sv

AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Asılıb ölmərəm, baxıb ölərəm
Gözünün qıyqacı dar ağacından…
Özümüz bilərək asıb öldürdük
Zalım qəlbimizi yar ağacından…

Darıxıb gəlmərəm… bezib gələrəm
Insan çoxluğundan, dərd yoxluğundan…
Qapını tapmağa nə var ki, gülüm,
Umacaq olmasa bəxt ağlığından…

Dünya dərd bəhrində bir qız üzdürür,
Qara gözlərində batıb gedəcək…
Sabahlar ömürdən saatlar üzür,
Axşamlar dərdini tapıb gedəcək…

A qaragözlünün qara nağılı
Çağırsam ağ divlər oyanmayacaq…
Daha inanmırıq bəxt nağılına …
Bilirik, günlər ağ boyanmayacaq…