“Zərrələr” in sədası Dərbənddən gəldi. Bu çox qürur vericidir. Düşünərəm ki, illər sonra 2015-ci ilin yazarları haqqında bu kitabdan araşdırma aparmaq istəsələr , adı gedən kitabxanalara üz tutacaqlar…
Bu gün 21 iyul, 2015-ci il tarixində Zərrələr ilk addımını atıb. Üzvlərimizdən biri olan Zeynəb Dərbəndli, Dərbənd şəhər Mərkəzi kitabxanasının müdiri Diana Hafizovna ilə görüşüb, Zərrələr kitabını təqdim edib. Kitaba ümumi baxış olduqdan sonra böyük rəğbət və sevgi ilə qarşılanıb. Zərrələr kitabının Zərrələrini təbrik edirəm. Qədəmləriniz mübarək olsun!
Layihə rəhbəti və tərtibatçısı Gülnarə İsrafilqızı.