Bu gün həmin gündür tutub əlindən,
Çıxmışdıq sevdanın göyərtəsinə
Cəsarətlə, mətincəsinə
Sıldırım qayalar, tikanlı yollar
Hay verdi səsimə
****
Bir palıd ağacın kölgəsində biz
Söhbət eliyirdik, söhbətlər qəliz.
Çünki ilk sevginin atəşindəydik.
Addımı atmışdıq ilk pilləsinə…
****
Bu gün həmin gündür, tutub əlindən
Utancaq baxışla,
Göz-gözə,
üz-üzə ,
dalğın xəyallar.
Barışdıq eşq adlı yaradılışla,
Nə mən hiss edirdim, özümü yerdə…
Nə də gözün vardı, incidə , zərdə…
Göydə təbrik etdi narın yağışla..
Gözündə günəşin nurlu şüası
Əlində sevgidən hərarət vardı,
Ruhunda sevirəm sözün nidası,
Cismində nurani səxavət vardı,
Dedin ömr edərik biz bu barışla…
****
Bu gün həmin gündür, Tutub əlindən
Mənəvi dünyaya səyahət etdik,
Nə sən yorulurdun,
Nə mən bezirdim…
Nə də yanaqlarda saxta sevinc var,..
Dolğun bir mənaya səyahət etdik…!
****
Bir ucu sevgidən başlanan yollar..
Sonunda sevgiyə
doğrumu getdik…
Dayandıq bir ilin yol ayrıcında.
Bəlkə xoşbəxt gələcək gözləyir səni,
Bəlkə qalacaqsan eşq yamacında
Yaxşısı unudaq olub keçəni