dili, …

Mədəniyyət

Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan nəşriyyatları uğurla təmsil olundu

Post Views: 68 15–19 oktyabr 2025-ci il tarixlərində Almaniyanın Frankfurt şəhərində dünyanın ən böyük nəşriyyat tədbirlərindən biri — Frankfurt Beynəlxalq Kitab Sərgisi keçirilib. Sərgi bu il də minlərlə nəşriyyat, müəllif, tərcüməçi, kitab satıcısı və mədəniyyət nümayəndələrini bir araya gətirib.Azərbaycan bu mötəbər beynəlxalq tədbirdə Mədəniyyət Nazirliyinin dəstəyi ilə geniş pavilyonla təmsil olunub. Pavilyonda ölkəmizin tanınmış yazıçı …

Mədəniyyət

İstiqlalçılıq və türkçülük timsalı – Xəlil Rza Ulutürk

Post Views: 58 Azərbaycanın azadlığı və istiqlalı yolunda çarpışan, bütün həyatını, yaradıcılığını bu müqəddəs amala həsr edən Xəlil Rza Ulutürk milli poeziyamızın qranit sütunlarından biridir. O, bütün ömrü boyu ictimai-siyasi fəaliyyəti ilə xalqımızın gələcəyinə xidmət etmişdir. Dünyasını vaxtsız dəyişsə də, Xəlil Rza Ulutürk həmişə ruhumuzda yaşayan, bizimlə birlikdə sabaha addımlayan, daha obrazlı desək, bu günün …

Mədəniyyət

Milli Kitabxanada Zəngilan Şəhəri Gününə həsr olunmuş sərgi açılıb

Post Views: 37 Bu gün Zəngilan Şəhəri Günüdür. Bu tarixi gün münasibətilə Milli Kitabxanada “20 Oktyabr – Zəngilan Şəhəri Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Zəngilan şəhəri, eləcə də aparılan bərpa-quruculuq işləri haqqında, Zəngilana Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi, Vətən müharibəsi və …

Mədəniyyət

İstanbulda Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd edilir

Post Views: 47 Türkiyənin İstanbul şəhərində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə uzun illər Türkiyədə Azərbaycan mədəniyyətini tanıdan “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyi tərəfindən şairin yubileyi münasibətilə hazırlanan ikigünlük layihə çərçivəsində təşkil olunub. Layihənin ilk günü “Axı dünya fırlanır” mövzusunda keçirilən …

Mədəniyyət

Gənclər Kitabxanasında Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Post Views: 39 Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Müstəqilliyin Bərpası Günü ilə əlaqədar “Müstəqilliyimizin bərpası ən böyük nailiyyətimizdir” adlı daycest, virtual və ənənəvi kitab sərgiləri hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda Azərbaycan dövlətçiliyinin müstəqillik tarixi, qurucuları haqqında məlumatlar əks olunub. Materialda görkəmli şəxslərin müstəqillik haqqında söylədikləri dəyərli fikirlər, “Ümummilli Lider Heydər Əliyev müasir, müstəqil Azərbaycan …

Mədəniyyət

Milli Kitabxanada Füzuli Şəhəri Günü ilə bağlı sərgi açılıb

Post Views: 55 Bu gün Füzuli Şəhəri Günüdür. Bu tarixi gün münasibətilə Milli Kitabxanada “17 Oktyabr – Füzuli Şəhəri Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Füzuli şəhəri, eləcə də aparılan bərpa-quruculuq işləri haqqında, Füzuliyə Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi, Vətən …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”GƏLİRƏM”

