11903330_912599932158091_787684036_n

Salam, Dar ağacı!
Hər vaxtın mübarək.
Şanlı-şöhrətli
taxtın-tacın,
Qara bəxtin mübarək!
Bir kişi qeyrəti,
Bir qadın isməti,
ümidlərdən asılıb qalıb səndə.
Bir ümidsiz ümidin,
Kölgəsinə qısılmısan sən də.
Bir ana fəryadı,
Saçlarını yolub səndə.
Saçları asılı qalıb,
Yellənir, o yana-bu yana
Qara yellər əsəndə.
Salam, Dar ağacı!
Özünü öymə,
Ya da ki, bəxtinə söymə.
Başlar sağ olsun,
Yoxsa sənə dar ağacı deməzdilər.
Ya da səni dar ağacı bilib öyməzdilər.
Kökun ağacdan deyil,
Gövdən ağacdandı.
Göyərmir yarpaqlarin,
Kimsə başını sənə yedizdirib ,
Böyüdür səni.
Salam, dar ağacı!
Səndən başlar asılmasa,
Səni uşaq yellənçəyi bilərlər.
Hər gün analar uşalarını gətirib,
Səndə yelləndirərlər.
Ya da paltar yüyüb,
Səndə sərərlər.
Sənin dəyərin,
Səndə asılan başların dəyəriylə ölçülür.
Başını başlara qatmısan,
Qorxulu olmusan yaman.
Hamı kiriyir,
səsini də çıxarmır,
adın çəkiləndə.
Səndən keçir ən qiymətli başlar,
Başlar yük olur sənə,
Başın sağ olsun, dar ağacı!
Ömrə qıymaq üçün,
Eh, nə şirinsən,
Dar ağacı!…