mt

* * *

Bir az əsəbiyəm, incimə məndən.
Silib atacağam səndən qalanı.
Bir söz deyəcəyəm, bil ki, vəfasız,
Sevmirəm həyatda şirin yalanı.

Heç məyus deyiləm, sən getdiyinçün,
Qədərim bu imiş, buna da şükür.
Bir gün gələcək ki, ruhun görəcək,
Cismini xələfin kəfənə bükür.

Sən də gedəcəksən, mən də dünyadan,
Bura bizim üçün sınaqdır əlbət!
Mənim sədaqətim sadiqlik rəmzi,
Sənin xəyanətin qınaqdır əlbət!

(2015, 13 May)

İstəmirəm!

İstəmirəm!
Mən; debil,düşüncəsiz,
Fikirsiz,əqidəsiz,
Qapısız pəncərəsiz,
Bir otağ tək,
Gələcək,
istəmirəm!

Mən; valideynə laqeyd.
Ruhu cismində bir meyit.
Fırıldağçı molla ,seyid,
Ki, ola əldə Quran,
Doğru üzrə,içi yalan,
Bir şəriət,
İstəmirəm!

Mən; cəmiyyət istəyirəm!
İnsanlığın ölmədiyi bir cəmiyyət.
Haram tikə bölmədiyi bir cəmiyyət.
Ağlar üzün gülmədiyi,
Bir cəmiyyət,
İstəmirəm!

Çox üzlülər, çox sözlülər,
Heçnə görməyən gözlülər,
Daş qəlbli, gülər üzlülər,
Məhv edirlər cəmiyyəti.
İnsandakı xoş niyyəti,
Silaha çevirənləri,
İstəmirəm!

(10 noy, 2014)