Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Vüsalə Süleymanın “Oxumayın məni” adlı ilk şeirlər kitabı Bakı şəhərində, Hədəf nəşriyyatı tərəfindən 104 səhifə həcmində işıq üzü görüb.Kitabın redaktoru AYB və DGTYB üzvü, prezident təqaüdçüsü Ramil Mərzilidir. Ön sözün müəllifi Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ali Media və Türksoy Beynəlxalq şərəf mükafatları laureatı, şair- publisist Elçin Mirzəbəylidir. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan bu kitabın poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Qeyd edək ki, Vüsalə Süleyman ölkəmizdə bir neçə qəzet, jurnal və saytlarda çap olmaqla bərabər, Qardaş ölkə Türkiyədə də dəfələrlə çap olunub.Avrasiya Şairləri Antologiyasında 2-ci cilddə şeirləri yer almışdır.Kitabın təqdimatı oktyabrın 12-də Kitabevim.az-da çox sayda şair, yazıçı, elm adamlarının iştirakı ilə keçirilmişdir.

Vüsalə Süleyman,
Gündəlik Analitik İnformasiya Agentliyinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri