Bu nə nəğmə, nə bəstədi?
Sən gedəli, can xəstədi.
Hələ də çiynim üstədi,
Telin səndən vəfalıdı.
Gözümdə həsrət torunu,
Tikib, apardın nurunu.
İçində saxlar qorumu,
Külüm səndən vəfalıdı.
Başımın üstə dayanır,
Gah qara, gah al boyanır.
Mənnən bir yatıb oyanır,
Ölüm səndən vəfalıdı!!!