rm

Millət Səni seçdi

Vətən ağır günündə səslədi Səni,
Yetişdin haraya xilaskar kimi.
Tarix seçə bilmədi ki, heç bir kimsəni,
Millət seçdi Səni bir rəhbər kimi.

Düşmən agzin əydi, dost gülümsədi,
Üç rəngli bayrağı Sən qaldıranda.
Erməni Aşotun bagrı çatladı,
“Əsrin müqaviləsi”imzalananda.

İndi çiçəklənib Vətənim mənim,
Hər yerdə, hər yanda qalıb izlərin.
“İlhamla “ilhama gəlib gənclərin,
” Yeni Azərbaycan “qurub sözlərin.

NƏ TAPMIŞAM SƏNDƏ MƏN

Bu sevginin dadından,
Canım, bezmək olarmı?!
Dilin deyən kəlmənə,
Dodaq büzmək olarmı?!
Bir dəli sevdamızın,
Tanrısı sən, bəndə mən.

Söylə mənə ay gülüm,
Nə tapmışam səndə mən.
Sənin bu dəli sevdan,
Ürəyimə köz qoyub.
Sevgin məni izləyib,
Uzaqlardan göz qoyub.
Bilmirəm hardan düşdüm,
Kəməndə mən, bəndə mən.

Söylə mənə ay gülüm,
Nə tapmışam səndə mən.
Keçərəm qarşısına,
Sənə gələn əzabın.
Günahların mənimdi,
Sənin olsun savabın.
Səni axtaracağam,
Dumanda mən, çəndə mən.

Söylə mənə ay gülüm,
Nə tapmışam səndə mən.
Udub hər bir kəlməni,
Ağız dadım etmişəm.
Səni öz həyatımda,
Qohum, yadım etmişəm.
Ağzından çıxan sözü,
Bənzədirəm qəndə mən.

Söylə mənə ay gülüm,
Nə tapmışam səndə mən.
Fikrimdə, xəyalımda,
Hər anımda mənimsən.
Cavanlığın yanımda,
Qocalanda mənimsən.
Ölüncə yaşayaram,
Saçındakı dəndə mən,

Söylə mənə ay gülüm,
Nə tapmışam səndə mən.
Başqa yerdə axtarma,
Ürəyində tap məni,
Sevgi alovlarında,
Yandır məni, yax məni.
Mən elə sənə dönüb,
Yurd salmışam səndə mən.

Söylə mənə ay gülüm,
Nə tapmışam səndə mən.
Durmuşam yolun üstə,
Sən gələndə can deyim.
Gələn qədəmlərinə,
Ömrümü qurban deyim.
Səni çox axtarmışam,
Quranda mən, dində mən.

Söylə mənə ay gülüm,
Nə tapmışam səndə mən.
Səndən ayrı yaşamaz,
Nə ruhum, nə varlığım.
Qolların arasında,
Çatacaq qocalığım.
Sonda pıçıldayaraq,
Deyəcəm öləndə mən,
Söylə mənə ay gülüm,
Nə tapmısan məndə sən.