Post Views: 54 Duyğuların zirvəsinə baş vurub,Uca sözün ucasından gəlirəm.Gör nələr var üçcə hərfin canında,“Söz”ün bircə hecasından gəlirəm. Ömür üzən, gün qocaldan, yaş yoran,Dincəlməyə aman verə, kaş, yoran.Sualların saç ağardan, baş yoran,“Neyçün”ündən, “necə”sindən gəlirəm. Danışdırdım hər pərdəni, hər simi,Dərk eylədim avandımı, tərsimi.Məktəb açdı, Tanrı verdi dərsimi,Ustadından, xocasından gəlirəm. Tilsim ömrün, qıfıl ömrün, sirr ömrün,Hünərin var …

Mədəniyyət

Ustad tarzən, Xalq artisti Ramiz Quliyev vəfat edib

Post Views: 44 Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli tarzən, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti, professor Ramiz Quliyev 15 oktyabr 2025-ci il tarixində, 78 yaşında vəfat edibRamiz Əyyub oğlu Quliyev 30 aprel 1947-ci ildə Ağdam şəhərində anadan olub.1960-cı ildə Ağdam şəhər 7 illik musiqi məktəbini tar ixtisası üzrə bitirib. Həmin ildən Ü.Hacıbəyli adına …

Mədəniyyət

Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş keçirilib

Post Views: 41 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 oktyabr tarixlərində ölkəmizdə Türkmənistan Mədəniyyəti Günləri keçirilir. Bu münasibətlə Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimovun rəhbərliyi ilə qardaş ölkənin mədəniyyət xadimləri və incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti Azərbaycanda səfərdədir. Oktyabrın 13-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş olub. Qonaqları salamlayan nazir Adil Kərimli Azərbaycanda …

Mədəniyyət

Gənclər Kitabxanasında “Azərbaycan poeziyasında Fikrət Qoca imzası” adlı metodik vəsait hazırlanıb

Post Views: 70 Bu il Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın anadan olmasının 90 ili tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Azərbaycan poeziyasında Fikrət Qoca imzası” adlı metodik vəsait hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təqdim olunan vəsaitdə Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti …

Mədəniyyət

Kopenhagendə Azərbaycanın Zəfər Günü və Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunub VİDEO

Post Views: 38 Kopenhagenin “Albertslund” Mədəniyyət Mərkəzində Azərbaycanın İkinci Qarabağ müharibəsində Zəfərinin 5-ci ildönümü və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir İsveçdə yaşayan azərbaycanlı pianoçu Aynur Məlikovanın təşəbbüsü ilə baş tutub. Konsertdə 200-dən çox …

Mədəniyyət

Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək

Post Views: 37 Türk dünyası ailəsinin üzvü olan Azərbaycan Respublikası ilə Türkmənistan Respublikasını qədim tarix, ortaq köklər və birgə mədəni-mənəvi dəyərlər birləşdirir. Son illər iki ölkə arasında münasibətlər sürətlə inkişaf edir, mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq dərinləşir.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 oktyabr tarixlərində ölkəmizdə Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək.Bu münasibətlə qardaş ölkənin mədəniyyət xadimləri …

Mədəniyyət

Xalq artisti Əminə Yusifqızı vəfat edib

Post Views: 90 Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Görkəmli aktrisa və bədii qiraət ustası, Xalq artisti Əminə Yusifqızı 2025-ci ilin 9 oktyabr tarixində, ömrünün 89-cu ilində vəfat edib.Əminə Yusifqızı 1936-cı il sentyabrın 24-də Bakıda anadan olub. 1961-ci ildə M.F.Axundzadə adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. O, məktəbli …

Mədəniyyət

“Xalq şairi Bəxtiyar Vahabzadə 100” elektron məlumat bazası yaradılıb

Post Views: 54 Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında elektron məlumat bazası yaradılıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazasında bir sıra rəsmi sənədlərin tam mətni, şairin zəngin həyat və …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı Anar.“Səssizlik”

Post Views: 41 Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir. 608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı …

Azərbaycan ədəbiyyatı

Həyat ŞƏMİ.”GÖRƏSƏN, SƏN İNSAN OLA BİLDİNMİ?”

