n

Təcnis

Qəm içində qorxu düşüb canama,
Yarım məni qəm qoynana ay ata.
Diləsəmdə imdad uca göylərdən,
Səsim çatmaz ulduza ta, aya ta.

Nanəciblər gülü bağdan dərdimi?,
Sirdaşım yox açam deyəm dərdimi.
Qara bəxdim bağlı qalan “dərdimi”?,
Qorxum budur yatan bəxdim a yata.

Mən Nailəm, dəli könlüm nəsazdı.
Sinəmdəki kökdən düşən nə sazdı?.
Sevən könlüm nə xəsdədi, nə sazdı,
Rəbbim yetiş yatan bəxdi ayat a.

19.04.1997.

Şənləndirəydim

Kaş şeir deyəydim gözəl sözlərdən,
Bütün el-obanı şənləndirəydim.
Zilində, bəmində şən nəğmə gəzən,
Gözəl telli sazı dilləndirəydim.

Səmalarda qartal kimi ucaydım,
Günəş tək aləmə şəfəq saçaydım.
Sevgi-məhəbbətdən söhbət açaydım,
Sevən ürəkləri telləndirəydim.

Doyunca gəzəydim şən yayaxları,
Yad edib gözəlsiz buz bulaxları.
Nailəm, bülbülsüz, gülsüz bağları,
Çiçəkləndirəydim, gülləndirəydim.

1997.