O mələksimalı tərk etdi məni ,
Getdi , ürəyimdə həsrəti qaldı .
Hopdu yaddaşıma daş kitabətək
Son dəfə etdiyi söhbəti qaldı .
Çəkilməz dərd imiş ayrılıq dərdi ,
Onsuz yaşamağım ölümlə birdi .
Cəmi bircə dəfə bir busə verdi ,
Boynumda ömürlük minnəti qaldı .
Könül sarayımda soldu naxışlar ,
Vüsalın yolların kəsdi yoxuşlar .
Dəyişdi mənasın xumar baxışlar
Bir baxış dolusu hiddəti qaldı .
Fələk də qısqandı səadətimi ,
Mənə bəxş eylədi eşq möhnətini .
Boğdu yar qəlbində məhəbbətini
Min il bəs edəcək nifrəti qaldı .
Qalibəm , düşmüşəm ayrı yarımdan ,
Dözüb ağlamıram , vallah arımdan .
O təmiz , o ülvi duyğularımdan
Bir ömür yetəcək dəhşəti qaldı .