İçməyən yerdə
Dünyanın dərdləri, qovursa məni,
Yandırıb odun da, qovursa məni,
Küləyin mehi də, sovursa məni,
Əkildim, insanlıq itməyən yerdə.
Özünü yerdə yox, göydə bilənlər,
Ağacı, budaq yox, gövdə bilənlər,
Allaha imanı, tövbə bilənlər,
Ümidlər susayar, bitməyən yerdə.
Dünya ki, fırlanıb, yolunu azıb,
Fırlanan dünyadan, Bəxtiyar yazıb,
Qələmi pislərin, görunu qazıb,
Kəlməsi ruhundan, içməyən yerdə.
Yazdığm misralar, demə gileydi,
İçilən hər badə, zəhərdi meydi,
Dünyanın dərdindən ruhum da, keydi.
Dumanda kölgəmi seçməyən yerdə.
Haqlıyam, haqsızam görmürəm axı,
Fikrimi, tərsinə hörmürəm axı,
Çiynimdə yüküm var, qoymuram axı,
Yüküdür, yolların keçməyən yer də.
16.08.2015
Yetiməm
Şüşəyə bənzərəm,yetiməm sınıq
Anadan yetiməm, könlümdü qırıq,
Torbamsa doludur, çulumsa cırıq,
Bir ana istərəm könlümü ala.
Yetim kimi, yetiməm, boynum bükülü
Dilim dişə tikilib, sözüm ütülü
Gözümü yummuşam, gözüm örtülü
Bir ana istərəm könlümü ala.
Bir ata itirdim, əliqələmli
Anamdan yazardı, gözləri nəmli.
Şerinin sehri də, olardı qəmli,
Bir ata istərəm, könlümü ala.
Yetiməm, atadan, həm də anadan
Yarımı itirdim, yarı yarıdan,
Dəyişdi həyatım elə o andan
Yarımı istərəm, könlümü ala.
Yetimlik libasın geydim əynimə
Kimsəsiz sənədin, aldım əlimə
Qəlbimi daş etdim,çökdüm dibinə
Dərdimi dinləyən, kaş,insan ola.
İnsanlar dəyişdi, min bucaq altda
Zamanı fırladı, qalmadı ad, da.
Barış sən həyatla, zamanı adla,
Bac vermə,hər kəsə ömrünü ala.
05.06.2015.
İlk məhəbbətim!
(ilk sevgisi daşa dəyənlərin dilindən)
Söyləmə vəfasız, oldun ibrətim,
Sözümdə yalanım, ilk həqiqətim,
Açılan gözlərim, ilk bəsirətim,
Ömrümü səninlə, bölə bilmədim.
Ay mənim ağlayan, ilk məhəbbətim!
Bir ömür yaşatdım, acıdan- acı,
Könlünü yandırdı, acıdan, acı,
Dağ çəkdi sinənə, daddığın acı,
Ömrümü səninlə, bölə bilmədim.
Ay mənim, ağlayan ilk məhəbbətim!
Bir ürək ağlayır, göz gülə bilmir,
Mənim tək zalıma ,söz deyə bilmir,
Əhdimə, sözümə, döz deyə bilmir,
Ömrümü səninlə, bölə bilmədim.
Ay mənim ağlayan, ilk məhəbbətim!
Diriykən ölüydün, bilmədim sağsan,
Yarasan köksümə, basılan dağsan,
Gözümdə ucasan, zirvəli dağsan,
Ömrümü səninlə, bölə bilmədim.
Ay mənim ağlayan, ilk məhəbbətim!
Xəyalən düşünsəm, yenə də gəncsən,
Telimə qısqanan, həminki tərssən,
Ruhumun, xəyalı cansız nəfəssən,
Ömrümü səninlə, bölə bilmədim.
Ay mənim ağlayan, ilk məhəbbətim!