AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Unutdunmu, ay oğlan,
Bir qız vardı o vaxtlar?!
Sıxılmış dodağında
Adını “büküb” ağlar…
Bəxtəvər sən imişsən,
Yadından “yad”ı sildin…
Doğması, kimsənəsi
O qız tək səni bildi…
Sevirdi deyə səni
Ölçüsüz “böyütmüşdü”…
Qurduğu evciyinin
“Adamı” düzəltmişdi…
Yıxmısan dünyasını
O kür, utancaq qızın…
Səni görcək ovcunda
Saçı “oyuncaq” qızın…