elimusa

Dilbərim

Baş alıb getmisən üzülübdü can
Nə olar ki qayıt bir halıma yan
Səni düşünürəm hər saat hər an
Kövrək ürəyimi üzün dilbərim

Söylə nəyə gərək ayrılıq dəmi
De necə daşıyım bu boyda qəmi
Sevən ürəyimin sənsən həmdəmi
Həsrəti sinəmə düzən dilbərim

Tellərin üzündə saçaq saçaqdı
Eşqin görən nə vaxt dil açacaqdı
Gözlərim közərən oddu ocaqdı
Məni gizli gizli süzən dilbərim

Dünyadı

Ta heç kəsə etibarım qalmayıb
Bu dünya kösövlü qorlu dünyadı
Varlının yanında başı aşağı
Kasıbın yanında zorlu dünyadı

Varlının qeydinə qalar elə hey
Kasıbı zillətə salar elə hey
Min dəfə boşalıb dolar elə hey
Əzəldən zülmətli nurlu dünyadı

Ay Əli dünyaya etmə etibar
Tapılmaz həyatda əhtə düz ilqar
Yanıb tökülməyin nə mənası var
Bu dünya yağışlı qarlı dünyadı

Uzaq Ətrini qoxlayıb duya bilmirəm

Sənsiz yaşayıram ölə bilmirəm
Həsrətlə yaşayıb dinə bilmirəm
Sən məndən aralı mən səndən uzaq
Həsrətin vüsalı çatarmı sona

Nifrət eliyirəm sənsiz cahana
Hər gecə girirsən inan yuxuma
Sən məndən aralı mən səndən uzaq

Nə dərdim

Halallıq gəzirəm əkinçi kimi
Varlığım bir uşaq sevinci kimi
Elin ürəyində saf inci kimi
Təkcə beş-üç kəlməm qalsa nə dərdim

Hərdən səsləyəndə taleyi baxtı
Elə bil gözümdə ildırım çaxdı
Anam qız axtarır mənə nə baxtı
Bir gözəl bəxtimə düşşə nə dərdim

Yoxdur nisgil adlı dərdin davası
Quşada doğmadır yurdu-yuvası
Anam kəlbəcərin yaylaq havası
Yenidən içimə dolsa nə dərdim