Dağ yolunun payına dərə düşər.
Düz danışan böhtana,şərə düşər.
Bu dünyanın kürkünə birə düşər.
Aclıq olar şairlər çoxalanda.
Arsız olan dərd nədi bilməz qağa..
Qəlbi qara ürəkdən gülməz qağa..
Ürəyi tox acından ölməz qağa..
Aclıq olar şairlər çoxalanda.
Çıxarmışıq kürsüyə qurumsağı,
Dinləyirik çərənçi fırıldağı.
Yağ götürməz deyiblər it qursağı.
Aclıq olar şairlər çoxalanda.
Tüstülənər hardasa məzar yanar,
Qiymət qalxar od tutub bazar yanar.
Yiyəsi yox,canından bezar yanar,
Aclıq olar şairlər çoxalanda.