10686913_1570026509891760_4335656487697416851_n

BİLMİRSƏN

Ey ürək nə üçün gizlədiyini,
Sən özün özünə aça bilmirsən.
Elə yerindəcə hey çırpınırsan,
Bu acı taleydən qaça bilmirsən.

Bilirəmki, için kədərlə dolub,
Arzuların gül tək saralıb, solub.
Söylə, axı neyçün bir quşa dönüb,
Badağdan budağa uça bilmirsən.

Narahat olursan mənimçün bəzən,
Yaman düşünürsən olub, keçənnən.
Ülə sevirsənki, insanları sən,
Yaxşını, yamannan seçə bilmirsən.

Darıxırsan bizə nəsə olanda,
Içində gizlənir doğru, yalanda.
Səninlə ikimiz tənha qalanda,
Fikirli aləmdən köçə bilmirsən.

Açıb öz yolundan qara tilsimi,
Sil öz yaddaşından kədəri, qəmi.
Öz oduna yanan aşiqlər kimi,
Niyə eşq badəsi içə bilmirsən.

Zeynəbəm, bilmirəm nə deyim sənə,
Düşmüsən bir acı hicran əlinə.
Yaman pərişansan gördüklərinə,
Vüsaldan, sevgidən keçə bilmirsən.

YANDIRIR MƏNİ

Özüm Dərbənddəyəm, ürəyim orda,
Cənnətməkan yerlər qalıbdır darda.
Düşmən göz dikibdir o gözəl yurda,
Qarabağın dərdə yandırır məni.

Kaş məndə göreydim cənnət yerləri,
Şuşanı, Ağdamı, o Kəlbəcəri.
Allah, o diyarı sən qaytar geri,
Qarabağın dərdi yandırır məni.

Yaman nalə çəkir, ustad Üzeyir,
Məni yad ayağdan qurtarın deyir.
O gözəl torpağda özgə yeriyir,
Qarabağın dərdi yandırır məni.

Görmürük nə qalıb o gözəl yerdə,
Çəkiblər araya bir qara pərdə.
Dözə bilməyirik daha bu dərdə,
Qarabağın dərdi yandırrır məni.

Divarlar yıxılıb, evlər sökülüb,
Küçələr boyunca qanlar tökülüb.
Elimin, obamın qəddi bükülüb,
Qarabağın dərdi yandırır məni.

Əldən gedib neçə kənd, neçə şəhər,
Şirin bulağlara qatılıb zəhər.
Xalqım dözür buna elə bir təhər,
Qarabağın dərdi yandırır məni.

Ürəyim göynəyir adı gələndə,
Elə bu dərd gəzir elin dilində.
Düşmən at oynadır onun çölündə,
Qarabağın dərdi yandırır məni.

Anlaya bilmirəm bu haqsızlığı,
Görəsən necədir Isa bulağı.
Ölməmiş göreydim kaş o torpağı,
Qarabağın dərdi yandırır məni.

Sovrulub torpağı, ocağı, daşı,
Sıldırım qayalar tökür göz yaşı.
O namərd qonşular, pis tutdu işi,
Qarabağın dərdi yandırır məni.

Zeynəbəm, ürəyim ağlayır mənim,
Damarımda qanım çağlayır mənim.
Bu həsrət qəlbimi dağlayır mənim,
Qarabağın dərdi yandırıt məni.

DÜNYA

Doğolannan kor olmuşam,
Kor olasan səni dünya.
Dərd çəkməkdən yorulmuşam,
Yorulasan səni dünya.

Az idi mi çəkdiklərim,
Tikan bitir əkdiklərim.
Dagılırlar tikdiklərim,
Dağılasan səni dünya.

Həsrət ilə yordun məni,
Hər yetənnən sordun məni.
Zərrə zərrə qırdın məni,
Qırılasan səni dünya.

Sən Zeynəbi, yaratdın tək,
Qoydun zülümnən təkbətək.
Ölürəm, mənə kəfən tək,
Sarılasan səni dünya.