* * *
Yuxusuz gecəmsən , bəxtsiz yazımsan
sinəmdə çalınan telli sazımsan
ömrümə pay düşən sərt ayazımsan
üşüdür soyuq , buz baxışlar məni
mən unuda bilsəm sevməzdim səni…
Çevirdin ömrümü zəngli saata
gəmim var dənizdə qayaya çata
bir gün vəfasız tək mənidə sata
üşüdür soyuq , buz baxışlar məni
mən unuda bilsəm sevməzdim səni…
Gördüyüm yalanmış yanıldım inan
yolumuz görünməz qatı bir duman
öyrədir bizlərə yoxluğu zaman
üşüdür soyuq , buz baxışlar məni
mən unuda bilsəm sevməzdim səni…
Bacarsan geri ver o etibarı
gedə bilərsənsə qayıtma barı
sən sevə bilməzsən əbədi yarı
üşüdür soyuq , buz baxışlar məni
mən unuda bilsəm sevməzdim səni…
Fidan dəniz qədər çosdu ürəyin
sənə lazım deyil ölüm mələyin
o qədər çin olan arzun diləyin
var olar bir zaman bilirsən məni
üşüdür soyuq , buz baxışlar məni
mən unuda bilsəm sevməzdim səni…
* * *
Bilmirəm şeri belə sevirsən
yazdığım o qədər şerlərim var
bilmirdim bu qədər məni sevərsən
mənimdə içimdə sevən ürək var…
Bəlli etməsəmdə sevgimi sənə
bilki ürəyimdə döyünəcəksən
mən sənin sabahın olmasam belə
sən mənim ümüdsüz gələcəyimsən…
Şirin eşq olsada sevgim səninçün
mən ömür yolunda axar bulağam
bir dəfə gördüyüm təbəssümünçün
min kərə ölmədən yaşayanmıram…
Bəlkə qınayırsan bəlkə də məni
axı mən nə edim yazılıb yazım
mən ki heç bir zaman üzmədim səni
sən mənim həm çoxum həm də ki azım…
Fidan yansa qəlbin su tökmə coşsun
dahha ömür sənsiz qısalan yoldu
mən gedim nə zaman qəlbində olsam
sən bil ki ürəyin mənimlə doldu…