Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru
Ey niyyəti özü kimi çürük adam!
Hər bir kəsin öz yolu var.
Bu da mənim haqq yolumdu,
Tanrının göstərdiyi yol,
Cani-dildən qəbulumdu.
Deyirsən ki, varmı indi, söz əhlinə,
Hörmət qoyan?
Bəs sənin öz işin nədi?
Adam soyan…
Gecə-gündüz qalın cildli kitabları,
Birər-birər oxuyuram,
Söz naxışı toxuyuram!
Hərdən elə qorxuram ki…
Birdən dönüb sən olaram,
Qalaram çöl-biyabanda,
Yolun azmış əlamanda…
Nə ismimi anan olar,
Sənin kimi…
Nə halıma yanan olar.
O sözlər ki, dedin mənə,
Başqasına demə bir də…
İş-gücünü, kimliyini bilən olar,
Vallah, sənə gülən olar!