Mən susaram ,gözləyərəm sakitləşəsən
Mən donaram,bircə sən istiləşəsən
Qravitasiya sahəsi olmasaydı qucaqlaya bilməzdim səni,
Küsəndə nazınnan kim oynayardı?!
Çıxsaydı gün axşam,ay səhər
Bəlkə belə olmazdı…
Axı,gecələr xəyalıma gəlirsən daha çox
Yuxusuzluq ərşə çəkilir.
Axı,dəniz səviyyəsində yüksəklərdə
Ən hündür dağ
Yer səviyyəsindən olan dağdan alçaqdı
Amma ,bilmirlər…
Axı,gözümüzdən pərdə asanlar
Teatr göstərəcəklər bizə..
Kim nə sərf edir onu danışır
Mənə isə təkcə sən sərf edirsən
Təkcə sən…
Təkcə sənlə çiynimə qonan kəpənəyi duyurdum,
Təkcə sənlə susuzluqdan çat verən torpağdan
Çıxan zərif gülü görürdüm…
Hisslər sığmaz hecalı bəndlərə
Çərçivələrə
Hisslər uçurumdan bir barmağla sallanan
Xoşbəxt bir kəsin hekayəsidir…