Post Views: 51 Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü Şair ürəyinə toxundu bir səs,Görəsən, sən insan ola bildinmi?Həm qondu qəlbinə, həm endi bir səs –Görəsən, sən insan ola bildinmi? Ömür bir labirint, bizsə axar su,Başından sonuna doğru axarsan,Sağına-soluna axar, baxarsan,Görəsən, sən insan ola bildinmi? Hər düşən yarpaqla qopan ürəyin,Daş deyil, …

Azərbaycan ədəbiyyatı

Kişi salonu – Seyran Səxavətin hekayəsi

Post Views: 44 Səlim milyonluq şəhər məktəblərinin birində dil-ədəbiyyat müəllimi idi. Dünyanın indiki vaxtında şagirdlər onu çox istəyirdi və bir sözünü iki etməzdilər. Bu gün-sabah yaşı əllini haqlayacaq. Cavan vaxtlarında az-az uydurduğu – yeri gələndə də, gəlməyəndə də, şeir yazırdı. Ancaq heç kəsin bundan xəbəri yox idi, yazdığı şeirləri özü oxuyub kef eləyirdi – o …

Mədəniyyət

Türkiyədə “Suverenliyimizə qovuşduran şanlı Zəfər” adlı sərgi keçiriləcək

Post Views: 84 Türkiyədə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət “Suverenliyimizə qovuşduran şanlı Zəfər” adlı sərgi keçiriləcək. Tədbir ölkəmizdə elan olunmuş “Konstitusiya və Suverenlik İli”, habelə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin 5 illiyi münasibətilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankara Rəsm və Heykəllər Muzeyi ilə birgə layihəsi əsasında reallaşacaq. AZƏRTAC xəbər verir ki, sərginin Təşkilat Komitəsi nümayiş …

Mədəniyyət

XI Bakı Beynəlxalq Kitab Sərgisində “Sev” romanının təqdimatı keçirilib

Post Views: 40 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini, tarix elmləri namizədi, Əməkdar jurnalist Natiq Məmmədlinin yeni əsəri – “Sev” romanının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə Əməkdar jurnalist və yazıçı Yunis Orucov açıb. O qeyd edib ki, roman …

Mədəniyyət

“Milli qəhrəmanlarımız” layihəsi çərçivəsində növbəti videoçarx təqdim olunub

Post Views: 35 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Milli qəhrəmanlarımız” layihəsi çərçivəsində 2025-ci ildə yubileyləri olan Milli qəhrəmanlar haqqında silsilə videoçarxlar hazırlanır. MKS-dən AZƏRTAC-a bildirilib ki, 2025-ci ilin sonuncu 7-ci videoçarxı Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin şəhidlər və qəhrəmanlıq haqqında sitatları ilə başlayır. Videoçarxda Milli qəhrəmanlar Niyazi Aslanovun, …

Mədəniyyət

Azərbaycan Milli Kitabxanası beynəlxalq əməkdaşlıq memorandumu imzalayıb

Post Views: 37 XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan və Türkiyə Milli kitabxanaları arasında ikitərəfli, həmçinin Milli Kitabxana, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Mərakeş Milli Kitabxanası arasında üçtərəfli əməkdaşlıq memorandumu imzalanıb. AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov kitabxananın beynəlxalq əməkdaşlığı barədə məlumat …

Mədəniyyət

Bəxtiyar Vahabzadənin 100 illik yubileyi TÜRKPA-nın təşkilatçılığı ilə qeyd olunub

Post Views: 42 Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) tərəfindən Yunus Əmrə İnstitutu Bakı Mərkəzi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının dəstəyi ilə Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə Bakı və Şəki şəhərlərində dostlarının görüşü təşkil olunub. TÜRKPA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın …

Mədəniyyət

Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək

Post Views: 49 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək. “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunmuş builki sərgidə hazırda iştirak üçün 22 ölkədən 61 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib. Dövlət …