* * *
Yağış,buludların yarpaqlarıdır,
Kökündən qurusa,qırılar,düşər.
Yerdə ayrılığa,dözsünlər deyə,
Göydə bir-birinə,sarılar düşər…
Qıy çəkib,hayqırar,dolu nəyi var,
Deşər,ürəyini çəmənliklərin…
Nə yaza isinər,nə qışa donar,
Yağdırar,gülləni dərindən-dərin…
Günəş,göy üzünün gəlin otağı,
Şəfəqlər ardına maraq edərsən…
Açıb ürəyinin,arzularını,
Gecə zülmətinə,çıraq edərsən…
Ay çəkər,nazımı ta sübhə qədər,
Keşikçim sayılar,tül pərdə kimi…
Asılsa evimin küncündən kədər,
Ruhumu oxşayar,gül pərdə kimi…
Bir ovuc torpaq da bəs edər,mənə,
Bu torpaq altında neçə can yatar.
Çəkib əllərimi,öz əllərindən,
Ay gedər,gün gedər sübhə dan qatar…
01.12.15.
Bir qadın ağlayır içində onun
Gülür,üzü gülür,könlü yaradır,
O çox əzab çəkir,qurur yaradır.
Gözünün yaşını səssiz qurudur,
Bir qadın ağlayır içində onun…
Saçları ağarmış,üzdə naxışlar,
Dəyişmir,donunu üzgün baxışlar….
Bəxtini üzünə,çox qarğamışlar,
Bir qadın ağlayır içində onun.
Gecələr tənhadır,göydə ay kimi,
Gözləri yaşlıdır,axar çay kimi.
Vəsfi biganədir,oxla yay kimi,
Bir qadın ağlayır içində onun..
Bürünüb şalına solgun bənizi,
Gözləri ,səsləyir qəmli dənizi.
Olmuşdur,acının qulu,kənizi,
Bir qadın ağlayır içində onun…
Saçının, ağ dəni üzə dağılmış,
Fikri qarışıbdır,sözə dağılmış.
Əzaba tuş gəlib gözə dağılmış,
Bir qadın ağlayır, içində onun.
Allah,gəl az eylə dərdi-qubarı,
Yollara yaratmış könül qabarı.
Ağrınla -acınla yaxma,o yarı,
Bir qadın ağlayır, içində onun